01 Oktyabr 2026 09:10
6544
İQTİSADİYYAT
A- A+
Heç bir bölgə diqqətdən kənarda qalmır

Heç bir bölgə diqqətdən kənarda qalmır


44 günlük Vətən müharibəsinin misilsiz zəfərlə xalqımızın tarixinə yazıldığı gündən iki-üç ay keçirdi. 2021-ci ilin əvvəli idi və Prezident İlham Əliyev arxada qalan möhtəşəm ilin yekunlarına həsr olunmuş müşavirə keçirdi. 

Qarşıda dayanan mühüm vəzifələrdən söhbət açan dövlət başçısı diqqəti düşmən tapdağından azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda start götürən bərpa-quruculuq işlərinə yönəltdi. Həmin müşavirədən yaddaqalan bir məqam da oldu. Prezident vurğuladı ki, digər bölgələr də unudulmayacaq. Bütün rayonlarda lazımi sosial-iqtisadi infrastruktur layihələri həyata keçiriləcək. 

Sözü imzası qədər keçərli və etibarlı olan Prezidentimizin bu sözünün də həyatda öz yerini aldığını zaman göstərdi. İşğaldan azad olunmuş ərazilərimizdə aparılan genişmiqyaslı quruculuğa paralel olaraq ötən 6 ildə ölkəmizin digər bölgələrində çox sayda müxtəlif təyinatlı müəssisələrin açıldığını, yeni infrastrukturun qurulduğunu yada salmaq kifayətdir.   

Təkcə bu ilin statistikasına nəzər salaraq yeni müəssisə və digər tikililərin bəzilərini xatırlayaq. Yanvar-avqust aylarında paytaxtımızda Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlimlər Mərkəzi, Mərkəzi Bankın yeni inzibati binası, Naxçıvan MR-də Regional Dost Mərkəzi, Xızı və Abşeron rayonlarında külək-elektrik stansiyası, Sumqayıtda güzgü vərəqələrinin istehsalı zavodu, karton və qutu taralarının istehsalı müəssisəsi, Lənkəranda Dövlət Peşə Təhsili Mərkəzi və s. istifadəyə verilib. 

Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın bu il sentyabrın 17-də Şamaxı rayonuna səfəri çərçivəsində də növbəti açılışlar olub. "Meysari Grand Hotel & SPA" kompleksi, eləcə də "Pirqulu Park" hoteli açılıb. Prezident və birinci xanım "Nəsimi Bağları" kompleksində görülən işlərlə tanış olublar. Pir Ömər Sultan ziyarətgahında aparılan bərpa və konservasiya işlərini nəzərdən keçiriblər.

"Nəsimi Bağları" kompleksi Şamaxı rayonunda yeni istifadəyə verilən, sakinlərin və qonaqların asudə vaxtlarını səmərəli keçirmələri üçün yaradılmış növbəti bir məkandır. Kompleks rayonda turizmin inkişafına töhfə vermək, bölgənin turizm potensialını artırmaq, ərazinin təbii xüsusiyyətlərini qorumaq, həmçinin ailəvi istirahətin və asudə vaxtın səmərəli təşkili üçün rahat mühit yaratmaq prinsipləri əsasında qurulub. Çoxfunksiyalı turizm, mədəniyyət və rekreasiya layihəsi kimi fəaliyyət göstərən "Nəsimi Bağları" kompleksinin ərazisində müxtəlif istirahət obyektləri, ailəvi əyləncə infrastrukturu, fərqli mövzularda incəsənət nümunələri, iaşə obyektləri yerləşir.

Ərazidəki üçmərtəbəli əsas bina kompleksin informasiya və turizm mərkəzi funksiyasını yerinə yetirir. Burada ziyarətçilərə "Nəsimi Bağları"ndakı məkanlar, turist marşrutları və xidmətlər barədə məlumat verilir. Binanın daxilində ziyarətçilərin rahat və səmərəli vaxt keçirmələri üçün "Capybara Cafe" və suvenir mağazası var.

Dördmərtəbəli digər korpusda Şamaxının qədim və müasir tarixini, mədəni irsini əks etdirən zəngin ekspozisiyaya malik muzey yaradılıb. Bu binada, həmçinin əsas restoran zalı, tədbirlərin keçirilməsi üçün zal və geniş terras var.

Kompleks ərazisindəki "Magic Village" hobbit evləri üslubunda inşa edilən tematik evlər, əsasən, uşaqların maraqla qarşılayacağı "Honey Nest" kafesi, geniş uşaq oyun meydançası və hündürlüyü 9 metr olan baxış qülləsindən ibarətdir. Buradakı evlər tam yaşayış şəraiti ilə təmin edilib və turistlərin il boyu qalması üçün nəzərdə tutulub.

Azərbaycanda ilk və yeganə ixtisaslaşmış kapibara ferması -"Capybara Land" da buradadır. Fermada heyvanları yaxından görmək, toxunmaq və yemləmək mümkündür. Ərazidə şam ağacları, üzüm bağları, müxtəlif dekorativ bitkilər, həmçinin dünyada ən sürətlə böyüyən ağac növlərindən hesab edilən pavlovniya da daxil olmaqla, 150 mindən çox ağac və bitki əkilib.

Şamaxıda 1050 metr yüksəklikdə və 100 hektar ərazidə yerləşən "Meysari Grand Hotel & SPA" təbiət, sağlamlıq, qastronomiya və müasir qonaqpərvərliyi bir araya gətirən genişmiqyaslı kompleksdir. Bölgənin üzümçülük ənənələri ilə əhatələnən kompleks həm fərdi və ailəvi istirahət, həm də korporativ tədbirlərin keçirilməsi üçün geniş imkanlar təqdim edir.

 "Məkan iki əsas hissəyə bölünür. Birinci yer əsas binadır. Bütün qida və içki xidməti bu binada yerləşir. Burada iki açıq və bir qapalı hovuz qonaqların istifadəsindədir. 

Binanın xarici ərazisində yerləşən kotteclər isə ikinci zonadır. Aşağı ərazidə isə idman zonası yerləşir. Padel və tennis kortları, eləcə də futbol meydançası daxildir. Bunlardan əlavə, kompleksdə iki konfrans mərkəzi fəaliyyət göstərir.

Bakıdan cəmi 1-1,5 saatlıq məsafədə yerləşən bu kompleksin yerli və xarici turistlərin sevimli istirahət məkanına çevriləcəyinə inam böyükdür. Şübhəsiz ki,  Şamaxının bənzərsiz təbiəti və zəngin mədəni irsi ilə harmoniya təşkil edən "Meysari Grand Hotel & SPA" kompleksi regionun turizm potensialının artırılmasına, eləcə də yerli və xarici turistlər üçün yüksəkstandartlı istirahət mühitinin formalaşdırılmasına böyük töhfə verəcək.

Son günlərə qayıdaq. Sentyabrın 26-da Prezident İlham Əliyevin iştirakı ilə Bakıda Konqres Mərkəzində onlayn formatda Mingəçevir Sənaye Parkında "Textile Horizon" MMC-nin "Tekstil Klasteri" layihəsi üzrə istehsal müəssisəsinin təməlqoyma mərasimi keçirilib.

Qeyd edək ki, ötən il Mingəçevir Sənaye Parkının rezidenti statusu verilən "Textile Horizon" MMC-nin təsisçiləri "Azərşəkər" MMC, "Global Textile" LLC və Azərbaycan-Özbəkistan İnvestisiya Fondudur. Layihə çərçivəsində pambıq əkinindən başlayaraq, mahlıc, iplik, parça və son tekstil məhsullarının istehsalı nəzərdə tutulur. Müəssisə Mingəçevir Sənaye Parkının rezidentlərinə verilən bütün vergi və gömrük güzəştlərindən yararlanacaq. Sahəsi 11,2 hektar olan müəssisədə ildə 16 min ton mahlıc, 11 min ton iplik, 7,3 min ton boyalı parça və 11 milyon köynək istehsalı nəzərdə tutulur. Məhsulların daxili bazarla yanaşı, ixracı da planlaşdırılır.

Bu cür layihələr hər rayonda, hətta hər kənddə reallaşdırılır. Bu da onu göstərir ki, Prezident İlham Əliyevin Azərbaycanın bütün regionlarına 2004-cü ilin əvvəlindən yönəltdiyi inkişaf strategiyası müvəffəqiyyətlə davam edir.


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub  

17:58
17 Oktyabr

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

16:48
17 Oktyabr

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub  

16:03
17 Oktyabr

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub

15:41
17 Oktyabr

Füzuli Şəhəri Günündə ustad dərsləri  

15:01
17 Oktyabr

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar 

14:36
17 Oktyabr

Bazar gününün hava proqnozu açıqlanıb

14:26
17 Oktyabr

17 oktyabr – Füzuli şəhəri günü: zəfərdən böyük qayıdışa uzanan tarixi yol

14:10
17 Oktyabr

Füzulinin işğaldan azad edilməsi ilə düşmənin müdafiə xətti tamamilə dağıdıldı   

14:07
17 Oktyabr

Füzuli şəhəri yenidən qurulur və doğma sakinlərinə qovuşur

14:04
17 Oktyabr

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım 

13:47
17 Oktyabr

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb  

12:38
17 Oktyabr

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb  

12:33
17 Oktyabr

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib  

12:28
17 Oktyabr

Qaradağ rayonunda Müstəqilliyin Bərpası Günü və Xankəndi şəhərində Dövlət Bayrağının ucaldılmasının ildönümü ilə əlaqədar tədbir keçirilib  

12:27
17 Oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib  

11:56
17 Oktyabr

Azərbaycan nefti 116 dollara satılır

11:29
17 Oktyabr

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb  

10:35
17 Oktyabr

Bilmək istəyirəm

10:20
17 Oktyabr

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib  

10:17
17 Oktyabr

Nə əkərsən...

10:10
17 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!