20 Avqust 2026 12:26
129
CƏMİYYƏT
A- A+
Şəmkirdə Milli Qəhrəman İsgəndər Aznaurovun 70 illik yubileyi qeyd edilmişdir

Şəmkirdə Milli Qəhrəman İsgəndər Aznaurovun 70 illik yubileyi qeyd edilmişdir


Şəmkirdə Azərbaycanın Milli Qəhrəmanı şəhid İsgəndər Aznaurovun anadan olmasının 70 illiyinə həsr olunmuş anım tədbiri keçirilib.

Tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanlarımızın  xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır. Şəmkir Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Süleyman Zeynallı, Türkiyə Respublikasının Gəncədəki Baş konsulu Recep Öztop, Dünya Ahıska Türkləri Birliyinin baş katibi Fuat Uçar, eləcə də Milli Qəhrəmanın ailə üzvləri və döyüş yoldaşları çıxış edərək İsgəndər Aznaurovun şərəfli həyat və döyüş yolundan, Vətən qarşısında göstərdiyi  xidmətlərdən danışmışlar. Qeyd olunmuşdur ki, İsgəndər Aznaurov 1956-cı il avqustun 16-da Özbəkistanın Buxara vilayətində anadan olmuşdur. 1980-ci illərin sonlarında Fərqanə hadisələrindən sonra bir çox ahıska türkü kimi onun da ailəsi Azərbaycana pənah gətirmiş və Şəmkirin Kür qəsəbəsində məskunlaşmışdır. 1992-ci ildən Azərbaycan Ordusunda könüllü olaraq zabit kimi xidmət edən İsgəndər Aznaurov Gədəbəy rayonunun Şınıx bölgəsində erməni silahlı dəstələrinə qarşı döyüşlərdə iştirak etmiş, strateji yüksəkliklərin müdafiəsi zamanı şücaət göstərmişdir.

1993-cü ilin baharında şəhid olan İsgəndər Aznaurova Heydər Əliyevin sərəncamı ilə Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilmişdir. Bu gün qəhrəmanın adını yaşayış məntəqəsi, küçə və məktəb daşıyır. Vaxtilə döyüşdüyü səngər isə qəhrəmanın xatirəsinə “İsgəndər qalası” adlanır.

Sonda Kür qəsəbəsində onun adını daşıyan məktəbin şagirdləri Milli Qəhrəmanın həyat və döyüş yolundan, Vətən uğrunda göstərdiyi qəhrəmanlıqlardan bəhs edən şeirlər və mahnılar səsləndirmiş, səhnəciklər göstərmişlər.


Sabir ƏLİYEV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Güzəştli mənzil” sistemində mənzil seçimi mərhələlərində bir sıra dəyişiklik edilib

12:55
20 Avqust

Həmkarlar ittifaqı üzvləri üçün növbəti tibbi aksiya təşkil olunub

12:50
20 Avqust

Naxçıvanda sahibkarlara verilən lisenziyaların sayı 7,7 faiz artıb 

12:45
20 Avqust

İsveçdə qızılca epidemiyası yayılır

12:40
20 Avqust

Baş Prokurorluq: Gəncədə zibil poliqonunda ölü dölün aşkarlanması ilə bağlı araşdırma aparılır

12:35
20 Avqust

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinin sədrinə qarşı sanksiyalar tətbiq edib

12:29
20 Avqust

Şəmkirdə Milli Qəhrəman İsgəndər Aznaurovun 70 illik yubileyi qeyd edilmişdir

12:26
20 Avqust

Keniyada helikopter qəzasında Ekvadorun kəşfiyyat rəisi və 5 amerikalı həlak olub

12:24
20 Avqust

Xatirələrdə əbədiləşən insan  

11:34
20 Avqust

DİN: Cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlanılıb

11:15
20 Avqust

Laçın bu gün özünün yeni inkişaf mərhələsini yaşayır

11:12
20 Avqust

DTX-dan xüsusi əməliyyat: 17 il beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirilib

11:11
20 Avqust

Bakıda Belçika müstəmləkəçiliyinə həsr olunan beynəlxalq konfrans keçiriləcək

11:10
20 Avqust

“Sərhədlərarası biliklərin bağlantısı: Tədqiqat və beynəlxalq akademik əməkdaşlıq” - VAŞİNQTONDA KONFRANS  

10:50
20 Avqust

Azərbaycan nefti 95 dollara satılır 

10:47
20 Avqust

Kiyevdə Rusiyanın raket zərbələri nəticəsində ölənlərin sayı 12-yə çatıb, şəhərdə matəm elan edilib

10:46
20 Avqust

ABŞ-nin dövlət borcu ilk dəfə 40 trilyon dolları keçib

10:45
20 Avqust

Azərbaycanlı jurnalistlər Səmərqəndə gəliblər

10:42
20 Avqust

Ağaca nəfəs verməklə xalqın səsini yaşatmaq olarmış

10:40
20 Avqust

Əbdülnasir Hemmati: İranın neft ixracı demək olar ki, tamamilə dayanıb

10:36
20 Avqust

Çin şirkəti avtomobillər üçün Günəş enerjisi yığan panoram damların kütləvi istehsalına başlayır

10:33
20 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!