11 İyun 2026 08:50
146
İQTİSADİYYAT
A- A+
Xəzərin dalğaları arasında...

Xəzərin dalğaları arasında...


"AzSafety Production" regionda ən etibarlı təhlükəsizlik şirkətlərindən sayılır


Bu gün dəniz nəqliyyatı və offşor sənayesi qlobal iqtisadiyyatın ən mühüm sütunlarından biri hesab olunur. Dünyanın enerji təchizatının, beynəlxalq ticarətin və strateji logistik əməliyyatların əhəmiyyətli hissəsi məhz dənizlər üzərindən həyata keçirilir. Bu sahədə fəaliyyətin miqyası genişləndikcə təhlükəsizlik məsələləri də daha böyük önəm qazanır. Çünki dənizdə baş verə biləcək ən kiçik nasazlıq belə insan həyatı, ətraf mühit və iri iqtisadi layihələr üçün ciddi nəticələrə səbəb ola bilər.

Bəri başdan qeyd edək ki, "offşor sənaye" dedikdə dəniz və ya okean sahillərindən uzaqda həyata keçirilən sənaye fəaliyyətləri nəzərdə tutulur. Bu termin ən çox neft-qaz hasilatı ilə əlaqələndirilsə də, dənizdə külək elektrik stansiyaları, sualtı tikinti və digər dəniz layihələrini də əhatə edə bilər. Ona görə də belə mürəkkəb və yüksək riskli sahələrdə fəaliyyət göstərərkən təhlükəsizlik hər zaman prioritet olmalıdır. Dəniz və offşor əməliyyatlarda təhlükəsizlik yalnız texniki avadanlıqla ölçülmür. Bu, insanların həyatını, maddi resursların qorunmasını və əməliyyatların fasiləsiz davam etməsini təmin edən kompleks prosesdir. Hər bir qərar, yoxlama və  texniki xidmət dənizdəki riskləri minimuma endirmək məqsədilə həyata keçirilir.

Xəzər regionunda dəniz və offşor əməliyyatların mürəkkəbliyi xüsusi yanaşma tələb edir. Burada beynəlxalq standartlar, müasir texnologiyalar və qabaqcıl təhlükəsizlik prinsipləri ilə ayaqlaşmaq da vacibdir. Bu deyilənlərə  uyğun fəaliyyət göstərən "AzSafety Production" şirkəti regionda etibarlı və tam əhatəli təhlükəsizlik xidmətləri təqdim edən aparıcı şirkət kimi seçilir və uzun illərdi  bu tələblərə cavab verir. Gəmilərdən tutmuş offşor platformalara qədər geniş spektrdə xidmətlər göstərir. Təklif etdiyi fəaliyyət sahələri  fərdi qoruyucu vasitələrdən (FQV/PPE), xilasedici sallardan və qayıqlardan yanğınsöndürmə sistemlərinə, eləcə də evakuasiya və təxliyə proseslərinə  qədər uzanır. Belə kompleks yanaşma şirkəti regionda aparıcı təhlükəsizlik tərəfdaşına çevirir.

Şirkətin fəaliyyətinin əsas dayağı keyfiyyət və etibarlıqdır. Hər bir avadanlıq və xidmət beynəlxalq standartlara uyğun olaraq yoxlanılır və sertifikatlaşdırılır. SOLAS və IMO tələbləri, ISO standartları və MED (Wheelmark) sertifikatları "AzSafety Production"ın  əməliyyat prinsiplərini formalaşdırır. Bu yanaşma müştərilərin əməliyyatlarının fasiləsiz və təhlükəsiz aparılmasını təmin etməklə yanaşı, auditlərdən uğurla keçməyə və beynəlxalq sertifikatlara malik olmağa imkan yaradır. Bu prinsiplər şirkətin fəaliyyətində təkcə gündəlik əməliyyatlarda deyil, həm də beynəlxalq tədbirlərdə və sənaye platformalarında özünü göstərir. Son olaraq "AzSafety Production" "Bakı-Ekspo" Mərkəzində keçirilən 31-ci Xəzər Neft və Qaz ("Caspian Oil and Gas") sərgisində də fəal şəkildə iştirak edib. Bu iştirak şirkətin sahə üzrə təcrübəsini və beynəlxalq əməkdaşlıqlara açıq olduğunu bir daha nümayiş etdirir. Sərginin keçirildiyi günlərdə Ekspo Mərkəzində  olarkən şirkətin pavilyonuna yaxınlaşıb  təmsilçilərlə söhbət etdik.

"AzSafety production" şirkətinin satış və əməliyyatlar üzrə meneceri Elçin Məmmədzadə qurumun fəaliyyəti ilə bağlı fikirlərini bölüşdü: "Şirkətimiz 2018-ci ildən fəaliyyət göstərir və həmin dövrdən etibarən Xəzər regionunda dəniz və offşor təhlükəsizliyi sahəsində etibarlı tərəfdaş olaraq özünü tanıdıb. Başlanğıcda əsas məqsədimiz təhlükəsizlik avadanlıqlarının təchizatını və texniki xidmətini peşəkar səviyyədə təmin etmək idi, lakin zaman keçdikcə işimizin əhatə dairəsi genişləndiyi üçün tam inteqrasiya olunmuş  xidmət və məhsullar təqdim etməyə başladıq.  Beynəlxalq standartlara uyğunluq, sertifikatlaşdırılmış texniki heyət və müştəri məmnuniyyətinə fokuslanmaq bizim fəaliyyətimizin əsas prinsipləridir. Əməliyyatın etibarlı və fasiləsiz aparılması üçün proseslərin hər mərhələsində ciddi yoxlamalar aparılır və avadanlıqların tam işlək vəziyyətdə olması təmin edilir. Biz yalnız məhsul təqdim etmirik, həm də müştərilərimizin təhlükəsizliyini təmin edən uzunmüddətli dəstək mexanizmləri təqdim edirik".

Elçin Məmmədzadə vurğuladı ki, şirkətin əsas üstünlüklərindən biri regionda qlobal təchizatçılarla qurulan möhkəm əlaqələrdir: "Bu əməkdaşlıqlar sayəsində müştərilərimiz yüksəkkeyfiyyətli və sertifikatlaşdırılmış avadanlıqlara çıxış əldə edir, həmçinin bütün proseslər yerli və beynəlxalq tələblərə uyğun həyata keçirilir. Məqsədimiz sadəcə satış etmək deyil, dəniz və offşor əməliyyatlarda etibarlı tərəfdaş olmaqdır. Bunun üçün komandamız 24 saat xidmət göstərir və hər bir texniki məsələni operativ həll edir. Bu, təkcə avadanlığın vaxtında çatdırılması və texniki xidmətin göstərilməsi ilə məhdudlaşmır. O, fövqəladə hallarda sürətli müdaxilə, preventiv yoxlamalar və əməliyyat dəstəyi ilə müşayiət olunur. Belə yanaşma şirkəti regionda etibarlı tərəfdaş edir, çünki hər bir müştərinin ehtiyacı vaxtında və dəqiq şəkildə qarşılanır".

Təhlükəsizliyin əsasını formalaşdıran ikinci vacib komponent peşəkar komandadır. Şirkətin sertifikatlaşdırılmış texniki heyəti texniki xidmət göstərməklə yanaşı, riskləri qabaqcadan müəyyənləşdirir, problemlərin yaranmasının qarşısını alır və əməliyyatların fasiləsizliyini təmin edir. Xilasedici salların, qayıqların və davit sistemlərinin sınaq və texniki xidməti, yanğınsöndürmə avadanlıqlarının yoxlanılması və fərdi qoruyucu vasitələrin təminatı komandamızın hər gün icra etdiyi işlərin yalnız bir hissəsidir. Elə buradaca məlumat üçün bildirək ki, davit sistemi dəniz və offşor əməliyyatlarda istifadə olunan xüsusi bir qurğudur. Sadə dillə desək, davit gəmilərdə, platformalarda xilasedici qayıqları, xilasedici salları və digər ağır avadanlıqları suya endirmək, həmçinin geri qaldırmaq üçün istifadə olunan mexaniki dəstək sistemidir.

"AzSafety Production"ın uğurunun başqa bir səbəbi qlobal təchizatçılarla qurulan möhkəm əməkdaşlıqdır. Şirkət yalnız yüksəkkeyfiyyətli və sertifikatlaşdırılmış avadanlıq təklif etmir, həm də yerli qanunvericilik və regionun spesifik əməliyyat tələblərini nəzərə alaraq hər bir layihəni fərdi şəkildə idarə edir. Təhlükəsizlik təkcə avadanlığın keyfiyyəti ilə ölçülmür. O, həm də şirkətin iş prinsipləri, idarəetmə sistemi və əməliyyatların düzgün təşkil olunması ilə müəyyən edilir. Bu yanaşma şirkətin ümumi fəaliyyət fəlsəfəsini və strateji baxışını formalaşdıran əsas amillərdən biridir.

Nəticə etibarilə  "AzSafety Production" offşor platformalar, kommersiya gəmiləri və sənaye obyektləri idarə edənlərin hər zaman yanındadır və təhlükəsizlik ehtiyaclarını ən yüksək səviyyədə qarşılayır. Avadanlıqdan tutmuş texniki xidmət və sertifikatlaşdırmaya qədər bütün mərhələlərdə operativlik, peşəkarlıq və etibarlılıq təmin olunur ki, bu da "AzSafety Production"ı dəniz və offşor əməliyyatların etibarlı tərəfdaşı edir.


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dərimizi günəş şüalarından necə qoruyaq?

08:55
11 İyun

Xəzərin dalğaları arasında...

08:50
11 İyun

İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olaraq qalır

08:45
11 İyun

WUF13 və şəhərsalmada Azərbaycan nümunəsi

08:40
11 İyun

Ermənistanın qarşısında duran geosiyasi çağırışlar

08:35
11 İyun

Qarabağda bərqərar olan ədalət

08:30
11 İyun

Uşaqların sosial şəbəkə platformalarında qeydiyyatı qanunvericiliyə uyğun tənzimlənəcək

08:25
11 İyun

MİLLİ QURTULUŞDAN BÖYÜK QAYIDIŞA: azad edilmiş ərazilərdə quruculuq və dayanıqlı inkişaf modeli

08:15
11 İyun

QURTULUŞ MƏFKURƏSİ: xilaskarlıq missiyasından Zəfər salnaməsinə

08:10
11 İyun

Yeni reallıqlar Azərbaycanın formalaşdırdığı gündəm əsasında inkişaf edir

08:05
11 İyun

Cənubi Qafqazda yeni dövr 

08:00
11 İyun

"Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

03:23
11 İyun

"Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 26 may tarixli 415-VIIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 iyun tarixli 950 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət və bələdiyyə orqanlarında, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması Qaydası"nda dəyişiklik edilməsi haqqında

03:23
11 İyun

Bakı Şəhər İcra Hakimiyyətinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi haqqında

03:22
11 İyun

“Xidməti parklanma yerləri təşkil olunan dövlət orqanlarının (qurumlarının) siyahısı, onlara ayrılan yerlərin sayı və həmin parklanma yerlərinin olduğu parklanma məntəqələrinin ünvanı”nın təsdiq edilməsi haqqında

03:20
11 İyun

“Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və “Gran Tierra Energy (Azerbaijan) GmbH” şirkəti arasında Azərbaycan Respublikasının Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarının bəzi hissələrini əhatə edən ərazi üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü Sazişi”nə Azərbaycan Respublikası Hökumətinin təminatı və öhdəlikləri haqqında

03:19
11 İyun

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 30 noyabr tarixli 228 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nda dəyişiklik edilməsi haqqında 

03:16
11 İyun

Mikayıl Cabbarov: Qeyri-neft-qaz sektoru artıq iqtisadiyyatımızın aparıcı qüvvəsinə çevrilib – MÜSAHİBƏ

23:38
10 İyun

Azərbaycan və Avstriya Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri aparılıb  

23:37
10 İyun

Xankəndidə şəhər-universitet modeli böyük iqtisadi dividendlər vəd edir 

23:37
10 İyun

Nazir: Əlavə gəlirlər ehtiyatların artırılmasına yönəldilir

22:59
10 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!