22 Avqust 2026 08:10
323
SİYASƏT
A- A+
Azərbaycan-Özbəkistan münasibətləri ortaq tarixə və strateji tərəfdaşlığa əsaslanır

Azərbaycan-Özbəkistan münasibətləri ortaq tarixə və strateji tərəfdaşlığa əsaslanır


Azərbaycan öz suverenliyini, təhlükəsizliyini və milli maraqlarını tam təmin etməklə yanaşı, həm də regional və qlobal miqyasda mühüm siyasi xətt yürüdür. Bütün ölkələrlə qarşılıqlı hörmət və faydalı əməkdaşlıq prinsipinə əsaslanan bu siyasi kurs xüsusilə Vətən müharibəsindən sonra Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıqların əsas hərəkətverici qüvvəsinə çevrilib. 

Ölkəmizin təşəbbüsü və fəal iştirakı ilə reallaşan irimiqyaslı energetika, nəqliyyat və logistika layihələri təkcə Avrasiya məkanında təhlükəsizliyə töhfə vermir, həm də geniş coğrafiyada iqtisadi inteqrasiyanı sürətləndirir.

Dövlətimizin xarici siyasətində tarixi, mədəni və strateji baxımdan yaxın olan regionlarla əlaqələrin yeni müstəviyə qaldırılması prioritet təşkil edir. Bu uğurlu xarici siyasət kursunda Mərkəzi Asiya ölkələri ilə münasibətlərin inkişafı mühüm yer tutur. Regionun sürətlə inkişaf edən dövlətlərindən olan Özbəkistan ilə əlaqələr də bu baxımdan böyük əhəmiyyətə malikdir. Azərbaycan və Özbəkistan arasında diplomatik münasibətlər 1995-ci il oktyabrın 2-də qurulsa da, xalqlarımızı əsrlər boyu davam edən sarsılmaz dostluq və qardaşlıq telləri bağlayır. Ortaq tarixi, dini, mədəniyyəti və eyni soy-kökü bölüşən hər iki xalqın münasibətləri qədim dövrlərə gedib çıxır. 

İki xalq arasında qardaşlıq münasibətləri sovet dövründə də davam edib. 1930-cu illərin kütləvi repressiyaları zamanı on minlərlə azərbaycanlı Özbəkistanda sığınacaq tapıb. 1966-cı ilin zəlzələsindən sonra azərbaycanlılar Daşkəndin bərpasında fəal iştirak ediblər. Prezident İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibəsində xalqlarımız arasındakı bu mənəvi bağları belə qiymətləndirib: "İki qardaş ölkə - Azərbaycan və Özbəkistan arasında münasibətlər ortaq tarixə, mədəniyyətə, dil və mənəvi dəyərlərə, həmçinin birliyə, həmrəyliyə və xalqlarımızın əsrlərlə davam etdirdiyi, nəsildən-nəslə ötürdüyü dərin qarşılıqlı rəğbətə əsaslanır. Bu möhkəm bünövrə üzərində qurulan dövlətlərarası münasibətlər son illər misli görünməmiş inkişaf mərhələsinə qədəm qoyub, ən yüksək pilləyə - müttəfiqlik səviyyəsinə yüksəlib və tamamilə yeni məzmun qazanıb".

Müstəqillik illərində ikitərəfli əlaqələrin formalaşmasında Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri olub. Ulu Öndərin özbək liderlərlə səmimi dostluğu münasibətlərin təməlini qoyub. Bu strateji xətt Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində keyfiyyətcə yeni müstəviyə daşınıb. İki ölkə liderinin şəxsi dostluğu və qarşılıqlı etimadı dövlətlərarası əlaqələrin sürətli inkişafında həlledici rol oynayır. Dövlətimizin başçısı bu xüsusa da diqqət çəkib: "Özbəkistan Respublikasının Prezidenti, əziz qardaşım, hörmətli Şavkat Miromonoviç Mirziyoyev ilə mənim aramda mövcud olan səmimi dostluq, qarşılıqlı hörmət və etimad Azərbaycan-Özbəkistan qardaşlığının möhkəmlənməsində, dövlətlərarası əlaqələrin hazırkı səviyyəyə qaldırılmasında və müttəfiqliyimizin inkişafında xüsusi rol oynayır".

Liderlərin intensiv qarşılıqlı səfərləri münasibətlərin inkişafında mühüm rol oynayıb. Son illərdə imzalanan "Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə" və "Müttəfiqlik münasibətləri haqqında Müqavilə" ikitərəfli əlaqələrin hüquqi bazasını daha da möhkəmləndirib. Həmçinin təsis edilən Ali Dövlətlərarası Şura strateji tərəfdaşlığın dərinləşdirilməsi üçün mühüm institusional mexanizmə çevrilib. Özbəkistan keçmiş Qarabağ münaqişəsində hər zaman Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib. Qardaş ölkə tərəfindən Füzuli şəhərində inşa edilən Mirzə Uluqbəy adına tam orta məktəb və "Dostluq bağı" bu dəstəyin və sarsılmaz birliyin parlaq rəmzləridir. 

Qarşılıqlı etimad iqtisadi və ticari sahədə də əksini tapır. İkitərəfli ticarət dövriyyəsi sürətlə artır. 500 milyon dollar kapitalla yaradılan Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti fəal layihələr həyata keçirir. Avtomobil sənayesi, energetika, "yaşıl enerji" və nəqliyyat-logistika sahələrində sıx əməkdaşlıq mövcuddur. İki ölkənin coğrafi mövqeyi Şərqlə Qərbi birləşdirən Orta dəhliz çərçivəsində yükdaşımaların həcmini artırmağa imkan verir. Prezident İlham Əliyev müsahibəsində iqtisadi əlaqələrin inkişaf tempini belə ifadə edib: "İqtisadi-ticari əməkdaşlığımız son illərdə sürətli inkişaf dinamikası nümayiş etdirir. Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi 2025-ci ildə əvvəlki illə müqayisədə üç dəfədən çox artıb və 795 milyon dollar təşkil edib. Bu, əla göstəricidir. Bundan əlavə, 2026-cı ilin yanvar-may aylarında ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 33 faiz artaraq 144 milyon dollara çatıb". 

Çoxtərəfli diplomatiya müstəvisində, xüsusilə Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində Azərbaycan və Özbəkistanın əməkdaşlığı müstəsna əhəmiyyət kəsb edir. Hər iki dövlət TDT-ni türk dünyasının siyasi, iqtisadi və mənəvi gücünü artıran mühüm birlik kimi qiymətləndirir. Eyni zamanda Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərində tamhüquqlu iştirakı ilə "C5" formatının "C6" formatına çevrilməsi regionlararası inteqrasiyanı yeni səviyyəyə qaldırıb. Dövlətimizin başçısı iki ölkənin TDT çərçivəsində əməkdaşlığına toxunaraq qeyd edib: "Azərbaycan ilə Özbəkistan arasında Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq xüsusi əhəmiyyətə malikdir. Ötən il Qəbələdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü keçirildi. Təşkilat çərçivəsində əməkdaşlığa dair əsas məsələlər müzakirə edildi və TDT-nin möhkəmləndirilməsi, türk dünyasında daha sıx birliyin təmin edilməsi, onun siyasi, iqtisadi və hərbi gücünün artırılması, həmçinin qlobal arenada təsir və güc mərkəzinə çevrilməsi məqsədilə bəyannamələr imzalandı". Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan və Özbəkistan TDT-ni təkcə dövlətlərarası əməkdaşlıq platforması kimi deyil, həm də ortaq tariximizi, mədəniyyətimizi və mənəvi dəyərlərimizi gələcəyə daşıyan mühüm birlik kimi dəyərləndirir. 

İkitərəfli münasibətlərin vacib elementlərindən biri də hərbi-texniki sahədə əməkdaşlığın genişlənməsidir. İki ölkənin müdafiə nazirlikləri arasında imzalanan fəaliyyət planlarına uyğun olaraq keçirilən birgə taktiki təlimlər, müdafiə sənayesi sahəsində təcrübə mübadiləsi və hərbçilərin peşəkarlığının artırılmasına yönəlmiş addımlar regional təhlükəsizliyin və sabitliyin təmin olunmasında müstəsna rol oynayır. 

Dövlətlərarası inteqrasiyanı tamamlayan mühüm amillər arasında mədəni-humanitar sahələrdə əməkdaşlıq da önəmli rol oynayır. Daşkənddə fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi, mütəmadi təşkil olunan Mədəniyyət Günləri, media forumları və ali təhsil müəssisələri arasındakı birbaşa əməkdaşlıq xalqlarımızın bir-birini daha yaxından tanımasına, gənc nəsillər arasında mənəvi körpülərin sarsılmaz olmasına xidmət edir. 

Nəticə etibarı ilə Azərbaycan-Özbəkistan münasibətləri ortaq köklərə, qarşılıqlı hörmətə və strateji müttəfiqliyə söykənərək yüksələn xətlə inkişaf edir. Dövlətlərimiz arasında imzalanmış çoxsaylı sənədlər və iki ölkə liderinin siyasi iradəsi bu əməkdaşlığı daha sarsılmaz edir. Əsrlərdən gələn bu dostluq və qardaşlıq münasibətləri bundan sonra da möhkəmlənərək həm xalqlarımızın rifahına, həm də bütün türk dünyasının güclənməsinə xidmət edəcək.


İsmayıl QOCAYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bilmək istəyirəm

10:00
22 Avqust

Torpağın dilini bilirdi

09:50
22 Avqust

Əsrləri aşan söz və fikir dühası

09:40
22 Avqust

Adı turizm brendinə çevrilən Qəbələ

09:30
22 Avqust

Ölkəmizə turist gətirən çarter aviareyslər subsidiyalaşdırılacaq

09:20
22 Avqust

3 yeni turizm və rekreasiya zonası yaradılacaq

09:10
22 Avqust

ABŞ-İran müharibəsi səbəbindən dünya 2,6 milyard barel neft itirib

09:00
22 Avqust

Tarixi qardaşlıqdan strateji müttəfiqliyə

08:52
22 Avqust

Azərbaycan qadını peşə seçimində sərhəd tanımır

08:50
22 Avqust

Yeni əsasnamə kiçik və orta biznesə yeni imkanlar verəcək

08:40
22 Avqust

907-ci düzəlişin hüquqi ləğvi labüddür

08:30
22 Avqust

Xankəndi, Xocalı və Ağdərə növbəti sakinlərini qarşıladı

08:20
22 Avqust

Azərbaycan-Özbəkistan münasibətləri ortaq tarixə və strateji tərəfdaşlığa əsaslanır

08:10
22 Avqust

Dövlət proqramı turizmin daha sürətli inkişafına geniş imkanlar yaradacaq

08:00
22 Avqust

"Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

01:08
22 Avqust

"Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında energetika sahəsində əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

01:06
22 Avqust

"Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında iqtisadi əməkdaşlığın inkişafı və dərinləşdirilməsinin əsas istiqamətləri haqqında Saziş"in təsdiq edilməsi barədə

01:04
22 Avqust

"Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Türkmənistanın Dövlət Gömrük Xidməti arasında qarşılıqlı ticarətin gömrük statistikası sahəsində əməkdaşlıq haqqında Protokol"un təsdiq edilməsi barədə

00:51
22 Avqust

"Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nun təsdiq edilməsi barədə

00:50
22 Avqust

Azərbaycan səfiri etimadnaməsini Kosta Rika Prezidentinə təqdim edib

23:31
21 Avqust

Azərbaycan–Özbəkistan münasibətləri: qardaşlıqdan müttəfiqliyə, regional tərəfdaşlıqdan yeni geosiyasi imkanlara doğru

20:53
21 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!