05 Oktyabr 2026 17:58
1203
DÜNYA
A- A+
Bloomberg NATO-nun yeni müdafiə planına çıxış əldə edib

Bloomberg NATO-nun yeni müdafiə planına çıxış əldə edib


“Bloomberg” nəşrinin tanış olduğu NATO-nun yeni hərbi planı alyansın şərq cinahında mümkün təhdidlərə qarşı müdafiənin necə qurulacağına dair diqqətçəkən mənzərə ortaya qoyub. “Qələbə nəzəriyyəsi” adlandırılan sənəddə dronlardan və süni intellektdən istifadənin genişləndirilməsi nəzərdə tutulur.

Agentliyin məlumatına görə, sənəd NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı Aleksus Qrinkeviçə oktyabrın 12-də təqdim olunacaq. Məqsəd alyansın NATO ərazisinə mümkün müdaxiləyə necə cavab verəcəyini daha aydın müəyyənləşdirməkdir. Qrinkeviçin rəsmi nümayəndəsi sənədi şərh etməyib. O, yalnız NATO-nun “müstəsna olaraq müdafiə xarakterli” alyans olduğunu vurğulayıb.  “Qələbə nəzəriyyəsi sadədir: NATO-nun üstünlüyünü qorumaq”, – deyə nümayəndə bildirib.

“Bloomberg” xatırladır ki, NATO-nun baş katibi Mark Rutte daha əvvəl alyansın Rusiyanın üzv ölkələrə qarşı ənənəvi müharibəyə hazırlaşdığına dair əlamət görmədiyini deyib. Bununla belə, o, Avropanın hibrid təhdidlərə hazır olmasının vacibliyini vurğulayıb.

Nəşr onu da qeyd edir ki, NATO-nun müharibənin aparılmasına dair ümumi prinsipləri məlum olsa da, bu prinsiplərin ictimaiyyətə açıq şəkildə təqdim edilməsi nadir hallarda baş verir. Buna görə də yeni sənəddəki yanaşmaların açıqlanması bir tərəfdən alyansın müdafiə strategiyasındakı texnoloji dəyişiklikləri göstərir, digər tərəfdən isə artan müdafiə xərclərinin hansı məqsədlərə yönəldiyini izah etmək cəhdi kimi qiymətləndirilə bilər.

Züleyxa ƏLİYEVA, 

 “Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan nefti 94 dollara satılır

10:00
24 Noyabr

Neptundan kənarda Yerdən iki dəfə böyük planet mövcud ola bilər – Araşdırma

09:56
24 Noyabr

Fərid Qayıbov İstanbulda Avropa Oyunları ilə bağlı müzakirələrdə iştirak edib  

09:51
24 Noyabr

Hörmüz boğazında üç neft tankeri minaya düşərək alovlanıb

09:49
24 Noyabr

Antibiotiklərdən düzgün istifadə sağlam həyatın təminatıdır

09:45
24 Noyabr

Prokurorluq orqanlarında qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsi keçirilib

09:40
24 Noyabr

Qışdır, soyuqdur deyib istirahətinizi yaya saxlamayın

09:35
24 Noyabr

Tarixi keçmişdən soraq verən memarlıq abidəsi 

09:30
24 Noyabr

Gördü, sevdi, seçdi

09:25
24 Noyabr

Goranboyda pambıq istehsalı məhsuldarlıq hesabına artır

09:20
24 Noyabr

Balıqçılıq və sitrusçuluğun inkişafı üçün əlavə imkanlar açılıb

09:15
24 Noyabr

Mehmandarov - cümhuriyyət ordusunun qurucusu

09:10
24 Noyabr

Son nəfəsədək Vətən uğrunda...

09:05
24 Noyabr

Nişanlısına aldığı qızıl güllər solmamış döyüşlərə yollandı 

09:00
24 Noyabr

20 yaşı bir neçə ay idi tamam olmuşdu...

08:55
24 Noyabr

"Yoldaş" rəqəmsal mütaliə dostu… 

08:50
24 Noyabr

Sənaye, innovasiya və investisiya gündəmində yeniliklər

08:45
24 Noyabr

Ermənistan tarixi sınaq qarşısındadır

08:40
24 Noyabr

Müstəqil dövlətçiliyimizin təməl məfkurəsi azərbaycançılıqdır

08:35
24 Noyabr

Bölgələrin real tələbatına uyğun inkişaf planları: 14 iqtisadi zonada təlimlərə start verildi

08:30
24 Noyabr

Hasilatı artırmaq üçün laylar "canlandırılır"

08:25
24 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!