03 Sentyabr 2026 10:10
87
Mədəniyyət
A- A+
Şuşalı olub musiqi və teatrdan kənarda qalmaq mümkün deyil

Şuşalı olub musiqi və teatrdan kənarda qalmaq mümkün deyil


Mirzə Muxtar da belə sənətkarlardan idi


Mədəniyyətimizin inkişafına böyük xidmət göstərən, tanınan, sevilən sənətkarları xalqımız yalnız yubileylərində, ad günlərində deyil, həmişə xatırlayır, ehtiram və hörmətlə yad edir. Belə sənətkarlardan biri də görkəmli aktyor, musiqişünas Mirzə Muxtardır. 

Özündən sonra yaddaşlarda pozulmaz izlər qoymuş sənətkarın adı mədəniyyət tariximizə görkəmli səhnə xadimi,  müəllim və musiqişünas-müğənni kimi həkk olunub. Görkəmli ictimai-siyasi xadim, yazıçı, dramaturq Nəriman Nərimanov onun sənətkarlığına yüksək dəyər verərək yazmışdır ki, Mirzə Muxtar musiqidə ustadır. 

Mirzə Muxtar 1841-ci ildə musiqi beşiyimiz olan Şuşada dünyaya gəlib. Atası Mirzə Əli Əsgər Qarabaği bənzərsiz səsə malik bir xanəndə olmaqla yanaşı, həm də mahir kamança ifaçısı kimi də tanınmışdı. Mirzə Muxtar dünyaya gözünü açandan, həyatı az-çox dərk edəndən musiqi səsi eşitmişdi, evlərinə toplaşan sənət adamlarının söhbətlərinə qulaq asmışdı. Mirzə Muxtarın musiqiçi, aktyor kimi formalaşmasında bu mühit müsbət rol oynamışdı. Evlərində tez-tez qurulan məclislərdə eşitdiyi musiqilər özü də hiss etmədən onun sabahkı taleyini müəyyənləşdirmişdi. 

O, ilk təhsilini Şuşadakı mədrəsədə almışdı. Fitri istedadı ilə başqalarından seçilən Muxtar mədrəsədə türk, ərəb, fars dillərini dərindən mənimsəmişdi. Kiçik yaşlarından kitablarla dost olan, mütaliəyə maraq göstərən Muxtar Şərq və Azərbaycan klassik ədəbiyyatının dünyaca tanınmış şairlərindən Nizami, Sədi, Hafiz, Füzuli və Firdovsinin əsərlərini oxumuş və onları dərindən dərk etmişdi. Qeyri-adi istedad sahibi olan Mirzə Muxtar rus və erməni dillərini də bildiyinə görə XIX əsrin 60-70-ci illərində Şuşadakı "Qış klubu"nda rus və erməni teatr tamaşalarına gedib baxırdı. Həmin anlar ürəyində ana dilində tamaşalar göstərmək arzusunda idi. Və bu, nəhayət, bir gün gerçəkləşdi - Mirzə Muxtar arzusuna çatdı, 1870-ci ildə, əsasən, müəllimlərdən ibarət olan yerli ziyalıları başına yığaraq Şuşada "Hacıquluların zalı"nda M.F.Axundovun "Hacı Qara" komediyasını tamaşaya qoydu. O, bu addımı ilə həm də uzun bir yaradıcılıq yoluna çıxdı - 1883-cü ildə bir sıra tamaşaları səhnələşdirdi. Amma həmin il acınacaqlı bir hadisə nəticəsində doğma yurdunu tərk etmək məcburiyyətində qaldı. Bir müddət Ağdamda yaşadıqdan sonra Gəncəyə köçdü, müəllimlik etdi. Sonra Tiflisə üz tutaraq xüsusi gimnaziyada təhsil aldı. Mirzə Muxtar gimnaziyada dərs almaqla yanaşı, türk-rus məktəbində dərs dedi. Bunlarla bərabər o, həvəskarlar dəstəsinin sıralarında aktyorluq da edirdi. Dövrünün tanınmış yazıçıları Sultanməcid Qənizadənin, Nəcəf bəy Vəzirovun, Əbdürrəhim bəy Haqverdiyevin kiçik məsxərələrini tamaşaya qoyurdu. Ümumiyyətlə, Tiflis mühiti onun aktyor və musiqiçi kimi formalaşmasında mühüm rol oynadı. 

Ürəyində çağlayan yaradıcılıq arzularını həyata keçirmək istəyən Mirzə Muxtar 1899-cu ildə Bakıya gəlir. Əvvəlcə müəllimliklə məşğul olur, dərs deyir. Bununla bərabər, Mirzə Muxtar həm də teatrdan uzaq dayana bilmir. Şəhərdəki teatr həvəskarları ilə tanışlıq onun bu sahəyə olan sevgisini daha da artırır. Dövrünün tanınmış ziyalıları  Cahangir Zeynalov, Məhəmməd Əlvəndi, Əbülfət Vəli ilə dost olması onun Bakının teatr mühitində tanınmasına şərait yaradır. Ziyalı dostlarının köməyi və məsləhəti ilə aktyor teatr tamaşalarında çıxış edir, müxtəlif obrazlar canlandırır. Axır ki, aktyorluğa olan sevgi müəllimliyə üstün gəlir. Mirzə Muxtar 1905-ci ildə  həyatını bütünlüklə teatr sənətinə həsr etmək üçün müəllimlikdən ayrılır. Bundan sonra Mirzə Muxtar "İkinci müsəlmən dram cəmiyyəti"nin, "Həmiyyət", "Nicat", "Səfa" mədəni-maarif cəmiyyətlərinin, Hüseynqulu Sarabskinin "Opera artistləri dəstəsi", "Zülfüqar bəy və Üzeyir bəy Hacıbəyli qardaşlarının müdiriyyəti", Abbasmirzə Şərifzadənin "Müsəlman artistləri ittifaqı" teatr truppalarında aktyor kimi çalışır. 

Bakıya gələnə qədər dövrünün tanınmış ziyalıları Əbdürrəhim bəy Haqverdiyev, Üzeyir bəy Hacıbəyli  və başqaları Mirzə Muxtarı Şuşadan yaxşı tanıyırdılar. Onun bacarığından, məlahətli səsindən, istedadından, aktyor, teatr təşkilatçısı olduğundan yaxşı xəbərdar idilər. Buna görə də Azərbaycan peşəkar musiqisinin banisi Üzeyir bəy Hacıbəyli Mirzə Muxtarı ilk Azərbaycan operası olan "Leyli və Məcnun" tamaşasının məşqlərinə dəvət edir. Tamaşanın məşqləri 1907-ci ilin sonlarında Bakıda maarifpərvər ziyalı İmran Qasımovun evində və "İslamiyyə" mehmanxanasında aparılırdı. Mirzə Muxtara tamaşada Məcnunun atası rolunu oynamaq tapşırılmışdı. Böyük sənətkar işinin öhdəsindən bacarıqla gəlir. 

Mirzə Muxtarın tamaşalarda nümayiş etdirdiyi ifa tərzi elə ilk baxışdan teatrsevərləri sehirləyirdi. Buna görə də aktyorun şöhrəti gündən-günə artırdı. 1913-cü ildə Bakının teatr ictimaiyyəti Mirzə Muxtarın teatrımızın inkişafındakı xidmətlərini nəzərə alaraq səhnə fəaliyyətinin 40 illiyini keçirmişdi. Böyük təntənə ilə keçən tədbirdə özünün iştirakı ilə Üzeyir bəy Hacıbəylinin "Rüstəm və Söhrab", "Leyli və "Məcnun" operalarından səhnələr nümayiş etdirilmişdi.  

Mirzə Muxtar yaradıcılığı boyu obrazlar qalereyası  yaratmışdı. Aktyor hətta yaşlı vaxtlarında aktrisa çatışmazlığı ucbatından qadın rolları da oynamaq məcburiyyətində qalmışdı. O, Üzeyir bəy Hacıbəylinin "Arşın mal alan"da Cahan xala, "Məşədi İbad"da Gülnaz, "Ər və arvad"da Yetər, "Müsibəti-Fəxrəddin" faciəsində Hürü, Nəriman Nərimanovun "Şamdan bəy"ində Pərizad, Sultanməcid Qənizadənin "Axşam səbri xeyir olar" vedovilində Gülcamal kimi qadın rollarını canlandırmışdı. 

1918-ci ilin martında ermənilər Bakıda törətdikləri soyqırımı zamanı Mirzə Muxtarın da evi dağıdılmış, olan-qalanı əlindən çıxmışdı. Bunu eşidən Hacıbəyli qardaşları ona ayda 500 manat təqaüd təyin etmişlər.   

Teatrımızın inkişafında misilsiz xidmətlər göstərmiş aktyor, musiqişünas Mirzə Muxtar 1929-cu ilin yanvarında 88 yaşında vəfat etmişdir.

 

Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bir zabitin Vətən andı 

10:25
03 Sentyabr

Bakının qədimdən qədim "keşikçi"si - Qız qalası

10:20
03 Sentyabr

Şuşalı olub musiqi və teatrdan kənarda qalmaq mümkün deyil

10:10
03 Sentyabr

Teatr və kinomuzun həmişə Yaşarı

10:00
03 Sentyabr

Gəncə ikinciliyi əldən vermir

09:50
03 Sentyabr

Rəqəmsal təhdidlərlə mübarizə müasir təhlükəsizlik çağırışlarının mühüm elementidir

09:40
03 Sentyabr

Görkəmli şəxsiyyətin ömür salnaməsi yeni nəşrdə

09:30
03 Sentyabr

Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan mərhələsi

09:20
03 Sentyabr

"ŞƏT+" Mərkəzi Asiya, Cənubi Qafqaz və Türkiyənin təbii şəkildə inteqrasiyası üçün platformaya çevrilir"

09:10
03 Sentyabr

Azərbaycanın çoxvektorlu diplomatiyasının nümunəsi

09:00
03 Sentyabr

"Azərbaycan coğrafi imkanlarından istifadə etməklə regional təsirini daha da artıra bilər"

08:50
03 Sentyabr

Sülh, müttəfiqlik və çoxtərəflilik 

08:40
03 Sentyabr

TƏBİB-in tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır

08:30
03 Sentyabr

Mehriban Əliyevadan növbəti humanist təşəbbüs

08:20
03 Sentyabr

Qarabağ Dirçəliş Fondunun sifarişi ilə çəkilmiş "Ölümcül Miras" sənədli filminin təqdimatı olub

08:10
03 Sentyabr

Naxçıvanın yeni dövranı

08:00
03 Sentyabr

Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli 3910 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nda dəyişiklik edilməsi haqqında

05:05
03 Sentyabr

Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında", "Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında", "Daşınmaz əmlakın dövlət reyestri haqqında", "Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında" 2017-ci il 15 dekabr tarixli 918-VQD nömrəli və "Aqrar sığorta haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

05:04
03 Sentyabr

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında

05:03
03 Sentyabr

"Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında", "Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında", "Daşınmaz əmlakın dövlət reyestri haqqında", "Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında" 2017-ci il 15 dekabr tarixli 918-VQD nömrəli və "Aqrar sığorta haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 461-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi və Fərmanının ləğv edilməsi haqqında

05:02
03 Sentyabr

"Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 462-VIIQD nömrəli Qanununun tətbiqi və "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

05:00
03 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!