01 Sentyabr 2026 17:12
2901
SİYASƏT
A- A+
Avrasiyanın yeni bağlantı xəritəsində Azərbaycanın strateji rolu

Avrasiyanın yeni bağlantı xəritəsində Azərbaycanın strateji rolu

Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin gücü artıq yalnız iqtisadi və hərbi potensialla ölçülmür. Qlobal ticarət yollarının, enerji marşrutlarının və nəqliyyat dəhlizlərinin hansı coğrafiyadan keçməsi də ölkələrin strateji əhəmiyyətini müəyyən edən əsas amillərdən birinə çevrilib. Bu baxımdan Azərbaycanın son illərdə artan geosiyasi çəkisi təsadüfi deyil. Ölkəmiz Avropanı Asiya ilə, Şimalı Cənubla birləşdirən mühüm nəqliyyat və logistika qovşaqlarından birinə çevrilir. 

Bu reallıq Azərbaycan–Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) münasibətlərinə də xüsusi məzmun qazandırır. ŞƏT nəhəng coğrafiyanı əhatə edən, Çin, Rusiya, Hindistan, Pakistan və Mərkəzi Asiya dövlətlərini bir araya gətirən mühüm beynəlxalq platformadır. Azərbaycanın bu təşkilatla əməkdaşlığında əsas üstünlük isə təşkilatın üzvləri ilə miqyas baxımından rəqabət aparmaq deyil, həmin nəhəng məkanı Qərb bazarları ilə birləşdirən strateji bağlantı rolunu oynamaqdır. 

Azərbaycanın coğrafi mövqeyi burada əsas üstünlükdür. Xəzər dənizi, Bakı Limanı, Orta Dəhliz, Bakı–Tbilisi–Qars dəmir yolu və Şimal–Cənub nəqliyyat marşrutu ölkənin Avrasiyanın nəqliyyat xəritəsində əhəmiyyətini artırır. Xüsusilə Orta Dəhlizin inkişafı Çin və Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxışında Azərbaycanın rolunu daha da gücləndirir. Bu, artıq yalnız nəqliyyat məsələsi deyil, eyni zamanda iqtisadi və geosiyasi üstünlükdür. 

Burada mühüm məqam ondan ibarətdir ki, Azərbaycan ŞƏT-lə münasibətlərə yalnız təşkilatdan müəyyən imkanlar əldə etmək prizmasından yanaşmır. Əksinə, Azərbaycan öz coğrafi, logistika və enerji imkanlarını ŞƏT məkanının iqtisadi potensialı ilə birləşdirməyə çalışır. Başqa sözlə, söhbət qarşılıqlı faydaya əsaslanan yeni əməkdaşlıq modelindən gedir.

Azərbaycan–Çin münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi də bu prosesin mühüm hissəsidir. 2024-cü ildə Astanada imzalanmış Birgə Bəyannamədə Çinin Azərbaycanın ŞƏT çərçivəsində əməkdaşlığının gücləndirilməsini və təşkilatda statusunun yüksəldilməsini dəstəkləməsi Bakı–Pekin münasibətlərinin bu istiqamətdə yaratdığı imkanları nümayiş etdirir. Azərbaycanın “Bir kəmər, bir yol” təşəbbüsündə fəal iştirakı isə nəqliyyat və logistika əməkdaşlığını daha geniş iqtisadi çərçivəyə salır. 

Digər mühüm istiqamət Mərkəzi Asiya ilə münasibətlərdir. Azərbaycan son illərdə Qazaxıstan, Özbəkistan, Qırğızıstan və digər region ölkələri ilə siyasi, iqtisadi, nəqliyyat və humanitar əlaqələrini əhəmiyyətli dərəcədə genişləndirib. Bu münasibətlər ayrı-ayrı ikitərəfli əlaqələr olmaqla yanaşı, daha böyük Avrasiya bağlantısının elementlərinə çevrilir. Azərbaycan–Qırğızıstan münasibətlərinin müttəfiqlik səviyyəsinə yüksəlməsi də bu baxımdan diqqətçəkən hadisədir. 

Azərbaycanın ŞƏT-lə əməkdaşlığının digər üstün cəhəti isə onun yalnız iqtisadi və nəqliyyat məsələləri ilə məhdudlaşmamasıdır. Təhlükəsizlik, terrorçuluq, ekstremizm və transmilli cinayətkarlıqla mübarizə, kibertəhlükəsizlik, enerji, kənd təsərrüfatı, telekommunikasiya, təhsil, elm, mədəniyyət və turizm kimi çoxsaylı istiqamətlər əməkdaşlığın gündəliyini genişləndirir. Bu isə Azərbaycanın ŞƏT məkanında daha çoxşaxəli tərəfdaş kimi mövqeyini möhkəmləndirir. 

Digər tərəfdən, Azərbaycanın paralel şəkildə Avropa, Türk dünyası, İslam ölkələri və Asiya dövlətləri ilə əməkdaşlıq etməsi onun xarici siyasətinin mühüm xüsusiyyətlərindən biridir. Bu siyasət Azərbaycanın müxtəlif geosiyasi məkanlar arasında körpü rolunu gücləndirir. Belə bir yanaşma ölkəyə hər hansı bir siyasi və ya iqtisadi istiqamətdən asılılığı azaltmaqla yanaşı, müxtəlif tərəfdaşlıqları bir-birini tamamlayan mexanizmlərə çevirmək imkanı verir.

Cənubi Qafqazda formalaşan yeni reallıqlar da bu prosesə əlavə imkanlar yaradır. Azərbaycan və Ermənistan arasında sülh gündəliyinin irəliləməsi regional kommunikasiyaların açılması və nəqliyyat əlaqələrinin genişlənməsi baxımından mühüm perspektivlər yaradır. Zəngəzur istiqamətində kommunikasiyaların inkişafı isə Azərbaycanın Mərkəzi Asiya və daha geniş ŞƏT məkanı ilə bağlantısını daha da gücləndirə bilər. 

Əslində, məsələnin ən mühüm tərəfi də məhz budur: Azərbaycanın ŞƏT-lə münasibətlərinin strateji əhəmiyyəti təşkilata üzvlük və ya formal status məsələsindən daha genişdir. Burada əsas məsələ Azərbaycanın Avrasiyanın dəyişən iqtisadi və geosiyasi xəritəsində özünü bağlantı ölkəsi kimi möhkəmləndirməsidir.

ŞƏT-in əsas gücü onun nəhəng bazarları, əhalisi və iqtisadi resurslarıdırsa, Azərbaycanın üstünlüyü həmin potensialı Xəzər üzərindən Qərbə çıxara biləcək nəqliyyat, logistika və enerji imkanlarına sahib olmasıdır. Bu iki potensialın kəsişməsi Azərbaycan–ŞƏT əməkdaşlığının əsas strateji məzmununu formalaşdırır. 

Ümumilikdə, Azərbaycanın qarşısında duran əsas vəzifə öz coğrafi üstünlüyünü real iqtisadi dividendlərə çevirməkdir. Bunun üçün Orta Dəhlizin, Bakı Limanının, dəmir yollarının, enerji və logistika infrastrukturunun inkişafı, Mərkəzi Asiya və Çinlə iqtisadi əlaqələrin dərinləşdirilməsi xüsusi əhəmiyyət daşıyır.

Azərbaycanın ŞƏT-lə münasibətlərini yalnız diplomatik əməkdaşlıq kimi qiymətləndirmək doğru olmaz. Bu münasibətlər Azərbaycanın Avrasiyanın yeni iqtisadi və nəqliyyat arxitekturasında özünəməxsus strateji mövqe formalaşdırmaq siyasətinin mühüm istiqamətlərindən biridir.


Vasif Qafarov, 

Milli Məclisin deputatı


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 15 avqust tarixli 296 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

00:38
09 Sentyabr

“Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təsdiqedici sənədi əsasında idxalı əlavə dəyər vergisindən azad olunan incəsənət əsərlərinin, kolleksiya əşyalarının və əntiq əşyaların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının kodları üzrə Siyahısı”nın təsdiq edilməsi haqqında

00:36
09 Sentyabr

Azərbaycanın xarici işlər nazirinin müavini ABŞ-nin Ermənistandakı müvəqqəti işlər vəkili ilə görüşüb

22:02
08 Sentyabr

“Ədibin Evi”ndə xarici diplomatlar üçün Azərbaycan mədəniyyət kursları açılıb

18:50
08 Sentyabr

Şimali Makedoniya Respublikasının Prezidenti Zati-aliləri xanım Qordana Silyanovska-Davkovaya

18:39
08 Sentyabr

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib

17:55
08 Sentyabr

“AzerGold”un təşkilatçılığı ilə keçirilən 7-ci səyyar tibbi müayinə aksiyasına yekun vurulub

17:40
08 Sentyabr

Xüsusi nümayəndə: Kəlbəcərdəki özəl investisiya layihələrinin əsas məqsədlərindən biri yeni iş yerlərinin yaradılmasıdır

17:35
08 Sentyabr

DİN: İntensiv yağıntılarla əlaqədar xidmətə əlavə polis naryadları cəlb olunub

17:30
08 Sentyabr

YAP və ÇKP arasında əməkdaşlığın yeni istiqamətləri müəyyənləşdirilir

17:20
08 Sentyabr

YAP və ÇKP nümayəndələri Ümummilli Liderin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

17:10
08 Sentyabr

Milli Məclisdə Azərbaycan-Koreya münasibətlərinin inkişaf perspektivləri diqqət mərkəzində olub

17:00
08 Sentyabr

Xaricdə iş vədi ilə çoxsaylı şəxsləri aldadan şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

16:50
08 Sentyabr

Baş nazir Əli Əsədov Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü ilə görüşüb

16:40
08 Sentyabr

BCAW2026: "Öhdəliklərdən icraya: COP31-ə doğru" mövzusunda yüksəksəviyyəli dəyirmi masa təşkil olunub

16:35
08 Sentyabr

Türkiyə, Gürcüstan və İraqdan olan din xadimləri Şuşa şəhərində - YENİLƏNİB

16:30
08 Sentyabr

Biləsuvarda şəhidlərin xatirə turnirində 300-dən çox güləşçi mübarizə aparıb

16:25
08 Sentyabr

“Yaşıl Dünya üçün Rəqəmsal Fəaliyyət Yolu” - panel sessiya YENİLƏNİB 

16:20
08 Sentyabr

Cibə qayıdan milyonlar

16:17
08 Sentyabr

Britaniyanın texnologiya nəhənginin rəhbəri: Süni intellekt xərçəngin dərmanını tapacaq

16:15
08 Sentyabr

Mayami Beynəlxalq Hava Limanında qəzaya uğrayan "Amazon" yük təyyarəsinin qara qutuları tapılıb

16:10
08 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!