03 Oktyabr 2026 08:30
677
SİYASƏT
A- A+
"Taleyimiz öz əlimizdədir"

"Taleyimiz öz əlimizdədir"


Prezident İlham Əliyevin oktyabrın 2-də Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışı ölkənin hazırkı inkişaf mərhələsinin mühüm xüsusiyyətlərindən birini aydın şəkildə ortaya qoydu: artıq bu gün suverenlik yalnız hüquqi kateqoriya və ya ərazi bütövlüyünün bərpasının nəticəsi kimi nəzərdən keçirilmir. Suverenlik Azərbaycanın xarici dünya ilə münasibətlərini qurduğu əsas prinsipə çevrilir. 

Milli Məclisin deputatı Sevinc FƏTƏLİYEVA qəzetimizə açıqlamasında xatırladıb ki, dövlət başçısı çıxışında xarici siyasətlə bağlı səsləndirdiyi ən məzmunlu tezislərdən biri bu siyasətin elə qurulmasının vacibliyi idi ki, heç kim Azərbaycanın daxili işlərinə müdaxilə edə bilməsin: "Prezident İlham Əliyev vurğuladı ki, ölkəmizin nə kənar yardıma, nə də xarici himayəyə ehtiyacı var. Eyni zamanda o, bu prinsipi ölkənin ideoloji məkanının da xarici təsirlərdən qorunmasının zəruriliyi ilə əlaqələndirdi. İlk baxışdan bu yanaşma dövlət suverenliyi ilə bağlı ənənəvi mövqenin ifadəsi kimi görünə bilər. Lakin mövcud beynəlxalq şərait ona tamamilə fərqli məzmun qazandırır. Dünya getdikcə daha az proqnozlaşdırılan xarakter alır, böyük güclər arasında rəqabət güclənir, kiçik və orta dövlətlər isə getdikcə daha çox öz sərhədlərindən uzaqda qəbul olunan qərarlara uyğunlaşmaq zərurəti ilə üzləşirlər. Belə bir şəraitdə müstəqil xarici siyasət yürütmək qabiliyyəti real strateji resursa çevrilir. Prezidentin çıxışında səsləndirdiyi digər mühüm tezis də məhz bununla bağlı idi. Dövlət başçısı bəzi tanınmış ekspertlərin artıq Azərbaycanı orta güc hesab etdiklərini qeyd edərək, ölkənin iqtisadi müstəqilliyini və beynəlxalq nüfuzunu xüsusi vurğuladı. "Bizim taleyimiz öz əlimizdədir" fikri, əslində, Azərbaycanın son illərdə həyata keçirdiyi siyasi kursun fəlsəfəsini ifadə edir".

Bu modelin bir anda formalaşmadığını deyən S.Fətəliyeva bildirib ki, Prezident İlham Əliyev çıxışında yenidən Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursa müraciət edərək, onun başlıca xəttinin dəyişməz olaraq qaldığına - müstəqillik, dövlətçilik, iqtisadi sərbəstlik, güclü hərbi potensial və ölkənin öz resurslarından maksimum səmərəli istifadəyə diqqət çəkib. Eyni zamanda dövrün tələblərindən asılı olaraq taktiki, hətta strateji vəzifələrin dəyişə biləcəyi də vurğulandı.

Deputat qeyd edib ki, məhz varisliklə dəyişən şəraitə uyğunlaşmaq qabiliyyətinin vəhdəti prinsipial əhəmiyyət daşıyır: "Müstəqil xarici siyasət daxili dayanıqlılıq olmadan mümkün deyil. Xarici maliyyələşmədən, təhlükəsizlik təminatlarından və ya hər hansı bir siyasi güc mərkəzindən kritik dərəcədə asılı olan dövlətin fəaliyyət azadlığı istər-istəməz məhdudlaşır. Buna görə də Azərbaycanın siyasi modelində iqtisadi müstəqillik, enerji imkanları, nəqliyyat infrastrukturu və müdafiə potensialı diplomatiyadan ayrı mövcud deyil. Əksinə, bütün bu amillər müstəqil xarici siyasətin maddi əsasını formalaşdırır. Son illərin təcrübəsi bu qarşılıqlı əlaqəni xüsusilə aydın şəkildə nümayiş etdirdi". 

Sevinc Fətəliyevanın fikrincə, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan yalnız döyüş meydanındakı vəziyyətin dəyişdirilməsi ilə kifayətlənməyib. Prezidentin qurultayda vurğuladığı kimi, ölkəmiz regionda yeni reallıqları özü yaratdı və sonradan bu beynəlxalq ictimaiyyət tərəfindən qəbul edildi. Bu, son dərəcə mühüm məqamdır: Bakının xarici siyasəti getdikcə daha az dərəcədə xarici vasitəçilərin qərarlarını gözləmək, daha çox isə öz siyasi reallıqlarını formalaşdırmaq üzərində qurulur. 

"Prezidentin müəyyən etdiyi digər mühüm prinsip başqa dövlətlərlə münasibətlərdə ikili standartlara yol verilməməsidir. Cənab İlham Əliyev Azərbaycanın digər ölkələrə münasibətdə heç vaxt ikiüzlülük və riyakarlıq nümayiş etdirmədiyini bildirdi. Praktiki müstəvidə bu xətt praqmatik siyasəti nəzərdə tutur: maraqların üst-üstə düşdüyü sahələrdə tərəfdaşlıq, fikir ayrılıqlarının mövcud olduğu məsələlərdə dialoq və siyasi himayəçilik üzərində qurulan münasibətlərin qəbul edilməməsi. 

Bu gün Azərbaycan xarici siyasətinin yeni mərhələsinə qədəm qoyur. Əgər əvvəlki dövrdə əsas vəzifə müstəqil siyasət yürütmək hüququnun qorunması idisə, indi əsas məsələ bu müstəqilliyi dayanıqlı beynəlxalq təsir imkanına çevirməkdir. Prezidentin çıxışının mühüm siyasi məzmunlarından biri də məhz bundan ibarətdir: Azərbaycan üçün suverenlik artıq yalnız qorunmalı olan dəyər deyil. O, dövlətin dəyişən beynəlxalq sistemdə öz yerini müəyyənləşdirməsinə və formalaşdırmasına imkan verən strateji vasitəyə çevrilir", - deyə deputat qeyd edib.

 

Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyevin sosial media hesabında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb

01:04
06 Oktyabr

Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb

01:02
06 Oktyabr

Ladislau-Marius Vizerin "Dostluq" ordeni ilə təltif edilməsi haqqında

01:01
06 Oktyabr

J.F.Əliyevanın "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında

01:01
06 Oktyabr

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli 946 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası"nda dəyişiklik edilməsi haqqında

01:00
06 Oktyabr

Ceyhun Bayramov: Afrika ölkələri ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir

21:55
05 Oktyabr

Azərbaycanın xarici işlər naziri ilə ABŞ-nin Dövlət katibi arasında telefon danışığı olub

20:57
05 Oktyabr

Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub

20:37
05 Oktyabr

İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb

19:43
05 Oktyabr

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş olub

19:40
05 Oktyabr

Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir

19:37
05 Oktyabr

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 7 məsələ müzakirəyə çıxarılıb  

19:33
05 Oktyabr

Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar  

19:30
05 Oktyabr

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib YENİLƏNİB

18:57
05 Oktyabr

Azərbaycan rəqəmsal transformasiya və innovasiya sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir  

18:43
05 Oktyabr

Diabetin zəifləməsinə nail olmağın yolu tapılıb

18:41
05 Oktyabr

Zelenski: Zərbə nəticəsində göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəmilər zədələnib  

18:39
05 Oktyabr

Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə iştirak ediblər  

18:29
05 Oktyabr

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib 

18:26
05 Oktyabr

Bloomberg NATO-nun yeni müdafiə planına çıxış əldə edib

17:58
05 Oktyabr

 Yaponiya pilotsuz nəqliyyat gəmilərinin hazırlanması haqqında qərar verib

17:39
05 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!