10 Dekabr 2025 14:56
354
SİYASƏT
A- A+
Türkiyə XİN nümayəndəsi: Ankara tərəfdaşlarına Cənubi Qafqaza obyektiv yanaşmanın əhəmiyyətini çatdırır  

Türkiyə XİN nümayəndəsi: Ankara tərəfdaşlarına Cənubi Qafqaza obyektiv yanaşmanın əhəmiyyətini çatdırır  


Türkiyə dost ölkələr də daxil olmaqla, bütün dialoq tərəfdaşlarına Cənubi Qafqazdakı proseslərə obyektiv yanaşmanın əhəmiyyətini çatdırır.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) Qafqaz idarəsinin rəhbərinin müavini, səfir Ayşe Üzer dekabrın 10-da Ankaradakı Hacettepe Universitetində Cənubi Qafqazla bağlı müzakirələr çərçivəsində təşkil edilən “Türk dünyası: keçmişdən gələcəyə” panel sessiyasında bildirib.

“Avropa İttifaqı-Ermənistan Tərəfdaşlığı üçün Strateji Gündəlik” adlı sənədə qarşı Azərbaycan Xarici İşlər Nazirliyinin etirazını şərh edən Türkiyə Xarici İşlər Nazirliyinin nümayəndəsi qeyd edib ki, Cənubi Qafqazdakı vəziyyət Ankarada diqqətlə izlənilir.

“Mən Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatının mətnini diqqətlə tədqiq etdim. Hesab edirəm ki, Cənubi Qafqazdakı vəziyyətin qiymətləndirilməsi tarixi reallıqlar və regionun problemlərinin ilkin səbəbləri ilə ayrılmaz şəkildə bağlıdır, bəzi xarici dairələr isə Cənubi Qafqazdakı prosesləri 2020-ci və ya 2023-cü illərdən hesablayaraq səhv mövqe tuturlar. Bu, Azərbaycan torpaqlarının 30 illik işğalını görməzdən gələn yanlış yanaşmadır”, - deyə səfir vurğulayıb.

Türkiyəli diplomat işğal dövrünün çətinliklərini və Azərbaycanda onilliklər ərzində bir milyondan çox qaçqın və məcburi köçkünün mövcud olduğunu xatırladıb.

“Qərb ölkələri və dialoq apardığımız bütün dövlətlər bunu görməli, ədalətli olmalı və Cənubi Qafqaz ölkələrinə bərabər yanaşmanı qoruyub saxlamalıdırlar. Bölgədəki yaralar hələ də təzədir. Onlar yalnız ədalətli münasibət olduqda sağala bilər. Ankara tərəfdaşlarına yol verilən səhvlər barədə hər dəfə deyir”, - Türkiyə Xarici İşlər Nazirliyinin nümayəndəsi qeyd edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!