03 Oktyabr 2026 08:55
556
SİYASƏT
A- A+
Mülki əhaliyə zərbə endirmək düşmənin rəzil və gücsüzlüyünü göstərirdi

Mülki əhaliyə zərbə endirmək düşmənin rəzil və gücsüzlüyünü göstərirdi


İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu qələbə tarixdə əbədi qalacaq. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi.

Azərbaycan Silahlı Qüvvələrinin Qarabağ uğrunda  çıxdığı müqəddəs yürüşün hər bir günü Zəfər gününə çevrildi. Hər gün qəhrəman döyüşçülərimiz irəli gedərək,  bircə dəfə də olsun azad etdikləri ərazilərimizdən geri çəkilmədilər. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə peşəkar Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbələr endirərək işğal olunmuş yaşayış məntəqələrimizi və Qarabağın tacı olan Şuşanı azad etdi. Nəhayət, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Müzəffər Azərbaycan Ordusunun qələbəsi ilə başa çatdı. 

Cəmi 44 gün davam edən müharibədə döyüşçülərimiz bircə dəfə də olsun geri çəkilmədilər. Azərbaycanın mərd oğulları bəşər tarixində misli görünməmiş qəhrəmanlıq göstərdilər. Azərbaycan Ordusu yüksək peşəkarlıq nümayiş etdirərək düşmənə sarsıdıcı zərbələr endirdi. Qətiyyətli Azərbaycan Ordusu erməniləri Ağdam, Laçın və Kəlbəcər rayonlarından qovub çıxarmağa nail oldu. Qısa vaxt ərzində  Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonları, Suqovuşan, Hadrut qəsəbələri, Xocalı və Kəlbəcər, eləcə də bir çox strateji yüksəklik azad edildi. Nəhayət, 2020-ci il noyabrın 8-də şanlı ordumuz Azərbaycanın üçrəngli bayrağını Şuşada dalğalandırdı. Qəhrəman oğullarımız düşməni qarşısında diz çökdürərək onun müqavimətini birdəfəlik sındırdı. Noyabrın 10-da  Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev Böyük Zəfər xəbəri ilə xalqımızı təbrik etdi. 

Lakin müharibə dövründə ermənilər bir çox məkrli niyyətini həyata keçirməyə başladılar. Onlar hər cür çirkin əməllərə əl ataraq, mülki əhalini atəşə tutaraq, insan tələfatı ilə nəticələnən terror aktları törətdilər. Yaşayış yerlərinə raket və bombalar, hətta qadağan olunmuş silahlar atdılar. Söz yox ki, bütün bu hadisələr düşmənin olduqca rəzil, gücsüz durumda olduğunu göstərirdi. Azərbaycan isə bunun tam əksi olaraq beynəlxalq hüquq normalarına, müharibə qaydalarına riayət edərək öz torpaqları uğrunda yalnız cəbhədə savaş aparırdı.

Həmin dövrdə Ermənistan silahlı qüvvələri cəbhə bölgəsindən xeyli uzaqda yerləşən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəni raket atəşinə tutdu. Şəhər sakinləri o müdhiş gecələrdə böyük həyəcan yaşadılar. Uçmuş evlərin daşları altında qalmış insanların fəryadı bu gün də qulaqlarda səslənir. Geçə vaxtı evlərində yatdıqları zaman raket atəşinə tutulması nəticəsində dağılmış evlərin qalıqları altında haray çəkən insanlar indi də gəncəlilərin yadından çıxmır.  

İlk raket hücumu 2020-ci il oktyabrın 4-də gecə yarı törədildi. Həmin gün atılan 3 raket zərbəsi nəticəsində bir nəfər həlak oldu və 36 nəfər müxtəlif bədən xəsarətləri aldı. Şəhərin Nəriman Nərimanov, Əziz Əliyev, Əli Nəzmi və digər küçələrində yerləşən evlər tamamilə dağıldı. Hətta bir neçə nəqliyyat vasitəsinə də ziyan dəydi.

Bu riyakar əməlindən "ruhlanan" ermənilər bir gün sonra ikinci raket hücumu törətdilər. Oktyabrın 5-də atılan raketlər şəhərin "Grand Qafqaz" Ticarət Kompleksinə düşdü. Səhər saatlarında atılan 3 raket zərbəsi nəticəsində 3 nəfər müxtəlif bədən xəsarətləri ilə xəstəxanalara yerləşdirildilər. Şah İsmayıl Xətai prospektində yerləşən ticarət mərkəzinə külli miqdarda ziyan dəydi.

Oktyabrın 11-də yerli vaxtla  gecə saat 2 radələrində atılan raketlər yaşayış ərazisinə düşməklə ətrafda olan binaları dağıtdı. Böyük dağıntılar törədən raketlər 31 mənzili tamamilə uçurmaqla hadisə yerində və onun yaxınlığındakı obyektlərə ciddi ziyan vurdu. Həmin hücum zamanı ümumilikdə 205 nəfərin yaşadığı 95 mənzil qəzalı vəziyyətə düşdü. 10 nəfər həlak oldu, 34 nəfər yaralandı. 

Oktyabrın 17-də gecə saatlarında atılan beşinci raketlər də şəhərdə böyük dağıntılar törətdi. Aida İmanquliyeva və Samir Xasıyev küçələrinə düşən raketlər nəticəsində 20 ev dağılmaqla, xeyli sayda mülki şəxs dağıntılar altında qaldı. Hücum nəticəsində 15 nəfər həlak oldu, 54 nəfər yaralandı. Beləliklə, Gəncə şəhərinə atılmış raket zərbələri nəticəsində 6-sı uşaq və yeniyetmə olmaqla, ümumilikdə 26 nəfər həlak oldu, 31 uşaq olmaqla, 142 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri aldı. Bu faciə nəticəsində 3 ailənin üzvü olan 4 uşaq hər iki valideynini itirdi. Beləliklə Gəncədə dinc sakinlərin raket atəşinə tutularaq qətlə yetirilməsi düşmənin nə qədər qəddar və məkrli olduğunu bir daha sübut etdi. İşğalçılar beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarxli Cenevrə Konvensiyasının müddəalarını, eləcə də BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini kobud şəkildə pozmaqla dinc əhalini hədəfə aldı, yaşlılara və uşaqlara qarşı soyqırımı törədildi. 

Ermənilər tərəfindən törədilən bütün bu qanlı hadisələrin səbəbini yaxşı dərk edən gəncəlilər başa düşürdülər ki, Azərbaycan haqq savaşındadır və Azərbaycan Ordusu tezliklə bütün bunların əvəzini çıxacaq. Belə də oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin  rəhbərliyi altında ordumuz misilsiz qələbələr qazandı. 

Dövlətimizin başçısı digər bölgələr kimi, Gəncədə törədilən faciələri də daim diqqət mərkəzində saxlayırdı. Onun tapşırıqları ilə şəhər rəhbərliyi tez-tez dağılmış ərazilərdə olur, insanlarla söhbət apararaq onları təmkinli olmağa çağırır, törədilmiş faciələrin nəticələrinin aradan qaldırılması üçün sakinlərə hər cür dəstək göstərirdi. Raket hücumu nəticəsində həlak olanların ailələrinə başsağlığı verən ölkə rəhbəri onların tezliklə yeni mənzillərlə təminat olunacaqlarını bildirirdi.

İndi həmin dəhşətli hadisələrdən 6 il ötür. Zəfərlə başa çatan Vətən müharibəsindən sonra ölkə başçısı İlham Əliyev gəncəlilərin həmin dövrdə çəkdikləri əziyyətləri heç vaxt unutmur. Şəhərə atılmış raket hücumları nəticəsində törədilmiş dağıntıları və bu hücumlar nəticəsində həlak olanların xatirəsini daim diqqətdə saxlayır. Elə bu məqsədlə dövlət başçısı sərəncam imzalayaraq Gəncə Memorial Kompleksinin tikintisi ilə bağlı göstəriş verdi. Beləliklə, Gəncə terrorunu əbədiləşdirən bir muzeyin yaradılmasına başlanıldı. 4 hektar ərazidə inşa edilən Gəncə Memorial Kompleksi təkcə bir abidə deyil, həm də tarixi yaddaş məkanına çevrildi. Spiralvari formada layihələndirilən kompleksin memarlıq həlli raketin yerdə vurduğu dəhşətli izlər simvoluna çevrildi. Bundan başqa, kompleksdə təkcə müharibə zamanı törədilən terror  hücumları deyil, həm də Azərbaycan xalqına qarşı müxtəlif dövrlərdə həyata keçirilən cinayətlər, xüsusilə Qərbi Azərbaycan əhalisinin deportasiyası, Qarabağ və Şərqi Zəngəzurdan məcburi köçkünlük mövzuları da öz əksini tapdı.

Bu günlər bütün Azərbaycan xalqı düşmən üzərində qələbəmizi bir daha qeyd edir, Gəncə Memorial Komplerksini ziyarət etməklə 6 il əvvəl ermənilər tərəfindən şəhərdə törədilən vəhşilikləri bir daha yada salırlar.


Sabir ƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyevin sosial media hesabında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb

01:04
06 Oktyabr

Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb

01:02
06 Oktyabr

Ladislau-Marius Vizerin "Dostluq" ordeni ilə təltif edilməsi haqqında

01:01
06 Oktyabr

J.F.Əliyevanın "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında

01:01
06 Oktyabr

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli 946 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası"nda dəyişiklik edilməsi haqqında

01:00
06 Oktyabr

Ceyhun Bayramov: Afrika ölkələri ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir

21:55
05 Oktyabr

Azərbaycanın xarici işlər naziri ilə ABŞ-nin Dövlət katibi arasında telefon danışığı olub

20:57
05 Oktyabr

Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub

20:37
05 Oktyabr

İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb

19:43
05 Oktyabr

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş olub

19:40
05 Oktyabr

Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir

19:37
05 Oktyabr

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 7 məsələ müzakirəyə çıxarılıb  

19:33
05 Oktyabr

Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar  

19:30
05 Oktyabr

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib YENİLƏNİB

18:57
05 Oktyabr

Azərbaycan rəqəmsal transformasiya və innovasiya sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir  

18:43
05 Oktyabr

Diabetin zəifləməsinə nail olmağın yolu tapılıb

18:41
05 Oktyabr

Zelenski: Zərbə nəticəsində göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəmilər zədələnib  

18:39
05 Oktyabr

Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə iştirak ediblər  

18:29
05 Oktyabr

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib 

18:26
05 Oktyabr

Bloomberg NATO-nun yeni müdafiə planına çıxış əldə edib

17:58
05 Oktyabr

 Yaponiya pilotsuz nəqliyyat gəmilərinin hazırlanması haqqında qərar verib

17:39
05 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!