03 Sentyabr 2026 09:00
524
SİYASƏT
A- A+
Azərbaycanın çoxvektorlu diplomatiyasının nümunəsi

Azərbaycanın çoxvektorlu diplomatiyasının nümunəsi


"Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) 26-cı Zirvə toplantısı Bişkekdə keçirildi. Bu Zirvə toplantısı təşkilatın 25 illiyinə təsadüf etdi. Qeyd etmək lazımdır ki, ŞƏT-ə üzv dövlətlər dünya əhalisinin 40 faizindən çoxunu, qlobal ÜDM-in isə təxminən dörddəbirini təşkil edir".

Bu fikirləri "Azərbaycan" qəzetinə açıqlamasında Milli Məclisin deputatı Pərvanə VƏLİYEVA bildirib. "ŞƏT Plus" görüşlərinə diqqətçəkən deputat bu formatın əhəmiyyətini vurğulayıb: "Bu format təşkilatın yalnız üzv dövlətləri çərçivəsində deyil, daha geniş Avrasiya platforması kimi fəaliyyət göstərməsinə imkan verir. Azərbaycan da bu formatda iştirak edir. Azərbaycan üçün bu məsələ yalnız hər hansı bir siyasi blokun daxilində yer almaq deyil. Əsas məsələ müxtəlif platformalarla əməkdaşlıq edərək ölkənin milli maraqlarına uyğun imkanları genişləndirməkdir. Bu, Azərbaycanın xarici siyasətinin çevikliyini göstərən mühüm məqamdır".

Qeyd edək ki, ŞƏT tədbirlərində iştirak etmək üçün avqustun 31-də Qırğız Respublikasına işgüzar səfər edən Prezident İlham Əliyevin Bişkekdə bir sıra ikitərəfli görüşləri olub. "Ermənistan Baş naziri Nikol Paşinyanla görüşdə sülh gündəliyi, TRIPP və regional bağlantılar müzakirə edilib. Tərəflər davamlı sülhün möhkəmləndirilməsi və əlaqələrin normallaşdırılması istiqamətində birbaşa təmasları davam etdirmək barədə razılaşıblar.  İran Prezidenti Məsud Pezeşkianla, Qazaxıstan Prezidenti Kasım-Æomart Tokayevlə, həmçinin Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşlər keçirilib. Bu görüşlər göstərir ki, Bakı üçün ŞƏT yalnız təşkilatın öz çərçivəsində əməkdaşlıq platforması deyil, Çin, Hindistan, Rusiya, Mərkəzi Asiya, İran və digər aktorlarla eyni diplomatik məkanda təmas imkanını genişləndirən formatdır", - deyə Pərvanə Vəliyeva bildirib.

ŞƏT-in gündəliyində nəqliyyat, logistika, enerji və rəqəmsal bağlantı getdikcə daha böyük yer tutur. Bu barədə danışan  Pərvanə Vəliyeva deyib: "Bütün bu məsələlər Azərbaycanın geoiqtisadi mövqeyini ön plana çıxarır. Bişkek sammitinin ən maraqlı tərəfi budur ki, ŞƏT getdikcə təhlükəsizlik təşkilatından daha geniş Avrasiya əməkdaşlıq platformasına çevrilir. Burada təhlükəsizliklə yanaşı, nəqliyyat dəhlizləri, enerji, ticarət, investisiya, rəqəmsal transformasiya və regional bağlantılar ön plana çıxır. Azərbaycanın bu platformadakı iştirakı ölkənin Şərq-Qərb və Şimal-Cənub bağlan-tılarının kəsişməsində yerləşən tranzit və enerji mərkəzi kimi rolunu gücləndirmək üçün əlavə diplomatik imkan yaradır.

Azərbaycan bir tərəfdən, Avropa ilə enerji və nəqliyyat əməkdaşlığını inkişaf etdirir, digər tərəfdən, Mərkəzi Asiya ilə əlaqələrini dərinləşdirir, Türk Dövlətləri Təşkilatında inteqrasiya proseslərinə töhfə verir, islam dünyası ilə münasibətləri genişləndirir və eyni zamanda ŞƏT kimi Avrasiya miqyaslı platformalarla əməkdaşlığını gücləndirir".

Prezident İlham Əliyevin Qırğız Respublikasına işgüzar səfəri Azərbaycanın bu ölkə ilə əlaqələri baxımından da mühüm siyasi əhəmiyyət kəsb edir. "Qırğızıstanın Azərbaycanın xarici siyasətində əhəmiyyəti son illərdə nəzərəçarpacaq dərəcədə artıb. Bunun səbəbi yalnız iki ölkənin dostluq münasibətləri və türk dünyasına mənsubiyyəti deyil. Mərkəzi Asiyanın beynəlxalq siyasətdə və qlobal iqtisadiyyatda artan çəkisi Azərbaycan üçün Qırğızıstanı daha əhəmiyyətli tərəfdaşa çevirir. Azərbaycanın Mərkəzi Asiyaya münasibəti artıq klassik diplomatik əlaqələr çərçivəsindən çıxıb. Burada nəqliyyat marşrutları, enerji əməkdaşlığı, investisiyalar, ticarət, logistika, rəqəmsal bağlantılar və humanitar əlaqələr bir-birini tamamlayan istiqa-mətlər kimi çıxış edir", - deyə Pərvanə Vəliyeva bildirib.

Beləliklə, Prezident İlham Əliyevin Bişkekdəki təmasları Azərbaycanın Avrasiyanın müxtəlif güc mərkəzləri arasında balanslaşdırılmış və çoxvektorlu diplomatiyasının praktik nümunəsidir.


Rəşad CƏFƏRLİ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

V.İ.Sadıqovun Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında 

00:18
05 Sentyabr

A.K.Əcəmovun Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında

00:17
05 Sentyabr

Bakı Metropoliteninin yeni stansiyasının “20 Sentyabr” adlandırılması haqqında

00:17
05 Sentyabr

Bakıda Tacikistanın dövlət müstəqilliyinin 35-ci ildönümü qeyd olunub 

22:43
04 Sentyabr

Ciorcia Meloni Prezident İlham Əliyevə təşəkkür edib  

20:26
04 Sentyabr

Bakıda Türk dünyası travmatoloq və ortopedlərinin beynəlxalq konqresinin açılışı olub 

19:32
04 Sentyabr

Ədliyyə naziri Yevlaxda vətəndaşların müraciətlərini dinləyib

19:30
04 Sentyabr

Amerikalı jurnalist Qarabağa qayıtmış sakinlərlə görüşüb

19:27
04 Sentyabr

Sahibə Qafarova: "Parlament diplomatiyası ölkələr arasında dialoq və əməkdaşlığa mühüm töhfə verir"

19:26
04 Sentyabr

Həkim əməyinə verilən dəyər insan sağlamlığına xidmət edir

19:16
04 Sentyabr

Qaradağ rayonunda şəhid və qazi ailələrinin övladlarına yeni dərs ili ilə əlaqədar hədiyyələr təqdim olunub

19:07
04 Sentyabr

Şəhid polkovnik Füzuli Cavadovun 60 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

19:04
04 Sentyabr

ŞƏT məkanı Azərbaycanın xarici ticarət əlaqələrində xüsusi əhəmiyyət daşıyır

18:17
04 Sentyabr

Bakı Metropoliteninin yeni stansiyası “20 Sentyabr” adlandırılacaq

18:14
04 Sentyabr

Türk professor: “Azərbaycan Avrasiyanın yeni geoiqtisadi xəritəsində “qovşaq ölkə” rolunu gücləndirir “

17:33
04 Sentyabr

Azərbaycan-ŞƏT əməkdaşlığı siyasi, iqtisadi və nəqliyyat imkanlarını genişləndirir

17:30
04 Sentyabr

Gürcüstan gəncləri üçün Azərbaycanın ali təhsil imkanları təqdim ediləcək 

17:27
04 Sentyabr

Ekspert: Azərbaycanın ŞƏT ilə əməkdaşlığında iqtisadi və logistika prioritetləri ön plandadır

17:24
04 Sentyabr

ETSN-də görüş: ayıların kəndlərə və təsərrüfatlara yaxınlaşması məsələsi araşdırılıb

17:00
04 Sentyabr

Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ  

16:58
04 Sentyabr

Baş prokuror paytaxtın Yasamal rayonunda vətəndaş müraciətlərini dinləyib

16:55
04 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!