04 Oktyabr 2026 09:01
245
SİYASƏT
A- A+
Cəbrayıl işğaldan azad edilən ilk rayon oldu

Cəbrayıl işğaldan azad edilən ilk rayon oldu


27 sentyabr 2020-ci ildə torpaqlarımızın azadlığı uğrunda İkinci Qarabağ müharibəsi başladı. Ön mövqelərdə dayanmış hərbçilərimiz böyük cəsarət və hünərlə erməni qəsbkarları ilə döyüşlərə atıldılar. Şanlı Azərbaycan Ordusu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında bir-birindən uğurlu əməliyyatlar həyata keçirdi.

Müharibənin elə ilk günlərindən rəşadətli ordumuzun dəqiq və sarsıdıcı zərbələri nəticəsində erməni işğalçılarının illərdən bəri tikib möhkəmləndirdikləri ön mövqeləri darmadağın olundu. Düşmən silah-sursatını, yaralılarını və meyitlərini mövqelərində atıb qaçmağa üz qoydu. Azərbaycan Ordusunun xalqımıza böyük sevinc gətirən Zəfər yürüşləri başladı.

44 günlük Vətən müharibəsinin elə ilk günü Cəbrayıl rayonunun Böyük Mərcanlı, Nüzgar və başqa kəndləri işğalçılardan azad olundu. Ordumuzun Zəfər yürüşləri sonrakı günlərdə də davam etdi. Oktyabrın 3-də Silahlı Qüvvələrimiz Suqovuşan, Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərini erməni qəsbkarlardan təmizlədilər.

Cəbhədən gələn qələbə müjdəli məlumatlar düşmən üzərində böyük zəfərin qazanılacağından xəbər verirdi. Cəbrayıl-Füzuli istiqamətində irəliləyən qoşunlarımız sarsıdıcı zərbələri ilə qəsbkarları geri sıxışdırırdı. Oktyabrın 4-də xalqımız ön cəbhədən verilən daha bir qələbə xəbərinə sevindi. Həmin gün rəşadətli ordumuz düşmən üzərində daha böyük qələbə qazanaraq Cəbrayıl şəhərini və rayonun Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndlərini işğaldan azad etdi.

Xatırladaq ki, Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. İşğal nəticəsində Cəbrayıl rayonuna 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəymişdi. 1050 kvadratkilometri əhatə edən, 52 000 nəfər əhalisi olan rayon ərazisi və bu ərazidəki 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət ocağı, 100-ə yaxın kənd erməni işğalına məruz qalmışdı. Ötən illər ərzində bu şəhər və kəndlər vəhşicəsinə dağıdılmışdı.

Dağtumas kəndinin yaxınlığında yerləşən “Divlər Sarayı” mağarası, Qalacıq kəndindəki “Məscid Təpəsi”, “Canqulu” və “Qumtəpə” kurqanları, Diri dağındakı Mazannənə, Mərmər nənə məqbərələri kimi arxeoloji abidələr, Doğtumas kəndindəki “Başıkəsik Gümbəz”, Sirik kəndindəki “Qala”, Diri dağındakı “Qız qalası”, Xudafərin körpüləri, Çələbilər kəndindəki Məscid kompleksi, rayon mərkəzindəki “Sultan Məcid hamamı”, Şıxlar kəndindəki “Dairəvi Türbə”, Xubyarlı kəndindəki “Dairəvi” səkkizguşəli türbələr və məqbərələr, türk qəbiristanlığındakı türbə və məqbərələrin hər biri işğal zamanı məhv edilmiş və ya dağıntıya məruz qalmışdı. Erməni işğalçılarının qanlı izləri rayonun hər addımında qalmışdı.

Birinci Qarabağ müharibəsində Cəbrayıl rayonundan 362 nəfər şəhidlik zirvəsinə yüksəlib. 191 zabit və əsgər Cəbrayılın müdafiəsi uğrunda gedən döyüşlərdə ağır yaralanaraq əlil olub. 6 nəfər döyüşlər zamanı göstərdikləri igidliyə və cəsarətə görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

2020-ci il noyabrın 26-da “Cəbrayılın azad olunmasına görə” medalı təsis edildi. Rayonun işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edərkən şəxsi igidlik və şücaət göstərmiş yüzlərlə əsgər və zabitimiz bu medalla təltif edildi.

Cəbrayıl rayonu qəsbkarlardan azad olunandan sonra işğal altında olan başqa ərazilərimizin də düşməndən təmizlənməsi üçün uğurlu əməliyyatlar həyata keçirmək mümkün oldu. Cəbrayıldan sonra Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və böyük strateji əhəmiyyətə malik Hadrut qəsəbəsi istiqamətində hərbi əməliyyatlar keçirməsi üçün əlverişli imkanlar yarandı. Cəbrayıldan sonra Füzuli, Zəngilan, Qubadlı və Laçın rayonunun cənub hissəsi işğalçılardan azad edildi.

Onu da qeyd edək ki, qəsbkarlar Cəbrayılın ərazisində bir neçə xətdən ibarət istehkam qurmuşdular. Bu istehkamları yarmaq, keçmək döyüşçülərimizdən çox böyük qəhrəmanlıq və fədakarlıq tələb edirdi. Cəsur zabit və əsgərlərimiz böyük fədakarlıq və qəhrəmanlıq göstərərək bunu bacardılar. Göstərdikləri igidliklə adlarını qəhrəmanlıq tariximizə böyük hərflərlə yazdılar.

Uzun illər erməni işğalında qalmış Cəbrayıl bu gün yenidən qurulur. Böyük Qayıdış Dövlət Proqramı əsasında rayonda genişmiqyaslı bərpa işləri aparılır. Yeni kəndlər və qəsəbələr salınır. Keçmiş məcburi köçkünlər mərhələli şəkildə doğma ocaqlarına qayıdır.

Vahid MƏHƏRRƏMOV,


“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Cəbrayıl Şəhəri Günü tariximizdə böyük qürurla qeyd olunan əlamətdar günlərdəndir  

11:11
04 Oktyabr

Tərəfdaşlıq asılılığa, əməkdaşlıq isə himayədarlığa çevrilməməlidir

11:07
04 Oktyabr

Ləyaqətli siyasət və strateji uzaqgörənlik: Azərbaycanın prinsipial mövqeyi

10:33
04 Oktyabr

Cəbrayıl işğaldan azad edilən ilk rayon oldu

09:01
04 Oktyabr

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

23:21
03 Oktyabr

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

23:18
03 Oktyabr

Güclü olmaq yeni dövrün başlıca tələbidir

22:54
03 Oktyabr

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

20:43
03 Oktyabr

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

18:59
03 Oktyabr

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

18:49
03 Oktyabr

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb

17:47
03 Oktyabr

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

17:34
03 Oktyabr

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

17:31
03 Oktyabr

*Keçmişə verilən yüksək siyasi qiymət, gələcəyə yönəlmiş yeni fəaliyyət proqramı* 

17:16
03 Oktyabr

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

16:27
03 Oktyabr

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

16:25
03 Oktyabr

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

16:24
03 Oktyabr

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

16:23
03 Oktyabr

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

16:20
03 Oktyabr

Böyük Zəfərin təməli

16:05
03 Oktyabr

Prezident İlham Əliyev yeni dövlətçilik gündəliyinin müəyyənləşdirilməsi ilə bağlı vacib mesajlar verdi

15:59
03 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!