02 Sentyabr 2026 11:15
4142
SİYASƏT
A- A+
Azərbaycan beynəlxalq müstəvidə orta güc dövləti kimi qəbul olunur

Azərbaycan beynəlxalq müstəvidə orta güc dövləti kimi qəbul olunur


“Çoxvektorlu və balanslaşdırılmış xarici siyasət həyata keçirən Azərbaycanla Asiyanın bir sıra aparıcı dövlətləri arasında əlaqələrin intensivləşməsi milli maraqlarımıza tamamilə cavab verir. Bu əlaqələr həm ikitərəfli, həm də çoxtərəfli platformalarda inkişaf etdirilir. Dünyanın bir sıra regionlarında olduğu kimi, Asiyada da Azərbaycana marağın artması  mühüm amillərlə şərtlənir. Burada Prezident İlham Əliyevin müəyyənləşdirdiyi siyasi kursun və ölkəmizin bağlantılar nöqteyi-nəzərindən son dərəcə əlverişli coğrafi yerləşməyə malik olmasının önəmini xüsusi qeyd etmək mümkündür. Azərbaycan hər zaman multilateralizm mövqeyindən çıxış etməklə yaxın və uzaq dövlətlərlə əlaqələrini genişləndirməyə çalışır”. 

Bu fikirləri Milli Məclisin deputatı Samir VƏLİYEV deyib. Deputat bildirib ki, bu siyasət ölkəmizə bütün dünyada böyük nüfuz qazandırır.  Təsadüfi deyil  ki, artıq respublikamız beynəlxalq müstəvidə orta güc dövləti kimi qəbul olunur, eyni zamanda Prezident İlham Əliyev şəxsinə böyük hörmətin təsdiqi olaraq ölkəmizin üzv olduğu və yaxud üzv olmadığı beynəlxalq təşkilatların mötəbər tədbirlərinə  fəxri qonaq qismində dəvətlər alır. Nəzərə alaq ki, son 22 ildə Prezident İlham Əliyev mükəmməl siyasət yürütməklə ölkəmizdən keçən bütün beynəlxalq marşrutlar üzrə yüksəksəviyyəli nəqliyyat-logistika infrastrukturu yaratmağa nail olub. Bunun nəticəsində də hazırda Azərbaycan Avrasiyanın çox mühüm nəqliyyat hablarından biri qismində çıxış edir. Asiya dövlətlərinin son illərdə ölkəmizə marağının artması da bu və ya digər amillərdən qaynaqlanır. Artıq Azərbaycan və Mərkəzi Asiya dövlətləri vahid siyasi və iqtisadi məkan qismində çıxış edirlər. Respublikamızla Asiya nəhəngi Çin arasında  strateji tərəfdaşlıq münasibətləri yüksək dinamikaya malikdir. Bu kontekstdə ölkəmizin Asiya dövlətlərini bir araya gətirən Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ilə əlaqələrinin  genişlənməsi xüsusi vurğulanmalıdır. Dövlətimizin başçısının Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçirilən ŞƏT-in növbəti sammitində iştirak etməsi deyilənləri təsdiqləyir.  

Millət vəkili xatırladıb ki, Prezident İlham Əliyev təxminən bir ay öncə Qırğızıstanda dövlət səfərində olub. Belə ki, cənab Prezidentin bu ilin iyul ayının sonunda Qırğızıstana dövlət səfəri, avqustun 31-də Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) tədbirlərində iştirak etmək üçün bu ölkəyə işgüzar səfəri münasibətlərin hazırkı inkişaf səviyyəsinin əsas göstəricilərindəndir. Bu səfərlər iki dost və qardaş ölkə arasında əlaqələrin inkişafında mühüm mərhələ kimi dəyərləndirilir. Prezident İlham Əliyev Bişkek şəhərində “ŞƏT plyus” formatında keçirilən görüşdə çıxışı zamanı Azərbaycan-Qırğızıstan münasibətlərinin cari ilin iyul ayında imzalanan “Müttəfiqlik münasibətləri haqqında Müqavilə” ilə yeni mərhələyə yüksəlməsini xüsusi vurğulayıb. Dövlətimizin başçısı Qırğızıstanın 2027-2028-ci illər üçün BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsini beynəlxalq ictimaiyyətin Qırğızıstanın siyasətinə verdiyi dəstək kimi dəyərləndirib.

Samir Vəliyev qeyd edib ki, Prezident İlham Əliyev Bişkek şəhərinə işgüzar səfəri çərçivəsində Qazaxıstanın Prezidenti Kasım-Jomart Tokayev, İran Prezidenti Məsud Pezeşkian, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşlər keçirib, ölkələrimiz arasında əlaqələrin inkişafını müzakirə ediblər. Bundan əlavə, Prezident İlham Əliyev 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak edib.

Dövlətimizin başçısının Ermənistanın baş naziri Nikol Paşinyanla görüşündə isə sülh prosesi diqqət mərkəzində olub. Prezident İlham Əliyev “ŞƏT plyus” formatında keçirilən görüşdəki çıxışında da BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş dörd qətnaməsinin 30 ildən sonra dövlətimiz tərəfindən icra edildiyi xatırladıb. Cənab Prezidentin dediyi kimi, Azərbaycan artıq Ermənistana neft məhsulları tədarük edir və üçüncü ölkələrin yüklərinin tranzitini təmin edir. Ermənistanla birlikdə qarşılıqlı ticarətin həcminin artırılması, onun nomenklaturasının genişləndirilməsi və yeni yerüstü nəqliyyat kommunikasiyalarının yaradılması üzərində iş aparılır. “Lakin təəssüf ki, BMT bu qətnamələrin icrasında heç bir rol oynamayıb. Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tamamilə özü bərpa edib. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin qısa müddətdə icrası üçün müvafiq mexanizmlərin hazırlanması tələb olunur. Bu həyata keçirilərsə, BMT-nin nüfuzunun və təşkilatın münaqişələrin nizamlanmasındakı rolunun artmasına xidmət edər. Son vaxtlara qədər dörd il ərzində Qoşulmama Hərəkatına rəhbərlik etmiş Azərbaycan bundan sonra da beynəlxalq məsələlərdə çoxtərəflilik prinsiplərinin möhkəmləndirilməsinə öz töhfəsini verəcək”, - deyə dövlətimizin başçısı çıxışında vurğulayıb.

“2001-ci il iyunun 15-də Şanxayda yaradılan ŞƏT ilkin olaraq Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanı birləşdirirdi. Sonrakı illərdə təşkilatın coğrafiyası genişləndi: 2017-ci ildə Hindistan və Pakistan, 2023-cü ildə İran, 2024-cü ildə isə Belarus tamhüquqlu üzvlər sırasına qoşuldu. Tam hüquqlu üzvlərlə yanaşı, təşkilatın 2 müşahidəçi ölkəsi və 15 dialoq tərəfdaşı var. Təşkilatın hüquqi əsasını 2002-ci ildə imzalanmış ŞƏT Xartiyası təşkil edir”, - deyən deputat əlavə edib ki, bu sənəddə dövlətlərin suverenliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, daxili işlərə qarışmamaq, gücdən istifadə etməmək və fikir ayrılıqlarını sülh yolu ilə həll etmək kimi prinsiplər təsbit olunub. Xartiya üzv dövlətlərin bərabərliyini və ŞƏT-in digər dövlətlərə və beynəlxalq təşkilatlara qarşı yönəlmədiyini də müəyyən edir. Bu yanaşma təşkilatın mühüm xüsusiyyətini ortaya qoyur. ŞƏT vahid siyasi və ya hərbi blok deyil. Onun daxilində fərqli siyasi sistemlərə, xarici siyasət prioritetlərinə və iqtisadi maraqlara malik dövlətlər təmsil olunur. Buna baxmayaraq, həmin dövlətlər ortaq maraq kəsb edən məsələlər üzrə eyni platformada əməkdaşlıq edirlər.

Millət vəkili deyib ki, Azərbaycanın ŞƏT-lə əməkdaşlığı siyasi dialoqla yanaşı, təhlükəsizlik, iqtisadiyyat və humanitar sahələri də əhatə edir. Terrorçuluq, ekstremizm, separatçılıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi, kibercinayətkarlıq və transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə təhlükəsizlik gündəliyində mühüm yer tutur. İqtisadi sahədə isə ticarət və investisiyalarla yanaşı, energetika, kənd təsərrüfatı, nəqliyyat və kommunikasiyalar, telekommunikasiya, kiçik və orta biznes, multimodal dəhlizlər və tranzit imkanlarının inkişafı ön plana çıxır. Humanitar əməkdaşlıq da münasibətlərin mühüm istiqamətlərindəndir. Mədəniyyət, təhsil, elm, səhiyyə, turizm, sivilizasiyalararası dialoq, multikulturalizm və tolerantlıq sahələrində əlaqələr tərəfdaşlığın yalnız siyasi və iqtisadi maraqlara söykənmədiyini göstərir.

“Azərbaycanın ŞƏT-lə tərəfdaşlığının institusional baxımdan inkişafında 2025-ci ildə Tiencin Sammitində qəbul edilən qərar da mühüm mərhələ təşkil edib. Müşahidəçi və dialoq tərəfdaşı statuslarının vahid “ŞƏT tərəfdaşı” statusunda birləşdirilməsi təşkilat daxilində əməkdaşlıq mexanizmlərinin yenilənməsinə şərait yaradıb və Azərbaycan da yeni tərəfdaşlıq formatına daxil olub. Bütövlükdə, cari ildə ŞƏT-in yaradılmasının 25-ci ildönümünün qeyd olunması təşkilatın inkişafında yeni mərhələyə diqqəti artırıb. Qırğızıstanın sədrliyi dövründə sammitin “ŞƏT-in 25 ili: Dayanıqlı sülh, inkişaf və rifah naminə birlikdə” şüarı ilə keçirilməsi təşkilatın gələcək gündəliyinin aktuallığını ifadə edir. Sammitdə ŞƏT-in 25 illiyinə həsr olunmuş Bişkek Bəyannaməsi və 30-dan çox sənəd imzalanması da bunun göstəricisidir. Qəbul edilmiş qərarlar regional təhlükəsizlik, narkotiklərlə mübarizə, süni intellekt, informasiya təhlükəsizliyi, energetika, nəqliyyat və logistika, iqlim və biomüxtəlifliyin qorunması məsələlərini əhatə edir. Təşkilata sədrlik Qırğızıstandan Pakistana keçib. Pakistanın sədrliyi dövründə ŞƏT-in fəaliyyətinin daha da güclənəcəyini proqnozlaşdırmaq mümkündür” – deyə, Samir Vəliyev vurğulayıb.

Rəşad CƏFƏRLİ,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 15 avqust tarixli 296 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

00:38
09 Sentyabr

“Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təsdiqedici sənədi əsasında idxalı əlavə dəyər vergisindən azad olunan incəsənət əsərlərinin, kolleksiya əşyalarının və əntiq əşyaların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının kodları üzrə Siyahısı”nın təsdiq edilməsi haqqında

00:36
09 Sentyabr

Azərbaycanın xarici işlər nazirinin müavini ABŞ-nin Ermənistandakı müvəqqəti işlər vəkili ilə görüşüb

22:02
08 Sentyabr

“Ədibin Evi”ndə xarici diplomatlar üçün Azərbaycan mədəniyyət kursları açılıb

18:50
08 Sentyabr

Şimali Makedoniya Respublikasının Prezidenti Zati-aliləri xanım Qordana Silyanovska-Davkovaya

18:39
08 Sentyabr

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib

17:55
08 Sentyabr

“AzerGold”un təşkilatçılığı ilə keçirilən 7-ci səyyar tibbi müayinə aksiyasına yekun vurulub

17:40
08 Sentyabr

Xüsusi nümayəndə: Kəlbəcərdəki özəl investisiya layihələrinin əsas məqsədlərindən biri yeni iş yerlərinin yaradılmasıdır

17:35
08 Sentyabr

DİN: İntensiv yağıntılarla əlaqədar xidmətə əlavə polis naryadları cəlb olunub

17:30
08 Sentyabr

YAP və ÇKP arasında əməkdaşlığın yeni istiqamətləri müəyyənləşdirilir

17:20
08 Sentyabr

YAP və ÇKP nümayəndələri Ümummilli Liderin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

17:10
08 Sentyabr

Milli Məclisdə Azərbaycan-Koreya münasibətlərinin inkişaf perspektivləri diqqət mərkəzində olub

17:00
08 Sentyabr

Xaricdə iş vədi ilə çoxsaylı şəxsləri aldadan şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

16:50
08 Sentyabr

Baş nazir Əli Əsədov Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü ilə görüşüb

16:40
08 Sentyabr

BCAW2026: "Öhdəliklərdən icraya: COP31-ə doğru" mövzusunda yüksəksəviyyəli dəyirmi masa təşkil olunub

16:35
08 Sentyabr

Türkiyə, Gürcüstan və İraqdan olan din xadimləri Şuşa şəhərində - YENİLƏNİB

16:30
08 Sentyabr

Biləsuvarda şəhidlərin xatirə turnirində 300-dən çox güləşçi mübarizə aparıb

16:25
08 Sentyabr

“Yaşıl Dünya üçün Rəqəmsal Fəaliyyət Yolu” - panel sessiya YENİLƏNİB 

16:20
08 Sentyabr

Cibə qayıdan milyonlar

16:17
08 Sentyabr

Britaniyanın texnologiya nəhənginin rəhbəri: Süni intellekt xərçəngin dərmanını tapacaq

16:15
08 Sentyabr

Mayami Beynəlxalq Hava Limanında qəzaya uğrayan "Amazon" yük təyyarəsinin qara qutuları tapılıb

16:10
08 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!