07 Oktyabr 2026 18:11
198
SİYASƏT
A- A+
BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib  

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib  


Oktyabrın 6-da Cenevrədə keçirilən BMT İnsan Hüquqları Şurasının 63-cü sessiyası çərçivəsində Azərbaycan tərəfindən həmmüəllif qismində dəstəklənən və fəal şəkildə irəlilədilən “Piyadaəleyhinə minaların insan hüquqlarından tam istifadəyə təsiri: Zərərçəkənlərə yardımın gücləndirilməsi” adlı qətnamə qəbul edilib.

Bu barədə AZƏRTAC-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, qətnaməyə 70 dövlət həmmüəllif qismində qoşulub və sənəd səsvermə keçirilmədən qəbul edilib.

Azərbaycan sessiya çərçivəsində bu mühüm birgə təşəbbüsün gündəmdə saxlanılması və təşviqi məqsədilə ictimai dialoq təşkil edib, habelə mövzuya həsr olunmuş yan tədbirin həmtəşkilatçısı qismində çıxış edib.

“Dünyada mina ilə ən ciddi şəkildə çirklənmiş ölkələrdən biri olan Azərbaycan piyadaəleyhinə minaların yaratdığı kəskin problemdən əziyyət çəkir. Piyadaəleyhinə minalar və partlamamış hərbi sursatlar insan hüquqlarından tam istifadəyə uzunmüddətli və ağır təsir göstərməklə, zərərçəkənlərin, onların ailə üzvlərinin həyatına ciddi fəsadlar törədir. Bu baxımdan qətnamədə zərərçəkənlərə yardım məsələsinə xüsusi diqqət yetirilməsini alqışlayırıq.

Mina fəaliyyəti davamlı sülhün təməl elementlərindən biridir və münaqişədənsonrakı bərpa prosesində mühüm rol oynayır. Mina təmizlənməsi keçmiş məcburi köçkünlərin öz evlərinə təhlükəsiz və ləyaqətli qayıdışına şərait yaratmaqla yanaşı, münaqişədən zərər çəkmiş ərazilərin və icmaların bərpasına, habelə sosial-iqtisadi inkişafın təmin olunmasına mühüm töhfə verir.

Qətnamədə mina fəaliyyəti, sülh və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması arasında qarşılıqlı əlaqəyə mühüm diqqət yetirilməsini təqdir edirik. Mina təmizlənməsi, həmçinin iqlimlə bağlı risklərə daha səmərəli uyğunlaşmanın təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan qətnamənin insan hüquqları kontekstində mina fəaliyyəti ilə iqlim risklərinə uyğunlaşma arasındakı əlaqəyə dair anlayışın formalaşdırılması və dərinləşdirilməsinə töhfə verməsini vacib hesab edirik.

Minaların törətdiyi itkilərin miqyası, xüsusilə mina fəaliyyəti və zərərçəkənlərə yardım üçün daha güclü beynəlxalq dəstəyin, tərəfdaşlıqların və davamlı maliyyələşmənin səfərbər edilməsinin vacibliyini bir daha nümayiş etdirir. Bu baxımdan BMT İnsan Hüquqları Şurasının üzv dövlətləri mina təmizlənməsi və zərərçəkənlərə yardım üçün maliyyələşməni artırmağa, o cümlədən alternativ maliyyələşdirmə mənbələrindən və dövlət-özəl tərəfdaşlıqlardan istifadə etməyə çağırmasını alqışlayırıq.

Azərbaycan mina təhlükəsi ilə mübarizədə beynəlxalq əməkdaşlığın, həmrəyliyin və davamlı dəstəyin gücləndirilməsinin vacibliyini bir daha vurğulayır və mina fəaliyyətinin insan hüquqlarının qorunması, davamlı sülh və inkişafın təmin olunmasına verdiyi töhfəni yüksək qiymətləndirir”, - deyə məlumatda diqqətə çatdırılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

AHİK sədri: Texnoloji tərəqqi sosialyönümlü olmalı, yeni texnologiyalar layiqli əməyə xidmət etməlidir

20:01
07 Oktyabr

Azərbaycan cüdoçusu Bakıdakı dünya çempionatında gümüş medal qazanıb 

19:41
07 Oktyabr

Ukraynalı uşaqlar üçün ekskursiya təşkil olunub

19:37
07 Oktyabr

Nazir: Şərqlə Qərb arasında dayanıqlı əlaqələrin formalaşmasında Orta Dəhlizin rolu artır  

19:31
07 Oktyabr

Aqrar sahə ilə bağlı qanun layihəsi Milli Məclisdə ictimai dinləməyə çıxarılıb  

19:23
07 Oktyabr

Azərbaycan ilə Estoniya arasında texnologiyalar sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib  

19:13
07 Oktyabr

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

19:07
07 Oktyabr

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb  

19:01
07 Oktyabr

Payızda dəriyə necə qulluq etmək lazımdır?

18:57
07 Oktyabr

Süni intellekt bəşəriyyəti məhv edə bilər  

18:41
07 Oktyabr

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur

18:32
07 Oktyabr

 “Pinterest” süni intellektlə fərdi gözəllik bələdçisi yaradır

18:23
07 Oktyabr

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib  

18:11
07 Oktyabr

Ozon çirklənməsi Amazon meşələrinin CO₂ udma qabiliyyətini azaldıb  

18:04
07 Oktyabr

“Instagram”ın yeni funksiyası araşdırılır

17:57
07 Oktyabr

“Səbail”dən hücuma yeni silah Serbiyadan gəldi

17:47
07 Oktyabr

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir  

17:39
07 Oktyabr

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

17:16
07 Oktyabr

 Google ABŞ-də 11 nüvə reaktorunun modernləşdirilməsinə sərmayə qoyur

17:06
07 Oktyabr

Bratislava ilə Bakı arasında turizm körpüsü

17:03
07 Oktyabr

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

16:55
07 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!