23 Avqust 2026 13:34
275
SİYASƏT
A- A+
Bakı ilə Daşkənd arasında siyasi dialoq ən ali zirvəyə çatıb

Bakı ilə Daşkənd arasında siyasi dialoq ən ali zirvəyə çatıb

    Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri iki ölkə arasında tarixi köklərə söykənən dostluq və qardaşlıq münasibətlərinin keyfiyyətcə yeni, strateji müttəfiqlik səviyyəsinə yüksəlməsinin bariz göstəricisidir. 
Son illərdə iki ölkə rəhbərlərinin müntəzəm qarşılıqlı səfərləri, imzalanan mühüm sənədlər və Ali Dövlətlərarası Şuranın effektiv fəaliyyəti Bakı ilə Daşkənd arasında siyasi dialoqu ən ali zirvəyə çatdırıb. 
Təsadüfi deyil ki, son 5 ildə Prezident İlham Əliyev Özbəkistana 2 dövlət səfəri və 4 işgüzar səfər edib. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev də həmin müddətdə ölkəmizə 2 dövlət səfəri və 7 işgüzar səfər edib. 
Şərqlə Qərbi birləşdirən strateji nəqliyyat koridorlarında təbii tərəfdaş olan Azərbaycan və Özbəkistan iqtisadiyyat, energetika, ticarət, mədəniyyət və Türk dünyasının inteqrasiyası sahəsində nümunəvi əməkdaşlıq modeli nümayiş etdirirlər.

Sarsılmaz qardaşlıq və müttəfiqlik münasibətləri

    Bu tarixi səfər ərəfəsində Prezident İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) geniş müsahibə verərək ikitərəfli əlaqələrin indiki vəziyyəti, gələcək perspektivləri və regional əməkdaşlıq barədə mühüm məqamlara toxunub. Ölkəmizin rəhbəri xalqlarımız arasındakı dərin tarixi bağları və dövlət başçıları arasındakı səmimi dostluğu xüsusi vurğulayıb: “İki qardaş ölkə - Azərbaycan və Özbəkistan arasında münasibətlər ortaq tarixə, mədəniyyətə, dil və mənəvi dəyərlərə, həmçinin birliyə, həmrəyliyə və xalqlarımızın əsrlərlə davam etdirdiyi, nəsildən-nəslə ötürdüyü dərin qarşılıqlı rəğbətə əsaslanır. Bu möhkəm bünövrə üzərində qurulan dövlətlərarası münasibətlər son illər misli görünməmiş inkişaf mərhələsinə qədəm qoyub, ən yüksək pilləyə - müttəfiqlik səviyyəsinə yüksəlib və tamamilə yeni məzmun qazanıb”. 
Dövlətimizin rəhbəri vurğulayıb ki, “Prezident Mirziyoyevin ölkələrimiz arasında qardaşlıq, birlik və müttəfiqlik naminə yorulmaz və qətiyyətli fəaliyyəti ona Azərbaycanda dərin hörmət və rəğbət qazandırıb”.
İki ölkə arasında ticarət dövriyyəsi sürətli artım dinamikasına malikdir. Belə ki, Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi 2025-ci ildə əvvəlki illə müqayisədə üç dəfədən çox artıb və 795 milyon dollar təşkil edib. Bundan əlavə, 2026-cı ilin yanvar-may aylarında ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 33 faiz artaraq 144 milyon dollara çatıb.
“Azərbaycan ilə Özbəkistanın iqtisadi imkanları bir-birini tamamlayır və yeni əməkdaşlıq formatlarının yaradılması üçün geniş üfüqlər açır. Biz Azərbaycan şirkətlərinin Özbəkistanda və özbək şirkətlərinin Azərbaycanda daha fəal iştirakını, həmçinin birgə istehsal və investisiya layihələrinin sayının artmasını dəstəkləyirik.
Azərbaycan ilə Özbəkistanın iqtisadi imkanları bir-birini tamamlayır və yeni əməkdaşlıq formatlarının yaradılması üçün geniş üfüqlər açır”- deyə, ölkəmizin başçısı bildirib. 
Özbəkistanın Füzulidə inşa etdiyi Mirzə Uluqbəy adına 1 nömrəli məktəb və “Dostluq bağı” layihəsi, eləcə də media və QHT sahəsindəki birgə təşəbbüslər xüsusi qeyd olunub.
     Bütün bunlar Azərbaycan ilə Özbəkistan arasındakı dostluq və qardaşlıq əlaqələrinin sadəcə bəyanatlarla məhdudlaşmadığını, eyni zamanda real, qalıcı və gələcəyə hesablanmış əməli addımlarla dəstəkləndiyini göstərən ən parlaq rəmz, eyni zamanda Özbəkistan xalqının Qarabağın bərpasına və yenidən qurulmasına verdiyi mənəvi və maddi töhfənin təcəssümüdür.

 Türk dünyasında birlik 

Türk dövlətləri çərçivəsində əməkdaşlıq Azərbaycanın xarici siyasətində, eləcə də regional geostrateji baxışlarında aparıcı xətlərdən birini təşkil edir. Bu mənada hər iki ölkə türk dünyasını təkcə tarixi və mədəni köklərlə bağlı olan bir məkan kimi deyil, müasir dövrün iqtisadi, siyasi və hərbi-strateji reallıqlarına birgə cavab verən güc mərkəzi kimi qiymətləndirir.
Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində Bakı və Daşkəndin birgə fəaliyyəti təşkilatın beynəlxalq nüfuzunu əhəmiyyətli dərəcədə artırır. Azərbaycanın Cənubi Qafqazdakı, Özbəkistanın isə Mərkəzi Asiyadakı aparıcı rolu TDT-nin coğrafi və siyasi çəkisini ikiqat artırır. Təşkilat daxilində imzalanan bəyannamələr, yaradılan ortaq fondlar və qəbul edilən strateji sənədlər türk xalqlarının vahid platformadan çıxış etməsini, təhlükəsizlik və iqtisadi sabitlik naminə resurslarını birləşdirməsini təmin edir.
Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərinə tamhüquqlu üzv kimi qoşulması və əməkdaşlığın “C5”-dən “C6” formatına keçməsi türk dövlətləri arasındakı inteqrasiyanın keyfiyyətcə yeni səviyyəsidir.
Bu tarixi dövlət səfəri çərçivəsində Prezident İlham Əliyevin Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə keçirəcəyi ikitərəfli görüşlər, eləcə də Ali Dövlətlərarası Şuranın üçüncü iclası ikitərəfli münasibətlərin gələcək xəritəsini müəyyən edən əsas siyasi platformaya çevrilir.
Səfər çərçivəsində iqtisadiyyat, nəqliyyat, energetika, kənd təsərrüfatı və mədəni-humanitar sahələri əhatə edən bir sıra əhəmiyyətli sənədlərin imzalanması nəzərdə tutulur. Bu müqavilə və razılaşmalar imzalanan Müttəfiqlik Münasibətləri haqqında Müqavilənin reallaşmasını təmin edəcək və iki ölkə arasında strateji tərəfdaşlığın hüquqi baza təməlini daha da möhkəmləndirəcək.
Bütün bu təmaslar göstərir ki, Bakı və Daşkənd arasındakı münasibətlər təkcə iki ölkənin milli maraqlarına xidmət etmir, həm də Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarının təhlükəsizliyinə, iqtisadi inteqrasiyasına və Türk dünyasının vahid güc mərkəzi kimi formalaşmasına fundamental töhfə verir. Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri bu ali məqsədlərə çatmaq yolunda atılmış növbəti tarixi addımdır.

Yasəmən MUSAYEVA,
“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub YENİLƏNİB

15:23
23 Avqust

Azərbaycan-Özbəkistan münasibətləri: Avrasiyada yeni güc mərkəzi  

15:21
23 Avqust

Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi üç dəfədən çox artıb   

14:54
23 Avqust

Azərbaycan Prezidenti və birinci xanım Daşkənddə Ümummilli Liderin barelyefi önünə gül dəstələri qoyublar YENİLƏNİB 

14:47
23 Avqust

Qazaxıstanda Qurultay seçkilərində seçici fəallığı 53,12 faizə çatıb

14:23
23 Avqust

Hikmət Hacıyev: Azərbaycan-Özbəkistan dostluğu siyasi müstəvidə də əbədi dostluq xarakteri daşıyır  

14:19
23 Avqust

Həftənin ilk gününün hava proqnozu açıqlanıb

14:13
23 Avqust

Prezident İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib

14:11
23 Avqust

Bakı ilə Daşkənd arasında siyasi dialoq ən ali zirvəyə çatıb

13:34
23 Avqust

Prezident Əliyevin Özbəkistana dövlət səfəri iki dövlət arasında əlaqələrin daha da dərinləşməsinə böyük təkan verəcək

13:21
23 Avqust

Qardaşlığın və müttəfiqliyin yeni zirvəsi

13:12
23 Avqust

Prezident İlham Əliyev Özbəkistana dövlət səfərinə gəlib

13:03
23 Avqust

Azərbaycan-Özbəkistan: Ortaq tarixə əsaslanan ikitərəfli əlaqələr yeni istiqamətlərlə zənginləşir

11:59
23 Avqust

Fuad Muradov Vaşinqtonda Azərbaycan icmasının üzvləri ilə görüşüb

11:23
23 Avqust

Səbinə Əliyeva: Ombudsman və milli insan hüquqları təsisatları süni intellektin təhlükəsiz tətbiqinin təşviqində mühüm rol oynayır

11:21
23 Avqust

Azərbaycan-Özbəkistan əlaqələri yeni strateji mərhələyə qədəm qoyur

10:27
23 Avqust

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

09:53
23 Avqust

Yaponiyada baş verən zəlzələ nəticəsində 20-dən çox insan xəsarət alıb

09:27
23 Avqust

Moskvaya doğru uçan 6 PUA zərərsizləşdirilib

09:12
23 Avqust

Ukrayna Silahlı Qüvvələrinin Belqorod vilayətinə hücumları nəticəsində üç nəfər yaralanıb

08:37
23 Avqust

İran: Qonşu ölkələr sanksiyalara qoşularsa, neft ixrac marşrutları hədəf alınacaq

08:09
23 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!