01 Sentyabr 2026 18:37
2661
SİYASƏT
A- A+
Bakı-Bişkek: ortaq maraqlar Orta dəhlizdə kəsişir   

Bakı-Bişkek: ortaq maraqlar Orta dəhlizdə kəsişir   


Prezident İlham ƏLİYEV: “Azərbaycan-Qırğızıstan əlaqələri xalqlarımızın iradəsindən güc alır”


Azərbaycan və Qırğızıstan arasında iqtisadi əlaqələr ticarət, investisiya, nəqliyyat-logistika, enerji, kənd təsərrüfatı, sənaye və digər  sahələri əhatə edir. Son illər iki ölkə arasında qarşılıqlı iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətində atılan addımlar əlaqələrin daha sistemli və çoxşaxəli xarakter almasına şərait yaradıb. 

Prezidentlər İlham Əliyev və Sadır Japarovun qarşılıqlı dövlət səfərləri Azərbaycan–Qırğızıstan münasibətlərinin inkişafında yeni mərhələnin formalaşmasına böyük təkan verib. Səfərlər nəticəsində ikitərəfli əlaqələr  strateji müttəfiqlik səviyyəsinə yüksələrək, iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradıb. Bu baxımdan iqtisadi münasibətlərin inkişaf dinamikasının qiymətləndirilməsi ilk növbədə ticarət əlaqələrinin təhlilini zəruri edir. Təbii ki, ticarət dövriyyəsindəki artım Azərbaycan və Qırğızıstan arasında iqtisadi əməkdaşlığın fəallaşdığını göstərən əsas göstəricilərdəndir. Belə ki, 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 77,2 milyon  dollara çatıb. Bu, 2024-cü illə müqayisədə təxminən 1,9 dəfə çoxdur. Ötən il Azərbaycanın Qırğızıstana ixracı 23,4 milyon  dollar, Qırğızıstandan idxalı isə 53,8 milyon  dollar olub.

 Doğrudur, rəqəmlər fakt olaraq ticarət əlaqələrinin dinamik inkişaf etdiyini göstərir, lakin mövcud ticarət dövriyyəsinin  aşağı səviyyədə olduğu da aydın görünür.  Ekspertlərin fikrincə, ticarət əlaqələrinin sürətlə artmasına baxmayaraq, ümumi dövriyyənin həcmi Azərbaycan və Qırğızıstan iqtisadiyyatlarının imkanları və qarşılıqlı iqtisadi potensialı ilə müqayisədə hələ də məhdud olaraq qalır. Bu isə qarşıdakı mərhələdə əsas diqqətin ticarət dövriyyəsinin kəmiyyət baxımından artırılmasına və  onun strukturunun şaxələndirilməsinə yönəldilməsini zəruri edir.

Qarşılıqlı ticarətin genişləndirilməsi üçün yeni məhsul və xidmət istiqamətlərinin müəyyənləşdirilməsi xüsusi əhəmiyyət daşıyır. Ən çox da kənd təsərrüfatı və ərzaq məhsulları üzrə ticarətin artırılması mümkündür. Emal sənayesi və tikinti materialları sahələrində də əməkdaşlıq üçün imkanlar var. Kimya və neft-kimya məhsulları üzrə qarşılıqlı ticarətin genişləndirilməsi də perspektivli istiqamətlərdəndir. Bundan əlavə, müxtəlif xidmət sahələrində əməkdaşlığın inkişaf etdirilməsi ticarət əlaqələrinin şaxələndirilməsinə yol aça bilər. 

Ticarət əlaqələri ilə yanaşı, investisiya əməkdaşlığı da Azərbaycan-Qırğızıstan iqtisadi münasibətlərinin inkişafında mühüm istiqamət təşkil edir. Qarşılıqlı investisiyaların təşviqi kapital axınlarının artmasına, eləcə də yeni istehsal və xidmət sahələrinin yaradılmasına, texnologiya və təcrübə mübadiləsinə, iki ölkənin biznes subyektləri arasında uzunmüddətli əlaqələrin formalaşmasına şərait yaradır.  “İqtisadi və Sosial Araşdırmalara Yardım” İctimai Birliyinin sədri Eyyub Kərimlinin fikirləri  Azərbaycan-Qırğızıstan arasında investisiya əməkdaşlığının mövcud vəziyyəti və inkişaf perspektivləri ilə bağlı məqamları əks etdirir: “Azərbaycan-Qırğız İnkişaf Fondunun kapitalının 100 milyon dollardan 200 milyon dollara çatdırılması xüsusi əhəmiyyət daşıyır. Yəni fondun maliyyə imkanları faktiki olaraq iki dəfə genişləndirilib. Artıq fond çərçivəsində 3 birgə layihə açılıb və daha 8 təşəbbüsün həyata keçirilməsinə start verilib”. 

 Onun sözlərinə görə, bu mexanizm Azərbaycan kapitalının Qırğızıstanda turizm, kənd təsərrüfatı, emal sənayesi, logistika və digər sahələrə çıxışını genişləndirə bilər: “Eyni zamanda, birgə müəssisələrin yaradılması iki ölkə arasında ticarətin də artmasına əlavə stimul verəcək. Başqa sözlə, investisiya əməkdaşlığı tədricən sadəcə kapital qoyuluşundan birgə istehsal və üçüncü ölkələrin bazarlarına çıxış modelinə keçə bilər”. İnvestisiya əməkdaşlığının konkret nümunələrindən biri turizm sahəsində həyata keçirilən layihələrdir. Turizm iki ölkə arasında investisiya əməkdaşlığının genişləndiyini göstərən çox gözəl  təşəbbüsdür. Azərbaycanın sərmayəsi hesabına Qırğızıstanın əsas turizm məkanlarından biri olan İssık-Kul gölü sahilində beşulduzlu “Baku Resort & SPA” mehmanxana kompleksini xatırlayaq. Qeyd edək ki, bir ay öncə Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri çərçivəsində sözügedən mehmnxananın  açılışı baş tutub.

İnvestisiya əməkdaşlığı ilə yanaşı, nəqliyyat və logistika sahəsi də Azərbaycan-Qırğızıstan iqtisadi əlaqələrinin əsas dayaqlarındandır. Azərbaycanın əlverişli coğrafi mövqeyi Qırğızıstanın Mərkəzi Asiyadan Qərb bazarlarına çıxışında ölkəmizin rolu çoxdur. Bu da o deməkdir ki, Qırğızıstan Azərbaycanın Mərkəzi Asiya regionu ilə əlaqələrində strateji “şərq qapısı” funksiyasını daha da gücləndirir.

İki ölkənin əməkdaşlığında Orta dəhliz  xüsusi əhəmiyyət daşıyır. Qırğızıstanın Mərkəzi Asiyada yerləşməsi, Azərbaycanın isə Xəzər hövzəsi ilə Avropa arasında əsas tranzit qovşaqlarından biri olması bu ölkələrin maraqlarını Orta dəhliz üzərində birləşdirir. Azərbaycanın Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu və Xəzər üzərindən multimodal daşıma imkanları Qırğızıstan məhsullarının Azərbaycan üzərindən Türkiyə və Avropa bazarlarına çıxışını sürətləndirər. Sözsüz ki, belə bir logistika zəncirinin Orta dəhlizə inteqrasiyası Azərbaycan üzərindən daşınan yüklərin həcminin artmasına, liman, dəmir yolu, anbar, logistika, sığorta və digər xidmətlərdən əldə olunan gəlirlərin yüksəlməsinə şərait yaradar. 

Azərbaycan - Qırğızıstan tərəfdaşlığının mühüm istiqamətlərindən biri işğaldan azad edilmiş ərazilərin bərpası və sosial infrastrukturun yenidən qurulması sahəsində əməkdaşlıqdır. Bu istiqamətdə Qırğızıstanın göstərdiyi dəstəyi iki ölkə arasında dostluq və qarşılıqlı həmrəyliyin konkret nümunəsi kimi qiymətləndirmək olar. Qırğızıstan dövlətinin maliyyə dəstəyi ilə Ağdam rayonunun Xıdırlı kəndində tam orta məktəbin inşa edilməsi bu həmrəyliyin real ifadəsidir. 

Məktəbə qırğız xalqının milli simvolu olan “Manas” adının verilməsi layihəyə xüsusi məna qazandırır. Bu təşəbbüs bir tərəfdən Qarabağda sosial infrastrukturun bərpasına töhfə verir, digər tərəfdən isə Azərbaycan və Qırğızıstan xalqları arasında tarixi-mədəni bağlılığın və qarşılıqlı münasibətlərin möhkəmləndirilməsini nümayiş etdirir.


Züleyxa ƏLİYEVA, 

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 15 avqust tarixli 296 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

00:38
09 Sentyabr

“Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təsdiqedici sənədi əsasında idxalı əlavə dəyər vergisindən azad olunan incəsənət əsərlərinin, kolleksiya əşyalarının və əntiq əşyaların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının kodları üzrə Siyahısı”nın təsdiq edilməsi haqqında

00:36
09 Sentyabr

Azərbaycanın xarici işlər nazirinin müavini ABŞ-nin Ermənistandakı müvəqqəti işlər vəkili ilə görüşüb

22:02
08 Sentyabr

“Ədibin Evi”ndə xarici diplomatlar üçün Azərbaycan mədəniyyət kursları açılıb

18:50
08 Sentyabr

Şimali Makedoniya Respublikasının Prezidenti Zati-aliləri xanım Qordana Silyanovska-Davkovaya

18:39
08 Sentyabr

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib

17:55
08 Sentyabr

“AzerGold”un təşkilatçılığı ilə keçirilən 7-ci səyyar tibbi müayinə aksiyasına yekun vurulub

17:40
08 Sentyabr

Xüsusi nümayəndə: Kəlbəcərdəki özəl investisiya layihələrinin əsas məqsədlərindən biri yeni iş yerlərinin yaradılmasıdır

17:35
08 Sentyabr

DİN: İntensiv yağıntılarla əlaqədar xidmətə əlavə polis naryadları cəlb olunub

17:30
08 Sentyabr

YAP və ÇKP arasında əməkdaşlığın yeni istiqamətləri müəyyənləşdirilir

17:20
08 Sentyabr

YAP və ÇKP nümayəndələri Ümummilli Liderin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

17:10
08 Sentyabr

Milli Məclisdə Azərbaycan-Koreya münasibətlərinin inkişaf perspektivləri diqqət mərkəzində olub

17:00
08 Sentyabr

Xaricdə iş vədi ilə çoxsaylı şəxsləri aldadan şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

16:50
08 Sentyabr

Baş nazir Əli Əsədov Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü ilə görüşüb

16:40
08 Sentyabr

BCAW2026: "Öhdəliklərdən icraya: COP31-ə doğru" mövzusunda yüksəksəviyyəli dəyirmi masa təşkil olunub

16:35
08 Sentyabr

Türkiyə, Gürcüstan və İraqdan olan din xadimləri Şuşa şəhərində - YENİLƏNİB

16:30
08 Sentyabr

Biləsuvarda şəhidlərin xatirə turnirində 300-dən çox güləşçi mübarizə aparıb

16:25
08 Sentyabr

“Yaşıl Dünya üçün Rəqəmsal Fəaliyyət Yolu” - panel sessiya YENİLƏNİB 

16:20
08 Sentyabr

Cibə qayıdan milyonlar

16:17
08 Sentyabr

Britaniyanın texnologiya nəhənginin rəhbəri: Süni intellekt xərçəngin dərmanını tapacaq

16:15
08 Sentyabr

Mayami Beynəlxalq Hava Limanında qəzaya uğrayan "Amazon" yük təyyarəsinin qara qutuları tapılıb

16:10
08 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!