23 Avqust 2026 16:41
90
SİYASƏT
A- A+
Camşed Jurayev : İctimai əlaqələr Azərbaycan-Özbəkistan münasibətlərinə xüsusi töhfə verir  

Camşed Jurayev : İctimai əlaqələr Azərbaycan-Özbəkistan münasibətlərinə xüsusi töhfə verir  

Dövlətlər arasında münasibətləri qiymətləndirərkən ənənəvi olaraq səfərlərə, sazişlərə və iri iqtisadi layihələrə diqqət yetiririk. Lakin münasibətlərin uzunmüddətli dayanıqlılığı həm də cəmiyyətlər arasında əlaqələrin sıxlığı ilə də müəyyən olunur. Məhz bu istiqamətdə bu gün Özbəkistan və Azərbaycan arasında keyfiyyətcə yeni dəyişiklik baş verir: qarşılıqlı fəaliyyət tədricən rəsmi diplomatiya çərçivəsindən kənara çıxaraq QHT-ləri, universitetləri, ekspert və informasiya ictimaiyyətini əhatə edir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında özbək ekspert, Demokratik Proseslərin Təhlili Mərkəzinin (DPTM) Buxara vilayət bölməsinin rəhbəri Camşed Jurayev deyib.

Onun sözlərinə görə, ən diqqətçəkən nümunə bu ilin yayında ortaya çıxdı. Həmin dövrdə Özbəkistan və Azərbaycan ilk dəfə qeyri-hökumət təşkilatları üçün birgə qrant müsabiqəsi elan etdilər. Onun modeli ənənəvi maliyyələşdirmə mexanizmindən prinsipial şəkildə fərqlənir: müsabiqədə yalnız ən azı bir Özbəkistan və bir Azərbaycan QHT-sinin daxil olduğu koalisiya iştirak edə bilər. Layihələr isə Özbəkistan təşkilatları tərəfindən Azərbaycanda, Azərbaycan təşkilatları tərəfindən Özbəkistanda həyata keçirilməlidir. Kiçik qrantların məbləği 210 milyon suma qədər, böyük qrantların məbləği isə 210 milyondan 280 milyon sumadəkdir. Mahiyyət etibarilə, ilk dəfə olaraq iki ölkənin vətəndaş cəmiyyəti təşkilatları arasında formal əlaqələri deyil, birgə fəaliyyəti xüsusi olaraq stimullaşdıran maliyyə mexanizmi yaradılır.

“Daha geniş konteksti 2025-ci ilin noyabrında yaradılan və daimi qərargahı Bakıda yerləşən Türk Dövlətləri Təşkilatı ölkələrinin QHT Platforması təşkil edir. 2026-cı ilin mayında keçirilən ikinci Həmrəylik Forumu səkkiz ölkənin və ərazinin vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirdi. Bununla yanaşı, Bakı 116 dövlətdən olan təşkilatları birləşdirən Qlobal Cənub QHT Platformasının qərargahına çevrilib, WUF13 çərçivəsində isə Ümumdünya Şəhərsalma Forumları tarixində ilk dəfə ayrıca QHT Forumu keçirilib. Özbəkistanın vətəndaş cəmiyyəti üçün bu, potensial olaraq daha geniş beynəlxalq şəbəkəyə çıxış imkanı deməkdir”, - deyə C.Jurayev vurğulayıb.

Ekspert bildirib ki, üçüncü mühüm istiqamət regionlararası əlaqələrdir. 2025-ci ilin ortalarınadək artıq 16 şəhər və region arasında tərəfdaşlıq münasibətləri rəsmiləşdirilib. Onların sırasında Daşkənd–Bakı, Səmərqənd–Gəncə, Buxara–Lənkəran, Xivə–Şuşa, Kokand–Şəki və digər tərəfdaşlıqlar var. Həmin vaxtadək iki ölkənin regionlarının üç forumu Daşkənddə, Qubada və Bakıda keçirilib. Bu, dekorativ xarakterli “şəhər diplomatiyası” deyil. Onun mahiyyəti beynəlxalq münasibətlərin mərkəzsizləşdirilməsindən ibarətdir: əməkdaşlıq təkcə paytaxtlara deyil, konkret ərazilərə, yerli biznesə, universitetlərə və ictimai təşkilatlara da yeni əlaqələr və layihələr qazandırmağa başlayır.

“Təhsil sahəsində ayrıca strateji kapital formalaşır. Özbəkistan və Azərbaycan rektorlarının Əndicanda keçirilən ilk Forumunda birgə təhsil proqramlarının inkişafını, akademik mobilliyi və tədqiqatları nəzərdə tutan 60-dan çox saziş imzalanıb. Eyni zamanda, Özbəkistanda keçirilən “Study in Azerbaijan” sərgisində 17 Azərbaycan ali təhsil müəssisəsi öz imkanlarını təqdim edib. Əgər bu sazişlər real ikili diplom proqramlarına, müəllim mübadiləsinə və birgə tədqiqatlara çevrilərsə, bir neçə ildən sonra iki ölkənin əməkdaşlığını xarici siyasət ideyası kimi deyil, öz peşəkar təcrübəsinin bir hissəsi kimi qəbul edən mütəxəssislər nəsli formalaşa bilər. İnsan kapitalı, nəhayət, kağız üzərində imzalanan sənədlərdən daha uzunömürlü bir sərmayədir.

Etimadın formalaşmasında informasiya infrastrukturu da heç də az əhəmiyyət daşımır. Bakıda keçirilən ikinci Özbəkistan-Azərbaycan Media Forumu hələ 2023-cü ildə qəbul edilmiş media sahəsində əməkdaşlıq üzrə xüsusi Yol Xəritəsinin davamı olub. Gündəliyə rəqəmsallaşma, media savadlılığı, dezinformasiyaya qarşı mübarizə, jurnalistlərin, mətbuat xidmətlərinin və ictimai təşkilatların peşəkar əməkdaşlığı məsələləri daxil edilib. Qonşu ölkə haqqında ictimai təsəvvürün böyük ölçüdə sosial şəbəkələrin alqoritmləri tərəfindən formalaşdırıldığı bir dövrdə media nümayəndələri arasında birbaşa peşəkar mübadilənin keyfiyyəti ikitərəfli münasibətlərin strateji dayanıqlılığının mühüm elementinə çevrilir”, - deyə o əlavə edib.

C.Jurayevin fikrincə, Özbəkistan-Azərbaycan əməkdaşlığının növbəti mərhələsi ictimai əlaqələrin daimi infrastrukturunun formalaşdırılması ilə əlaqəlidir. QHT-lərin birgə qrantları, şəhərlər arasında tərəfdaşlıq, universitet şəbəkələri, ekspert araşdırmaları və media əməkdaşlığı ikitərəfli münasibətlərin özünəməxsus ictimai “skeletini” yaradır. Dövlətlər siyasi istiqaməti müəyyən edə bilər, lakin məhz ictimai əlaqələr həmin istiqaməti dayanıqlı edir. Birgə layihələrə nə qədər çox vətəndaş, mütəxəssis və təşkilat cəlb olunarsa, bu münasibətləri siyasi konyunkturadan asılı vəziyyətə salmaq bir o qədər çətin olar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Daşkənddə Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib YENİLƏNƏCƏK 

16:51
23 Avqust

Xayotjon İbrahimov: Azərbaycan–Özbəkistan münasibətləri dərin institusional müttəfiqlik xarakteri daşıyır  

16:50
23 Avqust

Daşkənddə Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistan Prezidenti ilə təkbətək görüşü olub

16:48
23 Avqust

Ş.M.Mirziyoyevin “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında

16:46
23 Avqust

Camşed Jurayev : İctimai əlaqələr Azərbaycan-Özbəkistan münasibətlərinə xüsusi töhfə verir  

16:41
23 Avqust

Azərbaycan ilə Özbəkistan prezidentləri və birinci xanımlar “Kuksaroy” Dövlət İqamətgahında birgə foto çəkdiriblər

16:08
23 Avqust

Cənubi Qafqaz və Mərkəzi Asiyanı birləşdirən yeni geosiyasi xətt

16:01
23 Avqust

Qazaxıstanda Qurultay seçkilərində seçici fəallığı 65,37 faizə yüksəlib YENİLƏNİB 2

15:41
23 Avqust

Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub YENİLƏNİB

15:23
23 Avqust

Azərbaycan-Özbəkistan münasibətləri: Avrasiyada yeni güc mərkəzi  

15:21
23 Avqust

Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi üç dəfədən çox artıb   

14:54
23 Avqust

Azərbaycan Prezidenti və birinci xanım Daşkənddə Ümummilli Liderin barelyefi önünə gül dəstələri qoyublar YENİLƏNİB 

14:47
23 Avqust

Hikmət Hacıyev: Azərbaycan-Özbəkistan dostluğu siyasi müstəvidə də əbədi dostluq xarakteri daşıyır  

14:19
23 Avqust

Həftənin ilk gününün hava proqnozu açıqlanıb

14:13
23 Avqust

Prezident İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib

14:11
23 Avqust

Bakı ilə Daşkənd arasında siyasi dialoq ən ali zirvəyə çatıb

13:34
23 Avqust

Prezident Əliyevin Özbəkistana dövlət səfəri iki dövlət arasında əlaqələrin daha da dərinləşməsinə böyük təkan verəcək

13:21
23 Avqust

Qardaşlığın və müttəfiqliyin yeni zirvəsi

13:12
23 Avqust

Prezident İlham Əliyev Özbəkistana dövlət səfərinə gəlib

13:03
23 Avqust

Azərbaycan-Özbəkistan: Ortaq tarixə əsaslanan ikitərəfli əlaqələr yeni istiqamətlərlə zənginləşir

11:59
23 Avqust

Fuad Muradov Vaşinqtonda Azərbaycan icmasının üzvləri ilə görüşüb

11:23
23 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!