03 Sentyabr 2026 10:20
461
Mədəniyyət
A- A+
Bakının qədimdən qədim "keşikçi"si - Qız qalası

Bakının qədimdən qədim "keşikçi"si - Qız qalası


Xəzərin sahilində az qala Bakının özü  qədər qədim tarixə malik Qız qalasını görənlər, xüsusən də turistlər, səyyahlar, arxitektor və coğrafiyaşünaslar heyranlıqlarını gizlədə bilmirlər və bu da təsadüfi deyil.

Qız qalası unikal-konstruktiv quruluşuna görə, nəinki Azərbaycanda, eləcə də Yaxın Şərqdə analoqu olmayan bir abidədir. Daşdan hörülmüş nəhəng silindr formasında olan bu abidənin hündürlüyü şimal tərəfdən 28, cənub tərəfdən 31 metrdir. Təməl hissədə qala divarlarının qalınlığı 5 metrə, 8-ci mərtəbədən yuxarıda isə 4 metrə çatır. Qala 8 günbəzdən ibarətdir ki, onlar da qalanı 8 mərtəbəyə bölür. Hər mərtəbə yonma daşlarla tikilmiş, günbəz formalı tavanla örtülmüşdür. Daşla hörülmüş bu tavanların ortasında dairəvi deşiklər vardır. Deşiklər şaquli xətt istiqamətindədir, 8-ci mərtəbənin tavanının ortasında olan dairəvi deşikdən baxdıqda birinci mərtəbənin döşəməsini görmək mümkündür. 

Qalaya yeganə giriş yolu onun qərb tərəfindən - 2 metr hündürlükdə və 1 metrdən artıq tağlı qapıdandır. Qız qalasının yuxarıdan görünüşü günəşi və odu bildirən, Azərbaycanda geniş yayılmış "buta"ya oxşayır.

Buraya ilk dəfə  yolu düşən yerli sakinlərdə də,  turistlərdə də çox zaman qalanın adı maraq doğurur. Abidənin adının etimologiyası  ilə bağlı mübahisələr indiyə qədər səngimək bilmir. Onun inşa tarixi və mahiyyəti  yetərincə müəmmalıdır, adının mənşəyi isə çoxsaylı əfsanələrlə bağlıdır. Bəzi müəlliflərin fikrincə, qalanın adı Bakı xanının qızının adı ilə bağlı olduğu üçün Qız qalası adlandırılmışdır.  Rəvayətə görə, qardaşı (bəzi mənbələrdə hökmdar atası) tərəfindən qalada saxlanılan qız bu əzaba dözməyərək özünü qalanın başından ataraq Xəzərin sularına qərq olmuşdur. Söylənilən digər əfsanələrdən biri də qalanın adının şahın aşiq olduğu və evlənmək üçün qala tikdirməyi ona şərt qoyan bir qıza  həsr edilməsidir. Bir çox tədqiqatçı-alimin fikrincə, bu, gözətçi qalası və ya müdafiə istehkamlarının bir hissəsidir. Digər tədqiqatçilar onun qədim məbəd, başqaları isə rəsədxana olduğunu iddia edirlər. 

Bu fərziyyələrin hər biri çoxsaylı dəlillərə söykənir. Lakin təyinatından asılı olmayaraq, tikilinin misilsiz memarlıq abidəsi olması faktı danılmazdır. Məhz bu səbəbdən Qız qalası dövlətimiz tərəfindən mühafizə olunur. Abidə həmçinin 2000-ci ilin dekabrında UNESCO-nun Dünya İrs Siyahısına salınmışdır.

Tədqiqatçıların fikrincə, memarlıq tarixində Qız qalası ilə müqayisə edilə biləcək analoji abidə yoxdur. Onun yaşının Şumer dövründən başladığını iddia edən mütəxəssislər də var, XII yüzillikdə tikildiyini sübut etməyə çalışanlar da. Burada zaman fərqi tikilmə tarixi bilinməyən başqa abidələrdə olduğu kimi, bir neçə il deyil, hətta bir neçə əsr də deyil, 3000 ildən artıqdır.

Qız qalasının cənub-qərb divarında 14 metr hündürlükdə ərəb dilində qədim kufi xətti ilə yazılmış daş kitabə yerləşdirilmişdir. Yazıda "Qülleyi Məsud ibn Davud"  sözləri həkk olunub. Yazı kalliqrafik xüsusiyyətlərinə görə XII əsrə aid edilir. Bəzi alimlər burada qalanı ucaldan memarın adının həkk olunduğunu ehtimal edirlər.

Əsrlər bir-birini əvəzlədikcə Qız qalası təbii proseslərin təsiri nəticəsində zədələnərək ciddi təhlükə ilə üz-üzə qalsa da, ümumilikdə öz ilkin görkəmini və struktur quruluşunu qoruyub saxlaya bilib. Ötən əsrin 60-cı illərində aparılan bərpa işlərindən sonra abidə muzey kimi fəaliyyət göstərir. Dünya əhəmiyyətli bu abidənin qorunub saxlanması və mövcud görkəmdə gələcək nəsillərə çatdırılması üçün Azərbaycan Prezidenti  İlham Əliyevin tapşırığına əsasən, 2009-2013-cü illərdə burada konservasiya işləri aparılıb. Maddi-mədəni irsimizə həmişə diqqət və qayğı göstərən Heydər Əliyev Fondunun dəstəyi ilə görülən işlər nəticəsində Qız qalasının təkrarolunmaz görkəmi tam bərpa edilib, bu bənzərsiz abidə yenidən istifadəyə verilib. Yenidənqurmadan sonra qalanın daxilində beynəlxalq standartlara uyğun müasir muzey ekspozisiyası yaradılıb. Konservasiya prosesi dövründə abidənin tarixinin və təyinatının öyrənilməsində mühüm rol oynaya biləcək elmi tədqiqatlar aparılıb, qaladakı pilləkən yenisi ilə əvəz edilib.

Qız qalasının mərtəbələrində xüsusi monitorlarda bu abidənin tarixi, daxili  strukturu, tikintisində məqsəd, təyinatı və sair məsələlərlə bağlı fərziyyələr, əfsanələr və digər maraqlı faktlar əks olunub. Ekspozisiyadakı stenddə qədim sənətkarlıq məmulatları barədə məlumat verilir. Hər bir mərtəbədə ekspozisiyaya uyğun işıqlandırma sistemi quraşdırılıb. Burada Qız qalasının müdafiə, istehkam, dini, rəsədxana və digər təyinatı barədə fərziyyələrlə, elmi araşdırmalarla tanış olmaq mümkündür. Monitorlarda Qız qalasının təyinatı barədə film nümayiş olunur. Ekspozisiyada  Qız qalasının özünəməxsus və bənzərsiz memarlığı geniş əksini tapıb. Burada orijinal maket qurulub. Maketin üzərindəki monitorda qalanın daxili strukturu barədə müfəssəl məlumat yerləşdirilib. 

Köhnə Bakını əks etdirən monitorda şəhərin iqtisadi, gündəlik həyatı və şəhərsalma mövzularına geniş yer ayrılıb. Burada Qız qalası haqqında əfsanələrlə də tanış olmaq mümkündür. Ekspozisiyanın növbəti bölməsində Qız qalasının müdafiə obyekti rolunu oynaması ilə bağlı fərziyyə və elmi araşdırmalardan bəhs edilir. Stenddə qədim silah nümunələri nümayiş olunur. Monitorlarda İçərişəhərin hərbi tarixi və burada baş verən döyüşlər əksini tapıb. Ekspozisiyada Qız qalasının qədim rəsədxana rolunu oynaması fərziyyəsinə də geniş yer ayrılıb. 

Ümumiyyətlə, bu maddi-mədəniyyət abidəsində həyata keçirilən konservasiya işləri və yeni yaradılan muzey ekspozisiyası bura gələn hər bir kəsdə zəngin təəssürat və xoş ovqat yaradır. Onu da xüsusi qeyd edək ki, milli-mənəvi dəyərlərimizin, maddi-mədəniyyət abidələrimizin qorunub saxlanmasına və təbliğinə həssaslıqla yanaşan Heydər Əliyev Fondu konservasiya tədbirləri zamanı dəstəyini əsirgəməmişdir.


Rəhman SALMANLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

V.İ.Sadıqovun Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında 

00:18
05 Sentyabr

A.K.Əcəmovun Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında

00:17
05 Sentyabr

Bakı Metropoliteninin yeni stansiyasının “20 Sentyabr” adlandırılması haqqında

00:17
05 Sentyabr

Bakıda Tacikistanın dövlət müstəqilliyinin 35-ci ildönümü qeyd olunub 

22:43
04 Sentyabr

Ciorcia Meloni Prezident İlham Əliyevə təşəkkür edib  

20:26
04 Sentyabr

Bakıda Türk dünyası travmatoloq və ortopedlərinin beynəlxalq konqresinin açılışı olub 

19:32
04 Sentyabr

Ədliyyə naziri Yevlaxda vətəndaşların müraciətlərini dinləyib

19:30
04 Sentyabr

Amerikalı jurnalist Qarabağa qayıtmış sakinlərlə görüşüb

19:27
04 Sentyabr

Sahibə Qafarova: "Parlament diplomatiyası ölkələr arasında dialoq və əməkdaşlığa mühüm töhfə verir"

19:26
04 Sentyabr

Həkim əməyinə verilən dəyər insan sağlamlığına xidmət edir

19:16
04 Sentyabr

Qaradağ rayonunda şəhid və qazi ailələrinin övladlarına yeni dərs ili ilə əlaqədar hədiyyələr təqdim olunub

19:07
04 Sentyabr

Şəhid polkovnik Füzuli Cavadovun 60 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

19:04
04 Sentyabr

ŞƏT məkanı Azərbaycanın xarici ticarət əlaqələrində xüsusi əhəmiyyət daşıyır

18:17
04 Sentyabr

Bakı Metropoliteninin yeni stansiyası “20 Sentyabr” adlandırılacaq

18:14
04 Sentyabr

Türk professor: “Azərbaycan Avrasiyanın yeni geoiqtisadi xəritəsində “qovşaq ölkə” rolunu gücləndirir “

17:33
04 Sentyabr

Azərbaycan-ŞƏT əməkdaşlığı siyasi, iqtisadi və nəqliyyat imkanlarını genişləndirir

17:30
04 Sentyabr

Gürcüstan gəncləri üçün Azərbaycanın ali təhsil imkanları təqdim ediləcək 

17:27
04 Sentyabr

Ekspert: Azərbaycanın ŞƏT ilə əməkdaşlığında iqtisadi və logistika prioritetləri ön plandadır

17:24
04 Sentyabr

ETSN-də görüş: ayıların kəndlərə və təsərrüfatlara yaxınlaşması məsələsi araşdırılıb

17:00
04 Sentyabr

Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ  

16:58
04 Sentyabr

Baş prokuror paytaxtın Yasamal rayonunda vətəndaş müraciətlərini dinləyib

16:55
04 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!