09 Dekabr 2025 13:18
293
CƏMİYYƏT
A- A+
Parlamentdə “Daxili qoşunlar haqqında” yeni qanun layihəsi üçüncü oxunuşda təsdiqlənib  

Parlamentdə “Daxili qoşunlar haqqında” yeni qanun layihəsi üçüncü oxunuşda təsdiqlənib  


Parlamentdə “Daxili qoşunlar haqqında” yeni qanun layihəsi üçüncü oxunuşda təsdiq edilib.

AZƏRTAC xəbər verir ki, Milli Məclisin dekabrın 9-da keçirilən iclasının gündəliyinə daxil edilmiş qanun layihəsində Daxili Qoşunların ölkənin konstitusiya quruluşunun, dövlət suverenliyinin, ictimai qaydanın və ümumi təhlükəsizliyin təmin olunmasında rolu hüquqi baxımdan əhatəli şəkildə tənzimlənir.

Layihə, həmçinin Daxili Qoşunların səlahiyyət dairəsini, strukturunu, idarəetmə mexanizmini və fəaliyyət istiqamətlərini müəyyən edir.

Qanun layihəsi ümumilikdə 6 fəsil və 30 maddədən ibarətdir. Sənəddə qeyd edilir ki, daxili qoşunların şəxsi heyəti hərbi qulluqçular və mülki işçilərdən ibarət olacaq. Hərbi qulluqçular üçün peşəkar hazırlıq, fiziki və ixtisas göstəriciləri, xüsusi vasitələrdən və texnikadan istifadə bacarığı vacib şərtlər kimi göstərilir. Onların mütəmadi olaraq fiziki hazırlıq səviyyələri, silah və texnikadan istifadə vərdişləri, habelə ilkin tibbi yardım göstərmə bacarıqları qiymətləndiriləcək.

Qanun layihəsi, həmçinin mülki heyətlə bağlı əmək münasibətlərinin Azərbaycan Respublikasının əmək qanunvericiliyi çərçivəsində tənzimlənəcəyini təsbit edir.

Daxili qoşunlar üçün kadr hazırlığı, ixtisasartırma və elmi-tədqiqat fəaliyyəti həyata keçirən xüsusi təyinatlı təhsil müəssisələrinin mövcudluğu da layihədə əksini tapıb. Hərbi qulluqçular bu müəssisələrdə yerli qanunvericiliyə uyğun təhsil ala, eyni zamanda, beynəlxalq müqavilələr çərçivəsində xarici ixtisaslaşdırılmış təhsil ocaqlarında təhsillərini davam etdirə bilərlər.

Layihəyə əsasən, daxili qoşunların şəxsi heyətinin və onların ailə üzvlərinin təhlükəsizliyini təmin etmək məqsədilə onların xidmət və yaşayış yerləri barədə məlumatların media subyektlərində, internet resurslarında və ya digər informasiya-telekommunikasiya şəbəkələrində yayılmasına qadağa qoyulur. Eyni zamanda, Daxili Qoşunların fəaliyyəti ilə bağlı məlumatların yalnız müvafiq komandanlığın icazəsi ilə paylaşılmasına icazə verilir.

Yeni qanun qüvvəyə mindikdən sonra hazırda qüvvədə olan “Daxili qoşunların statusu haqqında” Qanun ləğv ediləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!