11 Dekabr 2025 14:11
306
CƏMİYYƏT
A- A+
Soltanlıda tikinti işlərinə başlanıldı, 420 ev inşa edilir

Soltanlıda tikinti işlərinə başlanıldı, 420 ev inşa edilir

Cəbrayılın işğaldan azad olunan Soltanlı kəndində əvvəlki yaşayış strukturlarının söküntü işləri yekunlaşdıqdan sonra, ərazi tam təmizlənərək yeni tikinti işlərinə start verilib.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlhamiyə Rzayeva bildirib.

O qeyd edib ki, Soltanlı kəndinin Baş planı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi əsasında Macarıstanın tikinti və layihələndirmə sahəsində fəaliyyət göstərən "KESZ" şirkətlər qrupu və Bakı Dövlət Layihə İnstitutu tərəfindən hazırlanıb. "Layihələndirilən Soltanlı kəndi Araz çayının sahilində, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd yolunun üzərində yerləşir. Beynəlxalq nəqliyyat dəhlizinin bir hissəsini təşkil edən Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd avtomobil yolu kəndin şimal hissəsinə bitişik ərazidən keçir. Həmçinin "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkı Soltanlının yaxınlığında yerləşir”, - deyən İ.Rzayeva qeyd edib ki, ümumi sahəsi 108,53 hektar olan bu yaşayış məntəqəsində həyətyanı sahəsi olan 420 evin tikintisi nəzərdə tutulur.

Həmçinin kənd ərazisində inzibati bina, 140 yerlik uşaq bağçası, həkim tibb məntəqəsi, çoxfunksiyalı binanın inşası planlaşdırılıb.

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən Soltanlı kəndinin yenidən qurulması mərhələli şəkildə həyata keçiriləcək. Hazırda ərazi tam təmizlənib, şaquli planlaşdırma işləri və fərdi yaşayış evlərinin tikintisi icra edilir. Hazırkı mərhələdə 420 fərdi evin bünövrə qazıntısı başa çatıb. Tikililərin layihələndirilməsi müasir kənd üslubuna uyğun aparılır və enerji səmərəli materiallardan istifadə nəzərdə tutulur. Kənddə inşa olunacaq qeyri-yaşayış obyektlərinin tikintisi də fərdi evlərlə paralel olaraq davam edir", - deyə şöbə müdiri bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumət başçılarının görüşünün iştirakçılarını qəbul edib YENİLƏNƏCƏK  

11:18
02 Aprel

BMT: 200 mindən çox insan Livandan Suriyaya qaçıb

09:40
02 Aprel

ABŞ yenidən Aya yollanır

09:35
02 Aprel

Autizm xəstəlik deyil, fərqlilikdir

09:30
02 Aprel

Miniatür sənətimizin yorulmaz tədqiqatçısı

09:25
02 Aprel

Hələ sağlığında məktəb idi

09:20
02 Aprel

Həyatlarına cəllad qılıncı ilə son qoyulurdu

09:15
02 Aprel

Sınmayan ömrün acı hekayəsi

09:10
02 Aprel

Qusarda Bənövşə gölü su anbarı bərpa olunur

09:05
02 Aprel

Yaz yağışları taxıl əkinlərinin muradını verdi

09:00
02 Aprel

Qədimliklə müasirliyin qol-boyun olduğu Gəncə

08:55
02 Aprel

Ağdamda və Mingəçevirdə Soyqırımı Günü qeyd olunub

08:50
02 Aprel

Zəfərə gedən yolun başlanğıcı 

08:47
02 Aprel

Apreldən Noyabra 54 ay qalırdı

08:45
02 Aprel

Kəlbəcər bizimdir!

08:40
02 Aprel

Humanizm dəyərlərinə bağlılığın nümunəsi

08:35
02 Aprel

Müharibə və mədəniyyət: görünən və görünməyən reallıqların dialektikası

08:30
02 Aprel

Yaxın Şərq müharibəsinin uzaq bədbin proqnozları

08:25
02 Aprel

Azərbaycanın "yaşıl enerji" strategiyası - modernləşmə və davamlı inkişaf yolunda

08:20
02 Aprel

Yeni saziş Azərbaycan-Misir enerji əməkdaşlığını daha da genişləndirəcək

08:15
02 Aprel

Azərbaycan-Çin strateji tərəfdaşlığı yeni mərhələdə sürətlə inkişaf edir

08:10
02 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!