10 Dekabr 2025 14:55
415
DÜNYA
A- A+
Paşinyan: “Tramp marşrutu”nun tikintisinə 2026-cı ildə başlanılacaq  

Paşinyan: “Tramp marşrutu”nun tikintisinə 2026-cı ildə başlanılacaq  


“Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) nəqliyyat şəbəkəsinin tikintisinə 2026-cı ildə başlanılacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Almaniyaya rəsmi səfəri zamanı bildirib. "Hazırda biz amerikalı həmkarlarımızla TRIPP nəqliyyat şəbəkəsinin inkişafı layihəsinin ümumi şərtləri ilə bağlı intensiv danışıqlar aparırıq. “TRIPP Company” şirkəti dəmir yolları və avtomobil yollarının, neft və qaz kəmərlərinin, həmçinin fiber-optik kabellərin zəruri infrastrukturunu inkişaf etdirmək hüququna malik Ermənistan-Amerika birgə müəssisəsi olacaq. Biz layihənin mərhələlərlə reallaşmasına gələn il başlayacağıq”, - deyə Paşinyan qeyd edib.

Xatırladaq ki, avqustun 8-də Vaşinqtonda Ermənistanla Azərbaycan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında saziş paraflanıb. Elə həmin gün Azərbaycan, Ermənistan və ABŞ liderləri TRIPP layihəsini də nəzərdə tutan birgə bəyannamə imzalayıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!