02 Aprel 2026 08:50
132
CƏMİYYƏT
A- A+
Ağdamda və Mingəçevirdə Soyqırımı Günü qeyd olunub

Ağdamda və Mingəçevirdə Soyqırımı Günü qeyd olunub


Ağdamda 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş anım tədbiri keçirilib. Rayon icra hakimiyyətinin və YAP rayon təşkilatının birgə təşkilatçılığı ilə baş tutan tədbirdə rayon rəhbərliyi, idarə, müəssisə, təşkilatların və ictimaiyyətin nümayəndələri iştirak etmişlər. 

Tədbir soyqırımı qurbanlarının, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsinin birdəqiqəlik sükutla yad edilməsi ilə başlamış, iştirakçıların çıxışları ilə davam etmişdir. Rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənov və digər natiqlər çıxış edərək Birinci Dünya müharibəsinin sonlarına yaxın, 1918-ci ilin mart ayında yaranmış mürəkkəb şəraitdə Azərbaycanın müxtəlif yerlərində erməni-daşnak və bolşevik dəstələrinin birlikdə azərbaycanlı əhalini kütləvi qırğınlara, soyqırımına məruz qoymalarından, Ümummilli Lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixli sərəncamı ilə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü elan edilməsindən, tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi üçün  Prezident İlham Əliyevin ardıcıl fəaliyyətindən bəhs etmişlər.

***

31 Mart - Azərbaycanlıların Soyqırımı Gününün 108-ci ildönümü münasibətilə Mingəçevir Şəhidlər xiyabanında anım tədbiri keçirilib. 

Şəhər rəhbərliyi, hüquq-mühafizə orqanlarının rəsmiləri, Mingəçevir Bələdiyyəsinin, YAP şəhər təşkilatının, Mingəçevir Dövlət Universitetinin, Tibb və Turizm kolleclərinin rəhbərliyi və təmsilçiləri, idarə və müəssisələrin kollektivləri, ictimaiyyət nümayəndələri, mətbuat işçilərinin iştirak etdikləri tədbirdə 1918-ci ilin 30 mart və 3 aprel aralığında daşnak erməni silahlı dəstələri tərəfindən kütləvi şəkildə vəhşicəsinə qətlə yetirilmiş azərbaycanlıların, soyqırımı qurbanlarının, Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin xatirəsi birdəqiqəlik sükutla yad edilib. 

Şəhər icra hakimiyyətinin başçısı İlham İsmayılov məruzə ilə çıxış edərək 108 il öncə Bakıda və Bakı quberniyasının müxtəlif bölgələrində, o cümlədən ayrı-ayrı dövrlərdə, 1988-1994-cü illərdə separatçı ermənilərin xalqımızın başına gətirdiyi müsibətlərdən, törədilən qətliamlardan, işğalçılıq əməllərindən söz açıb. Yaxın tariximizdə baş verən hadisələrdən, minlərlə soydaşımızın doğma yurd yerlərindən didərgin salınmasından bəhs edərək bildirib ki, Ulu Öndər Heydər Əliyevin 1998-ci il mart ayının 26-da imzaladığı sərəncamla 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi təsis edilib. Qeyd edib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin siyasi səriştəsi, qətiyyəti, Milli Ordumuzun cəsur əsgər və zabitlərinin, şəhidlərimizin qəhrəmanlığı sayəsində uzun illərdən sonra 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı erməni faşistlərinin cavabı qətiyyətlə verilmiş, işğal altında qalan torpaqlarımız azad olunmuşdur: "2023-cü ildə lokal xarakterli antiterror əməliyyatları zamanı Azərbaycanın ərazi bütövlüyü tam təmin olunmuş, suverenliyi bərpa edilmiş, Zəfər tariximiz yazılmışdır. Prezidentin rəhbərliyi və göstərişi ilə bu gün Qarabağda və Şərqi Zəngəzurda başlanan tikinti quruculuq işləri ən yüksək səviyyədə davam edir. Artıq minlərlə soydaşımız doğma yurd yerlərinə qayıdır və həyat öz məcrasına düşür. Burada geniş infrastruktur layihələri həyata keçirilir, iş yerləri yaradılır, təhsil, səhiyyə, mədəniyyət ocaqları fəaliyyətə başlayır".

Tədbirdə Qərbi Azərbaycan İcmasının Mingəçevir şəhəri üzrə nümayəndəsi Mayıl İsmayılov, Kəlbəcər rayonundan olan keçmiş məcburi köçkün Sevil Əlişova, 14 nömrəli tam orta məktəbin direktoru Ceyhun Atayev çıxış edərək Soyqırımı Günü ilə əlaqədar fikirlərini bölüşüblər. 

Sonra Soyqırımı Abidə Kompleksinin önünə gül dəstələri düzülüb, faciə qurbanlarının xatirəsinə ehtiram ifadə olunub.


Lazım QULİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!