07 Oktyabr 2026 17:06
206
DÜNYA
A- A+
 Google ABŞ-də 11 nüvə reaktorunun modernləşdirilməsinə sərmayə qoyur

 Google ABŞ-də 11 nüvə reaktorunun modernləşdirilməsinə sərmayə qoyur


Texnologiya nəhəngi Google ilə ABŞ-nin atom elektrik stansiyalarının operatoru “Constellation Energy” fəaliyyətdə olan 11 reaktorun modernləşdirilməsi üzrə 20 illik müqavilə bağlayıblar. “The Wall Street Journal”ın məlumatına görə, bu layihə reaktorların ümumi gücünü 890 MVt artırmağa imkan verəcək və əldə olunan əlavə enerji yeni data mərkəzlərinin elektrik təchizatına yönəldiləcək.

Atom reaktorlarının yenilənməsi nəticəsində əldə ediləcək əlavə enerji həcmi yeni bir böyük reaktorun istehsal etdiyi gücə bərabərdir. Saziş fəaliyyətdə olan reaktorların gücünün artırılması üzrə tarixdəki ən böyük layihə kimi qiymətləndirilir. “Constellation” şirkəti modernləşdirməyə 4,3 milyard dollardan çox investisiya qoymağı planlaşdırdığını və maliyyə dəstəyinin birbaşa “Google” tərəfindən təmin edildiyini bildirib.

Layihənin ilk mərhələsinin 2028-ci ildə, bütün 11 reaktor üzrə işlərin isə 2032 və ya 2033-cü ildə yekunlaşdırılması nəzərdə tutulur. Tərəflər həmçinin ABŞ-nin Orta Atlantik və Orta Qərb regionlarında enerji bazarına 2700 MVt elektrik enerjisinin tədarükü haqqında əlavə 15 illik saziş imzalayıblar. Şirkətlər həmçinin şəbəkə həddindən artıq yükləndikdə istehlakı tənzimləyən yeni generasiya və saxlanma sistemlərinin işlənib hazırlanmasını planlaşdırırlar.

Müqavilə elan edildikdən dərhal sonra “Constellation” şirkətinin səhmləri 12% bahalaşıb və bu addım digər enerji isteisalçılarının da kotirovkalarının yüksəlməsinə təkan verib. Analoji olaraq “Talen Energy” səhmləri 12%, “Vistra” 11%, “NRG Energy” isə 7% artım göstərib.


Yasəmən MUSAYEVA, 

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ozon çirklənməsi Amazon meşələrinin CO₂ udma qabiliyyətini azaldıb  

18:04
07 Oktyabr

“Instagram”ın yeni funksiyası araşdırılır

17:57
07 Oktyabr

“Səbail”dən hücuma yeni silah Serbiyadan gəldi

17:47
07 Oktyabr

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

17:16
07 Oktyabr

 Google ABŞ-də 11 nüvə reaktorunun modernləşdirilməsinə sərmayə qoyur

17:06
07 Oktyabr

Bratislava ilə Bakı arasında turizm körpüsü

17:03
07 Oktyabr

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

16:55
07 Oktyabr

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

16:46
07 Oktyabr

Qlobal iqlim təhlükəsizliyində Azərbaycan nümunəsi

16:31
07 Oktyabr

Beynəlxalq idman ictimaiyyətinin Azərbaycana olan yüksək etimadının əyani göstəricisi

16:22
07 Oktyabr

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

16:17
07 Oktyabr

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir  

16:10
07 Oktyabr

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib  

16:07
07 Oktyabr

Azərbaycan BMT-nin Qadınlar üzrə Agentliyi ilə əlaqələri genişləndirir

16:04
07 Oktyabr

Prezidentin Mətbuat Xidmətinin məlumatı

16:02
07 Oktyabr

Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb

16:01
07 Oktyabr

İşğaldan azad olunmuş ərazilərdə sahə görüşləri davam etdirilir  

15:54
07 Oktyabr

FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib  

15:52
07 Oktyabr

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb  

15:49
07 Oktyabr

Kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb YENİLƏNİB

15:37
07 Oktyabr

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb YENİLƏNİB 

15:37
07 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!