05 İyun 2026 08:00
3021
SİYASƏT
A- A+
Nümunəyə çevrilən inkişaf

Nümunəyə çevrilən inkişaf


Azərbaycanın yüksəlişi dünya ölkələri üçün unikal örnəkdir


Müasir dünyamız geosiyasi qarşıdurmalar, iqtisadi çalxalanmalar, iqlim böhranları və beynəlxalq hüququn effektsizliyi kimi mürəkkəb çağırışlarla xarakterizə olunur. Qlobal gərginlik və qeyri-müəyyənlik şəraitində bir çox ölkə daxili sabitliyini qorumaqda çətinlik çəkir, ciddi siyasi-iqtisadi böhranlarla üzləşirlər. Azərbaycan isə hərtərəfli inkişaf dinamikası ilə dünya ictimaiyyətinin heyrət və maraqla izlədiyi bir fenomenə çevrilir. 

Beynəlxalq miqyasda qəbul olunan və xüsusi tədqiqat mövzusu olan Azərbaycan modeli təbii resursların milli gücə, iqtisadi müstəqilliyə və ərazi suverenliyinə çevrilməsinin ən bariz praktiki nümunəsidir. Hər hansı bir ölkənin zəngin təbii resurslara malik olması həmin dövlətin inkişafı üçün böyük şans hesab olunsa da, beynəlxalq praktikada "Holland sindromu" kimi acı reallıqlar da mövcuddur. "Holland sindromu" dedikdə xammal ixracının artması ilə ölkə iqtisadiyyatının səmərəliliyinin azalması nəzərdə tutulur. Xammal sektorunda kəskin artım olduqda, yerli istehsal sənayesi dünya bazarında rəqabət qabiliyyətini itirir və əhəmiyyətli dərəcədə geri qalır. Nəticədə xammal tükənəndə və ya qiyməti düşəndə ölkə çətin iqtisadi vəziyyətə düşür. 

Bir çox Afrika, Yaxın Şərq və Latın Amerikası ölkələri zəngin neft, qaz və ya qızıl yataqlarına sahib olsalar da, bu sərvətləri milli tərəqqiyə yönəldə bilməyiblər. Azərbaycanın son 30 ildə keçdiyi yol isə zəngin resursların dövləti gücləndirmək üçün necə istifadə edilməli olduğunu göstərir. Resursu zəngin olan ölkələrin uğursuzluğa düçar olmasının əsas səbəblərindən biri gəlirlərin qısamüddətli və plansız şəkildə xərclənməsi, qeyri-neft sektorunun tamamilə sıradan çıxması və xarici güclərin iqtisadi diktəsinə boyun əyilməsidir. Azərbaycan bu tələlərin heç birinə düşmədi. Çünki ölkəmiz təbii resurslarından əldə etdiyi vəsaitləri insan kapitalına, qeyri-neft sektorunun inkişafına sərf etdi.

Azərbaycanın unikal inkişaf paradiqması və resurslardan düzgün istifadə fəlsəfəsi Prezident İlham Əliyevin iyunun 1-də "Bakı Enerji Həftəsi"ində çıxışında dəqiq və sistemli şəkildə bəyan edilib. Dövlətimizin başçısı bu məqama toxunarkən vurğulayıb: "Hər bir ölkə torpağının təkində və ya dənizinin dibində olanı öz inkişafı üçün istifadə edir. Öz müstəqilliyinin əvvəlində Azərbaycanda məhz belə hal idi. Neft və qaz bizim üçün müstəqil ölkə kimi yaşamağın yeganə yolu oldu. Beləliklə, ölkələr neftin olub-olmaması ilə deyil, gəlirlərdən necə istifadə etdiklərinə görə mühakimə edilməlidir. Diqqət yetirilməlidir ki, öz ölkəsinin inkişafı, xalqının daha yaxşı yaşayış şəraitinin təminatı, "yaşıl gündəlik" məsələlərinə enerjinin istehsalından əldə edilən vəsaitləri onlar necə sərmayə kimi yatırırlar. Düşünürəm ki, Azərbaycan çox bariz nümunədir. Bütün bunlar göstərir ki, ölkənizi beynəlxalq sərmayələrə açıq edəndə, milli maraqlara əsaslanan müdrik siyasət aparanda siz uğur qazanırsınız".

Təbii resurslar özlüyündə mütləq uğur faktoru sayılmır. Əsas meyar məsuliyyətli və düzgün idarəetmədir. Azərbaycanın son illərdə neft-qaz gəlirlərini həm də "yaşıl enerji" layihələrinə, bərpaolunan enerji mənbələrinə yatırması ölkəmizin qlobal ekoloji məsuliyyətini və uzaqgörənliyini nümayiş etdirir. Azərbaycan ənənəvi resurslardan əldə etdiyi vəsaitlə gələcəyin texnologiyalarını və təmiz enerjisini maliyyələşdirir. Yəni bir çox dövlətin daxili ziddiyyətlər və xarici asılılıq səbəbindən idarə edə bilmədiyi təbii sərvətlər Azərbaycanda milli maraqlara söykənən müdrik və praqmatik siyasət sayəsində iqtisadi dayanıqlılığın hərəkətverici qüvvəsinə çevrilir. Bu kurs resursları tərəqqi modelinə çevirməyin qlobal miqyaslı ən uğurlu nümunəsidir. 

Prezident İlham Əliyev vurğulayıb ki, müstəqil ölkə kimi yaşamaqda və irəliyə getməkdə bizim üçün yeganə yol sahib olduğumuz təbii sərvətlərdən istifadə idi: "Azərbaycan ilk ölkə idi ki, Xəzərin ehtiyatlarını beynəlxalq neft şirkətlərinə açıq etdi. Həmin vaxtdan etibarən çox hadisələr oldu. Əgər bu gün biz Azərbaycana nəzər salsaq, həmin transformasiyaya gəldikdə, bu sərvətlərdən necə istifadə etdiyimizə, onun yenidən sosial infrastruktura, təhsilə, səhiyyəyə, enerji sahəsinin inkişafına yatırdığımıza əsasən deyə bilərik ki, ölkələr necə inkişaf etməlidir və bu yol 1990-cı illərin əvvəlində üzləşdiyimiz eyni problemlərdən müəyyən dərəcədə əziyyət çəkən ölkələr üçün örnək olmalıdır". 

Dövlətimizin başçısının bu sitatı Azərbaycanın son 30 ildə keçdiyi inkişaf yolu fəlsəfəsinin və ölkəmizin gələcək yüksəliş vizyonunun xülasəsidir. Uğurun rəmzi təbii resursların qısamüddətli istehlaka yox, uzunmüddətli milli inkişafa yönəldilməsidir. 

Bu modelin beynəlxalq aləmdə nümunə kimi dəyərləndirilməsinin arxasında dayanan fundamental amillərdən biri də Azərbaycanın ərazi bütövlüyünü öz daxili gücü hesabına bərpa etməsidir. Otuz ilə yaxın davam edən işğal faktına, beynəlxalq vasitəçilərin səmərəsiz fəaliyyətinə və böyük güclərin münaqişəni dondurmaq cəhdlərinə baxmayaraq, Azərbaycan strateji hədəflərindən bir addım da geri çəkilmədi. BMT-nin kağız üzərində qalan qətnamələrinin tələblərinin yerinə yetirilməsini öz gücü ilə təmin edən Azərbaycan dünyada bənzər ərazi münaqişələrindən əziyyət çəkən ölkələr üçün real nümunəyə çevrildi. 

Prezident İlham Əliyev çıxışında bu məqama da diqqət çəkib: "Biz demək olar ki, 30 il ərzində işğal altında qalmış torpaqlarımızı azad edən güclü ordu qurduq. Biz cəmi 44 gün ərzində Ermənistanı tamamilə məğlub etdik və kapitulyasiya aktını imzalamağa məcbur etdik. Əlbəttə ki, müharibədə qələbə dedikdə, sadəcə, pul və hətta silahlar nəzərdə tutulmur. Söhbət döyüş ruhundan gedir. Lakin gəlin etiraf edək, ordunu qurmaq üçün pulumuz olmasaydı, yəqin ki, bu gün hələ də torpaqlarımız işğal altında olardı. Beləliklə, Azərbaycanın inkişafı, - istər sosial, iqtisadi, hərbi, istərsə də xarici siyasət olsun, - bütün bunlar onu nümayiş etdirir ki, təbii sərvətlərdən düzgün istifadə olunan zaman onlar bir çox üstünlüklərə yol aça bilər". 

Dünyada resursu zəngin olub ondan düzgün istifadə edə bilməyən ölkələr var. Azərbaycan sübut etdi ki, əgər düzgün idarəetmə və güclü siyasi iradə olarsa, təbii sərvətlər ölkəni regionun liderinə və qlobal aktoruna çevirir. Azərbaycanın keçdiyi yol milli maraqlara söykənən müdrik siyasətlə dövlət suverenliyini necə əbədi və sarsılmaz etməyin real praktiki formuludur. 

Azərbaycanın yürütdüyü praqmatik, uzaqgörən və kənar diktələri rədd edən müstəqil siyasəti beynəlxalq arenada böyük rəğbət və təqdir qazanır. İqtisadi gücü sosial rifahla, hərbi qüdrəti mənəvi-ideoloji birliklə və xarici siyasəti tam müstəqilliklə vəhdət halında birləşdirən bu kurs müasir dünyanın yeni güclü dövlət standartını müəyyən edir. 


İsmayıl QOCAYEV, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Eka Sepaşvili: Prezident İlham Əliyevin Almaniyaya səfəri Gürcüstan üçün də yeni imkanlar yaradır

23:55
26 İyul

Bakıda və Abşeron yarımadasında havanın temperaturu 3-4 dərəcə enəcək

19:19
26 İyul

FHN gözlənilən güclü küləklə əlaqədar əhaliyə müraciət edib

18:57
26 İyul

Peskov: Ukrayna ilə bağlı yeni təkliflərə reaksiya Rusiyanın maraqlarından asılı olacaq

17:21
26 İyul

Hörmüz boğazında tanker minaya düşüb

16:48
26 İyul

Füzulidə Aerokosmik Modelçilik Festivalında 200-ə yaxın gənc bacarıqlarını nümayiş etdirib

14:51
26 İyul

İran ordusu müharibənin genişlənəcəyi ilə bağlı xəbərdarlıq edib

14:47
26 İyul

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

12:46
26 İyul

Maldiv Respublikasının Prezidenti Zati-aliləri cənab Məhəmməd Muizzuya

11:23
26 İyul

Xəzər dənizində zəlzələ olub

11:01
26 İyul

İsti havanın insan orqanizminə mənfi təsiri və ondan qorunma üsulları

10:56
26 İyul

WSJ: ABŞ–İran müharibəsi aylarla davam edə bilər

10:31
26 İyul

ABŞ uranı ələ keçirmək üçün İrana minlərlə əsgər göndərə bilər

10:19
26 İyul

“Yay Fest”də media və rəqəmsal savadlılığa həsr olunan düşərgə keçirilib

10:10
26 İyul

Kiyevə ballistik raket zərbələri endirilib, dağıntılar var

09:14
26 İyul

İstanbul hava limanı gündəlik 1623 aviareys sayı ilə Avropada birinci olub

09:07
26 İyul

Göygöldə V Milli Yaylaq Festivalının təntənəli açılışı olub

20:07
25 İyul

Nazir: Milli Yaylaq Festivalında milli ab-havanı görür və hiss edirik

19:39
25 İyul

Rumıniya Azərbaycanı enerji təhlükəsizliyinin əsas tərəfdaşlarından biri hesab edir

18:31
25 İyul

Ağdamın daha iki kəndinin açıq ərazisində yanğın başlayıb

16:23
25 İyul

Urs Unkauf: Birgə Bəyannamə Almaniya iqtisadiyyatı baxımından mühüm siyasi siqnaldır

14:31
25 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!