03 Sentyabr 2026 08:50
396
SİYASƏT
A- A+
"Azərbaycan coğrafi imkanlarından istifadə etməklə regional təsirini daha da artıra bilər"

"Azərbaycan coğrafi imkanlarından istifadə etməklə regional təsirini daha da artıra bilər"


"Azərbaycanın Mərkəzi Asiya ilə münasibətlərində son illər yeni mərhələ başlayıb. Bakı artıq yalnız Mərkəzi Asiyanı Cənubi Qafqaz və Avropa ilə birləşdirən keçid məntəqəsi kimi deyil, nəqliyyat, enerji, investisiya və ticarət əlaqələrinin formalaşdığı mühüm regional mərkəz kimi çıxış edir. Bu prosesdə Orta dəhliz, Xəzər dənizi, enerji əməkdaşlığı və Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ilə əlaqələri xüsusi əhəmiyyət daşıyır".

Bu fikirləri AZƏRTAC-a açıqlamasında türk politoloq Hasan Oktay deyib.

Onun sözlərinə görə, Azərbaycanın Mərkəzi Asiyadakı rolunu artıq yalnız "regiona açılan qapı" ifadəsi ilə izah etmək kifayət deyil. Azərbaycan tədricən Mərkəzi Asiya, Cənubi Qafqaz, Türkiyə və Avropa arasında əlaqələri təmin edən mərkəz ölkəyə çevrilir. Nəqliyyat, limanlar, logistika, enerji, ticarət, investisiya və rəqəmsal texnologiyalar üzrə yeni iqtisadi əlaqələr formalaşır. Orta dəhlizə də yalnız bir nəqliyyat marşrutu kimi yanaşmaq düzgün deyil. Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxaıq Ticarət limanı, Xəzər üzərindən keçidlər və Türkiyə ilə bağlantı birlikdə Azərbaycanın Mərkəzi Asiyanın Avropa bazarlarına çıxışında mühüm rol oynamasına imkan verir.

Hasan Oktay Azərbaycanın Mərkəzi Asiyadakı rolunun enerji sahəsində genişlənə biləcəyini düşünür. Azərbaycanın öz enerji resursları ilə yanaşı, Mərkəzi Asiya ölkələrinin enerji ehtiyatlarının Xəzər üzərindən Qərb bazarlarına çatdırılması yeni imkanlar yaradır. Xüsusilə Türkmənistan və Qazaxıstanla enerji əməkdaşlığının genişləndirilməsi Azərbaycanın yalnız enerji istehsalçısı deyil, həm də enerji tranziti və paylanmasında mühüm mərkəzlərdən birinə çevrilməsinə imkan verə bilər. Azərbaycanın qarşısında daha böyük vəzifə dayanır. Bu da Mərkəzi Asiya ölkələri ilə yalnız yük daşımaları və tranzit sahəsində deyil, birbaşa investisiya və istehsal sahələrində də əməkdaşlığı genişləndirməkdir.

Politoloq Azərbaycanın ŞƏT çərçivəsində rolunun getdikcə əhəmiyyət qazandığını bildirib. "Azərbaycan həm ŞƏT, həm də Türk Dövlətləri Təşkilatı baxımından mühüm coğrafi mövqeyə malikdir. Bakı bu iki platformadakı imkanlarını bir-biri ilə əlaqələndirməklə regional təsirini daha da artıra bilər. Qazaxıstan və Türkmənistanla Azərbaycan arasında dəniz daşımalarının inkişaf etdirilməsi Mərkəzi Asiya ölkələrinin Avropaya çıxış imkanlarını genişləndirə və nəqliyyat marşrutlarını şaxələndirə bilər. Gələcəkdə Xəzərin altından nəqliyyat bağlantısının yaradılması imkanları da ciddi şəkildə araşdırılmalıdır. Bu məsələ həm TDT, həm də ŞƏT çərçivəsində uzunmüddətli regional bağlantı strategiyasının bir hissəsinə çevrilə bilər", - deyə Hasan Oktay əlavə edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

V.İ.Sadıqovun Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında 

00:18
05 Sentyabr

A.K.Əcəmovun Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında

00:17
05 Sentyabr

Bakı Metropoliteninin yeni stansiyasının “20 Sentyabr” adlandırılması haqqında

00:17
05 Sentyabr

Bakıda Tacikistanın dövlət müstəqilliyinin 35-ci ildönümü qeyd olunub 

22:43
04 Sentyabr

Ciorcia Meloni Prezident İlham Əliyevə təşəkkür edib  

20:26
04 Sentyabr

Bakıda Türk dünyası travmatoloq və ortopedlərinin beynəlxalq konqresinin açılışı olub 

19:32
04 Sentyabr

Ədliyyə naziri Yevlaxda vətəndaşların müraciətlərini dinləyib

19:30
04 Sentyabr

Amerikalı jurnalist Qarabağa qayıtmış sakinlərlə görüşüb

19:27
04 Sentyabr

Sahibə Qafarova: "Parlament diplomatiyası ölkələr arasında dialoq və əməkdaşlığa mühüm töhfə verir"

19:26
04 Sentyabr

Həkim əməyinə verilən dəyər insan sağlamlığına xidmət edir

19:16
04 Sentyabr

Qaradağ rayonunda şəhid və qazi ailələrinin övladlarına yeni dərs ili ilə əlaqədar hədiyyələr təqdim olunub

19:07
04 Sentyabr

Şəhid polkovnik Füzuli Cavadovun 60 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

19:04
04 Sentyabr

ŞƏT məkanı Azərbaycanın xarici ticarət əlaqələrində xüsusi əhəmiyyət daşıyır

18:17
04 Sentyabr

Bakı Metropoliteninin yeni stansiyası “20 Sentyabr” adlandırılacaq

18:14
04 Sentyabr

Türk professor: “Azərbaycan Avrasiyanın yeni geoiqtisadi xəritəsində “qovşaq ölkə” rolunu gücləndirir “

17:33
04 Sentyabr

Azərbaycan-ŞƏT əməkdaşlığı siyasi, iqtisadi və nəqliyyat imkanlarını genişləndirir

17:30
04 Sentyabr

Gürcüstan gəncləri üçün Azərbaycanın ali təhsil imkanları təqdim ediləcək 

17:27
04 Sentyabr

Ekspert: Azərbaycanın ŞƏT ilə əməkdaşlığında iqtisadi və logistika prioritetləri ön plandadır

17:24
04 Sentyabr

ETSN-də görüş: ayıların kəndlərə və təsərrüfatlara yaxınlaşması məsələsi araşdırılıb

17:00
04 Sentyabr

Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ  

16:58
04 Sentyabr

Baş prokuror paytaxtın Yasamal rayonunda vətəndaş müraciətlərini dinləyib

16:55
04 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!