10 İyun 2026 17:18
124
Mədəniyyət
A- A+
Milli Məclisdə kitabxana sisteminin aktual məsələlərinə həsr olunmuş ictimai müzakirə keçirilib

Milli Məclisdə kitabxana sisteminin aktual məsələlərinə həsr olunmuş ictimai müzakirə keçirilib


İyunun 10-da Milli Məclisin Mədəniyyət komitəsində "Kitabxana sisteminin mövcud vəziyyəti və inkişaf perspektivləri" mövzusunda ictimai müzakirə keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən parlamentin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu mövzunun aktuallığını vurğulayıb. O, kitabxana işinin təkmilləşdirilməsi ilə bağlı təşəbbüslərin əhəmiyyətini vurğulayaraq, bu istiqamətdə geniş ictimai müzakirələrin aparılmasının vacibliyini diqqətə çatdırıb, tədbir iştirakçılarını fikir və təkliflərini fəal şəkildə bölüşməyə çağırıb.

Komitə sədri bildirib ki, XXI əsrin tələbləri fonunda informasiya resursları, texnoloji imkanlar və xidmət modelləri əhəmiyyətli dərəcədə dəyişib, yeni imkanlar yaranıb. Bununla belə, kitabxanalar cəmiyyətin maariflənməsində, biliklərin qorunub saxlanılmasında və yayılmasında mühüm rol oynamaqda davam edir, öz aktuallığını və əhəmiyyətini qoruyub saxlayır.

Kitabxana sahəsində islahatların həyata keçirilməsinin vacibliyini qeyd edən Polad Bülbüloğlu deyib ki, kitabxana sisteminin müasir çağırışlara uyğun inkişaf etdirilməsi, rəqəmsal texnologiyaların tətbiqinin genişləndirilməsi, kitabxanaların maddi-texniki bazasının gücləndirilməsi və xidmətlərin keyfiyyətinin artırılması bu sahədə qarşıda duran əsas vəzifələrdəndir.

Sonra çıxış edən mədəniyyət naziri Adil Kərimli Mədəniyyət Nazirliyi ilə Milli Məclis arasında təşkil olunan növbəti belə tədbirin əhəmiyyətindən danışaraq bildirib ki, dialoq və fikir mübadiləsi əsasında qurulan bu cür platformalar mövcud problemlərin müəyyənləşdirilməsi, onların həlli yollarının birgə müzakirə olunması, eləcə də həyata keçirilən işlərin səmərəliliyinin artırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Dövlətimizin başçısının Mədəniyyət Nazirliyi qarşısında qoyduğu əsas vəzifələrdən birinin mədəniyyət sahəsində, o cümlədən kitabxana sistemində fəaliyyətin təkmilləşdirilməsi olduğunu diqqətə çatdıran nazir bildirib ki, məqsəd kitabxanaların fəaliyyətini müasir tələblərə uyğunlaşdırmaq, onların idarəetmə və xidmət modelini daha səmərəli, dayanıqlı və keyfiyyətyönümlü əsaslar üzərində qurmaqdır.

Adil Kərimli qeyd edib ki, kitabxana sistemi milli bilik mənbələrinin formalaşdığı və qorunduğu mühüm təsisat olduğundan burada aparılacaq islahatlar ciddi araşdırma və əsaslandırılmış yanaşma tələb edir. Nazir Mədəniyyət Nazirliyi sistemindəki kitabxanaların mövcud vəziyyətindən söz açaraq, bu sahədə aparılan monitorinqlərin və təhlillərin nəticələrini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Nazir bildirib ki, kitabxanalar dövlət üçün prioritet mədəniyyət təsisatlarından biridir və cəmiyyətin bilik və informasiya mədəniyyətinin formalaşmasında əvəzsiz rol oynayır.

Sonra mədəniyyət nazirinin müavini Fərid Cəfərov kitabxana sahəsində nəzərdə tutulan islahatlara dair slaydlarla müşayiət olunan təqdimatla çıxış edib.

O, Mədəniyyət Nazirliyi tərəfindən hazırlanmış kitabxana sisteminin optimallaşdırılması və müasir standartlara uyğunlaşdırılması proqramının əsas istiqamətləri, tətbiq edilən beynəlxalq təcrübə və müasir idarəetmə yanaşmaları barədə məlumat verib.

Sonra Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa, Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov çıxış ediblər.

Mövzu ətrafında aparılan müzakirələrdə çıxış edənlər fikir və təkliflərini səsləndiriblər.

Mədəniyyət naziri Adil Kərimli müzakirələr zamanı səsləndirilən fikirlərə münasibət bildirib və sualları cavablandırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sənaye istehsalı artıb

19:18
10 İyun

Aİ-nin yeni giriş-çıxış sistemi Brüssel Hava Limanında sıxlığa səbəb olub  

19:09
10 İyun

Avropada narkotikdən ölənlərin sayı artır

18:53
10 İyun

Hörmüz boğazında gəmi hərəkəti kəskin şəkildə artıb

18:43
10 İyun

Əsas kapitala investisiyalar azalıb

18:37
10 İyun

Ötən il dövlətlərarası münaqişələr İkinci Dünya Müharibəsindən bəri ən yüksək səviyyəyə çatıb

18:36
10 İyun

Serbiya Prezidenti Azərbaycanın müdafiə nazirini qəbul edib

18:28
10 İyun

Albaniya Respublikasının Prezidenti Bayram Beqaydan

18:26
10 İyun

Azərbaycan əhalisinin nominal gəlirləri yanvar-may aylarında 37,7 milyard manata çatıb  

18:20
10 İyun

 “Artemis III” missiyasının heyəti açıqlanıb

18:10
10 İyun

Vaşinqtonda ənənəvi Trans-Xəzər Forumu işə başlayıb

18:08
10 İyun

Sabunçu rayonunda 46 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

18:01
10 İyun

Əmək müqaviləsi ilə çalışmaq işçiyə hansı hüquqlar verir?

17:53
10 İyun

Yaxın Şərqdəki münaqişə qlobal neft tədarükündə 1 milyard barel itkiyə səbəb olub  

17:48
10 İyun

Emin Əmrullayev: Uşaqların rəqəmsal mühitdə davranışları ilə bağlı qərarlar faktlara və araşdırmalara əsaslanmalıdır

17:43
10 İyun

Nazir: Təhsil seçimləri maraq və bacarıqlara əsaslanmalıdır

17:31
10 İyun

Sahibə Qafarova İndoneziyanın Azərbaycandakı yeni səfiri ilə görüşüb

17:26
10 İyun

Milli Məclisdə kitabxana sisteminin aktual məsələlərinə həsr olunmuş ictimai müzakirə keçirilib

17:18
10 İyun

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib

17:13
10 İyun

Rusiya Ermənistana qarşı mövqeyini sərtləşdirir: Lavrov KTMT-də İrəvanın məsələsinə baxılacağını bildirib

17:10
10 İyun

Almaniya səfiri Azərbaycan və Ermənistan arasında sülh prosesində əldə olunmuş nailiyyətləri təqdir edib

17:06
10 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!