09 İyun 2026 08:35
1462
SİYASƏT
A- A+
Müasir dünya nizamında Azərbaycan reallığı

Müasir dünya nizamında Azərbaycan reallığı


Regional sabitliyin və qlobal siyasi-iqtisadi tərəfdaşlığın gələcək xəritəsi ölkəmizin iştirakı ilə cızılır


Beynəlxalq münasibətlər sistemi geosiyasi qırılma, çoxqütblülük və güc mərkəzlərinin amansız rəqabəti mərhələsini yaşayır. Ənənəvi hüquqi mexanizmlərin effektivliyini itirdiyi, supergüclər arasında təsir dairələri uğrunda mübarizənin kəskinləşdiyi və strateji coğrafiyalarda təhlükəsizlik arxitekturasının sarsıldığı müasir dünya nizamı dövlətlərdən çevik, qətiyyətli və milli maraqlara söykənən xarici siyasət yürütməyi tələb edir. Belə mürəkkəb tarixi dövrdə Azərbaycan regional proseslərin axarını dəyişən və qlobal miqyasda söz sahibi olan müstəqil güc mərkəzinə çevrilməkdədir. 

Azərbaycanın müasir xarici siyasi kursunun uğurunun fundamental səbəbi hər hansı qlobal qütbün diktəsindən uzaq, tamamilə suveren qərarlara əsaslanan müstəqil siyasət yürütməsidir. Bu model Şərqlə Qərb, Şimalla Cənub arasında dayanıqlı balans yaratmaqla yanaşı, ölkəmizin beynəlxalq arenada manevr imkanlarını maksimum dərəcədə genişləndirib. 

Müstəqilliyin ilk illərində ağır daxili böhranlar və xarici hərbi təcavüzlə üzləşən bir dövlətdən Avrasiya məkanının mühüm geoiqtisadi və logistik mərkəzinə çevrilən Azərbaycan öz milli qüdrətini hərbi-siyasi sferada qazandığı tarixi qələbələrlə tam bərpa edib. Suverenliyimizin tam təmini ilə nəticələnən proseslər Azərbaycanın beynəlxalq hüququ təkbaşına təmin edə biləcək regional liderlik potensialını bütün dünyaya göstərdi. 

Bu gün rəsmi Bakının yürütdüyü aktiv diplomatiya təkcə ənənəvi karbohidrogen resursların daşınması və qlobal enerji təhlükəsizliyinin sığortalanması ilə məhdudlaşmır. Eyni zamanda Qoşulmama Hərəkatına uğurlu sədrlik, Türk Dövlətləri Təşkilatının aparıcı aktorlarından birinə çevrilmək, COP29 və WUF13 kimi mötəbər tədbirlərə evsahibliyi etmək Azərbaycanın qlobal nüfuzunun keyfiyyətcə yeni mərhələyə keçdiyini göstərir. Vaşinqtondan Pekinə, Brüsseldən Moskvaya qədər bütün dövlətlər iqtisadi bağlantıların məhz Azərbaycanın iştirakı ilə formalaşdığı reallığını qəbul edirlər. 

Ölkəmizin qlobal gücünün artması, sadəcə, iqtisadi göstəricilərin yox, həqiqi müstəqilliyin, sarsılmaz siyasi iradənin, uzaqgörən liderliyin və strateji zəkanın praktiki zəfəridir. Xüsusən beynəlxalq arenadakı real mənzərə dövlət suverenliyinin və siyasi iradənin nə qədər önəmli olduğunu ortaya qoyur. Müasir dünyada formal müstəqilliklə real suverenlik arasındakı sərhəd dövlətin öz taleyini sərbəst şəkildə təyin edə bilməsindən keçir. 

Bu kontekstdə Prezident İlham Əliyevin mayın 28-də Şuşa rayonunun Böyük Qaladərəsi kəndində sakinlərlə görüşündə dünyaya bəyan etdiyi fikirlər Azərbaycanın milli dövlətçilik doktrinasının əsas manifesti sayılır. Dövlətimizin başçısı Qarabağda vurğuladı ki, əsl müstəqillik o vaxt olur ki, ölkə müstəqil siyasət apara bilsin: "Bax, Azərbaycan o ölkələrdəndir. İndi dünyada 200-ə yaxın müstəqil ölkə var. Amma demək olmaz ki, onların hər biri doğrudan da müstəqildir. Biz, sözün əsl mənasında, müstəqil dövlətik. Çünki öz taleyimizi özümüz həll edirik, siyasətimizi heç kimə baxmadan xalqın, dövlətin naminə, milli maraqların qorunması əsasında aparırıq. Buna görə də dünyada böyük şöhrət qazanmışıq. Baxmayaraq ki, torpaqlarımız uzun illər erməni işğalı altında idi, hətta o vaxt müstəqil siyasət apararaq böyük hörmət qazanmışıq dünyada. Əlbəttə ki, İkinci Qarabağ müharibəsi və ondan üç il sonra antiterror əməliyyatı, bizim Şanlı Zəfərimiz ölkəmizin, xalqımızın nüfuzunu dünyada daha da artırmışdır".

Prezident İlham Əliyevin fikirləri beynəlxalq münasibətlər sisteminin reallığını üzə çıxarmaqla yanaşı, eyni zamanda Azərbaycanın dövlətçilik fəlsəfəsini ortaya qoyur. BMT-də bayrağı dalğalanan elə ölkələr var ki, onların daxili və xarici siyasətini, iqtisadi addımlarını, hətta kiminlə dost-düşmən olacağını belə qlobal güc mərkəzləri müəyyənləşdirir. Azərbaycan isə tam müstəqil siyasət həyata keçirir və bütün qərarlarını özü verir. Adətən ərazisi işğal edilmiş, qaçqın və köçkün problemi yaşamış ölkələr xarici təzyiqlərə qarşı daha həssas və zəif olurlar. Rəsmi Bakı hətta ən çətin dönəmlərdə belə öz prinsiplərindən zərrə qədər güzəştə getməyib. Məhz bu qətiyyətli mövqe Azərbaycana fərqli hörmət və xüsusi siyasi çəki qazandırıb. 

Mürəkkəb beynəlxalq şəraitdə Azərbaycan ənənəvi etibarlı tərəfdaş imicini daha da gücləndirir. Bakıda keçirilən qlobal miqyaslı forumlar ölkəmizin artan nüfuzunu, eyni zamanda karbohidrogen və "yaşıl enerji" diplomatiyasının əsas mərkəzlərindən biri olduğunu təsdiqləyir. İyunun 1-3-də paytaxtımızda keçirilən "Bakı Enerji Həftəsi" Azərbaycanın geoiqtisadi strategiyasını yeni zirvəyə daşıdı. 

Prezident İlham Əliyev "Bakı Enerji Həftəsi"nin açılış mərasimində ölkəmizin əldə etdiyi uğurları sadalamaqla kifayətlənmədi, həmçinin yenidən formalaşan qlobal resurs arxitekturasında Azərbaycanın yüksələn siyasi və iqtisadi çəkisini dünyaya bəyan etdi: "Bu gün Avropa enerji bazarının "Cənub qaz dəhlizi" olmadan necə olacağını təsəvvür etmək çətindir. Qeyd etdiyim kimi, biz sayı artmaqda olan ölkələri qazla təchiz edirik. Keçən il burada - "Bakı Enerji Həftəsi"ndə mən auditoriyaya məlumat verdim ki, Azərbaycan qazını 12 ölkə alır. Bu gün onların sayı 16-dır və onlardan 10-u Avropa İttifaqına üzv olan ölkələrdir. Bu ölkələrin sayı, əlbəttə ki, artacaqdır. Boru xətti ilə qazın müxtəlif ölkələrə nəql edilməsi, ərazi və coğrafiya kimi parametrlərə baxsanız görərsiniz ki, biz dünyada birinciyik. Biz qaz təchizatımızı artıracağıq". 

Dövlətimizin başçısının bəyanatları təsdiqləyir ki, qlobal miqyasda tərəfdaşlığın genişlənməsi, regional sabitliyin qorunması və beynəlxalq enerji təhlükəsizliyinin təmini Bakı üçün fundamental əhəmiyyət kəsb edir. Azərbaycan balanslaşdırılmış xarici siyasəti sayəsində qonşularla etimada söykənən münasibətlər quraraq geosiyasi maneələri aşmağı bacarıb. Ölkəmiz bir tərəfdən yüzillik karbohidrogen ehtiyatları ilə ənənəvi bazarları sığortalayır, digər tərəfdən 2032-ci ilə qədər bərpaolunan enerji gücünü 8 giqavata çatdıraraq "yaşıl keçid" layihələrini siyasi prioritet edir.  

"Bakı Enerji Həftəsi"nə dünyanın supergüclərinin rəhbərlərinin ünvanladıqları məktublar da Azərbaycanın qlobal güc mərkəzləri tərəfindən aparıcı siyasi aktor kimi qəbul edilməsinin göstəricisidir. Forum çərçivəsində ABŞ, Türkiyə, Serbiya, San-Marino və Fransa kimi müxtəlif ölkələrin qabaqcıl şirkət və qurumları ilə imzalanan 7,5 milyard dollarlıq müqavilələr, memorandumlar beynəlxalq maliyyə institutlarının Azərbaycanın uzunmüddətli sabitliyinə olan etimadını nümayiş etdirir. Sazişlərin siyasi və strateji əhəmiyyəti onun coğrafiyası və əhatə dairəsi ilə bağlıdır. 

Bu gün dövlətimiz həm resurs istehsalçısı, həm əvəzolunmaz tranzit mərkəzi, həm də qlobal enerji təhlükəsizliyinin təminatçısı kimi beynəlxalq münasibətlər sistemində özünəməxsus yerə sahibdir. Yeni nizamda hər kəs bir reallığı qəbul etmək məcburiyyətindədir. Regional sabitliyin və qlobal tərəfdaşlığın gələcək xəritəsi məhz Azərbaycanın gücü və imzası ilə cızılır. Dünya gücləri Azərbaycanı qlobal böhranların həllində mühüm strateji tərəfdaş kimi qəbul edirlər. Bu uğurlar atılan uzaqgörən addımların, xalq-dövlət birliyinin və ən çətin sınaqlarda belə prinsiplərdən geri addım atmayan lider qətiyyətinin bəhrəsidir. 


İsmayıl QOCAYEV, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” və “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 30 dekabr tarixli 335-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 28 yanvar tarixli 593 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

04:48
14 İyul

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 12 avqust tarixli 128 nömrəli Qərarı ilə təsdiq edilmiş “İkinci Dünya müharibəsi iştirakçılarının, şəhid ailələrinin, Çernobıl AES-də qəzanın nəticələrinin köçürmə zonasında ləğv edilməsinin iştirakçılarının, eləcə də köçürülmə günü ana bətnində olan uşaqlar da daxil olmaqla, uzaqlaşdırma və köçürmə zonalarından köçürülmüş uşaqların, habelə 1986-cı il aprelin 26-dan sonra doğulmuş və Çernobıl AES-də qəzanın nəticələrinin ləğv edilməsinin iştirakçısı olmuş, yaxud Çernobıl qəzası nəticəsində zərər çəkmiş və birbaşa radioaktiv şüalanmaya məruz qalmaq ehtimalı olmuş valideynlərin birindən olan uşaqların, valideyn himayəsindən məhrum olmuş uşaqların, fövqəladə hallarda insanların xilas edilməsində və tibbi yardım göstərilməsində iştirak edərkən ziyan çəkmiş vətəndaşların sanatoriya-kurort müalicəsi ilə təmin edilməsi Qaydaları”nda, 2012-ci il 25 sentyabr tarixli 211 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin sanatoriya-kurort müalicəsi ilə təmin edilməsi Qaydası”nda, 2021-ci il 23 dekabr tarixli 406 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin dərman preparatları, tibbi xidmət və ölkə hüdudları daxilində sanatoriya-kurort müalicəsi ilə təmin olunması Qaydası”nda və 2024-cü il 30 iyul tarixli 368 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sosial ödənişlərin təyin edilməsi, ödənilməsi, ödənişinin dayandırılması və sosial ödəniş işlərinin mühafizəsi Qaydası”nda dəyişiklik edilməsi barədə 

04:46
14 İyul

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 25 dekabr tarixli 201 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qeyri-hökumət təşkilatının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında

04:45
14 İyul

“Ərzaq təminatı xəritəsi” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə

04:44
14 İyul

Sahibə Qafarova Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri ilə görüşüb

22:29
13 İyul

Azərbaycan Milli Məclisinin sədri ilə Pan-Afrika Parlamentinin prezidenti arasında videokonfrans formatında görüş olub

21:48
13 İyul

Slovakiya Prezidenti Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəlib

21:20
13 İyul

Azərbaycan ilə Belarus arasında müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi məsələsi müzakirə edilib

20:54
13 İyul

AIDA ilə Beynəlxalq Gözdən Əlillər İdman Federasiyası arasında anlaşma memorandumu imzalanıb

20:15
13 İyul

Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda çıxışı dünya mətbuatının diqqət mərkəzindədir

20:14
13 İyul

Şuşa Qlobal Media Forumu çərçivəsində D-8 Media Mükəmməllik Mərkəzinin strategiyasının təqdimatı olub

20:12
13 İyul

Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib YENİLƏNİB 2

20:01
13 İyul

Şuşa Qlobal Media Forumunun iştirakçıları Xankəndi və Xocalıda

19:26
13 İyul

Qazaxıstan mediası Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumundakı çıxışından yazır

19:21
13 İyul

Baş katib Sohail Mahmud: D-8-in missiyası yeni əhəmiyyət qazanıb

19:14
13 İyul

Hikmət Hacıyev: D-8-ə üzvlük Azərbaycan üçün çox önəmlidir

19:01
13 İyul

Azərbaycan Prezidentinin IV Şuşa Qlobal Media Forumundakı çıxışı Türkiyə mediasının diqqət mərkəzindədir

18:51
13 İyul

Baş nazir Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının Baş katibi ilə görüşüb

18:29
13 İyul

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

18:21
13 İyul

Azərbaycan ilə Ümumdünya Gömrük Təşkilatı arasında əməkdaşlıq genişlənir

18:09
13 İyul

Rəqəmsal platformalarda təhlükəsiz informasiya mühiti: Müasir çağırışlar və vacib həllər PANEL İCLAS

18:03
13 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!