02 Sentyabr 2026 11:37
95
Mədəniyyət
A- A+
“Suveren Azərbaycanda dil situasiyası” kitabı çap olunub

“Suveren Azərbaycanda dil situasiyası” kitabı çap olunub


Filologiya üzrə fəlsəfə doktoru, dosent Cahid Kazımovun “Suveren Azərbaycanda dil situasiyası” adlı kitabı çap olunub.

AZƏRTAC xəbər verir ki, nəşrdə etnodil və dil situasiyası məsələləri sosiolinqvistikanın mühüm tədqiqat istiqamətlərindən biri kimi araşdırılır, Azərbaycanda dil situasiyasının tarixi inkişaf mərhələləri elmi-nəzəri baxımdan təhlil edilir. Ölkədə dil situasiyasının müəyyənləşdirilməsi yolları göstərilir, “sosial-kommunikativ sistem”in iyerarxiyası və komponentləri dəqiqləşdirilir.

Kitab Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun Elmi şurasının qərarı ilə çap olunub. Əsərdə Azərbaycanda dil situasiyasının inkişaf dinamikası, ona təsir göstərən obyektiv və subyektiv amillər, dil situasiyasının əsas formaları və tipologiyası geniş şəkildə tədqiq olunur. Kommunikativlik dil situasiyasının əsas xüsusiyyətlərindən biri kimi nəzərdən keçirilir.

Kitabda, həmçinin Azərbaycanda yaşayan azsaylı xalqların dillərinin kontinuum səviyyələri araşdırılır. Dil kontinuumu dilin kəskin sərhədlərlə ayrılmayan, bir-biri ilə qarşılıqlı və davamlı əlaqədə olan mərhələ və qatlarını ifadə edən anlayış kimi izah olunur. Tədqiqatda dil siyasəti ilə dil situasiyası arasındakı qarşılıqlı əlaqələr təhlil edilir, bunun əsasında Azərbaycandakı dil mühitinin bütöv mənzərəsi təqdim olunur.

Nəşrdə müasir Azərbaycan cəmiyyətində baş verən dil proseslərinə, dövlət dili ilə ölkədə istifadə olunan digər dillərin qarşılıqlı münasibətlərinə və çoxdilli mühitin sosiolinqvistik xüsusiyyətlərinə də elmi yanaşma ortaya qoyulur.

“Suveren Azərbaycanda dil situasiyası” monoqrafiyası Azərbaycanın müasir dil mənzərəsinin, ölkədə həyata keçirilən dil siyasətinin və müxtəlif dillərin funksional mövqeyinin öyrənilməsi baxımından elmi əhəmiyyət daşıyır.

Kitab dilçilər, filoloqlar, sosiolinqvistlər, tədqiqatçılar, ali məktəb müəllimləri və tələbələr, eləcə də Azərbaycanın dil siyasəti və dil mühiti ilə maraqlanan oxucular üçün nəzərdə tutulub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Yeni dünya nizamında Azərbaycanın yüksələn nüfuzu

12:02
02 Sentyabr

Azərbaycanın həm regional, həm də qlobal gündəlikdə öz mövqeyini getdikcə möhkəmləndirir 

12:00
02 Sentyabr

Fransada ictimai yerlərdə hicabın qadağan edilməsi ilə bağlı referendum təşəbbüsü tənqid olunur

11:57
02 Sentyabr

Azərbaycan Prezidenti: Azad edilmiş ərazilərdə genişmiqyaslı minatəmizləmə əməliyyatları yerinə yetirilir

11:55
02 Sentyabr

Prezident İlham Əliyev: 2020-ci ildən indiyədək 437 Azərbaycan vətəndaşı mina qurbanı olub

11:50
02 Sentyabr

Bakıda IV Beynəlxalq Minatəmizləmə konfransı işə başlayıb 

11:45
02 Sentyabr

Lionel Messinin varisi müəyyənləşib

11:43
02 Sentyabr

“Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi” mövzusunda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransının iştirakçılarına

11:40
02 Sentyabr

“Suveren Azərbaycanda dil situasiyası” kitabı çap olunub

11:37
02 Sentyabr

Prezident: Azərbaycan-Vyetnam münasibətləri qarşılıqlı hörmət və dostluq ənənələrinə əsaslanır 

11:35
02 Sentyabr

Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi, Vyetnam Sosialist Respublikasının Prezidenti Zati-aliləri cənab To Lama

11:30
02 Sentyabr

Ötən ay dövlət sərhədini pоzan 17 nəfər saxlanılıb

11:25
02 Sentyabr

DİN: Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb

11:20
02 Sentyabr

BMT-nin nümayəndəsi: Ərazilərin minalardan təmizlənməsi ilə bağlı beynəlxalq həmrəylik lazımdır

11:17
02 Sentyabr

Azərbaycan beynəlxalq müstəvidə orta güc dövləti kimi qəbul olunur

11:15
02 Sentyabr

Birjalarda neft bahalaşıb 

11:10
02 Sentyabr

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur

11:05
02 Sentyabr

Hörmüz boğazından gündəlik gəmi keçidi 10 günlük ortalamadan aşağı düşüb

11:00
02 Sentyabr

Yay bitdimi?

10:45
02 Sentyabr

Kukla Teatrı yeni mövsümünə başlayıb

10:40
02 Sentyabr

Dostluq və həmrəylik platforması - Dünya Köçəri Oyunları

10:35
02 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!