01 Oktyabr 2026 08:10
179
SİYASƏT
A- A+
Azərbaycanın müdafiə sənayesi sürətli inkişafdadır

Azərbaycanın müdafiə sənayesi sürətli inkişafdadır


Bu sahədə istehsal olunan məhsullarımızın keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir 


Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin sərkərdəliyi altında rəşadətli Azərbaycan Ordusu 44 gün ərzində 30 ilə yaxın davam edən işğala son qoydu. 

Azərbaycan Silahlı Qüvvələrinin döyüşlər zamanı həyata keçirdiyi "Qisas", "Qətiyyətli cavab" və 19-20 sentyabr 2023-cü ildəki antiterror əməliyyatları nəticəsində Qarabağ Ermənistan silahlı qüvvələrinin tör-töküntülərindən və erməni sepatarçılarından təmizləndi. Qazanılmış Zəfər nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi bərpa olundu. Haqq-ədalət nəhayət ki, yerini tapdı. Bu gün də şanlı Azərbaycan Ordusu ölkəmizə qarşı olacaq bütün təxribatların qarşısını almaq gücündə və qətiyyətindədir. 

Təbiidir ki, düşmən üzərində uğurlar asanlıqla qazanılmır. Ordu nə qədər müasir silahlarla təmin edilərsə, o qədər güclü və qüdrətli olur. Cəbhədə döyüşən əsgər düşməni daha tez məğlub edir. İkinci Qarabağ müharibəsində erməni işğalçıları üzərində Zəfər zabit və əsgərlərimizin igidliyi və qəhrəmanlığı ilə yanaşı, həm də ən müasir silahlarla silahlanmalarının hesabına əldə olundu. Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla həyata keçirilən islahatlar nəticəsində dövlətimizin iqtisadi və maliyyə imkanları artdıqca ordumuzun maddi-texniki bazası da möhkəmlənir. Ordumuz ən müasir silah və avadanlıqlarla, zirehli texnikalarla, müxtəlif döyüş vasitələri ilə təmin olunur. Elə bu yüksək təminatın nəticəsidir ki, bu gün Silahlı Qüvvələrimiz dünyanın ən güclü orduları ilə bir sırada dayanır. 

Ordumuzu daha da gücləndirmək, ən müasir silah-sursatlarla, döyüş vasitələrilə təmin etmək üçün ölkəmizin müdafiə sənayesi daim inkişaf etdirilir. Bu sahədə uğurlu islahatlar həyata keçirilir. Son illər qlobal iqtisadi çağırışlara cavab olaraq bu sahədə həyata keçirilmiş, konkret hədəflərə hesablanmış məqsədyönlü tədbirlər nəticəsində ölkədə iqtisadiyyatın digər sektorları kimi sənaye infrastrukturu da xeyli təkmilləşdirilmiş və inkişaf etdirilmişdir. Müdafiə sənayesinin modernləşdirilməsi və strukturunun təkmilləşdirilməsi istiqamətində mühüm layihələr həyata keçirilmişdir.

Xatırladaq ki, ölkəmizin müdafiəsini təmin etmək, ordumuzun maddi-texniki bazasını daha da gücləndirmək məqsədilə hələ 2003-cü ildə Prezident Heydər Əliyev tərəfindən "Azərbaycan Respublikası müdafiə sənayesi müəssisələrinin 2003-2005-ci illərdə inkişafına dair Dövlət Proqramı" təsdiq etmişdir. Bu proqramda hərbi sahədə kənardan asılılığın azaldılması və Silahlı Qüvvələrimizin yeni məhsullarla təminatı nəzərdə tutulmuşdu. Prezident İlham Əliyevin  16 dekabr 2005-ci il tarixli sərəncamına əsasən, Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsi ləğv edilmiş və onun bazasında Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi yaradılmışdır.

Müdafiə Sənayesi Nazirliyinin yaradılmasından sonra ölkəmizdə bu sahənin inkişafı demək olar ki, yeni mərhələyə qədəm qoydu. Bu sahənin inkişaf etdirilməsi üçün yeni perspektivlər açıldı. Müdafiə Sənayesi Nazirliyi qəbul edilmiş strateji proqram və planlar üzrə Silahlı Qüvvələrin imkan və qabiliyyətinin qarşıda dayanan mühüm vəzifələrə uyğun inkişaf etdirilməsi üçün zəruri silah, hərbi və xüsusi texnika növlərinin tətbiqinə, onların yerli istehsalına başladı.  Nazirliyin "İqlim" Elmi İstehsalat, "Telemexanika", "Peyk", "Azon",  "Alov", Elektron Hesablayıcı Maşınlar və "Radioquraşdırma" , "Dalğa", "Araz" , "Avia-Aqreqat, "Sənayecihaz"  kimi müəssisə və zavodlarında Silahlı Qüvvələrimizi müasir tələblərə cavab verən müdafiə təyinatlı məmulatlarla təmin etmək üçün onlarca yeni istehsalat sahələri yaradıldı.

Azərbaycan Ordusunun atıcı silahlara olan tələbatı nəzərə alınaraq, piyada və tank əleyhinə minaların, qumbaraatanların, minaatanların, müxtəlif çaplı tapança, avtomat, pulemyot, snayper tüfəngləri və patronların istehsalına başlanıldı. "Zəfər", "Zəfər-K", "İnam" tapançaları, PKT, PKM, pulemyotları, "Mübariz", "İstiqlal", "Yalquzaq", "Yırtıcı"  snayper tüfəngləri, "Boran" artilleriya qurğusu, "Qaya" tank əleyhinə əl qumbaraatanları, "Komando" tipli "Aşırım" minaatanları,  "Matador" və "Marauder" zirehli hərbi texnikaları hazırlandı. 

Azərbaycanın iqtisadi imkanları ilbəil artdıqca güc strukturlarının müasir standartlar səviyyəsində və özündə yeni texnologiyaları cəmləşdirən silah sistemləri ilə təchiz edilməsi, bununla yanaşı, XXI əsr müharibələrinin müqəddəratını həll edən kəşfiyyat və zərbə pilotsuz uçuş aparatlarının - PUA-ların yerli istehsalı sahəsində də mühüm addımlar atılıb. "Zərbə" , "Orbiter 1", "Orbiter 1 KM" (İti qovan), "Orbiter 2",  "Orbiter 3" kimi PUA-lar məhz milli müdafiə sənayemizin uğurlarıdır. 

Müntəzəm olaraq Bakı-Ekspo Mərkəzində təşkil olunan silah sərgilərində ölkəmizdə istehsal olunan döyüş vasitələri, silah-sursat, optik cihazlar, zirehli tenikalar, müxtəlif təyinatlı pilotsuz uçuş aparatları nümayiş etdirilir. İftixarla qeyd etmək olar ki, müdafiə sənayemizin son nailiyyətləri keçirilən sərgilərdə böyük maraqla qarşılanır, mütəxəssislərin diqqətini cəlb edir. Bu, bir daha göstərir ki, ölkəmizdə müdafiə sənayesi daim inkişaf edir, təkmilləşir. Müdafiə sənayemiz dünyanın ən aparıcı dövlətlərinin istehsalından geri qalmır, hələ bir çox ölkələri də qabaqlayır.  

Dünən Bakı Ekspo Mərkəzində "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian" 15-ci Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi açılıb. Sərgidə ölkəmizin müdafiə sənayesinin məhsulları da nümayiş etdirilir. Belə sərgilərin keçirilməsi müdafiə sənayesinin inkişafına, yeni istehsal sahələrinin yaradılmasına, qarşlıqlı əməkdaşlığa müsbət töhfələr verir. 

Prezident İlham Əliyev "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və "Securex Caspian 2026" 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinin iştirakçılarına ünvanladığı müraciətdə bu vacib sahəyə diqqət yetirərək demişdir: "Bu gün Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti və etibarlılığı beynəlxalq səviyyədə yüksək qiymətləndirilir. "ADEX" sərgisi həm ölkəmizin müdafiə-sənaye kompleksinin gücünün və potensialının, o cümlədən innovativ texnologiyalarının, həm də tərəfdaşlarımızın müdafiə sənayesi müəssisələrinin müasir məhsullarının və yeni nailiyyətlərinin beynəlxalq ictimaiyyətə təqdim olunması baxımından xüsusi əhəmiyyət daşıyır".

İnam var ki, əvvəlki sərgilərdə olduğu kimi, bu dəfə də ölkəmizin müdafiə sənayesinin məhsulları hərbi ekspertlər, peşəkar mütəxəssislər və bu sahənin şirkətləri tərəfindən yüksək dəyərləndiriləcək. Müdafiə sənayemizin inkişafı ölkəmizin adına böyük uğurlar qazandıracaq.    


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan rəqəmsal iqtisadiyyatın yeni mərhələsində

09:05
01 Oktyabr

Avrasiyanın strateji nəqliyyat arteriyası

09:00
01 Oktyabr

Orta dəhlizə perspektivdə 55 milyard dollar sərmayənin qoyulması proqnozlaşdırılır

08:55
01 Oktyabr

Qürur duyduğumuz qalib Azərbaycan Ordusu

08:50
01 Oktyabr

Xalqımız cəsur övladları ilə fəxr edir

08:45
01 Oktyabr

ZƏFƏR gündəliyi

08:40
01 Oktyabr

Zəfərin yaratdığı yeni geosiyasi reallıqlar

08:35
01 Oktyabr

İnformasiya cəbhəsinin qalibi

08:30
01 Oktyabr

Azərbaycan Prokurorluğu: Yeni çağırışlar qarşısında qanunun aliliyinin etibarlı təminatçısı

08:25
01 Oktyabr

2-ci İnvestisiya Forumu texnologiya, insan kapitalı və əməkdaşlıq məsələləri ilə yadda qaldı

08:20
01 Oktyabr

27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin bəyanatı

08:15
01 Oktyabr

Azərbaycanın müdafiə sənayesi sürətli inkişafdadır

08:10
01 Oktyabr

Parlamentin payız sessiyası öz işinə başladı

08:05
01 Oktyabr

“DƏMİR YUMRUQ"LA YAZILAN YENİ TARİX

08:00
01 Oktyabr

"Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və "Qiymətli metallar və qiymətli daşlar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 20 fevral tarixli 358-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 16 mart tarixli 622 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə

01:53
01 Oktyabr

Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub  

21:39
30 Sentyabr

Azərbaycan-Yunanıstan enerji tərəfdaşlığının perspektivləri nəzərdən keçirilib

20:23
30 Sentyabr

“Birliyin Gücü – 2026” birgə hərbi təlimində hərbi qulluqçular qarşılıqlı təcrübə mübadiləsi aparırlar  

19:57
30 Sentyabr

Azərbaycanın Müdafiə Nazirliyi ilə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalanıb  

19:39
30 Sentyabr

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib  

19:24
30 Sentyabr

Baş prokuror MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 36-cı iclasında iştirak edib  

19:22
30 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!