23 Avqust 2026 14:13
229
CƏMİYYƏT
A- A+
Həftənin ilk gününün hava proqnozu açıqlanıb

Həftənin ilk gününün hava proqnozu açıqlanıb


Azərbaycanda avqustun 24-nə olan hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz olacağı gözlənilir. Cənub-qərb küləyi əsəcək, səhər şimal-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 22-25, gündüz 33-38 dərəcə isti olacaq. Atmosfer təzyiqi 758 millimetr civə sütunu, nisbi rütubət gecə 70-75, gündüz 40-50 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz olacağı gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 20-25, gündüz 35-38, bəzi yerlərdə 40 dərəcəyədək isti, dağlarda gecə 14-19, gündüz 23-28 dərəcə isti olacağı ehtimal edilir.

Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərurda hava əsasən yağmursuz olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-24° isti, gündüz 33-38° isti olacaq.

Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Füzuli, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy, Göygöldə hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər dağlarda duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-19° isti, gündüz 23-28° isti, bəzi yerlərdə 31-36° isti olacaq.

Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilanda hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər dağlarda duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-18° isti, gündüz 20-25°, bəzi yerlərdə 31-36° isti olacaq.

Qazax, Gəncə, Samux, Goranboy, Tərtər, Şəmkir, Tovuz, Naftalanda hava əsasən yağmursuz olacaq. Gecə və səhər dağlarda duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-23° isti, gündüz 34-39° isti olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusarda hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər dağlarda duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-22° isti, gündüz 32-37° isti, dağlarda gecə 14-18° isti, gündüz 23-28° isti olacaq.

Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Bərdə, Beyləqan, Sabirabad, Mingəçevir, Biləsuvar, Saatlı, Göyçay, Ucar, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçalada hava yağmursuz olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 35-38°, bəzi yerlərdə 40°-dək isti olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabadda hava yağmursuz olacaq. Gecə və səhər dağlarda duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-23° isti, gündüz 32-37° isti, dağlarda gecə 18-20° isti, gündüz 25-30° isti olacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub YENİLƏNİB

15:23
23 Avqust

Azərbaycan-Özbəkistan münasibətləri: Avrasiyada yeni güc mərkəzi  

15:21
23 Avqust

Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi üç dəfədən çox artıb   

14:54
23 Avqust

Azərbaycan Prezidenti və birinci xanım Daşkənddə Ümummilli Liderin barelyefi önünə gül dəstələri qoyublar YENİLƏNİB 

14:47
23 Avqust

Qazaxıstanda Qurultay seçkilərində seçici fəallığı 53,12 faizə çatıb

14:23
23 Avqust

Hikmət Hacıyev: Azərbaycan-Özbəkistan dostluğu siyasi müstəvidə də əbədi dostluq xarakteri daşıyır  

14:19
23 Avqust

Həftənin ilk gününün hava proqnozu açıqlanıb

14:13
23 Avqust

Prezident İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib

14:11
23 Avqust

Bakı ilə Daşkənd arasında siyasi dialoq ən ali zirvəyə çatıb

13:34
23 Avqust

Prezident Əliyevin Özbəkistana dövlət səfəri iki dövlət arasında əlaqələrin daha da dərinləşməsinə böyük təkan verəcək

13:21
23 Avqust

Qardaşlığın və müttəfiqliyin yeni zirvəsi

13:12
23 Avqust

Prezident İlham Əliyev Özbəkistana dövlət səfərinə gəlib

13:03
23 Avqust

Azərbaycan-Özbəkistan: Ortaq tarixə əsaslanan ikitərəfli əlaqələr yeni istiqamətlərlə zənginləşir

11:59
23 Avqust

Fuad Muradov Vaşinqtonda Azərbaycan icmasının üzvləri ilə görüşüb

11:23
23 Avqust

Səbinə Əliyeva: Ombudsman və milli insan hüquqları təsisatları süni intellektin təhlükəsiz tətbiqinin təşviqində mühüm rol oynayır

11:21
23 Avqust

Azərbaycan-Özbəkistan əlaqələri yeni strateji mərhələyə qədəm qoyur

10:27
23 Avqust

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

09:53
23 Avqust

Yaponiyada baş verən zəlzələ nəticəsində 20-dən çox insan xəsarət alıb

09:27
23 Avqust

Moskvaya doğru uçan 6 PUA zərərsizləşdirilib

09:12
23 Avqust

Ukrayna Silahlı Qüvvələrinin Belqorod vilayətinə hücumları nəticəsində üç nəfər yaralanıb

08:37
23 Avqust

İran: Qonşu ölkələr sanksiyalara qoşularsa, neft ixrac marşrutları hədəf alınacaq

08:09
23 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!