03 Oktyabr 2026 11:12
807
SİYASƏT
A- A+
Heydər Əliyevin siyasi irsi: xilaskarlıqdan Zəfərə uzanan yol

Heydər Əliyevin siyasi irsi: xilaskarlıqdan Zəfərə uzanan yol


 Müasir Azərbaycan dövlətinin memarı Ümummilli Lider Heydər Əliyevin zəngin və şərəfli ömür yolu dövlətçilik irsimizin qızıl salnaməsidir. Onun siyasi fəaliyyətinin hər bir mərhələsi Azərbaycanın milli maraqlarının qorunması, dövlətçilik ənənələrinin möhkəmləndirilməsi və xalqımızın gələcək inkişafının təmin olunması ilə sıx bağlıdır. Bu böyük siyasi irsin ən mühüm səhifələrindən biri isə 1993-cü il oktyabrın 3-də Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə başladı. Həmin seçki Azərbaycan dövlətçiliyinin taleyində mühüm dönüş nöqtəsi olmaqla, ölkənin mürəkkəb və ağır sınaqlar qarşısında qaldığı bir vaxtda sabitlik və inkişaf mərhələsinə keçidin siyasi əsaslarını formalaşdırdı.

 Bu sözləri Milli Məclisin deputatı Səbinə Salmanova deyib.Onun sözlərinə görə, Azərbaycan dövlət müstəqilliyini bərpa etdiyi ilk illərdə ağır sınaqlarla üz-üzə qalmış, ölkədə siyasi və iqtisadi böhran dərinləşmiş, dövlət idarəçiliyində ciddi problemlər yaranmış, Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımızın işğalı genişlənmişdi: “1990-cı illərin əvvəllərində hakimiyyətdə olan AXC-Müsavat cütlüyünün səriştəsiz idarəçiliyi, dövlətçilik təcrübəsinin və siyasi iradənin çatışmazlığı ölkəni faktiki olaraq idarəolunmaz vəziyyətə gətirmişdi. Cənab Prezident İlham Əliyev oktyabrın 2-də Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxışı zamanı həmin dövrü xarakterizə edərək xatırlatdı ki, o vaxt Azərbaycan artıq idarəolunmaz vəziyyətə düşmüşdü. Müstəqillik bərpa ediləndən sonra, hətta ona qədər biz böyük itkilərlə üzləşmişdik. Həm torpaq itkisi, eyni zamanda, ölkəmizdə gedən xoşagəlməz proseslər faktiki olaraq Azərbaycanı uğursuz dövlətə çevirirdi. Möhtərəm Prezident İlham Əliyevin bu fikirləri 1993-cü ilin siyasi reallıqlarının mahiyyətini bir daha aydın şəkildə ortaya qoyur. Məhz belə mürəkkəb tarixi şəraitdə xalqın Heydər Əliyevə üz tutması təsadüfi deyildi. Azərbaycan xalqı dövlətçiliyi qoruyacaq, ölkəni parçalanmaq təhlükəsindən çıxaracaq və müstəqilliyi möhkəmləndirəcək siyasi liderə ehtiyac duyurdu. Ulu Öndər Heydər Əliyevin Azərbaycana qayıdışı və 1993-cü il oktyabrın 3-də Prezident seçilməsi ölkənin tarixində yeni mərhələnin başlanğıcını qoydu. Hesab edirəm ki, 1993-cü ilin 3 oktyabr tarixi Azərbaycan dövlətçiliyin taleyinin həll olunduğu, ölkəmizin gələcək inkişaf istiqamətinin müəyyənləşdiyi mühüm dönüş mərhələsidir. Ümummilli Lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra ilk növbədə dövlət idarəçiliyində sabitliyi bərpa etdi, vətəndaş qarşıdurmasının qarşısını aldı və cəmiyyətdə dövlətə inamı yenidən formalaşdırdı. Ulu Öndərin siyasi iradəsi və dövlətçilik təcrübəsi Azərbaycanın parçalanma təhlükəsindən xilas olaraq müstəqil inkişaf yoluna çıxmasına imkan verdi. Bu baxımdan 3 oktyabr 1993-cü il tarixi müasir Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi tarixində xüsusi yer tutan hadisədir”.

 

S.Salmanova qeyd edib ki, bugünkü güclü, qüdrətli Azərbaycan Ulu Öndər Heydər Əliyev siyasətinin nəticəsidir: “Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyası sonrakı illərdə Azərbaycanın hərtərəfli inkişafının möhkəm təməlini formalaşdırdı. Onun siyasi kursunun Prezident İlham Əliyev tərəfindən böyük qətiyyət və ardıcıllıqla davam etdirilməsi nəticəsində Azərbaycan iqtisadi qüdrətini artırdı, beynəlxalq mövqelərini əhəmiyyətli dərəcədə möhkəmləndirdi və qarşıya qoyduğu strateji hədəflərə doğru inamla irəlilədi. Bu gün ölkəmizin regionda və beynəlxalq müstəvidə artan nüfuzu, güclü iqtisadi potensialı, müstəqil siyasəti və milli maraqlara əsaslanan inkişaf modeli Heydər Əliyev ideyalarının zamanın sınağından keçdiyini göstərir. Ən böyük tarixi nəticə isə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa olunmasıdır. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Ordumuzun qazandığı Zəfər Ulu Öndərin ən böyük arzularından birini gerçəkləşdirdi, Qarabağ və Şərqi Zəngəzurda yeni quruculuq və Böyük Qayıdış mərhələsinin əsasını qoydu. Bu gün həmin ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri, müasir şəhər və kəndlərin salınması, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı dövlətçilik xəttinin davamlılığının və siyasi varisliyin real təzahürüdür. Ona görə də 3 oktyabr 1993-cü il müasir Azərbaycanın siyasi və dövlətçilik tarixində yeni eranın başlanğıcını simvolizə edən mühüm tarixdir. Ulu Öndər Heydər Əliyevin siyasi irsi bu gün Azərbaycanın dövlət müstəqilliyinin əsas dayaqlarından biri kimi yaşayır və cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da zənginləşərək gələcək nəsillərə ötürülür”.

 

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub  

17:58
17 Oktyabr

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

16:48
17 Oktyabr

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub  

16:03
17 Oktyabr

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub

15:41
17 Oktyabr

Füzuli Şəhəri Günündə ustad dərsləri  

15:01
17 Oktyabr

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar 

14:36
17 Oktyabr

Bazar gününün hava proqnozu açıqlanıb

14:26
17 Oktyabr

17 oktyabr – Füzuli şəhəri günü: zəfərdən böyük qayıdışa uzanan tarixi yol

14:10
17 Oktyabr

Füzulinin işğaldan azad edilməsi ilə düşmənin müdafiə xətti tamamilə dağıdıldı   

14:07
17 Oktyabr

Füzuli şəhəri yenidən qurulur və doğma sakinlərinə qovuşur

14:04
17 Oktyabr

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım 

13:47
17 Oktyabr

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb  

12:38
17 Oktyabr

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb  

12:33
17 Oktyabr

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib  

12:28
17 Oktyabr

Qaradağ rayonunda Müstəqilliyin Bərpası Günü və Xankəndi şəhərində Dövlət Bayrağının ucaldılmasının ildönümü ilə əlaqədar tədbir keçirilib  

12:27
17 Oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib  

11:56
17 Oktyabr

Azərbaycan nefti 116 dollara satılır

11:29
17 Oktyabr

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb  

10:35
17 Oktyabr

Bilmək istəyirəm

10:20
17 Oktyabr

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib  

10:17
17 Oktyabr

Nə əkərsən...

10:10
17 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!