21 Avqust 2026 09:00
41
SİYASƏT
A- A+
Azərbaycan Avropanın alternativsiz tərəfdaşıdır

Azərbaycan Avropanın alternativsiz tərəfdaşıdır


Azərbaycan Respublikasının Avropa dövlətləri və regionun təsisatları ilə çoxtərəfli münasibətlərinin dinamik inkişaf trayektoriyası müasir beynəlxalq hüququn təməl prinsipləri - suveren bərabərlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı nöqteyi-nəzərindən strateji tərəfdaşlıq modelinin parlaq təcəssümüdür. Xüsusilə BMT Nizamnaməsinin 2-ci maddəsində təsbit edilmiş prinsiplər çərçivəsində formalaşan bu xarici siyasət kursu Avropa İttifaqı və ona üzv dövlətlərlə ikitərəfli və çoxtərəfli hüquqi bazanın möhkəmləndirilməsi, enerji təhlükəsizliyi, eləcə də geostrateji nəqliyyat dəhlizlərinin diversifikasiyası istiqamətində keyfiyyətcə yeni mərhələyə qədəm qoyub.

Milli Məclisin deputatı Bəhruz MƏHƏRRƏMOV qəzetimizə açıqlamasında deyib ki, Bakının Avropa ilə münasibətlərdə qazandığı bu strateji üstünlük və formalaşan mürəkkəb geoiqtisadi konfiqurasiya bilavasitə Prezident İlham Əliyevin müəllifi olduğu uzaqgörən, hüquqi əsaslara söykənən və praqmatik xarici siyasət doktrinasının məntiqi nəticəsidir: "Dövlət başçısının nümayiş etdirdiyi hücum siyasəti və yumşaq güc doktrunasına əsaslanan Lider diplomatiyası milli maraqlara söykənən prinsipiallıqla beynəlxalq konyunkturanın tələblərini sintez edərək, Azərbaycanı Avrasiya məkanında şərtləri diktə edən müstəqil güc mərkəzinə çevirib. Məhz Prezident İlham Əliyevin təşəbbüsü və siyasi iradəsi sayəsində nəinki transmilli enerji və nəqliyyat marşrutlarının hüquqi-siyasi arxitekturası qurulub, həm də regional güc balansı Azərbaycanın suverenliyi və milli təhlükəsizliyi xeyrinə dəyişib. 44 günlük Vətən müharibəsi və ardınca həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü beynəlxalq hüquq normalarına, xüsusən BMT Nizamnaməsinin  fərdi və ya kollektiv özünümüdafiə hüququnu ehtiva edən 51-ci maddəsinə tam uyğun olaraq bərpa etməsi Cənubi Qafqazın geopolitik arxitekturasını köklü şəkildə dəyişib. Bu tarixi zəfərlər ölkənin hərbi-siyasi və geoiqtisadi güc imkanlarını keyfiyyətcə yeni səviyyəyə qaldırıb. Qazanılan qələbə yalnız hərbi üstünlüyün təzahürü deyil, həm də otuz ilə yaxın davam edən BMT Təhlükəsizlik Şurasının və Baş Assambleyasının kağız üzərində qalmış qətnamələrinin praktiki müstəvidə icrası kimi beynəlxalq hüquqi presedent yaradıb".

Deputat qeyd edib ki, regionda yaranmış bu yeni reallıqlar Avropa qitəsinin Azərbaycana baxış bucağını və strateji yanaşmasını da əsaslı surətdə transformasiyaya uğradıb. Başlanğıcda bəzi Avropa institutları tərəfindən müşahidə olunan qeyri-obyektiv və stereotipik yanaşmalar dəyişərək onları Bakının nümayiş etdirdiyi qətiyyətli iradə, transmilli layihələrin reallaşdırılmasındakı mərkəzi rolu və "Şərq-Qərb" nəqliyyat koridorundakı əvəzolunmaz mövqeyi qarşısında reallıqla barışmaq məcburiyyəti halına gətirib çıxarıb. İndi Avropa Azərbaycanı təkcə resurs tədarükçüsü kimi deyil, Cənubi Qafqazın sabitliyini təmin edən, Mərkəzi Asiya ilə Avropa arasında strateji körpü rolu oynayan müstəqil, suveren və sarsılmaz bir tərəfdaş kimi qəbul edir. Bu pozitiv dinamikaya baxmayaraq, Avropa Parlamentinin və Avropa Şurası Parlament Assambleyasının ayrı-ayrı dövrlərdə qəbul etdiyi qərəzli və birtərəfli qətnamələr beynəlxalq hüququn obyektivlik və neytrallıq prinsiplərinə zidd olmaqla, geosiyasi təzyiq xarakteri daşıyır. "Aydındır ki, sözügedən siyasi təsisatların tövsiyə xarakterli və icrası məcburi olmayan bu cür təşəbbüsləri müasir beynəlxalq münasibətlərin praqmatik reallıqları fonunda tamamilə uğursuz cəhdlərdən ibarətdir. Hüquqi baxımdan icraedici səlahiyyətə malik olmayan bu parlament strukturlarının bəyanatları, Avropanın aparıcı dövlətlərinin və Avropa Komissiyasının Azərbaycanla yürütdüyü realist, milli maraqlara söykənən ikitərəfli strateji tərəfdaşlıq kursuna ən azı elə qoca qitənin özünün maraqları fonunda xələl gətirə bilməz. Bakının geostrateji çəkisi, Avropanın enerji və logistika arxitekturasındakı artan mərkəzi mövqeyi bu cür daxili siyasi konyunkturaya hesablanmış subyektiv yanaşmaların strateji münasibətləri zədələməsinə imkan vermir. Avroatlantik məkanın enerji təhlükəsizliyi arxitekturasında Azərbaycanın getdikcə güclənən rolu geostrateji reallıqların və dəyişən qlobal enerji bazarlarının tələblərinə cavab verən sistemli hüquqi-siyasi konsepsiyaya söykənir. 2022-ci ildə imzalanmış "Azərbaycan Respublikası ilə Avropa Komissiyası arasında Enerji Sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu" ilə yeni keyfiyyət mərhələsinə qədəm qoyan bu əməkdaşlıq Avropanın ənənəvi enerji mənbələrindən asılılığını azaltmaqla yanaşı, regionun kollektiv təhlükəsizlik sisteminə etibarlı zəmanət verir. "Cənub qaz dəhlizi"nin əsas seqmentləri olan Trans-Anadolu və Trans-Adriatik boru kəmərlərinin tam ötürücülük gücü ilə fəaliyyət göstərməsi və artım perspektivi, eləcə də İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan və Serbiyaya qaz nəqlinin genişləndirilməsi Azərbaycanı Şərqi və Cənub-Şərqi Avropanın fiziki və hüquqi enerji təminatçısına çevirib", - deyə o əlavə edib.

B.Məhərrəmov bildirib ki, Bakının qlobal enerji siyasətində nümayiş etdirdiyi iddialı "yaşıl gündəlik" və bərpaolunan enerji mənbələri hesabına elektrik enerjisi istehsalının kəskin artırılması strategiyası Azərbaycanı həm də uzunmüddətli perspektivdə Avropa qitəsi üçün unikal və alternativsiz tərəfdaş mövqeyinə yüksəldir. Beynəlxalq ekoloji hüquq normalarına, xüsusilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası və Paris Sazişi öhdəliklərinə tam sadiq olan Azərbaycan COP29 kimi möhtəşəm qlobal platformalara evsahibliyi edərək, özünün ekoloji transformasiya iradəsini bütün dünyaya nümayiş etdirib. Qarabağ və Şərqi Zəngəzurun "yaşıl enerji" zonası elan edilməsi, Xəzər dənizinin nəhəng külək və günəş potensialının dövriyyəyə cəlb olunması, həmçinin xarici investorlarla imzalanan çoxmilyardlıq müqavilələr ölkənin elektrik enerjisi generasiyasını dəfələrlə artırır. Gürcüstan, Rumıniya və Macarıstan ilə birgə icra edilən Qara dənizin dibi ilə "Yaşıl Enerji Dəhlizi" sualtı kabel layihəsi Azərbaycanın istehsal edəcəyi ekoloji təmiz elektrik enerjisini birbaşa Avropa İttifaqının vahid enerji şəbəkəsinə inteqrasiya edəcək. Avropanın dekarbonizasiya və "xalis sıfır" hədəflərinə çatmasında bu layihə kritik rol oynadığı üçün Azərbaycan təkcə karbohidrogen deyil, məhz gələcəyin "yaşıl elektrik enerji"si təchizatçısı kimi Avropanın strateji asılılığını və ehtiyacını daha da artıq qarşılayır ki, bu da ölkəmizin regiondakı geoiqtisadi alternatvsizliyini qəti şəkildə möhkəmləndirir.

Deputat vurğulayıb ki, 1994-cü ildə imzalanmış Tərəfdaşlıq və Əməkdaşlıq Sazişindən başlayaraq, Şərq Tərəfdaşlığı təşəbbüsü və yenilənməkdə olan Hərtərəfli Tərəfdaşlıq Sazişi layihəsinə qədər uzanan hüquqi təkamül prosesi Azərbaycanın Avropa hüquq məkanına funksional inteqrasiyasını sürətləndirməklə yanaşı, Aİ-yə üzv 10-dan çox dövlətlə imzalanmış ikitərəfli strateji tərəfdaşlıq bəyannamələri vasitəsilə diplomatik münasibətlərin institusional dayanıqlılığını təmin edib: "Beynəlxalq humanitar hüquq və beynəlxalq xüsusi hüquq müstəvisində də Azərbaycan-Avropa münasibətləri bərabərhüquqlu dialoq prinsipinə söykənir. Ölkəmizin strateji coğrafi mövqeyi, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun mərkəzi halqasını təşkil etməsi ilə birgə Avropa İttifaqının "Global Gateway" strategiyası ilə tam üst-üstə düşür. Yaranmış bu yeni geopolitik reallıqlar fonunda Azərbaycanın Avropanın ticarət-iqtisadi, logistik və enerji təhlükəsizliyi sisteminə dərindən inteqrasiya olunması tərəflər arasında həm çoxtərəfli beynəlxalq konvensiyalar, həm də ikitərəfli öhdəliklər çərçivəsində qarşılıqlı maraqlara söykənən uzunmüddətli və dayanıqlı strateji tərəfdaşlığın davamlılığını sarsılmaz edir".


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Avropanın alternativsiz tərəfdaşıdır

09:00
21 Avqust

Dünyada kibertəhlükəsizlik problemi ciddiləşir

08:50
21 Avqust

Rusiyanın informasiya məkanında anti-Azərbaycan ritorikası qəbuledilməzdir

08:40
21 Avqust

Dövlətin sosial siyasətinin ayrılmaz hissəsi - məşğulluğun təminatı

08:30
21 Avqust

Azərbaycanın Avropa ölkələri ilə əlaqələri strateji tərəfdaşlığa və çoxşaxəli əməkdaşlığa əsaslanır

08:20
21 Avqust

Naxçıvan Azərbaycanın enerji xəritəsində mühüm yer tutacaq

08:10
21 Avqust

Xalqın Lideri, uşaqların böyük dostu

08:00
21 Avqust

Maestro Niyazinin anadan olmasının 114-cü ildönümü qeyd edilib

20:00
20 Avqust

Sürücülərlə yanaşı, piyadaların da qaydaları pozması ağır nəticələrə səbəb olur

19:49
20 Avqust

Azərbaycan voleybol milllisinin Avropa çempionatı üçün yekun heyəti açıqlanıb

19:42
20 Avqust

Turizm sahəsində fəaliyyət göstərən mikro və kiçik sahibkarlıq subyektlərinə subsidiya dəstəyi veriləcək

19:35
20 Avqust

Şəhərsalmanın ekoloji, bioloji və tibbi aspektlərinə dair beynəlxalq elmi simpozium təşkil ediləcək

19:28
20 Avqust

Dünya çempionatı: Azərbaycanın iki qadın güləşçisi yarımfinala yüksəlib

19:21
20 Avqust

Turizm təhsilinin inkişafı üzrə yeni tədbirlər müəyyənləşdirilib

19:14
20 Avqust

Azərbaycanda duz istehsalı 25 faizdən çox artıb

19:07
20 Avqust

İqtisadiyyat nazirinin müavini Masallıda vətəndaşların müraciətlərini dinləyib

19:00
20 Avqust

Naxçıvanın bəzi küçə və məhəllələrində elektrik enerjisinin təchizatı dayandırılacaq

18:53
20 Avqust

Turizm ixtisası üzrə kadr hazırlayan təhsil müəssisələrinin infrastrukturu təkmilləşdiriləcək

18:46
20 Avqust

“Mikro, kiçik və orta biznesin inkişafı, investisiyaların və ixracın təşviqi sahəsində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 24 fevral tarixli 607 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə

18:42
20 Avqust

Mirələm Mirələmov: Xan Şuşinskinin adı Azərbaycan muğam sənəti yaşadıqca yaşayacaq

18:39
20 Avqust

Turoperatorlara ölkəyə gətirilən əcnəbi turistlərə görə subsidiya veriləcək

18:32
20 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!