03 Sentyabr 2026 08:20
433
CƏMİYYƏT
A- A+
Mehriban Əliyevadan növbəti humanist təşəbbüs

Mehriban Əliyevadan növbəti humanist təşəbbüs


Tibb işçilərinin sosial rifahının yüksəldilməsi istiqamətində mühüm addım atılıb


Səhiyyə sisteminin inkişafı yalnız müasir xəstəxanaların, yeni tibbi avadanlıqların və qabaqcıl texnologiyaların tətbiqi ilə ölçülmür. Bu sistemin inkişafının əsas qüvvəsi hər gün insan sağlamlığının keşiyində dayanan tibb işçiləridir. 

Həkimdən tibb bacısına, təcili tibbi yardım əməkdaşından dar ixtisaslı mütəxəssisədək hər bir səhiyyə işçisinin peşəkarlığı və əməyə məsuliyyətli münasibəti bu xidmətin keyfiyyətinin müəyyənləşməsində mühüm rol oynayır. Məhz buna görə tibb işçilərinin sosial rifahının yaxşılaşdırılması, əməyinin layiqincə qiymətləndirilməsi və peşənin nüfuzunun artırılması dövlət siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir.

Bu baxımdan, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın TƏBİB sistemində çalışan tibb işçilərinin əməkhaqlarının artırılması ilə bağlı təşəbbüsü xüsusi əhəmiyyət daşıyır. Təşəbbüs tibb işçilərinin maddi rifahının yüksəldilməsi ilə yanaşı, səhiyyə sistemində insan kapitalının daha da gücləndirilməsinə xidmət edir. Prezident İlham Əliyev bu təşəbbüsü müsbət qarşılayaraq onun icrası ilə bağlı müvafiq tapşırıq verib. Bununla da ölkədə tibb işçilərinə dövlət qayğısının gücləndirilməsi istiqamətində növbəti mühüm addım atılıb. Yeni əməkhaqqı qaydalarının 2026-cı il sentyabrın 1-dən tətbiq olunması nəzərdə tutulur. İslahat TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan 72212 tibb işçisini əhatə edir. Bu rəqəm islahatın miqyasını və səhiyyə sistemində çalışan insanların sosial müdafiəsinin dövlət siyasətindəki əhəmiyyətini aydın göstərir.

Yeni mexanizmin mühüm xüsusiyyətlərindən biri əməkhaqqı artımlarının diferensial yanaşma əsasında müəyyənləşdirilməsidir. Belə ki, əməkhaqqının formalaşmasında vəzifə, ixtisas, iş yükü, fəaliyyət göstəriciləri və regionlarda mövcud kadr təminatı kimi amillər nəzərə alınacaq. Bu yanaşma səhiyyə sahəsində əməyin və məsuliyyətin xüsusiyyətlərini daha düzgün qiymətləndirməyə imkan verir.

İslahatın maliyyə miqyası da diqqətəlayiqdir. TƏBİB sistemi üzrə illik əməkhaqqı fondu 189 milyon manat artırılıb. Bu rəqəm tibb işçilərinin sosial rifahının gücləndirilməsi, onların əməyinin daha yüksək qiymətləndirilməsi və yeni əməkhaqqı mexanizmlərinin tətbiqi üçün dövlət tərəfindən ayrılan əlavə maliyyə təminatının göstəricisidir. Yeni əməkhaqqı siyasətində səhiyyənin mühüm və daha çox məsuliyyət tələb edən sahələrinə də diqqət yetirilir. İlkin səhiyyə, təcili tibbi yardım, anesteziologiya-reanimatologiya xidmətləri, eləcə də regionlarda kadr çatışmazlığı müşahidə olunan dar ixtisaslar üzrə çalışan həkimlər üçün əhəmiyyətli artımlar nəzərdə tutulur. Bu, təsadüfi yanaşma deyil. Çünki səhiyyə xidmətlərinin əlçatanlığı ilk növbədə peşəkar kadrların bütün ölkə üzrə düzgün və səmərəli bölüşdürülməsindən asılıdır. Böyük şəhərlərlə yanaşı, rayon və kəndlərdə də yüksəkixtisaslı həkimlərin fəaliyyət göstərməsi insanların keyfiyyətli tibbi xidmətə çıxış imkanlarını genişləndirir. Bu baxımdan, regionlarda kadr çatışmazlığının aradan qaldırılması üçün nəzərdə tutulan xüsusi stimullaşdırıcı mexanizmlər mühüm əhəmiyyət kəsb edir. Regionlarda kadr çatışmazlığı olan ixtisaslar üzrə xüsusi stimullaşdırıcı əlavələr və müəyyən xidmətlər üzrə işin nəticələrinə görə əlavə ödənişlərə 1,3 əmsalının tətbiqi həkimlərin regionlara cəlb olunmasına əlavə stimul yaradacaq. Nəticədə həm regionlarda kadr təminatının yaxşılaşdırılması, həm də əhalinin tibbi xidmətlərə əlçatanlığının artırılması üçün daha əlverişli şərait formalaşacaq. Əslində, bu qərar son illər səhiyyə sistemində həyata keçirilən ardıcıl sosial siyasətin məntiqi davamıdır. 2023-cü ildən TƏBİB-in tabeliyindəki müəssisələrdə əməkhaqlarının artırılması, 2025-ci ildə minimum əməkhaqqının yüksəldilməsi ilə əlaqədar növbəti artımların həyata keçirilməsi, Səhiyyə Nazirliyinin tabeliyində olan körpələr evlərinin işçilərinin tarif maaşlarına 1,5-3 dəfə artım əmsallarının tətbiqi dövlətin tibb və səhiyyə əməkdaşlarının sosial rifahına davamlı diqqətinin göstəriciləridir. Yeni əməkhaqqı islahatı məhz bu ardıcıl siyasətin növbəti mərhələsidir. Burada məqsəd yalnız tibb işçilərinin gəlirlərinin artırılması ilə məhdudlaşmır, eyni zamanda səhiyyə sisteminin insan resurslarını gücləndirmək, peşənin cəlbediciliyini yüksəltmək, ixtisaslı kadrların sistemdə saxlanılmasına və yeni mütəxəssislərin bu sahəyə cəlb olunmasına əlverişli şərait yaratmaqdır. Xüsusilə gənc həkimlər üçün peşə seçiminin cəlbediciliyinin artırılması səhiyyənin gələcəyi baxımından mühüm amildir. Müasir səhiyyə sistemi daim yenilənən bilik, yüksək məsuliyyət və davamlı peşəkar inkişaf tələb edir. Tibb işçisinin əməyinin maddi və mənəvi baxımdan layiqincə qiymətləndirilməsi isə bu inkişafın mühüm şərtlərindəndir. Digər tərəfdən, tibb işçilərinin sosial rifahının yüksəldilməsi birbaşa pasiyent məmnuniyyətinə də təsir edir. Peşəkar kadrların motivasiyasının yüksəldilməsi, onların iş şəraitinin və sosial təminatının yaxşılaşdırılması nəticə etibarilə tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsinə xidmət edir.

Bu təşəbbüs həm də dövlətin sosial siyasətinin mahiyyətini əks etdirir. İnsanların sağlamlığına xidmət edənlərin sosial rifahı diqqətdən kənarda qala bilməz. Tibb işçisinin əməyinə verilən yüksək qiymət səhiyyə sisteminə, deməli, bütövlükdə cəmiyyətin sağlam gələcəyinə qoyulan sərmayədir. Yeni əməkhaqqı mexanizminin qarşıdakı mərhələdə əsas nəticələrindən biri regionlarda kadr təminatının yaxşılaşdırılması, digər mühüm nəticəsi isə tibbi xidmətlərin keyfiyyətinin və əlçatanlığının daha da yüksəldilməsi olacaq. Bu baxımdan həyata keçirilən islahat səhiyyə sisteminin davamlı inkişafına, tibb işçilərinin sosial müdafiəsinin möhkəmləndirilməsinə və əhalinin tibbi xidmətlərdən məmnunluğunun artırılmasına hesablanmış mühüm dövlət təşəbbüsüdür. Tibb işçilərinə göstərilən bu diqqət bir daha təsdiqləyir ki, insan sağlamlığının qorunması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Tibb işçisinin əməyinin yüksək qiymətləndirilməsi isə həmin siyasətin ən mühüm və humanist ifadələrindəndir.


Elşən QƏNİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakıda Tacikistanın dövlət müstəqilliyinin 35-ci ildönümü qeyd olunub 

22:43
04 Sentyabr

Ciorcia Meloni Prezident İlham Əliyevə təşəkkür edib  

20:26
04 Sentyabr

Bakıda Türk dünyası travmatoloq və ortopedlərinin beynəlxalq konqresinin açılışı olub 

19:32
04 Sentyabr

Ədliyyə naziri Yevlaxda vətəndaşların müraciətlərini dinləyib

19:30
04 Sentyabr

Amerikalı jurnalist Qarabağa qayıtmış sakinlərlə görüşüb

19:27
04 Sentyabr

Sahibə Qafarova: "Parlament diplomatiyası ölkələr arasında dialoq və əməkdaşlığa mühüm töhfə verir"

19:26
04 Sentyabr

Həkim əməyinə verilən dəyər insan sağlamlığına xidmət edir

19:16
04 Sentyabr

Qaradağ rayonunda şəhid və qazi ailələrinin övladlarına yeni dərs ili ilə əlaqədar hədiyyələr təqdim olunub

19:07
04 Sentyabr

Şəhid polkovnik Füzuli Cavadovun 60 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

19:04
04 Sentyabr

ŞƏT məkanı Azərbaycanın xarici ticarət əlaqələrində xüsusi əhəmiyyət daşıyır

18:17
04 Sentyabr

Bakı Metropoliteninin yeni stansiyası “20 Sentyabr” adlandırılacaq

18:14
04 Sentyabr

Türk professor: “Azərbaycan Avrasiyanın yeni geoiqtisadi xəritəsində “qovşaq ölkə” rolunu gücləndirir “

17:33
04 Sentyabr

Azərbaycan-ŞƏT əməkdaşlığı siyasi, iqtisadi və nəqliyyat imkanlarını genişləndirir

17:30
04 Sentyabr

Gürcüstan gəncləri üçün Azərbaycanın ali təhsil imkanları təqdim ediləcək 

17:27
04 Sentyabr

Ekspert: Azərbaycanın ŞƏT ilə əməkdaşlığında iqtisadi və logistika prioritetləri ön plandadır

17:24
04 Sentyabr

ETSN-də görüş: ayıların kəndlərə və təsərrüfatlara yaxınlaşması məsələsi araşdırılıb

17:00
04 Sentyabr

Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ  

16:58
04 Sentyabr

Baş prokuror paytaxtın Yasamal rayonunda vətəndaş müraciətlərini dinləyib

16:55
04 Sentyabr

Azərbaycan-Qazaxıstan strateji münasibətlərinin inkişafı müzakirə olunub

16:52
04 Sentyabr

M7 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır

16:50
04 Sentyabr

Professor: “ŞƏT plyus” formatı Azərbaycanın balanslaşdırma siyasəti üçün imkanları genişləndirir

16:48
04 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!