23 Avqust 2026 18:03
96
SİYASƏT
A- A+
Azərbaycan Prezidentinin Özbəkistana dövlət səfəri: strateji tərəfdaşlıqdan əbədi dostluğa

Azərbaycan Prezidentinin Özbəkistana dövlət səfəri: strateji tərəfdaşlıqdan əbədi dostluğa

Azərbaycan və Özbəkistan arasında münasibətlər son illərdə keyfiyyətcə yeni mərhələyə yüksəlib. Qarşılıqlı etimad və ortaq strateji maraqlar üzərində qurulan bu əlaqələr artıq sadəcə iki qardaş dövlət arasındakı ikitərəfli münasibətlər deyil, daha geniş regional əməkdaşlığın mühüm dayaqlarından biri kimi çıxış edir. Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri də məhz bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Səfər Azərbaycan–Özbəkistan müttəfiqliyinin mövcud potensialının daha genişləndirilməsi və strateji tərəfdaşlığın yeni istiqamətlər üzrə dərinləşdirilməsi üçün mühüm siyasi imkan yaradır.

Bu fikirləri Milli Məclisin deputatı Səbinə Salmanova deyib.

O bildirib ki, Azərbaycan və Özbəkistan arasında münasibətlərin təməlində ortaq tarix, mədəniyyət, dil və mənəvi dəyərlərlə yanaşı, dövlətlərin strateji maraqlarının və gələcəyə baxışlarının üst-üstə düşməsi dayanır. Müttəfiqlik münasibətlərinin rəsmiləşdirilməsi isə bu əlaqələrə yeni siyasi məzmun qazandırıb. Hazırda iki ölkə arasında 220-yə yaxın sənədi əhatə edən geniş müqavilə-hüquq bazasının formalaşması əməkdaşlığın sistemli və çoxşaxəli xarakterini nümayiş etdirir. Bu baxımdan səfər çərçivəsində əldə olunacaq yeni razılaşmaların əhəmiyyəti yalnız mövcud hüquqi bazanın genişləndirilməsi ilə məhdudlaşmaycaq. Əsas məsələ siyasi iradənin konkret iqtisadi layihələrə, investisiyalara, birgə müəssisələrə və yeni əməkdaşlıq mexanizmlərinə çevrilməsidir. Xüsusilə sənaye, kənd təsərrüfatı, energetika, rəqəmsal texnologiyalar, turizm və digər sahələrdə birgə layihələrin genişləndirilməsi iki ölkənin iqtisadi potensialının daha səmərəli şəkildə birləşdirilməsinə imkan verəcək.

Deputat bildirib ki, Azərbaycan və Özbəkistanın əməkdaşlığının mühüm xüsusiyyətlərindən biri də münasibətlərin ikitərəfli çərçivədən çıxaraq daha geniş regional əhəmiyyət kəsb etməsidir. Azərbaycan Cənubi Qafqazın, Özbəkistan isə Mərkəzi Asiyanın aparıcı dövlətlərindən biri kimi Şərqlə Qərbi birləşdirən strateji məkanlarda yerləşir. Bu coğrafi üstünlük iki ölkəni nəqliyyat, logistika və ticarət marşrutlarının inkişafında təbii tərəfdaşlara çevirir. Xüsusilə Orta Dəhlizin artan geosiyasi və iqtisadi əhəmiyyəti Azərbaycan–Özbəkistan əməkdaşlığı üçün yeni imkanlar açır. Bu əməkdaşlıq yalnız iki ölkənin iqtisadi maraqlarına deyil, bütövlükdə Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında əlaqələrin möhkəmlənməsinə xidmət edir.

S.Salmanova vurğulayıb ki, Azərbaycan–Özbəkistan əməkdaşlığının regional əhəmiyyəti həm də türk dövlətləri arasında inteqrasiyanın dərinləşməsi baxımından xüsusi məna daşıyır.

“Hər iki ölkə Türk Dövlətləri Təşkilatı çərçivəsində siyasi, iqtisadi və humanitar əməkdaşlığın genişlənməsinə mühüm töhfə verir. Bu əməkdaşlıq Türk dünyasının vahid iqtisadi və nəqliyyat məkanının formalaşdırılmasına, qarşılıqlı bağlılığın gücləndirilməsinə və beynəlxalq arenada ortaq maraqların daha fəal müdafiəsinə xidmət edir. Beləliklə, Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri iki qardaş ölkə arasında münasibətlərin sadəcə növbəti diplomatik hadisəsi deyil, müttəfiqliyin praktiki nəticələrini daha da genişləndirəcək mühüm siyasi mərhələdir. Qarşıdakı dövrdə əsas vəzifə formalaşmış yüksək siyasi etimadı daha böyük iqtisadi nəticələrə, yeni sənaye və investisiya layihələrinə, geniş nəqliyyat-kommunikasiya imkanlarına və regionlararası əməkdaşlığın yeni modelinə çevirməkdir”, - deyə o qeyd edib.


"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Prezidentinin Özbəkistana dövlət səfəri: strateji tərəfdaşlıqdan əbədi dostluğa

18:03
23 Avqust

Müttəfiqlik münasibətlərindən əbədi dostluğa

17:53
23 Avqust

Daşkənddə Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib YENİLƏNƏCƏK 

16:51
23 Avqust

Xayotjon İbrahimov: Azərbaycan–Özbəkistan münasibətləri dərin institusional müttəfiqlik xarakteri daşıyır  

16:50
23 Avqust

Daşkənddə Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistan Prezidenti ilə təkbətək görüşü olub

16:48
23 Avqust

Ş.M.Mirziyoyevin “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında

16:46
23 Avqust

Camşed Jurayev : İctimai əlaqələr Azərbaycan-Özbəkistan münasibətlərinə xüsusi töhfə verir  

16:41
23 Avqust

Azərbaycan ilə Özbəkistan prezidentləri və birinci xanımlar “Kuksaroy” Dövlət İqamətgahında birgə foto çəkdiriblər

16:08
23 Avqust

Cənubi Qafqaz və Mərkəzi Asiyanı birləşdirən yeni geosiyasi xətt

16:01
23 Avqust

Qazaxıstanda Qurultay seçkilərində seçici fəallığı 65,37 faizə yüksəlib YENİLƏNİB 2

15:41
23 Avqust

Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub YENİLƏNİB

15:23
23 Avqust

Azərbaycan-Özbəkistan münasibətləri: Avrasiyada yeni güc mərkəzi  

15:21
23 Avqust

Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi üç dəfədən çox artıb   

14:54
23 Avqust

Azərbaycan Prezidenti və birinci xanım Daşkənddə Ümummilli Liderin barelyefi önünə gül dəstələri qoyublar YENİLƏNİB 

14:47
23 Avqust

Hikmət Hacıyev: Azərbaycan-Özbəkistan dostluğu siyasi müstəvidə də əbədi dostluq xarakteri daşıyır  

14:19
23 Avqust

Həftənin ilk gününün hava proqnozu açıqlanıb

14:13
23 Avqust

Prezident İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib

14:11
23 Avqust

Bakı ilə Daşkənd arasında siyasi dialoq ən ali zirvəyə çatıb

13:34
23 Avqust

Prezident Əliyevin Özbəkistana dövlət səfəri iki dövlət arasında əlaqələrin daha da dərinləşməsinə böyük təkan verəcək

13:21
23 Avqust

Qardaşlığın və müttəfiqliyin yeni zirvəsi

13:12
23 Avqust

Prezident İlham Əliyev Özbəkistana dövlət səfərinə gəlib

13:03
23 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!