06 Oktyabr 2026 08:10
203
SİYASƏT
A- A+
Müstəqil siyasət və sarsılmaz iradə

Müstəqil siyasət və sarsılmaz iradə


Azərbaycanın yeni milli təhlükəsizlik, xarici siyasət və ideoloji inkişaf doktrinasının bəyannaməsi 


Yeni Azərbaycan Partiyasının (YAP) oktyabrın 2-də keçirilən VIII Qurultayı həm də ölkəmizin yaxın tarixi, müasir dövrü və gələcək inkişaf yolu baxımından milli dövlətçilik konsepsiyasının yenidən formalaşdığı mühüm mərhələ kimi dəyərləndirilməlidir. Prezident, YAP Sədri İlham Əliyevin bu qurultaydakı dərin məzmunlu və proqram xarakterli nitqi ərazi bütövlüyünü və suverenliyini tam təmin etmiş müasir Azərbaycanın yeni milli təhlükəsizlik, xarici siyasət və ideoloji inkişaf doktrinasının bəyannaməsidir. Dövlətimizin başçısının təqdim etdiyi strategiya ölkəmizin yeni mərhələdəki fəaliyyət prinsiplərini tam dəqiqliyi ilə müəyyən edir. Bu konsepsiyanın mərkəzində dayanan əsas ideya isə "Biz güclü olmalıyıq" prinsipidir.


Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır 


YAP-ın sözügedən qurultayının Azərbaycanın əsrlər boyu əldə etdiyi ən böyük tarixi nailiyyətlərin fonunda keçirilməsinin ayrıca rəmzi mənası oldu. Ölkəmizin rəhbəri nitqində vurğuladı ki, Yeni Azərbaycan Partiyasının qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir: "Deyə bilərəm ki, partiyamızın fəaliyyəti, qəbul edilmiş qərarlar və siyasi xətti təkcə ölkəmiz üçün yox, bölgə üçün böyük önəm daşıyır... ...Bizim qurultayımız yeni ictimai-siyasi və geosiyasi vəziyyətdə keçirilir. İlk dəfədir ki, qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir. VII qurultayımız da o vaxt üçün yeni mühitdə keçirilmişdir".  

Azərbaycan BMT Təhlükəsizlik Şurasının 30 il kağız üzərində qalan qətnamələrini hərbi-siyasi yolla özü icra etdi. Ədalət güc vasitəsilə bərqərar oldu. Bu, beynəlxalq münasibətlər sistemində nadir hallarda rast gəlinən modeldir. Şanlı Zəfərə gedən yolda Azərbaycan təkcə işğalçı Ermənistanla deyil, onun arxasında duran beynəlxalq güclərlə, islamofob mərkəzlərlə, xarici media hücumları və sanksiya təhdidləri ilə mübarizə apardı. Prezident İlham Əliyevin qurultaydakı nitqində də qeyd etdiyi kimi, böyük güclərin müqaviməti fonunda əldə edilmiş Zəfər göstərir ki, Azərbaycan xalqının həmrəyliyi və siyasi iradəsi bütün xarici təzyiq mexanizmlərini alt-üst etməyə qadirdir. 

Müharibənin başa çatmasına və Ermənistanla sülh müqaviləsinin mətninin paraflanmasına baxmayaraq, Prezident İlham Əliyev yenə də hərbi gücün artırılmasını birnömrəli vəzifə kimi müəyyənləşdirib. Dövlət büdcəsindən müdafiə və təhlükəsizlik xərclərinə 9 milyard manata yaxın vəsaitin ayrılması bu strategiyanın əməli təsdiqidir. Qurultaydakı çıxışında ölkəmizin rəhbəri hərbi gücün artırılmasının zəruriliyini fundamental amillərlə - tarixi dərs, etibarsz qonşuluq amili və dünyada baş verən müharibələrlə əsaslandırdı: "İlk növbədə əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır... ...Bu nə üçün lazımdır? Buna cavab, məncə, çox açıq-aydındır. Bu, həmişə lazımdır, hər bir ölkə üçün. Çünki bizim xalqımız bu faciə ilə üzləşib. Bizim xalqımız ermənilərin nankorluğu ilə üzləşib. Yəni onların şirin sözlərini, sağlığımıza qaldırılan badələri, Azərbaycan dilində sərbəst danışmalarını, hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır.

Amma nəticədə nə oldu? Gördülər ki, biz bir az laxlayırıq, gördülər ki, büdrəmişik, arxadan bıçaq vurdular... ...Ona görə biz bunu heç vaxt unutmamalıyıq, ayıq olmalıyıq və hər zaman, hər gün onlardan 10 qat güclü olmalıyıq". 

Müasir dünyada BMT və digər beynəlxalq təsisatlar münaqişələrin qarşısını almaqda acizdir. Güclünün haqlı sayıldığı yeni dünya nizamında dövlətlərin suverenliyinin tək qarantı onların öz hərbi qüdrətidir. Şimalda, Cənubda və Yaxın Şərqdə davam edən müharibələr fonunda Azərbaycan özünün təhlükəsizliyini qorumaq üçün hərbi hazırlığını daim yüksək səviyyədə saxlamalıdır.

Prezidentin vurğuladığı kimi: "Ona görə biz hər gün hazır olmalıyıq ki, istənilən hərbi təxribata cavab verək. Elə güc əldə etməliyik və bunu əldə edirik ki, heç kimin ağlına belə gəlməsin Azərbaycana qarşı hansısa təxribat törətmək".


İdeoloji və strateji yol xəritəsi


Azərbaycan bu gün qlobal geosiyasi proseslərdə öz sözü olan, "orta güc" statusunda qəbul edilən dövlətdir. Çoxşaxəli və balanslaşdırılmış diplomatik siyasət yürüdən Azərbaycan eyni zamanda həm Şərq, həm Qərb, həm Qlobal Cənub, həm də türk dünyası ilə strateji tərəfdaşlıqlar qurmağı bacaran nadir ölkələrdəndir. Eyni zamanda ölkəmizin kənar təzyiqlərə qarşı adekvat cavab mexanizmləri tətbiq etməsi vacib əhəmiyyət daşıyır. 

YAP-ın VIII qurultayındakı çıxışında Prezident İlham Əliyev, "Bax, biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq. Bir zərbəyə bəlkə 2, 5, 10 zərbə qaytarırıq ki, hərə otursun yerində, bizim işlərimizə qarışmasın, bizim həyat tərzimizə burnunu soxmasın və bizə yol göstərməsin. Hərə getsin öz xalqına, dövlətinə gün ağlasın. Bu gün Azərbaycan reallıqları belədir ki, biz bir çox ölkələr üçün örnək olmuşuq. Ona görə risklərlə bağlı, - həm fiziki, həm ideoloji risklərlə bağlı, - ciddi tədbirlər görülür və görüləcək", - deyə bu vacib məsələlərlə bağlı bildirdi. 

Prezident İlham Əliyev çıxışında ideoloji təhlükəsizliyin fiziki, hərbi təhlükəsizliklə eyni olduğunu söylədi. Çünki müasir dövrdə dövlətləri daxildən sarsıtmaq üçün açıq hərbi müdaxilədən daha çox, "yumşaq güc" təxribatlarından, kiberhücumlardan, dəyərlərin aşınmasından və dezinformasiya müharibələrindən istifadə olunur.

Prezident İlham Əliyev xəbərdarlıq etdi ki, ideoloji risklər sərhəd tanımır, xüsusilə indiki internet, kiberhücumlar və süni intellekt dünyasında özümüzü ideoloji təxribatlardan qorumalıyıq.

Xarici dairələrin və anti-Azərbaycan mərkəzlərin əsas hədəfi gənclərin şüurunu zəhərləmək, onları milli-mənəvi köklərindən ayırmaq və Qələbə ruhunu kiçiltməkdir. Prezident bu ideoloji təxribatlara qarşı iki əsas milli qalxan təklif etdi. Təhsil və savadlanma. Yüksək intellektual səviyyəyə və kritik düşüncəyə malik olan cəmiyyətlər xaricdən idarə olunan şəbəkələrin, feyk xəbərlərin və manipulyasiyaların təsirinə düşmür. Təhsil, sözün həqiqi mənasında, xalqın qalxanıdır. 

Eyni zamanda vətənpərvərlik və milli qürur hissləri. Gənclərimiz müasir dünyanın texnoloji nailiyyətlərini mənimsəməklə yanaşı, tarixi Zəfərimizin qürurunu özlərində daşımalıdırlar. Azərbaycanın təkbaşına qazandığı şanlı Qələbə hər bir azərbaycanlı üçün ən böyük ideoloji dayaq və fəxarət mənbəyidir.

Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı çıxışı Azərbaycanın gələcək onilliklər üçün inkişafının ideoloji və strateji yol xəritəsidir. 

Azərbaycan artıq öz taleyini özü yazan, xarici riskləri neytrallaşdırmağa qadir olan qüdrətli dövlətdir və bu inkişaf xətti dəyişməz olaraq qalacaq.


Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Astanada Azərbaycanın AQEM-ə hədiyyəsi olan Qarabağ atının heykəlinin açılış mərasimi keçirilib

09:30
06 Oktyabr

Azərbaycan kinosunun ilk qadın rejissoru

09:25
06 Oktyabr

Səhnənin görünməyən istedadlı sənətkarlarından biri

09:20
06 Oktyabr

Ədalət hissi

09:15
06 Oktyabr

Bu il Goranboyda pambıq bol olacaq

09:10
06 Oktyabr

Naftalanda ağsaqqallarla görüş olub

09:05
06 Oktyabr

Qusarda aqrar sahənin inkişafına dair tədbirlər keçirilir

09:00
06 Oktyabr

Şirvanda yeniyetmə voleybolçularla görüş

08:55
06 Oktyabr

Ağstafalılar ili uğurla başa vurmaq əzmindədirlər

08:45
06 Oktyabr

Gəncədə aparılan yenidənqurma işləri şəhərin simasını dəyişir

08:40
06 Oktyabr

Azərbaycanın qala şəhəri - ŞUŞA

08:35
06 Oktyabr

ZƏFƏR gündəliyi

08:30
06 Oktyabr

Dayanıqlı inkişafın və siyasi sabitliyin təminatçısı

08:25
06 Oktyabr

Akademik Musiqili Teatrda "Şahmaran" tamaşasının premyerası keçirilib

08:20
06 Oktyabr

Hər rəqəmin arxasındakı bir insan, bir ailə, bir ümid

08:15
06 Oktyabr

Müstəqil siyasət və sarsılmaz iradə

08:10
06 Oktyabr

Yeni mərhələnin siyasi xəritəsi: Azərbaycanın gücü və strateji hədəfləri

08:00
06 Oktyabr

Prezident İlham Əliyevin sosial media hesabında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb

01:04
06 Oktyabr

Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb

01:02
06 Oktyabr

Ladislau-Marius Vizerin "Dostluq" ordeni ilə təltif edilməsi haqqında

01:01
06 Oktyabr

J.F.Əliyevanın "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında

01:01
06 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!