25 Yanvar 2024 10:30
1328
Mədəniyyət
A- A+
Təlatümlərdə keçən ömür

Təlatümlərdə keçən ömür

 

Aktrisalığa doğulduğu Sarevo kəndində teatr həvəskarlarının hazırladıqları tamaşalarda rol almaqla başlayan Mərziyyə Yusif qızı Davudova ilk dəfə Həştərxanda geniş tamaşaçı qarşısına çıxıb. "Birinci teatr" adlı pyesdə oynadığı Ərəfə rolu ona uğur qazandırıb. 
O zaman Həştərxanda qastrolda olan Hüseyn Ərəblinski aktrisanın səhnə hərəkətlərini, aktrisa-tamaşaçı tandemini bəyənib onu Bakıya dəvət edib. On altı yaşında anasını itirən Mərziyyə 1919-cu ildə Bakıya gəlib Birləşmiş Dövlət Teatrosunun nəzdində fəaliyyət göstərən kollektivdə aktrisa kimi fəaliyyətə başlayıb.
Mərziyə Yusif qızı Davudova 1901-ci ildə Həştərxanın Sarevo çayının sahilində yerləşən eyniadlı kənddə anadan olub. Kəndlərindəki dördillik "Darültəhsil"də oxuduqdan sonra "İqbal" rus-tatar məktəbində təhsil alıb.
18 yaşlı gənc aktrisanın ən böyük arzusu Hüseyn Ərəblinski ilə səhnədə tərəf-müqabili olmaq idi. 1919-cu ildə Ərəblinski öldürüldüyü üçün Mərziyyə Davudova arzusunu reallaşdıra bilməsə də, dövrünün ən güclü səhnə ustalarından biri Abbas Mirzə Şərifzadə ilə dəfələrlə eyni səhnəni paylaşmalı olur. Aralarında yaranan xoş münasibət iki böyük teatr xadiminin ailə qurması ilə tamamlanır. Bu evlilikdən onların Firəngiz adında bir qızları dünyaya gəlir.
Parlaq istedadı ilə özünü təsdiq etməyi bacaran Mərziyyə Davudova qısa bir zamanda Akademik Milli Dram Teatrının aparıcı aktrisalarından birinə çevrilir. Onun səhnə məharətini yüksək qiymətləndirən Cəfər Cabbarlı yazırdı: "Mərziyyə yetkin bir sənətkardır. Aktrisa səhnədəki əhvali-ruhiyyəsi ilə bütün tamaşa salonuna təsir edən heyrətamiz bir istedada malikdir". 
O dövrün mətbuatında aktrisanın "Sevil" pyesində Sevil rolunu məharətlə ifa etməsi haqqında onlarca məqalə dərc olunub. Yazılanlara görə, tamaşaya baxmağa gələn çadralı qadınlar elə tamaşa salonundaca çadraları ilə əbədi olaraq vidalaşırmışlar. Müxtəlif zamanlarda Tiflis Azərbaycan Dram Teatrında və Bakı Türk İşçi Teatrında çalışan Mərziyyə Davudova fəaliyyətinin əsas hissəsini Akademik Milli Dram Teatrının səhnəsində keçirib.
Milli Dram Teatrın səhnəsində "Maqbet", "İblis", "Otello", "Sevil" kimi tamaşalarda özünəməxsus rollar ifa edən aktrisa "Hacı Qara", "Bir ailə", "Bakının işıqları" filmlərinə çəkilib. "Bəxtiyar" filmində Bəxtiyarın anası Gülbadam rolunu ifa edib.
 Abbas Mirzə Şərifzadə ilə tərəf-müqabili olduğu "İblis" tamaşası ilə böyük uğura imza atan aktrisanın səhnə həyatı uğurlu alınsa da, ailə həyatı uğursuz olur. 
1936-cı ildə Xalq artisti adını alan Mərziyyə Davudova 1956-1961-ci illərdə Azərbaycan Teatr Cəmiyyətinin (hazırkı Azərbaycan Teatr Xadimləri İttifaqı) sədri vəzifəsində çalışır. Aktrisa eyni zamanda Azərbaycan SSR Ali Sovetinin deputatı kimi də fəaliyyət göstərir.
Görkəmli Azərbaycan dramaturqlarının əsərləri ilə yanaşı, rus və dünya ədəbiyyatı incilərinin rəngarəng obrazlarına səhnə həyatı verən aktrisanın gənc aktyor nəslinin yetişməsində də xidmətləri inkarolunmazdır.
1937-ci ilin repressiyası zamanı aktrisanın həyat yoldaşı Ülvi həbs olunaraq güllələnir. Deyilənə görə, o illərin qorxusu ömrünün sonuna kimi Mərziyyə Davudovanı tərk etməyib. Uzun sürən xərçəng xəstəliyindən əziyyət çəkən M.Davudova 6 yanvar 1962-ci ildə Bakı şəhərində vəfat edib.
Aktrisanın həyatında sevincli, fərəhli günlərin də sayı az olmayıb. "Azərbaycan SSR Xalq artisti", "SSRİ Xalq artisti" kimi yüksək fəxri adlara layiq görülən M.Davudova həm də "Stalin" mükafatı, "Qırmızı Əmək Bayrağı", "Şərəf nişanı" ordenləri ilə təltif edilib.

Elşən QƏNİYEV,
"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Şahin Mustafayev: Biz sahibkarları Azərbaycan-Rusiya iqtisadi əlaqələrində yaranmış potensialdan səmərəli istifadə etməyə çağırdıq  

15:01
17 Aprel

Nazir müavini: Azərbaycan ilə ABŞ arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib  

14:50
17 Aprel

İşğaldan azad edilmiş ərazilərdə məşğulluğun təminatı üçün ardıcıl işlər aparılır  

14:44
17 Aprel

VI “Yüksəliş”: Bakı, Abşeron-Xızı və Qarabağ iqtisadi rayonları liderdir

14:43
17 Aprel

Azərbaycan ilə Türkiyənin hakim və prokurorlarının ixtisasartırma təlimlərinin təşkili diqqətdədir  

14:40
17 Aprel

BVF Avropa ölkələrini genişmiqyaslı dövlət subsidiyalarından çəkinməyə çağırıb

14:33
17 Aprel

Türk siyasi şərhçi: Azərbaycan enerji və logistika xəritəsində sabitliyi təmin edən əsas dayaqlardan biridir  

14:32
17 Aprel

Invitation for Bids

14:28
17 Aprel

Tenderə dəvət

14:26
17 Aprel

Aleksey Overçuk: İşgüzar dairələrə “Şimal–Cənub” dəhlizinin potensialından daha fəal istifadə etmək təklif olunub  

14:19
17 Aprel

Fərhad Hacıyev: “Yüksəliş”in onlayn imtahan mərhələsində iştirakçılara 4 blok üzrə 25 sual veriləcək 

14:12
17 Aprel

Energetika naziri: Enerji təhlükəsizliyi ümumi təhlükəsizlik mühitinin vacib məsələlərindən birinə çevrilib  

14:03
17 Aprel

Emin Ağalarov: Hər il Azərbaycan-Rusiya biznes-forumunun keçirilməsini təklif edirəm  

13:41
17 Aprel

Əlilliyi olan 30 mindən çox şəxsə reabilitasiya xidmətləri göstərilib

13:34
17 Aprel

Azərbaycan Konqonun yenidən seçilən Prezidentinin andiçmə mərasimində təmsil olunub  

13:28
17 Aprel

Fuad Nağıyev: 2025-ci ildə turizmin qeyri-neft iqtisadiyyatındakı payı ilk dəfə 5,3 faizə çatıb  

13:25
17 Aprel

Prezident İlham Əliyevin Antalyada Moldova Prezidenti ilə görüşü olub YENİLƏNİB  

13:16
17 Aprel

Bakı–Supsa kəməri ilə nəql olunan neftin həcmi açıqlanıb

13:06
17 Aprel

Fərhad Hacıyev: Müsabiqədən sonra 80-dən artıq qalibimizin karyera yüksəlişi olub  

12:51
17 Aprel

“Yüksəliş” müsabiqəsində 10 mindən çox namizəd təkrar iştirak edəcək VİDEO  

12:47
17 Aprel

Azərbaycan Prezidenti İlham Əliyevin Antalyada Şimali Kipr Prezidenti ilə görüşü olub YENİLƏNİB

12:47
17 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!