20 Avqust 2026 11:34
117
Mədəniyyət
A- A+
Xatirələrdə əbədiləşən insan  

Xatirələrdə əbədiləşən insan  

Hər zaman hörmət və ehtiramla xatırlanan insanlardan biri də Baxşəli Həsən oğlu Baxşəliyevdir. O, 1920-ci il avqustun 20-də Bərdədə anadan olmuşdur.  O zaman Azərbaycanın bütün bölgələri kimi, bu rayonda da sovet hökumətinin yerli təsisatları möhkəmlənirdi. Qırmızılar savadsızlığın ləğvini əsas şüarlarından biri elan etmişdilər. Hər yerdə savad kursları açılırdı. Yerlərə mərkəzi şəhərlərdən müəllimlər göndərilirdi. Ona görə də valideynləri Baxşəlinin yazıb-oxumağına ciddi diqqət yetirirdilər.

Baxşəli orta təhsilini başa vurub Qori şəhərindəki Maliyyə İnstitutunu bitirdi. Rus dilini mükəmməl öyrəndiyindən ali məktəbə qəbul və orada təhsil almaq onun üçün çətin olmadı. Onda yerlərdə peşəkar maliyyəçilərə böyük ehtiyac vardı. 1937-ci ildə əmək fəaliyyətinə başlayan Baxşəli Baxşəliyev Azərbaycan SSR Maliyyə Nazirliyinin Bərdə rayon şöbəsində nəzarətçi kimi işə başladı. Sonra baş mühasib, ardınca isə baş nəzarətçi-müfəttiş oldu.

Baxşəli Baxşəliyev hər zaman çalışırdı ki, ona verilən tapşırığı vicdanla, yüksək peşəkarlıqla yerinə yetirsin. Dövlətin, xalqın əmlakını əliəyrilərdən, tamahkarlardan qorusun. O, ideallarına bağlı bir gənc idi. Erkən yaşlardan özündə dövlətçilik düşüncəsi aşılamış, yüksək tərbiyə, əxlaq mənimsəmişdi. Odur ki, onun savadlı və prinsipial kadr kimi sorağı mərkəzdəkilərə də yetişmişdi. 1954-cü ildə onu Maliyyə Nazirliyinə baş nəzarətçi-müfəttiş vəzifəsinə dəvət etdilər. Az sonra isə Nəzarət-Təftiş İdarəsinin şöbə rəisi təyin olundu. 1961-ci ildə onu Baş Dövlət Sığorta İdarəsinin rəisi vəzifəsinə təyin etdilər. 8 il burada işlədi. Respublikada sığorta sisteminin inkişafına böyük əmək sərf etdi. 1968-ci ildə isə Maliyyə nazirinin birinci müavini vəzifəsinə irəli çəkildi.

1969-cu ilin 14 iyul günü Azərbaycanın taleyini dəyişən hadisə baş verdi. Heydər Əliyev Azərbaycan KP Mərkəzi Komitəsinin birinci katibi seçildi. Bu hadisə ilə xalqımızın tarixində yeni bir səhifə açıldı. Həmin səhifənin hər cümləsində, hər kəlməsində bir amal, niyyət öz ifadəsini tapırdı: haqq-ədalətin bərqərar olması, dövlət-vətəndaş münasibətlərinin hüquqi müstəvidə tənzimlənməsi, demokratik dəyərlərə söykənən sivil cəmiyyətin yaradılması, dövlət qurumlarının xalqın malına xor baxan ünsürlərdən təmizlənməsi və onların əməllərinə layiqli hüquqi qiymətin verilməsi.

Heydər Əliyev öz iş prinsiplərini, fəaliyyət manifestini 1969-cu il avqustun 5-də keçirdiyi və tariximizdə indi də "Avqust plenumu” kimi xatırlanan tədbirdə açıq ifadə etmişdi. Ulu Öndərin səsləndirdiyi fikirlərin mühüm bir qismi məhz kadr islahatları ilə bağlı idi. Bu mənada Ulu Öndərin Azərbaycana rəhbərliyə başlamasından cəmi bir neçə ay sonra respublikanın maliyyə naziri kimi son dərəcə çətin və məsuliyyətli bir vəzifəyə seçimdə məhz Baxşəli Baxşəliyevin üzərində dayanması onun bu meyarlara tam uyğun gəlməsindən irəli gəlirdi. Deməli, o, Heydər Əliyevin yüksək tələblərinə cavab verirdi.  Bu imtahandan keçə bilməsi Baxşəli Baxşəliyevin həyat və karyerasının bəlkə də ən yüksək zirvəsi idi.

Baxşəli Baxşəliyev bu vəzifədə 1987-ci ilədək - dünyadan köçdüyü günə qədər çalışdı, respublikanın inkişafında Heydər Əliyevin ən sadiq silahdaşlarından oldu. Onun qarşıya qoyduğu vəzifələri layiqincə yerinə yetirməyi özünə hər zaman şərəf saydı.

Heydər Əliyevin əzmkarlığı sayəsində Azərbaycan sənayesinin inkişafı tarixində mühüm rol oynayan bir sıra proqramlar qəbul olundu. Yeni tipli müəssisələr, istehsal sahələri istifadəyə verildi, on minlərlə yeni iş yeri yaradıldı. 70-ci illər Azərbaycan tarixinə, sözün əsl mənasında, sənayenin intibah dövrü kimi daxil oldu. Təkcə 1971-1975-ci illərdə respublika iqtisadiyyatına əvvəlki 5 ildəkindən 30 faiz çox vəsait qoyuldu, 64 iri sənaye müəssisəsi istifadəyə verildi.

Bütün bu nailiyyətlərin əldə olunmasında təbii ki, maliyyə resurslarının düzgün idarə edilməsi, gəlir və xərclərə nəzarət, pozuntu hallarının qarşısının alınması üçün həyata keçirilən tədbirlər, maliyyə nazirinin öz işinin peşəkarı kimi respublika rəhbərliyi qarşısında irəli sürdüyü səmərəli təşəbbüslər də böyük rol oynadı. Bu baxımdan, qarşıya qoyulan məqsədlərin əldə edilməsində Azərbaycanın maliyyə naziri kimi Baxşəli Baxşəliyevin böyük xidmətləri oldu. Respublikanın müasir tələblərə uyğun maliyyə-büdcə sisteminin qurulmasına, maliyyə intizamının, kredit və sığorta sisteminin gücləndirilməsinə o, çox əmək sərf etdi və bu əməyin bəhrələri Azərbaycanın sosial-iqtisadi inkişafında görünürdü. Respublikada yüksəkixtisaslı maliyyəçi kadrların hazırlanması sahəsində də B.Baxşəliyevin əvəzsiz rolu və böyük xidmətləri olmuşdur.

B.Baxşəliyev Azərbaycanın sosial-iqtisadi inkişafına verdiyi dəyərli töhfələrə görə "Qırmızı Əmək Bayrağı”, "Xalqlar Dostluğu”, "Şərəf nişanı” ordenləri və digər yüksək dövlət mükafatları ilə təltif olunmuş, "Azərbaycanın əməkdar iqtisadçısı” fəxri adına layiq görülmüş, 1971-ci ildən başlayaraq ardıcıl olaraq dörd çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir.

Baxşəli Baxşəliyev həm də nümunəvi ailə başçısı idi. Bu ailədə iki oğlan, dörd qız olmaqla altı övlad böyüyürdü. B.Baxşəliyev övladlarını milli-mənəvi dəyərlər ruhunda tərbiyə edirdi. İş qrafikinin gərginliyinə baxmayaraq onların dərslərini, fərdi intizamını diqqətdə saxlayır, təlim-tərbiyəsinə ciddi tələbkarlıq göstərirdi. Eyni zamanda onları zəhmətə, sadəliyə alışdırırdı. Oğlu, professor Adil Baxşəliyev atası haqqında danışarkən deyir: "Yaşlı nəsil Baxşəli Baxşəliyevin rəhbər vəzifələrdə çalışdığı, o cümlədən 18 il respublikanın maliyyə naziri olduğu dövrü yaxşı xatırlayır. Bizim heç birimiz atamızın çalışdığı sahəni seçməsək də, xalqa məhəbbəti, peşəyə sədaqəti, elmə, təhsilə həvəsi, səxavətli olmağı, məsuliyyəti və bir çox digər xüsusiyyətləri ondan öyrənmişik. Həmişə bizə deyərdi ki, düşünməyin atanız nazirdir. Vəzifə müvəqqətidir. Siz yalnız öz gərgin zəhmətiniz sayəsində nələrəsə nail ola bilərsiniz. Ona görə də həmişə çalışın”.

O, qızların təhsil almasını xüsusilə çox arzulayırdı. Bunu bir tövsiyə kimi sözü yetən hər kəsə aşılamağa çalışırdı. Qızı Azərbaycan Milli Elmlər Akademiyasının Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, professor Gövhər Baxşəliyeva atasını belə xatırlayır: "Həmişə deyərdi, qızları elə böyütmək lazımdır ki, gələcəkdə heç kimdən asılı vəziyyətə düşməsinlər. Oğlan lazım gəlsə, ən ağır işlərdə çalışıb, yük daşıyıb özünü dolandıra bilər. Qızınsa əlində bir sənəti olmalıdır. Həyatdır, bilmək olmaz necə olacaq, ona görə də özünə bir parça çörək qazana bilməlidir”. Düşünürük ki, şirin xatirələr işığında yada düşən bu kəlmələr Baxşəli Baxşəliyevin milli ruhlu Azərbayan ziyalısı kimi nə qədər yüsək mənəvi keyfiyyətlərə malik olduğunu göstərir.

Bu il anadan olmasından 106 il ötür. Dünyaya gəlişindən ötən bir əsrlik zaman Baxşəli Baxşəliyev kimi insanların daşıdıqları ali dəyərlərin daha bir əsrin ucalığına yüksəlməsi deməkdir. Bütün ömrünü xalqına xidmətdə keçirmiş görkəmli iqtisadçı-maliyyəçi, ictimai-siyasi xadim B.Baxşəliyev həyatı ilə başqalarına örnək olan şəxsiyyətlərdəndir.


İradə ƏLİYEVA,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xatirələrdə əbədiləşən insan  

11:34
20 Avqust

DİN: Cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlanılıb

11:15
20 Avqust

Laçın bu gün özünün yeni inkişaf mərhələsini yaşayır

11:12
20 Avqust

DTX-dan xüsusi əməliyyat: 17 il beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirilib

11:11
20 Avqust

Bakıda Belçika müstəmləkəçiliyinə həsr olunan beynəlxalq konfrans keçiriləcək

11:10
20 Avqust

“Sərhədlərarası biliklərin bağlantısı: Tədqiqat və beynəlxalq akademik əməkdaşlıq” - VAŞİNQTONDA KONFRANS  

10:50
20 Avqust

Azərbaycan nefti 95 dollara satılır 

10:47
20 Avqust

Kiyevdə Rusiyanın raket zərbələri nəticəsində ölənlərin sayı 12-yə çatıb, şəhərdə matəm elan edilib

10:46
20 Avqust

ABŞ-nin dövlət borcu ilk dəfə 40 trilyon dolları keçib

10:45
20 Avqust

Azərbaycanlı jurnalistlər Səmərqəndə gəliblər

10:42
20 Avqust

Ağaca nəfəs verməklə xalqın səsini yaşatmaq olarmış

10:40
20 Avqust

Əbdülnasir Hemmati: İranın neft ixracı demək olar ki, tamamilə dayanıb

10:36
20 Avqust

Çin şirkəti avtomobillər üçün Günəş enerjisi yığan panoram damların kütləvi istehsalına başlayır

10:33
20 Avqust

Qızılın qiyməti iki ayın maksimumuna yüksəlib

10:31
20 Avqust

Azərbaycanın ilk qadın Xalq şairi

10:30
20 Avqust

Kimliyini qoruyan xalq dünyaya daha inamla açılır

10:20
20 Avqust

BMT: Humanitar yardım təşkilatlarının əməkdaşlarına qarşı törədilən hücumların sayı rekord həddə çatıb

10:19
20 Avqust

Tramp İrana qarşı nəhəng iqtisadi müharibə elan edib

10:18
20 Avqust

Türkiyə XİN: Yunanıstanın Egey dənizi üzrə məkan planlaşdırmasının Türkiyənin hüquqi mövqeyinə təsiri yoxdur

10:16
20 Avqust

Birjalarda qızıl və gümüşün qiyməti müxtəlif istiqamətlərdə dəyişib

10:14
20 Avqust

Yaşıl tarlalar bir azdan ağ örpəyə bürünəcək

10:10
20 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!