03 Oktyabr 2026 08:20
6446
SİYASƏT
A- A+
Zəfərin ilk azad şəhəri - CƏBRAYIL

Zəfərin ilk azad şəhəri - CƏBRAYIL


4 oktyabr... 

Zəfər tariximizin parlaq səhifələrindən biri, 27 illik həsrətin sona çatdığı, Vətən torpağının öz əzəli sahiblərinə qucaq açdığı müqəddəs gün! 

2020-ci ilin məhz bu füsunkar payız günündə Müzəffər Ali Baş Komandan İlham Əliyevin xalqa müraciətində səslənən, hər bir azərbaycanlının qəlbini qürurla titrədən o tarixi müjdə bütün yurdumuza dalğa-dalğa yayıldı: "Bu gün Azərbaycan Ordusu Cəbrayıl şəhərini və rayonun bir neçə kəndini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!"


Savaşın dönüm nöqtəsi burada qoyuldu


Müzəffər Ali Baş Komandanın bu şad xəbəri onilliklərin həsrətinə son qoyan, xalqımızın qəddini düzəldən və şanlı ordumuzun qüdrətini bütün dünyaya bəyan edən tarixi bir hayqırtı idi. Cəbrayıl Vətən müharibəsində düşmən tapdağından xilas edilən ilk şəhərimiz kimi zəfər tariximizin şanlı səhifəsinə çevrildi.

Həmin gün xalqa müraciətində qalib lider İlham Əliyev qürurla demişdi: "Bu gün Azərbaycan xalqı sevinc içindədir. Cəbrayıllılara və bütün Azərbaycan xalqına bu gün azad edilmiş yaşayış məntəqələrinin adlarını sadalamaq istərdim. Bu gün şanlı Azərbaycan Ordusu aşağıdakı yaşayış məntəqələrini azad edib: Cəbrayıl şəhəri, Karxulu kəndi, Şükürbəyli kəndi, Yuxarı Maralyan kəndi, Çərəkən kəndi, Daşkəsən kəndi, Horovlu kəndi, Decal kəndi, Mahmudlu kəndi, Cəfərabad kəndi.

Bu kəndlərin sakinləri, sizə müraciət edirəm, sizin həsrətinizə son qoyulur və bizim digər bütün qaçqın, köçkün soydaşlarımız bilsinlər ki, biz onları da onların dədə-baba torpaqlarına qaytaracağıq".

Bu zəfər eyni zamanda uzun illər ərzində ölkəmizə qarşı hərbi təxribatlar törədən işğalçı Ermənistana və onun havadarlarına verilən unudulmaz bir dərs idi.

44 günlük Vətən müharibəsinin elə ilk günlərindən rəşadətli ordumuz Cəbrayıl istiqamətində sürətli əks-hücum əməliyyatlarına başladı. Müharibənin ilk günündə Böyük Mərcanlı və Nüzgar kəndləri, oktyabrın 3-də Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, oktyabrın 4-də isə Cəbrayıl şəhəri ilə yanaşı, Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndləri işğaldan azad edildi.

Cəbrayılın azad edilməsi adi hərbi qələbə deyildi. Bu əməliyyat müharibənin taleyini həll edən strateji dönüm nöqtəsi oldu. Ümumilikdə əməliyyatlar zamanı Cəbrayıl şəhəri və rayonun 90 kəndi işğaldan azad edildi. Cəbrayılın azad olunması ilə ordumuz digər ərazilərimizin də işğaldan qurtarılması üçün geniş strateji mövqe tutdu, İranla dövlət sərhədimizə nəzarət mərhələli şəkildə bərpa edildi. Xudafərin körpüsündə ay-ulduzlu üçrəngli bayrağımızın ucaldılması qəlblərimizi qürurla doldurdu. Bu zəfər uğrunda canından keçən şəhidlərimizin, qazi olan 22 mindən çox igid hərbçimizin "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilməsi xalqımızın öz qəhrəmanlarına olan ehtiramının bariz göstəricisidir.


Dirçələn Cəbrayıl


1993-cü il avqustun 23-də işğal edilən və 30 ilə yaxın müddətdə mənfur düşmənin tapdağı altında qalan Cəbrayılda daş daş üstündə qoyulmamış, evlər, məktəblər, tarixi-dini abidələr - Sultan Məcid hamamı, Sirik kəndində Qala bürcü, Xələflidə Qız qalası, Dağ Tumasda Divlər sarayı, Ağoğlan nekropolu, qədim türbə və məscidlər... vəhşicəsinə dağıdılmışdı. 

İşğal zamanı Cəbrayıl rayonu 1 şəhər, 4 qəsəbə və 92 kənddən ibarət idi. Hələ 1994-cü ildə Horadiz əməliyyatı zamanı rayonun Cocuq Mərcanlı kəndi işğaldan azad edilsə də, kənddə yaşayış mümkün olmayıb. 2016-cı ildə Böyük Zəfərin təməli qoyulan Aprel döyüşlərində Azərbaycan Ordusunun əks-hücumu nəticəsində Lələtəpə yüksəkliyi işğaldan azad ediləndən sonra Cocuq Mərcanlı kəndi ordumuzun nəzarətinə keçib.

2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyev bu vacib qələbəyə belə diqqət çəkmişdi: "Uğurlu əməliyyat nəticəsində azad edilmiş yüksəkliklər imkan verdi ki, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə sakinlər qayıtsınlar. Gözəl qəsəbə saldıq. Qəsəbənin açılışında demişdim ki, Cocuq Mərcanlı bizim yenilməz iradəmizin rəmzidir. Cocuq Mərcanlı onu göstərir ki, heç vaxt Azərbaycan xalqı işğalla barışmayacaq və bizim işğal edilmiş digər torpaqlara qayıdışımız məhz Cocuq Mərcanlıdan başlamışdır". 

2020-ci il noyabrın 16-da Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad edilən torpaqlarımıza, Cəbrayıla səfər etməsi "Qarabağ Azərbaycandır" haqq nidasının növbəti təntənəsi oldu. 

Zəfərdən 8 gün və Ermənistanın kapitulyasiya, məğlubiyyət aktını imzalamasından 6 gün keçəndən sonra Qalib Lider Cəbrayıl şəhərində və Xudafərin körpüsündə üçrəngli Azərbaycan bayrağını ucaltdı. 

Həmin tarixi səfəri zamanı Prezident İlham Əliyev sükan arxasından düşmən vandalizmini bütün dünyaya belə bəyan etmişdi: "Baxın, baxın Cəbrayıl şəhərini nə günə salıb mənfur düşmən. Bütün dünya bunu görsün, görsün və bilsin hansı yaramaz düşmənlə biz üz-üzəyik. Bütün binaları dağıdıblar, talan ediblər. Onların məqsədi var idi ki, heç vaxt bundan sonra burada azərbaycanlı insanlar yaşamasınlar. Yaşayacağıq, əbədi yaşayacağıq! Hamısını bərpa edəcəyik, hamısını".

Azadlığının bir yaşında - 2021-ci il oktyabrın 5-də Prezident İlham Əliyev yenidən yolunu Cəbrayıldan saldı, şəhərin quruculuğu ilə bağlı bir çox təməllər atdı.  "KAMaz" ASC ilə "Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyinin birgə servis mərkəzinin, "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkının, Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının, məktəb binasının və Cəbrayıl şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin əsasını qoydu. Eyni zamanda 110/35/10 kV-luq "Cəbrayıl" yarımstansiyasının, Dövlət Sərhəd Xidmətinin hərbi hissə kompleksinin açılışında iştirak etdi. 

Sözügedən tarixdə Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə doğma yurdda görüşündə Prezident İlham Əliyev burada həyata keçirilən ifrastruktur layihələrindən və böyük bərpa işlərindən bəhs etdi: "İndi gəldiyiniz yola da yəqin ki, fikir verdiniz. Görün, nə gözəl yol çəkilir. Cəbrayıla 4-6 zolaqlı yol çəkilir. Vaxtilə Ermənistan rəhbərliyi Cəbrayıla yol çəkmək istəyirdi. O da yarımçıq qaldı, onların bütün arzuları kimi. İndi biz Cəbrayıla yol çəkirik. Bizim haqqımız var. Ən gözəl yollardan biri olacaq. Mən xüsusi tapşırıq verdim ki, geniş olsun, həm Cəbrayıla gələn vətəndaşlar rahat gəlsinlər, həm də buradan keçən Zəngəzur dəhlizi də bu yoldan istifadə edəcək".

Həmin görüşdə ölkəmizin rəhbəri böyük əminliklə qeyd etmişdi ki, təqribən 5 il ərzində elə bir yeni Azərbaycan, yeni Qarabağ, yeni Zəngəzur quracağıq ki, bütün dünya bizə qibtə edəcək: "Bunu biz ilk növbədə insanlar üçün edirik. Əziyyət çəkmiş, çadırda, vaqonun altında, yataqxanada, uşaq bağçasında dözülməz şəraitdə yaşamış o insanlar ən yaxşı şəraitdə yaşamalıdırlar və yaşayacaqlar. Bunu biz təmin edəcəyik".

Ötən müddətdə həyata keçirilən quruculuq və bərpa işlərinin nəticəsində Cəbrayıl şəhərinə, rayonun Horovlu və Şükürbəyli kəndlərinə artıq doğma sakinləri qayıdıb, öz ata-baba yurdlarında yeni, işıqlı həyata başlayıblar.

Prezident İlham Əliyevin sərəncamı ilə təsis edilən 4 Oktyabr - Cəbrayıl Şəhəri Günü milli qürurumuzun, bərpa olunan ədalətimizin və sarsılmaz birliyimizin rəmzidir. 

Bu gün Cəbrayılda yeni həyat qaynayır. Bir vaxtlar çadırda, vaqonda dözülməz şəraitdə yaşamağa məcbur olan keçmiş məcburi köçkünlər bu gün öz doğma ocaqlarında - Cəbrayılda bəxtəvər həyata qədəm qoyublar. 


Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub  

17:58
17 Oktyabr

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

16:48
17 Oktyabr

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub  

16:03
17 Oktyabr

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub

15:41
17 Oktyabr

Füzuli Şəhəri Günündə ustad dərsləri  

15:01
17 Oktyabr

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar 

14:36
17 Oktyabr

Bazar gününün hava proqnozu açıqlanıb

14:26
17 Oktyabr

17 oktyabr – Füzuli şəhəri günü: zəfərdən böyük qayıdışa uzanan tarixi yol

14:10
17 Oktyabr

Füzulinin işğaldan azad edilməsi ilə düşmənin müdafiə xətti tamamilə dağıdıldı   

14:07
17 Oktyabr

Füzuli şəhəri yenidən qurulur və doğma sakinlərinə qovuşur

14:04
17 Oktyabr

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım 

13:47
17 Oktyabr

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb  

12:38
17 Oktyabr

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb  

12:33
17 Oktyabr

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib  

12:28
17 Oktyabr

Qaradağ rayonunda Müstəqilliyin Bərpası Günü və Xankəndi şəhərində Dövlət Bayrağının ucaldılmasının ildönümü ilə əlaqədar tədbir keçirilib  

12:27
17 Oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib  

11:56
17 Oktyabr

Azərbaycan nefti 116 dollara satılır

11:29
17 Oktyabr

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb  

10:35
17 Oktyabr

Bilmək istəyirəm

10:20
17 Oktyabr

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib  

10:17
17 Oktyabr

Nə əkərsən...

10:10
17 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!