03 Sentyabr 2026 05:05
972
Sərəncamlar
A- A+
Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli 3910 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nda dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli 3910 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nda dəyişiklik edilməsi haqqında


Azərbaycan Respublikası Prezidentinin Sərəncamı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli 3910 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 6, maddə 806 (Cild I); 2025, № 4 (I kitab), maddə 379, № 7, maddə 692; 2026, № 6, maddə 518; Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 15 iyul tarixli 723 nömrəli fərmanı)  ilə təsdiq edilmiş "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. "4. Dövlət Proqramının məqsədi və prioritet istiqamətləri" hissəsi üzrə:

1.1.1. 4.1.1-ci yarımbəndin dördüncü abzasında "güzəştli kreditlərin verilməsi, təşviqat işlərinin aparılması və digər maliyyə dəstəyi tədbirləri" sözləri "müvafiq tədbirlər" sözləri ilə əvəz edilsin;

1.1.2. 4.1.2-ci yarımbəndin mətni aşağıdakı redaksiyada verilsin:

"Naxçıvan Muxtar Respublikasının əlverişli coğrafi mövqeyindən istifadə edilərək, regionda istehsal olunan məhsulların xarici və ölkədaxili bazarlara çıxışı sürətləndiriləcəkdir. Bu çərçivədə, yerli məhsulların rəqabətqabiliyyətliliyini artırmaq və daşıma xərclərini optimallaşdırmaq məqsədilə sahibkarlara məqsədli logistik dəstək mexanizmləri tətbiq olunacaqdır. Müntəzəm yükdaşımaların təşkili və nəqliyyat marşrutlarının effektivliyinin yüksəldilməsi ixrac həcminin artmasına, məşğulluğun genişlənməsinə və regionun işgüzar əlaqələrinin möhkəmlənməsinə xidmət edəcəkdir.

Zəngəzur dəhlizi açıldıqdan sonra Naxçıvan Muxtar Respublikasında istehsal olunan məhsulların quru yolu ilə ixracı üçün yeni imkanlar yaranacaq, bu imkanlardan hərtərəfli istifadənin stimullaşdırılması məqsədilə müxtəlif güzəştlərin tətbiqi məsələsinə ayrıca qiymətləndirmə aparılmaqla baxılacaqdır.

Həyata keçiriləcək tədbirlər Naxçıvan Muxtar Respublikasının ərazisində iqtisadi aktivliyin, məşğulluğun və ixracın artmasına, iqtisadiyyatda yerli istehsalın rolunun güclənməsinə kömək edəcəkdir.";

1.1.3. 4.1.4-cü yarımbəndin ikinci abzasında "Bölgə üçün spesifik və orqanik kənd təsərrüfatı məhsulları müəyyənləşdiriləcək, onların brendləşdirilməsi, təbliği, orqanik məhsulların xarici bazarlara ixracının təşviqi diqqətdə saxlanılacaq, kənd" sözləri "Kənd" sözü ilə əvəz edilsin;

1.1.4. 4.1.5-ci yarımbəndin üçüncü abzasından "turizm və rekreasiya zonalarının yaradılması da regionun turizm potensialının gücləndirilməsinə əhəmiyyətli təsir göstərəcək," sözləri çıxarılsın;

1.1.5. 4.1.7-ci yarımbənd üzrə:

1.1.5.1. ikinci abzasda "ictimai nəqliyyat xidmətlərininkeyfiyyətinin" sözləri "əhalinin nəqliyyat infrastrukturuna və nəqliyyat xidmətlərinə əlçatanlığının" sözləri ilə əvəz edilsin;

1.1.5.2.üçüncü abzas ləğv edilsin;

1.1.6. 4.1.8-ci yarımbəndin ikinci abzasında "ümumi təyinatlı internat tipli ümumtəhsil məktəblərinin" sözləri "təhsil müəssisələrinin" sözləri ilə əvəz edilsin;

1.1.7. 4.1.10-cu yarımbəndin yeddinci abzası ləğv edilsin;

1.2. "8. Dövlət Proqramının həyata keçirilməsinə dair Tədbirlər Planı" hissəsi üzrə:

1.2.1. 8.1.5-ci, 8.2.1-ci, 8.2.2-ci və8.2.3-cü yarımbəndlər ləğv edilsin;

1.2.2.8.4.2-ci yarımbəndin "Digər icraçılar" sütununa "İN" akronimindən sonra ",AQTA" akronimi əlavə edilsin;

1.2.3. 8.4.3-cü və 8.5.4-cü yarımbəndlər ləğv edilsin;

1.2.4. 8.7.5-ci yarımbənd üzrə:

1.2.4.1. "Əsas icraçı orqan (qurum) fəaliyyət istiqamətlərinə uyğun olaraq" sütununa "AAYDA" akronimindən sonra ",AZCON" akronimi əlavə edilsin;

1.2.4.2."Digər icraçılar" sütunundan ", AZCON" akronimi çıxarılsın;

1.2.4.3. "yekun nəticələr" sütunu aşağıdakı redaksiyada verilsin:

"Naxçıvan Muxtar Respublikasında əhalinin nəqliyyat infrastrukturuna və nəqliyyat xidmətlərinə əlçatanlığının artırılması";

1.2.5. 8.7.6-cı yarımbənd ləğv edilsin;      

1.2.6. 8.8.2-ci yarımbənd üzrə:

1.2.6.1."Tədbirin adı" sütununda "Ümumi təyinatlı internat tipli ümumtəhsil məktəblərinin" sözləri "Təhsil müəssisələrinin"sözləri ilə əvəz edilsin;

1.2.6.2. "yekun nəticələr" sütununda "Aztəminatlı və xüsusi himayəyə ehtiyacı olan uşaqların təhsil" sözləri "Təhsil" sözü ilə əvəz edilsin;

1.2.7. 8.8.3-cü yarımbəndin "yekun nəticələr" sütunu aşağıdakı redaksiyada verilsin:

"Sosial cəhətdən həssas əhali qruplarının sosial xidmətlərlə əhatə olunmasının genişləndirilməsi";

1.2.8. 8.8.4-cü yarımbəndin "yekun nəticələr" sütunu aşağıdakı redaksiyada verilsin:

"Əhalinin fiziki fəallığının artırılması üçün şəraitin yaxşılaşdırılması";

1.2.9.8.10.13-cü yarımbənd ləğv edilsin;

1.2.10. 8.11.1-ci yarımbəndin "Digər icraçılar" sütununa "İN," akronimindən sonra "ADSEA," akronimi əlavə edilsin;

1.2.11. 8.11.2-ci yarımbənd üzrə:

1.2.11.1. "Tədbirin adı" sütununda "Meşəsalma" sözü"Yaşıllaşdırma işlərinin genişləndirilməsi, meşəsalma" sözləri ilə əvəz edilsin;

1.2.11.2."aralıq nəticələr" sütununda "Meşəsalma" sözü "Yaşıllaşdırma, meşəsalma" sözləri ilə əvəz edilsin;

1.2.11.3. "yekun nəticələr" sütunu aşağıdakı redaksiyada verilsin:

"Yaşıllıq sahələrinin və meşə ilə örtülü ərazilərin artırılması";

1.3. "AKRONİMLƏR VƏ İXTİSARLAR" hissəsindən "AZAL - "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti" sözləri çıxarılsın.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.


İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 2 sentyabr 2026-cı il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 15 avqust tarixli 296 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

00:38
09 Sentyabr

“Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təsdiqedici sənədi əsasında idxalı əlavə dəyər vergisindən azad olunan incəsənət əsərlərinin, kolleksiya əşyalarının və əntiq əşyaların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının kodları üzrə Siyahısı”nın təsdiq edilməsi haqqında

00:36
09 Sentyabr

Azərbaycanın xarici işlər nazirinin müavini ABŞ-nin Ermənistandakı müvəqqəti işlər vəkili ilə görüşüb

22:02
08 Sentyabr

“Ədibin Evi”ndə xarici diplomatlar üçün Azərbaycan mədəniyyət kursları açılıb

18:50
08 Sentyabr

Şimali Makedoniya Respublikasının Prezidenti Zati-aliləri xanım Qordana Silyanovska-Davkovaya

18:39
08 Sentyabr

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib

17:55
08 Sentyabr

“AzerGold”un təşkilatçılığı ilə keçirilən 7-ci səyyar tibbi müayinə aksiyasına yekun vurulub

17:40
08 Sentyabr

Xüsusi nümayəndə: Kəlbəcərdəki özəl investisiya layihələrinin əsas məqsədlərindən biri yeni iş yerlərinin yaradılmasıdır

17:35
08 Sentyabr

DİN: İntensiv yağıntılarla əlaqədar xidmətə əlavə polis naryadları cəlb olunub

17:30
08 Sentyabr

YAP və ÇKP arasında əməkdaşlığın yeni istiqamətləri müəyyənləşdirilir

17:20
08 Sentyabr

YAP və ÇKP nümayəndələri Ümummilli Liderin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

17:10
08 Sentyabr

Milli Məclisdə Azərbaycan-Koreya münasibətlərinin inkişaf perspektivləri diqqət mərkəzində olub

17:00
08 Sentyabr

Xaricdə iş vədi ilə çoxsaylı şəxsləri aldadan şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

16:50
08 Sentyabr

Baş nazir Əli Əsədov Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü ilə görüşüb

16:40
08 Sentyabr

BCAW2026: "Öhdəliklərdən icraya: COP31-ə doğru" mövzusunda yüksəksəviyyəli dəyirmi masa təşkil olunub

16:35
08 Sentyabr

Türkiyə, Gürcüstan və İraqdan olan din xadimləri Şuşa şəhərində - YENİLƏNİB

16:30
08 Sentyabr

Biləsuvarda şəhidlərin xatirə turnirində 300-dən çox güləşçi mübarizə aparıb

16:25
08 Sentyabr

“Yaşıl Dünya üçün Rəqəmsal Fəaliyyət Yolu” - panel sessiya YENİLƏNİB 

16:20
08 Sentyabr

Cibə qayıdan milyonlar

16:17
08 Sentyabr

Britaniyanın texnologiya nəhənginin rəhbəri: Süni intellekt xərçəngin dərmanını tapacaq

16:15
08 Sentyabr

Mayami Beynəlxalq Hava Limanında qəzaya uğrayan "Amazon" yük təyyarəsinin qara qutuları tapılıb

16:10
08 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!