07 Oktyabr 2026 18:57
2492
Səhiyyə
A- A+
Payızda dəriyə necə qulluq etmək lazımdır?

Payızda dəriyə necə qulluq etmək lazımdır?


Sərin havaların gəlişi ilə dəriyə qulluq rejimini yenidən nəzərdən keçirmək vacibdir. Rusiyalı gözəllik sənayesi üzrə top-menecer Mariya Veriçenko “NEWS.ru” saytına verdiyi müsahibədə bildirib ki, payız fəsli turşular və retinol tərkibli vasitələrdən istifadə etmək üçün ən uğurlu zaman hesab olunur. Bu dövrdə günəş aktivliyi azaldığı üçün dərinin yay yükündən sonra bərpa olunması daha asan baş verir. Lakin həmin aktiv komponentləri rejimə dərhal deyil, dərinin uyğunlaşmasına imkan yaratmaq üçün aşağı konsentrasiyalardan başlayaraq həftədə bir neçə dəfə olmaqla tədricən daxil etmək lazımdır.

Qulluq rejimində ilk növbədə təmizləmə mərhələsi dəyişdirilməlidir. Yayda üstünlük verilən sərinləşdirici gel və köpüklər soyuq havada dərini həddindən artıq qurutduğu üçün onları daha yumşaq teksturalı vasitələrlə - kremli gellər, süd və ya hidrofil yağlarla əvəz etmək tövsiyə olunur. Yuyunma zamanı qaynar deyil, ilıq sudan istifadə edilməlidir. Təmizləmədən sonra isə nəmləndirmə vasitələrinə diqqət yetirilməlidir. İsti havalarda kifayət edən yüngül flüid və gelləri daha sıx teksturalı kremlərlə əvəzləmək olar. Quru və həssas dəri üçün qoruyucu baryeri dəstəkləyən məhsullar, yağlı və kombinasiyalı dəri üçün isə həddən artıq ağır olmayan, lakin qidalandırıcı formulası olan yüngül kremlər uyğundur.

Mütəxəssis həmçinin vurğulayır ki, payızda günəşdən qoruyucu (SPF) vasitələrdən imtina etmək olmaz. Hətta buludlu havalarda belə dəri ultrabənövşəyi şüalara məruz qalır. Xüsusilə tərkibində turşular və retinol olan vasitələrdən istifadə edildikdə günəşdən qorunmaq dərinin sağlamlığı üçün xüsusi əhəmiyyət kəsb edir.


Yasəmən MUSAYEVA, 

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Hərbi qələbə Kəlbəcərin itkisiz qaytarılmasına imkan verdi  

11:05
24 Noyabr

Hərbi qulluqçumuz uzun sürən ağır xəstəlikdən vəfat edib

10:59
24 Noyabr

Ötən gün 57 cinayətin açılması təmin olunub

10:51
24 Noyabr

Qızıl və gümüş ucuzlaşıb

10:01
24 Noyabr

Azərbaycan nefti 94 dollara satılır

10:00
24 Noyabr

Neptundan kənarda Yerdən iki dəfə böyük planet mövcud ola bilər – Araşdırma

09:56
24 Noyabr

Birjalarda neft ucuzlaşıb

09:53
24 Noyabr

Fərid Qayıbov İstanbulda Avropa Oyunları ilə bağlı müzakirələrdə iştirak edib  

09:51
24 Noyabr

Hörmüz boğazında üç neft tankeri minaya düşərək alovlanıb

09:49
24 Noyabr

Antibiotiklərdən düzgün istifadə sağlam həyatın təminatıdır

09:45
24 Noyabr

Prokurorluq orqanlarında qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsi keçirilib

09:40
24 Noyabr

Qışdır, soyuqdur deyib istirahətinizi yaya saxlamayın

09:35
24 Noyabr

Tarixi keçmişdən soraq verən memarlıq abidəsi 

09:30
24 Noyabr

Gördü, sevdi, seçdi

09:25
24 Noyabr

Goranboyda pambıq istehsalı məhsuldarlıq hesabına artır

09:20
24 Noyabr

Balıqçılıq və sitrusçuluğun inkişafı üçün əlavə imkanlar açılıb

09:15
24 Noyabr

Mehmandarov - cümhuriyyət ordusunun qurucusu

09:10
24 Noyabr

Son nəfəsədək Vətən uğrunda...

09:05
24 Noyabr

Nişanlısına aldığı qızıl güllər solmamış döyüşlərə yollandı 

09:00
24 Noyabr

20 yaşı bir neçə ay idi tamam olmuşdu...

08:55
24 Noyabr

"Yoldaş" rəqəmsal mütaliə dostu… 

08:50
24 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!