21 Avqust 2026 10:11
103
SİYASƏT
A- A+
MSK sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstanda səfərdədir

MSK sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstanda səfərdədir


Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstan Respublikasında səfərdədir.

Bu barədə AZƏRTAC-a MSK Katibliyinin Media və kommunikasiya şöbəsindən məlumat verilib.

Qazaxıstan Mərkəzi Seçki Komissiyasının sədri Nurlan Abdirovun dəvətinə əsasən reallaşdırılan səfərin başlıca məqsədi avqustun 23-də bu ölkədə keçiriləcək növbədənkənar parlament seçkilərini beynəlxalq müşahidəçi qismində izləməkdir. MSK təmsilçilərinin səsvermə gününədək ümumi hazırlıq prosesi və seçki komissiyalarının fəaliyyəti ilə tanış olması, habelə seçki günü paytaxt Astana şəhərində yerləşən məntəqələrdə səsvermə prosedurlarını müşahidə etməsi nəzərdə tutulur.

Nümayəndə heyəti avqustun 22-də Astanada keçiriləcək Türk Dövlətləri Təşkilatına üzv ölkələrin ali seçki qurumlarının Məşvərət Platformasının iclasında da iştirak edəcək. İclas zamanı seçki administrasiyaları arasında davamlı dialoq və əməkdaşlığın mövcud vəziyyəti və gələcək inkişaf istiqamətləri, seçki idarəçiliyi sahəsində qabaqcıl təcrübələrin mübadiləsi, institusional əlaqələrin gücləndirilməsi və digər məsələlər müzakirə olunacaq.

Səfər çərçivəsində MSK sədrinin qazaxıstanlı həmkarı ilə yanaşı, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin seçki idarəetmə orqanlarının və seçkilərin müşahidəsinə qatılan beynəlxalq təşkilatların rəhbərləri, həmçinin digər rəsmi şəxslərlə görüşləri də planlaşdırılır. Görüşlərdə qurumlararası əlaqələrin daha da dərinləşdirilməsi perspektivləri, seçkilərlə bağlı müxtəlif sahələr üzrə yeni əməkdaşlıq imkanları və qarşılıqlı maraq doğuran məsələlər müzakirə ediləcək.

Qeyd edək ki, MSK-nın təmsilçiləri Qazaxıstan Respublikasında keçirilən növbədənkənar parlament seçkilərini Türk Dövlətləri Təşkilatı, Türk Dövlətləri Parlament Assambleyası, ATƏT/DTİHB və Müstəqil Dövlətlər Birliyinin beynəlxalq müşahidə missiyalarının tərkibində də izləyirlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avqustun 21-i Beynəlxalq Terror Qurbanlarını Anma Günüdür

10:41
21 Avqust

Qızılın qiyməti 4600 dollara çatır

10:35
21 Avqust

MSK sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstanda səfərdədir

10:11
21 Avqust

Gecikmiş bəraət 

10:00
21 Avqust

Xocalı sakini: Arzumuz doğma torpağımıza qayıtmaq olub

09:53
21 Avqust

Bir şəklin tarixçəsi və ya ermənipərəst bolşeviklərin cinayətləri

09:50
21 Avqust

29 illik ömrün əbədi nəğməsi - Müşfiq poeziyası

09:40
21 Avqust

Keçmiş məcburi köçkün: Xocalıdan kədərlə çıxmışdıq, indi isə böyük sevinclə qayıdırıq

09:38
21 Avqust

Cəbrayılda uşaqlar və yeniyetmələr üçün yaradıcılıqla bağlı ustad dərsləri təşkil edilib 

09:30
21 Avqust

ABŞ maliyyə naziri İranla əlaqələri davam etdirən ölkələri iqtisadi çöküşlə hədələyib

09:24
21 Avqust

Vandalizmə məruz qalmış mədəni irsimiz

09:20
21 Avqust

Xarkovda PUA zərbəsi azərbaycanlı heykəltaraşın emalatxanasını dağıdıb

09:17
21 Avqust

İran XİN: ABŞ-nin yeni sanksiyaları “iqtisadi terrorizm və insanlığa qarşı cinayətdir”

09:16
21 Avqust

Azərbaycanın yeni səfiri etimadnaməsinin surətini Kosta Rikanın xarici işlər nazirinə təqdim edib

09:14
21 Avqust

Böyük Qayıdış: Xankəndi, Xocalı və Ağdərəyə növbəti köç karvanları yola salınıb

09:12
21 Avqust

“Qarabağ” Niderlandda "Tvente"ni minimal hesabla məğlub edib 

09:10
21 Avqust

Orta əsr Azərbaycan memarlığının qiymətli yadigarı - Şirvanşahlar sarayı

09:10
21 Avqust

Azərbaycan Avropanın alternativsiz tərəfdaşıdır

09:00
21 Avqust

Dünyada kibertəhlükəsizlik problemi ciddiləşir

08:50
21 Avqust

Rusiyanın informasiya məkanında anti-Azərbaycan ritorikası qəbuledilməzdir

08:40
21 Avqust

Dövlətin sosial siyasətinin ayrılmaz hissəsi - məşğulluğun təminatı

08:30
21 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!