03 Sentyabr 2026 10:30
392
SİYASƏT
A- A+
Siyasi qütblər arasında sıxılan Ermənistan

Siyasi qütblər arasında sıxılan Ermənistan


İrəvan üçün ən optimal yol Bakının təklif etdiyi sülh və əməkdaşlıq modelini icra etməkdir 


Azərbaycan və Ermənistan arasında illərlə davam edən münaqişəyə son qoyulduqdan və regionda yeni reallıqlar formalaşdıqdan sonra İrəvanın xarici siyasətdə nümayiş etdirdiyi qeyri-müəyyənlik və tərəddüd bu ölkənin konkret mövqeyini və gələcəyini sual altında qoyur. 

Paşinyan hökuməti fərqli güc mərkəzləri arasında balansı mümkün qədər saxlamağa, bir-birinə zidd siyasi qütblərin maraqlarını toqquşdurmadan manevr etməyə çalışsa da, bu yanaşma dövlətin strateji yönünü seçməsində ciddi problemə səbəb olur. 

İrəvanın bir tərəfdən ənənəvi təhlükəsizlik və iqtisadi platformalarda qalmaq istəyini bəyan etməsi, digər tərəfdən isə alternativ təşkilatlara inteqrasiya cəhdləri xarici siyasət kursunun aydın olmadığını ortaya qoyur. Ermənistan rəhbərliyinin ard-arda səsləndirdiyi ziddiyyətli bəyanatlar da siyasi çaşqınlığın göstəricisidir. Baş nazir Nikol Paşinyanın fərqli tədbir və görüşlərdə verdiyi açıqlamalar hökumətin hələ də dəqiq istiqamət müəyyənləşdirə bilmədiyini nümayiş etdirir. 

Avqustun 24-də N.Paşinyan Ermənistanın tezliklə Avropa İttifaqına qoşulmaq üçün rəsmi ərizə hazırlamağa başlayacağını elan edib. Lakin Baş nazir Şanxay Əməkdaşlıq Təşkilatının tədbirində çıxışı zamanı gələcək iqtisadi tərəfdaşların seçilməsi məsələsinin "hələ tam yetişmədiyini" vurğulayıb. Paşinyan iqtisadi inteqrasiya istəyinin heç bir tərəfə qarşı yönəlmədiyini söyləyib. Baş nazir sentyabrın 1-də Rusiya Prezidenti ilə ikitərəfli təmasdan dərhal sonra tamamilə fərqli tonda danışıb: "Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə çox yaxşı görüşüm oldu və biz mənim Moskvaya qarşıdan gələn səfərim zamanı səmimi və konstruktiv söhbəti davam etdirmək barədə razılığa gəldik". 

Görünən odur ki, diplomatik tərəddüdlər fonunda rəsmi İrəvan dəyişən şəraiti bəhanə edərək mövcud ziddiyyətlərin üzərini örtməyə çalışır. Paşinyan "yenidən formalaşan münasibətlər daha yaxşı, konstruktiv, faydalı və səmimi olacaq", - deyərək fərqli siyasi qütblər arasında yaranan etimadsızlığı gizlətməyə cəhd edir. Ancaq fərqli platformalarda, məsələn ABŞ nümayəndə heyəti ilə görüşdə regional marşrutlar üzrə müzakirələr aparıldığı halda, Bişkekdə referendum ideyasından imtina edildiyinin bildirilməsi rəsmi İrəvanın güc mərkəzləri arasında sıxılıb qaldığını, yekun qərarı nə vaxt, necə verəcəyini müəyyənləşdirə bilmədiyini sübut edir. 

Nikol Paşinyan Bişkekdə ABŞ senatoru Stiv Deynsin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Tərəflər Ermənistan-ABŞ əlaqələrinin müxtəlif istiqamətlərdə davamlı inkişafının vacibliyini vurğulayıblar, regional prosesləri müzakirə ediblər. Xüsusən, TRIPP layihəsinin bölgədə kommunikasiyaların açılmasında və inkişaf etdirilməsində roluna diqqət çəkilib. 

Mövcud mənzərə göstərir ki, İrəvanın hələlik reallaşdırmağa risk etmədiyi iddiaları ənənəvi müttəfiqlərlə siyasi uçurumu dərinləşdirir. Daha ciddi təhdid isə odur ki, təhlükəsizlik çətirindəki iştirakın dondurulması, diplomatik gərginliyin artması və alternativ tərəfdaş axtarışları bu ölkəni siyasi qütblərin açıq qarşıdurma meydanına çevirə bilər. Yəni xarici təzyiqlər fonunda var-gəl edən İrəvan ikili oyunlar ilə daha böyük iqtisadi-siyasi basqılara məruz qalacağının fərqində deyil.

Ermənistandakı mövcud vəziyyət həm də xaricdəki lobbi şəbəkələrinin fərqli qanadları arasında gedən mübarizə ilə bağlıdır. Bəzi hallarda hakimiyyətini qorumağa çalışan Ermənistan rəhbərliyi lobbinin xidmət etdiyi kənar güc mərkəzlərinin də  maraqları ilə hesablaşmaq məcburiyyətində qalır. 

Əlbəttə, bu geosiyasi burulğanlardan və xarici təzyiqlərdən xilas olmağın optimal yolu da mövcuddur. İrəvan fərqli güc mərkəzlərinin siyasi alətinə çevrilməkdən xilas olmaq üçün diqqətini uzaq qütblərin vədlərinə deyil, birbaşa regional reallıqlara yönəltməlidir. Bu xüsusda ən rasional seçim Bakının irəli sürdüyü sülh gündəliyinə tam uyğun hərəkət etmək, regionda bərqərar olunmuş yeni reallıqları qeyd-şərtsiz qəbul etmək və qonşularla dinc yanaşı yaşamaq prinsipini əsas götürməkdir. Azərbaycanın regionda yaratdığı yeni nəqliyyat, logistika və kommunikasiya imkanlarından yararlanmaq, tranzit yükdaşımalarına qoşulmaq və regional əməkdaşlıq formatlarında yer almaq İrəvan üçün real müstəqilliyin yeganə çıxış yoludur. 

Siyasi qütblər arasında qalmaq Ermənistana nə real təhlükəsizlik zəmanəti verir, nə də davamlı iqtisadi inkişaf vəd edir. Bu ölkənin varlığını sürdürməsi və gələcək perspektivləri Bakının təklif etdiyi regional sülh və əməkdaşlıq modelini mənimsəməkdən keçir. Əgər İrəvan rəhbərliyi siyasi avantüralardan, tarixi illüziyalardan və ərazi iddialarından tamamilə imtina edərək, regional inteqrasiya yolunu seçərsə, həm fərqli güc mərkəzlərinin təzyiqindən azad olar, həm də Cənubi Qafqazın dinc, təhlükəsiz və dayanıqlı gələcəyinin bərabərhüquqlu tərəfdaşına çevrilər. 


İsmayıl QOCAYEV, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakıda Tacikistanın dövlət müstəqilliyinin 35-ci ildönümü qeyd olunub 

22:43
04 Sentyabr

Ciorcia Meloni Prezident İlham Əliyevə təşəkkür edib  

20:26
04 Sentyabr

Bakıda Türk dünyası travmatoloq və ortopedlərinin beynəlxalq konqresinin açılışı olub 

19:32
04 Sentyabr

Ədliyyə naziri Yevlaxda vətəndaşların müraciətlərini dinləyib

19:30
04 Sentyabr

Amerikalı jurnalist Qarabağa qayıtmış sakinlərlə görüşüb

19:27
04 Sentyabr

Sahibə Qafarova: "Parlament diplomatiyası ölkələr arasında dialoq və əməkdaşlığa mühüm töhfə verir"

19:26
04 Sentyabr

Həkim əməyinə verilən dəyər insan sağlamlığına xidmət edir

19:16
04 Sentyabr

Qaradağ rayonunda şəhid və qazi ailələrinin övladlarına yeni dərs ili ilə əlaqədar hədiyyələr təqdim olunub

19:07
04 Sentyabr

Şəhid polkovnik Füzuli Cavadovun 60 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

19:04
04 Sentyabr

ŞƏT məkanı Azərbaycanın xarici ticarət əlaqələrində xüsusi əhəmiyyət daşıyır

18:17
04 Sentyabr

Bakı Metropoliteninin yeni stansiyası “20 Sentyabr” adlandırılacaq

18:14
04 Sentyabr

Türk professor: “Azərbaycan Avrasiyanın yeni geoiqtisadi xəritəsində “qovşaq ölkə” rolunu gücləndirir “

17:33
04 Sentyabr

Azərbaycan-ŞƏT əməkdaşlığı siyasi, iqtisadi və nəqliyyat imkanlarını genişləndirir

17:30
04 Sentyabr

Gürcüstan gəncləri üçün Azərbaycanın ali təhsil imkanları təqdim ediləcək 

17:27
04 Sentyabr

Ekspert: Azərbaycanın ŞƏT ilə əməkdaşlığında iqtisadi və logistika prioritetləri ön plandadır

17:24
04 Sentyabr

ETSN-də görüş: ayıların kəndlərə və təsərrüfatlara yaxınlaşması məsələsi araşdırılıb

17:00
04 Sentyabr

Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ  

16:58
04 Sentyabr

Baş prokuror paytaxtın Yasamal rayonunda vətəndaş müraciətlərini dinləyib

16:55
04 Sentyabr

Azərbaycan-Qazaxıstan strateji münasibətlərinin inkişafı müzakirə olunub

16:52
04 Sentyabr

M7 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır

16:50
04 Sentyabr

Professor: “ŞƏT plyus” formatı Azərbaycanın balanslaşdırma siyasəti üçün imkanları genişləndirir

16:48
04 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!