18 May 2023 10:10
1181
Mədəniyyət
A- A+
Tariximizdən soraq verən Şuşa şəhərinin muzeyləri

Tariximizdən soraq verən Şuşa şəhərinin muzeyləri

 

Hər ilin bu günü - mayın 18-i dünyada Beynəlxalq Muzeylər Günü kimi geniş qeyd olunur. Bu əlamətdar gün xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək, eyni zamanda muzeylərin cəmiyyətin həyatında nə dərəcədə mühüm rol oynadığını göstərmək məqsədilə Beynəlxalq Muzeylər Şurası (ICOM) tərəfindən 1977-ci ildə təsis edilib.

 

Qədim muzeylər

 

Müasir muzeylərin sələfləri eramızdan əvvəl XVI əsrdə Krit, XIII-XII əsrlərdə Çin, III əsrdə Qədim Roma və Yunanıstanda estetik dəyərə malik əşyaların, əsərlərin, sənədlərin saxlandığı məkanlar hesab olunur. Azərbaycanın ərazisində qədim Atropatena və Albaniya dövlətləri hökmdarlarının sarayları da belə yerlər sırasında qeyd olunub. Araşdırmalara əsasən, erkən və Orta əsrlərdə isə ölkəmizdə hakim sülalələr tərəfindən kolleksiyaçılıq ənənələrinə maraq artıb. Həmin dövrlərdə qiymətli əşyalar xəzinələrdə, saray kitabxanalarında mühafizə edilib.
Azərbaycanda XIX əsrin ikinci yarısından etibarən muzey işinin təşkilinə diqqət yenidən güclənməyə başlayıb. Ölkəmizdə dövlət səviyyəsində ilk milli muzeyin təməli isə 1919-cu ildə - Xalq Cümhuriyyətinin dövründə qoyulub. 1920-ci ildən həmin muzey Azərbaycan Dövlət Muzeyi kimi fəaliyyət göstərib.
Sovet hakimiyyəti illərində Azərbaycanın müxtəlif yerlərində dövlət, memorial, səyyar, ədəbiyyat, incəsənət, tarix, musiqi, qoruq, teatr muzeyləri yaradılıb. 
Azərbaycanın mədəniyyət mərkəzi, Qarabağın baş tacı olan Şuşada 8 muzey fəaliyyət göstərib. Dövlət Qarabağ Tarixi Muzeyi, dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin ev, vokal sənətimizin banisi Bülbülün memorial, görkəmli musiqiçi və rəssam Mir Möhsün Nəvvabın xatirə muzeyləri, Azərbaycan Xalça Muzeyinin Şuşa filialı tarixi əhəmiyyətli eksponatlarla zəngin olub.

 

Canlı muzey olan qədim şəhər

 

1969-cu ildə fəaliyyətə başlayan Şuşa Tarix Muzeyi Yuxarı Gövhər ağa məscidində yerləşib. Muzeydə tariximizin qədimliyindən xəbər verən 2500-dən artıq eksponat nümayiş olunub.
Şuşa Azərbaycan şəhərləri arasında muzeylərinin çoxluğu ilə də seçilirdi. 10 avqust 1977-ci ildə SSR Nazirlər Sovetinin qərarı ilə Şuşa şəhərinin tarixi hissəsi "Tarixi Memarlıq Qoruğu" elan edilib.
Şuşa Xalça Muzeyi 1982-ci ildə Mehmandarovların malikanəsində açılıb. Muzeydə, əsasən, Qarabağ xalçaçılıq məktəbinə aid nümunələr nümayiş etdirilib.
1983-cü ildə Şuşa Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsinin əməkdaşları və şəhər camaatının birgə layihəsi ilə yaradılan Şuşa Daş Sənətkarlığı Muzeyi Azərbaycanda daş sənətkarlığına həsr olunmuş ilk muzey olub.  Muzey Gəncə qapısının mühafizə zonasında açıq səma altında fəaliyyət göstərib. 
1984-cü il iyulun 29-da Vaqif poeziya bayramında açılan Şuşa Dərman Bitkiləri Muzeyi isə Mehmandarovların yaşayış kompleksinə daxil olan bərpa edilmiş məhəllə məscidində fəaliyyət göstərib. Muzeydə dərman bitkiləri nümayiş olunub. Bir guşədə isə məşhur xalq həkimlərinin təbabətə aid kitabları düzülüb. Şuşa Dərman Bitkiləri Muzeyinin divarlarına Mirzə Sadıq Lətifov, Mirzə Məmmədqulu Təbib, Mir Möhsün Nəvvab, Mirzə Cavad Qayıbov, Mirzə Hüseyn, Əbdülkərim bəy Mehmandarov kimi el təbiblərinin yağlı boya ilə çəkilmiş portretləri asılıb.
Şuşa Dövlət Rəsm Qalereyası 1982-ci ildə fəaliyyətə başlayıb. Rəsm qalereyasının fondunda 50 rəngkarlıq, 30 qrafika əsəri nümayiş edilib. Qalereyada hər il mütəmadi olaraq sərgilər təşkil olunub.
Şuşa Azərbaycan tarixində müstəsna yeri və xidmətləri olan bir çox görkəmli şəxsiyyətin böyüyüb boya-başa çatdığı, fəaliyyət göstərdiyi şəhər kimi də tanınır. Onlardan bəzilərinin - Mir Möhsün Nəvvabın, Xurşidbanı Natəvanın, Üzeyir bəy Hacıbəylinin, Bülbülün ev-muzeyləri fəaliyyət göstərib. 
Təəssüf ki, 1992-ci ilin mayında Şuşa erməni vandalları tərəfindən işğala məruz qaldı. Təcavüzkar Ermənistanın əsarəti altında qaldığı müddətdə Şərqi Zəngəzur və Qarabağın digər muzeyləri kimi Şuşada olan muzeylər də ermənilər tərəfindən talan edildi, dağıdıldı. Qarət edilən qiymətli eksponatlar Ermənistana daşındı.
2020-ci ilin payızında 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın otuz ilə yaxın Ermənistanın işğal altında qalan əraziləri azad edildi. Müzəffər Azərbaycan Ordusunun zəfərindən sonra maddi və mənəvi itkilərimizin nə qədər böyük olduğunu gördük. Təcavüzkar ermənilər işğalın davam etdiyi illərdə Qarabağın və Şərqi Zəngəzurun bütün şəhər, rayon, qəsəbə və kəndlərini xarabalığa çevirmişdilər. Müharibə başa çatdıqdan dərhal sonra həmin yerlərin minalardan təmizlənməsi, yolların çəkilməsi, infrastrukturun yaradılması ilə bərabər zərərçəkmiş və dağıdılmış abidələrin, muzeylərin, kitabxanaların və başqa mədəniyyət ocaqlarının bərpası işinə başlanılıb.

Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Beş tondan artıq narkotik vasitə məhv edilib

12:02
11 İyun

Fərid Şəfiyev: Azərbaycanın Ermənistanla bağlı prinsipial mövqeyi dəyişməz olaraq qalır  

11:59
11 İyun

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 78 nəfər saxlanılıb  

11:39
11 İyun

Şuşa Bəyannaməsi Azərbaycan- Türkiyə münasibətlərinin müttəfiqlik səviyyəsinə yüksəlməsini təmin edib  

11:34
11 İyun

Azərbaycan nefti 96 dollara satılıb

10:38
11 İyun

Dərimizi günəş şüalarından necə qoruyaq?

08:55
11 İyun

Xəzərin dalğaları arasında...

08:50
11 İyun

İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olaraq qalır

08:45
11 İyun

WUF13 və şəhərsalmada Azərbaycan nümunəsi

08:40
11 İyun

Ermənistanın qarşısında duran geosiyasi çağırışlar

08:35
11 İyun

Qarabağda bərqərar olan ədalət

08:30
11 İyun

Uşaqların sosial şəbəkə platformalarında qeydiyyatı qanunvericiliyə uyğun tənzimlənəcək

08:25
11 İyun

MİLLİ QURTULUŞDAN BÖYÜK QAYIDIŞA: azad edilmiş ərazilərdə quruculuq və dayanıqlı inkişaf modeli

08:15
11 İyun

QURTULUŞ MƏFKURƏSİ: xilaskarlıq missiyasından Zəfər salnaməsinə

08:10
11 İyun

Yeni reallıqlar Azərbaycanın formalaşdırdığı gündəm əsasında inkişaf edir

08:05
11 İyun

Cənubi Qafqazda yeni dövr 

08:00
11 İyun

"Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

03:23
11 İyun

"Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 26 may tarixli 415-VIIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 iyun tarixli 950 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət və bələdiyyə orqanlarında, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması Qaydası"nda dəyişiklik edilməsi haqqında

03:23
11 İyun

Bakı Şəhər İcra Hakimiyyətinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi haqqında

03:22
11 İyun

“Xidməti parklanma yerləri təşkil olunan dövlət orqanlarının (qurumlarının) siyahısı, onlara ayrılan yerlərin sayı və həmin parklanma yerlərinin olduğu parklanma məntəqələrinin ünvanı”nın təsdiq edilməsi haqqında

03:20
11 İyun

“Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və “Gran Tierra Energy (Azerbaijan) GmbH” şirkəti arasında Azərbaycan Respublikasının Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarının bəzi hissələrini əhatə edən ərazi üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü Sazişi”nə Azərbaycan Respublikası Hökumətinin təminatı və öhdəlikləri haqqında

03:19
11 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!