07 Oktyabr 2026 08:00
326
SİYASƏT
A- A+
Strateji düşüncənin real bəhrəsi

Strateji düşüncənin real bəhrəsi


Oktyabrın 2-də Yeni Azərbaycan Partiyası özünün VIII Qurultayını keçirdi.

* Otuz  ildən artıq  iqtidarda olan;

* Azərbaycanın real  dövlət müstəqilliyinə qovuşmasında böyük xidmətlər göstərən;

* Qarşısına qoyduğu bütün hədəflərə çatan;

* Xalqa verdiyi vədlərinin hamısını şərəflə yerinə yetirən;

* Dünənin, bu günün və sabahın partiyası sayılan;

* Cənubi Qafqazın ən böyük siyasi qüvvəsi statusunu şərəflə daşıyan Yeni Azərbaycan  Partiyası! 

Bu həm də Azərbaycan öz ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa edəndən sonra partiyanın keçirdiyi ilk qurultay idi.

Qurultayda Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev geniş və parlaq nitq söylədi.

İlham Əliyev adətən sinədəftər danışır, nitqini maraqlı və cəlbedici qurur, yeni fikirlər səsləndirir, tezislər irəli sürür, çoxsaylı faktlar, rəqəmlər söyləyir...

Partiya Sədrinin qurultaydakı nitqi bütün bunlarla yanaşı, daha çox cəlbediciliyi və səmimiliyi ilə də fərqlənirdi.

Bir sıra fikir və  faktları ilk dəfə bu məclisdə səsləndirdi...

Qarşıya çox vacib və yeni vəzifələr qoydu!

Keçmişdə və hərbi əməliyyatlar dövründə baş  verən bəzi məsələləri ilk dəfə dilə gətirdi...

Onların bir qismi barədə söhbət  açacağıq.

***

* Yeni Azərbaycan Partiyası dövrün, zamanın, həyatın tələbi ilə yaranmış  partiyadır!

* Xalqın istəyi, arzusu, fəal iştirakı  ilə  yaranmış partiyadır!

* Azərbaycanı parçalanmaqdan qorumaq, deklarativ müstəqilliyimizi gerçəyə çevirmək üçün yaranmış partiyadır!

* Xalqın arzularını gerçəyə çevirmək üçün yaranmış partiyadır!

* Azərbaycanı siyasi  burulğanlardan, qarşıdurmalardan, torpaq itkilərindən qurtararaq qalib dövlətə çevirmək üçün yaranmış partiyadır!

Düşmənlərimiz və bədxahlarımız Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə belə bir partiyanın yaranmasını istəmirdilər və hər vəchlə onun həyata vəsiqə almasına əngəl törətməyə çalışırdılar.

Amma xalqın iradəsi bütün mənfur niyyətlərə üstün gəldi!

1992-ci ilin noyabrında Naxçıvanda  partiyanın təsis qurultayı keçirildi.

Bununla  da Azərbaycan xalqı o dövrdə özünün tikib-qurduğu Bakıda yaşamasına imkan verilməyən və bu səbəbdən Naxçıvanda məskunlaşan Ulu Öndər Heydər Əliyevin ətrafında  birləşmək imkanı  qazandı.

Yeni Azərbaycan Partiyası həyata müxalifət  partiyası kimi  qədəm  qoydu.

Amma çox keçmədən zamanın tələbi ilə  iqtidar  partiyasına  çevrildi.

***

Təbii sərvətləri ilə yağlı tikəni xatırladan Azərbaycana göz  dikənlər çox idi.

Onu parçalamaq, keçmişdə olduğu kimi  xanlıqlara çevirmək, sonra isə mənfur niyyətlərini  həyata keçirmək üçün  xain planlar da qurulmuşdu.

Ulu Öndər Heydər Əliyevin SSRİ-nin  siyasi rəhbərliyindən uzaqlaşdırılması, həyatına sui-qəsd cəhdləri, sonra isə Bakıda qalmasına  yol verilməməsi bu xəyanətkar planların tərkib  hissəsi idi.

Həmin dövrdə Azərbaycana manqurtların rəhbər  təyin  edilməsi  müstəqilliyə can atan dövlətin iflasına şərait yaradırdı...

Təsəvvür edin, müharibə vəziyyətində olan, ərazilərini kəndbəkənd, şəhərbəşəhər  itirən, iqtisadi böhran içində boğulan  dövlətin üç rəhbəri xalqı və ölkəni taleyin ümidinə buraxaraq təyyarəyə minib qaçdılar:

İkisi Moskvaya, biri isə Kələkiyə!

Əgər Yeni Azərbaycan Partiyası yaranmasaydı, xalqın arzu və tələbi ilə Ulu Öndər Heydər Əliyev yenidən ölkə rəhbərliyinə qayıtmasaydı, nələr baş verərdi?

Bunu düşünmək belə vahiməlidir!

Kim, hansı siyasi qüvvə Azərbaycanı parçalanmadan, xaos və anarxiya burulğanından,  qanunsuzluqlardan və özbaşınalıqlardan, iqtisadi tənəzzüldən, min faizlik inflyasiyadan, dövlət çevrilişinə iki  cəhddən  qurtarardı?!

Və bu gün biz hansı vəziyyətdə olardıq?

***

O zaman hələ dünyanın ədalətinə,  beynəlxalq hüququn  mövcudluğuna və öz yerini  tutacağına, BMT-nin  Təhlükəsizlik Şurasının dörd qətnaməsinin  yerinə yetiriləcəyinə,  Avropa Parlamentinin  obyektiv qətnamə və qərarlar çıxaracağına, Ermənistanın işğalçı dövlət kimi  sanksiyalar qoyularaq  Azərbaycan ərazilərindən  sülh yolu ilə çıxarılacağına inanırdıq.

Amma reallıqda  nələr baş verirdi?

İlk  bədnam sanksiya torpaqları işğal edilmiş Azərbaycana  qarşı 907-ci  düzəliş formasında  tətbiq olundu.

* Gördük ki, dünyada ədalətin də, beynəlxalq hüququn da adı var, özləri isə yoxdur;

* Gördük ki, üzdə münaqişənin ədalətli həllindən  danışanlar, əslində, erməni mövqeyində möhkəm dayanıblar;

* Gördük ki, problemin həlli məqsədilə yaradılan ATƏT-in Minsk qrupu, əslində, "sülh danışıqları"  adı ilə  işğalı əbədiliyə çevirmək niyyətindədir;

* Gördük ki, həmsədr dövlətlərin  hərəsi bir formada Ermənistana arxa duraraq kömək göstərirlər;

* Gördük ki, beynəlxalq qurum və təşkilatlar  yalnız  erməni maraqlarını təmin edirlər;

* Gördük ki, dünya  ədalətlə, hüquqla yox, ikili standartlarla işləyir.

Bu halda yalnız öz rəhbərimizə arxalanmalı, öz gücümüzə  güvənməli olduğumuzu,  xalqı bir  yumruğa çevirərək  bütün  problemləri yalnız özümüzün həll edə biləcəyimizi anladıq!

Yeni  Azərbaycan  Partiyasına sədrlik edən  prezidenlərimiz - əvvəl  Ulu Öndər Heydər Əliyev, sonra isə cənab İlham Əliyev vədəsində düzgün  və qətiyyətli addımlar atmaqla, strateji  düşünərək  real və  uzaqgörən siyasət yeritməklə çıxılmaz durumda qalan  Azərbaycanı parçalanma təhlükəsindən, xaos və  özbaşınalıqlardan,  iqtisadi  tənəzzüldən  qurtararaq səsi eşidilməyən bir ölkədən qüdrətli, qalib, Cənubi Qafqazda söz sahibinə və orta güc dövlətinə çevrilən müasir və güclü Azərbaycan səviyyəsinə ucaltdılar!

Bütün bu möcüzəni  yalnız Azərbaycan xalqı deyil, bütövlükdə  dünya görərək qəbul etdi!

***

Yeni   Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev dərinməzmunlu  çıxışında ötən illər ərzində görülən möhtəşəm işlərə yekun  vurmaqla yanaşı,  növbəti dövrdə qarşıda  duran işlərdən də ətraflı danışdı və bir  çox sahədə yeni vəzifələr müəyyənləşdirdi.

Həmin vəzifələrin bir qismi ideoloji işlə bağlıdır.

Əvvəlcə qeyd edək ki, bu məqsədlə dövlətin  müdafiə imkanlarının daim yüksək səviyyədə saxlanılması, hərbi gücümüzün artırılması bütün vəzifələrin önündə dayanır!

Başqa sözlə desək, "dəmir yumruq" daim hazır  vəziyyətdə  olmalıdır və hazır  vəziyyətdədir!

Çünki bunu regionumuzda və dünyada baş verən  proseslər tələb edir.

Qeyd edək ki, bu məqsədlə gələn ilin hərbi  büdcəsində hərbi və təhlükəsizlik  məsələlərinə  təqribən 9 milyard  manat  vəsaitin  ayrılması  nəzərdə  tutulmuşdur.

Cənab  İlham Əliyev qurultaydakı  çıxışında bununla bağlı dedi:

"Sual oluna bilər, biz şanlı Zəfər qazanmışıq, Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur olub. Bu gün Azərbaycanla Ermənistan arasında münaqişə yoxdur, müharibə yoxdur, sərhədlərdə sakitçilikdir. Sülh müqaviləsi paraflanıb, artıq təmaslar da var. Hətta Azərbaycan Ermənistanla ticarətə də başlamışdır. Bu, nə üçün lazımdır? Buna cavab, məncə, çox açıq-aydındır. Bu, həmişə lazımdır, hər bir ölkə üçün. Çünki bizim xalqımız bu faciə ilə üzləşib. Bizim xalqımız ermənilərin nankorluğu ilə üzləşib".

Daha sonra bildirdi:

"Gördülər ki, biz bir az laxlayırıq, gördülər ki, büdrəmişik, arxadan bıçaq vurdular. Yəni birinci dəfə deyil onların tarixində. Eynisini bir əsr ondan əvvəl başqa yerdə də törətmişdilər. Ona görə biz bunu heç vaxt unutmamalıyıq, ayıq olmalıyıq və hər zaman, hər gün onlardan 10 qat güclü olmalıyıq. Necə ki, bu gün belədir, sabah da belə olacaq".

***

Hazırda  dünya qan içində boğulur.

Köhnə düşmənlər bir yana, köhnə  dostlar da bir-birini  qırır.

Bir müharibə qurtarmamış yeni münaqişə ocağı  alovlanır.

Bizim həm şimalımızda, həm də cənubumuzda müharibələr  bitmək bilmir.

Bu müharibələrin  dayandırılması üçün  nə tərəflər  razılığa gələ bilir, nə də  elə bir  beynəlxalq  mexanizm var.

İlham Əliyev  ayıq-sayıq olmağın zəruriliyini  də  ön plana çəkir:

"Biz hər gün hazır olmalıyıq ki, istənilən hərbi təxribata cavab verək. Elə güc əldə etməliyik və bunu əldə edirik ki, heç kimin ağlına belə  gəlməsin Azərbaycana qarşı hansısa təxribat törətmək".

Bu mənada Azərbaycan  təhlükəsizlik tədbirlərinə xüsusi önəm verir.

Biz nə qədər sülhpərvər olsaq da, hamı ilə əməkdaşlığa can  atsaq da, indiki dövrdə sayıqlığımızı heç bir  halda itirə  bilmərik!

Ölkə daxilində  hər hansı risklər  mövcud deyil - nə  fiziki, nə də ideoloji risklər.

Ölkəmizin  hüquqlarından kənarda isə bizi gözü götürməyənlərin, bizə tuşlanan  oxların  sayı,  bizə qarşı  təzyiqlərin  daha da artması mümkün və gözləniləndir!

Onları isə diqqətdən kənarda saxlamaq olmaz!

Prezidentin dediyi kimi:

"Bax, biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq. Bir zərbəyə bəlkə 2, 5, 10 zərbə qaytarırıq ki, hərə otursun yerində, bizim işlərimizə qarışmasın, bizim həyat tərzimizə burnunu soxmasın və bizə yol göstərməsin. Hərə getsin öz xalqına, dövlətinə gün ağlasın. Bu gün Azərbaycan reallıqları belədir ki, biz bir çox ölkələr üçün örnək olmuşuq. Ona görə risklərlə bağlı, - həm fiziki, həm ideoloji risklərlə bağlı, - ciddi tədbirlər görülür və görüləcək".

***

Cənab İlham Əliyev qurultaydakı çıxışında ideoloji  təhlükəsizlik məsələlərinə də böyük diqqət yetirdi.

Səbəbini də açıq söylədi:

"Çünki ideoloji təxribat ölkənin içinə istiqamətləndirilir. Biz sərhədlərimizi qoruyuruq və bu da vəzifələrdən biridir. Dövlət sərhədlərimizin mühafizəsinə, qorunmasına müasir texnologiyalardan istifadə etməklə nail olmuşuq. Amma ideoloji risklər sərhəd tanımır, xüsusilə indiki dünyada, internet dünyasında, kiberhücumlar dünyasında, süni intellekt dünyasında".

Bəs ideoloji təxribatlardan qorunmağın yolları hansılardır?

Prezidentimiz bu suala da aydın və açıq cavab verdi:

"İlk növbədə, əlbəttə ki, təhsil. Xalqımız nə qədər təhsilli, bilikli, savadlı olarsa, o qədər də bax, bu yalanlara, bu şayiələrə, zəhərlə dolu olan bu ideoloji təxribatlara uymayacaq".

İkinci növbədə isə vətənpərvərliyi və vətənpərvərlik  tərbiyəsinin vacibliyini göstərdi:

"Əminəm ki, biz hamımız, hər bir vətənpərvər azərbaycanlı, Azərbaycan vətəndaşı öz dövləti ilə fəxr edir. Biz dünyada misli görünməmiş Qələbə qazanmışıq. Özü də, yenə də deyirəm, təkbaşına".

İdeoloji təhlükəsizliyin  vacib  elementlərindən  biri  ideoloji  təxribatlara qarşı ciddi  mübarizə  aparılmasıdır.

Ölkənin ideoloji məkanının  yad ünsürlərdən  qorunması  həm də xarici siyasət strategiyasına  daxil  edilmişdir.

Heç kim bizim daxili işimizə müdaxilə  etməməlidir və heç  kəsə belə bir hüquq  verilməmişdir!

Kimsənin köməyinə və himayədarlığına da  ehtiyacımız   yoxdur!

ÇÜNKİ...

Cənab İlham Əliyevin dediyi kimi:

"Bizə lazım olan vaxtda bizə heç kim kömək etməyib. Bir milyon qaçqınımız olanda heç kim bizə əl uzatmayıb. Nə almışıqsa, pulla almışıq. O cümlədən bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər".

Bütün bu vəzifələrin öhdəsindən uğurla gəlməkdən ötrü  nə etmək lazımdır?

Cənab İlham Əliyev öz nitqində bu məqama da aydınlıq gətirdi:

"İdeoloji işimiz, o cümlədən partiya fəalları tərəfindən elə aparılmalıdır ki, Azərbaycan reallıqları, ölkəmizdə gedən işlər, çox müsbət ab-hava daim ictimai müzakirədə olsun. Bu gün Azərbaycanda elə genişmiqyaslı quruculuq işləri aparılır ki, bilmirəm hansı ölkədə buna bənzər quruculuq işləri var. Mən təkcə Qarabağı, Şərqi Zəngəzuru nəzərdə tutmuram, halbuki orada da misli görünməmiş inkişaf var, hər bir bölgədə. Ona görə ideoloji işin düzgün qurulması, şablonlardan əl çəkmək, hansısa formal xarakter daşıyan tədbirlərdən əl çəkmək vaxtı gəlib çatıb. Yəni yeni, müasir ideoloji işlər aparılmalıdır".

Çünki:

"Bizə lazımdır ki, həqiqətlər hər bir vətəndaşa çatsın - bu gün çox şaxələnmiş informasiya mənbələri olan bir zamanda, o cümlədən Azərbaycan dilində".

Azərbaycan Prezidenti düşmənlərimiz tərəfindən hiyləgərliklə hazırlanan təxribatlara da diqqət çəkdi, onlardan  qorunmağın  yollarını göstərdi:

"Nə üçün hansısa ölkədə Azərbaycan dilində bir resurs yaradılır? Yəni bizə kömək etmək üçün? Yox, bizə qarşı təxribat etmək üçün. Xalqımızı çaşdırmaq üçün. Gənclərin beyinlərini zəhərləmək üçün. Budur. Görürsünüz ki, haradasa Azərbaycan dilində resurs yaranıb, bilin ki, məqsəd odur. O faktları tapmaq üçün uzağa getmək lazım deyil, bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır. Ya da ki, Qərb ölkələrində, orada da azərbaycandilli resurslar yaradılıb. Nə üçün? Yəni bax, bu birliyi sarsıtmaq üçün, Azərbaycanı özlərinə tabe etdirmək üçün, bizi müstəqillik yolumuzdan döndərmək üçün, sonra da bizi idarə etmək üçün. Bax, budur məqsəd. Ona görə bu, fiziki təhlükəsizlik qədər önəmli sahədir və burada kim olmalıdır bu işin mərkəzində? Əlbəttə ki, Yeni Azərbaycan Partiyasının üzvləri".

***

Azərbaycanın öz imkanlarına güvənərək qazandığı uğurların sayı-hesabı yoxdur!

İnanmaq  belə çətindir ki,  otuz beş il  bundan öncə  müstəqillik  yoluna qədəm qoymaq istəyən bu ölkə real dağılma, parçalanma həddinə çatmışdı.

Dünya erməniliyi və onların dostları  bu mənfur niyyətlərinə çatmaqdan ötrü bütün resurslarını işə  salmışdılar.

Ölkə daxilindəki xəbis niyyətlilər də baş qaldırmışdılar.

Əgər Ulu Öndər Heydər Əliyev xalqın  çağırışı ilə  zamanında  geri  dönməsəydi, siyasi  dühası ilə bütün  problemləri yoluna qoymasaydı, Azərbaycanı daim yüksəldən və inkişaf  etdirən, düşmən niyyətlilərin murdar əməllərinin məhvinə şərait  yaradan siyasi inkişaf  kursu yaratmasaydı, cənab İlham Əliyev kimi siyasi  varis yetişdirməsəydi, onda halımız necə olardı?!

Axı ən ağır dövrümüzdə kimsə bizimlə deyildi, heç kəsdən kömək və yardım almırdıq.

Həqiqi rəhbərlərimiz yalnız xalqa arxalanaraq bütün  problemlərin  həllinə nail olur, ciddi və real  təhlükələri  sovuşdururdular.

Bu gün dünyada Azərbaycana hörmətlə yanaşırlar, onunla əməkdaşlıq etmək istəyənlərin sayı isə  getdikcə artır.

Cənab İlham Əliyevdən daha bir sitat:

"Biz özümüzə hörmət edən insanlarıq, biz ləyaqətlə yaşayırıq, siyasətimizi də ləyaqətlə aparırıq. Bizim timsalımızda hər kəs görə bilər ki, bu mümkündür. Təkbaşına düşməni məğlubiyyətə uğratmaq, düşmənə öz şərtlərini diktə etmək, onu kapitulyasiya aktına imza atmağa məcbur etmək, baxmayaraq ki, sənə 30 il əzablar verib, ondan sonra lazımi vaxtda dayanmaq, sülhə nail olmaq ki, daha qan tökülməsin. Çünki bizə əbədi müharibə lazım deyil, bu, bizim seçimimiz olmayıb. İkinci Qarabağ müharibəsində biz lazımi vaxtda dayandıq və 2023-cü ildə sentyabr ayında da lazımi vaxtda dayandıq. Halbuki müxtəlif variantlar var idi. Amma uzaqgörənlik, strateji düşüncə və xalqımızın əsas maraqlarının nəzərə alınması amilləri bax bu siyasəti diktə edir. Siyasətdə emosiyalara yer yoxdur. Biz emosiyalara qapılsaydıq, bu gün yəqin ki, üçüncü Zəfər tağı İrəvanın mərkəzində ucaldılardı".

***

Xalqın xoşbəxtliyi onun müdrik, uzaqgörən, qətiyyətli və strateji düşüncəyə malik rəhbərinin olmasındadır.

Rəhbərə  güc və inam verən isə xalqının ona olan məhəbbəti  və dəstəyidir!

Başı daşdan-daşa dəyən, böyük müsibətlər yaşayan Azərbaycan xalqı sonda əsl rəhbərinə  qovuşmaqla qalib xalqa, xoşbəxt  xalqa çevrildi!

Uzun sürən faciə və fəlakətlərdən sonra:

* İşğala da son qoyduq!

* Separatçılığın da kökünü kəsdik!

* Düşməndən qisasımızı da aldıq!

* Müharibəni ən qısa müddətdə bitirməklə dünyaya nümunə də göstərdik!

İndi isə sülh və əməkdaşlıq yolu ilə  irəliləyərək Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirməklə, dünyanın əksər dövlətlərinə fayda gətirəcək Orta dəhlizi reallaşdırmaqla məşğuluq!



Bəxtiyar  SADIQOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident: Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır  

10:23
07 Oktyabr

Prezident İlham Əliyev: İtkin düşmüş heç bir vətəndaşımız unudulmur

10:21
07 Oktyabr

Azərbaycan nefti 120,68 dollara satılır

10:21
07 Oktyabr

Nə gözəl sevgidi Vətən sevgisi

10:15
07 Oktyabr

Azərbaycan Prezidenti: Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb  

10:10
07 Oktyabr

ABŞ-də zabit edam ediləcək

10:10
07 Oktyabr

Ölkənin əksər yerlərində yağıntılı hava şəraiti davam edir – FAKTİKİ HAVA  

10:09
07 Oktyabr

“İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda Bakı Dialoqu formatında IV beynəlxalq konfransın iştirakçılarına  

10:07
07 Oktyabr

Fizika üzrə Nobel mükafatına Frensis Haltsen layiq görülüb

10:05
07 Oktyabr

ABŞ Rusiyada pnevmonik taun şübhəsi ilə bağlı xəbərdarlıq yayıb

09:59
07 Oktyabr

Qazaxıstan Xəzərin qorunması üzrə dövlətlərarası proqram hazırlayır

09:58
07 Oktyabr

İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans işə başlayıb

09:54
07 Oktyabr

Kiyev raketlərlə vurulub, ölənlər var

09:50
07 Oktyabr

“Mənimlə fəxr edəcəksiz”

09:45
07 Oktyabr

İtməyən zəhmət

09:35
07 Oktyabr

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

09:33
07 Oktyabr

Yeni hədəflərə doğru

09:25
07 Oktyabr

Vətən çağıranda "kimdən əskiyəm" deyən oğul

09:15
07 Oktyabr

Vətən müharibəsinin ilk şəhidlərindən biri

09:10
07 Oktyabr

ZƏFƏR gündəliyi

09:05
07 Oktyabr

Azərbaycanın dəstəyi ilə "Şimal-Cənub" marşrutu qlobal logistik dəhlizə çevriləcək

09:00
07 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!