21 Avqust 2026 08:30
126
İQTİSADİYYAT
A- A+
Dövlətin sosial siyasətinin ayrılmaz hissəsi - məşğulluğun təminatı

Dövlətin sosial siyasətinin ayrılmaz hissəsi - məşğulluğun təminatı


Yarım ildə ölkə üzrə 52 mindən çox yeni iş yeri açılıb


Azərbaycanda əhalinin məşğulluğunun təmin edilməsi prioritetlər sırasında olan, bu səbəbdən də gündəmdən düşməyən məsələdir. Bu, Prezident İlham Əliyevin yürütdüyü sosial siyasətin, eləcə də həyata keçirilən sosial islahatların ayrılmaz hissəsini təşkil edir. 

23 ilə yaxındır regionların tarazlı inkişafı bölgələrdə çoxsaylı və müxtəlif təyinatlı müəssisələrin açılmasına imkan verib. Bu da istər rayon mərkəzlərində, istərsə də kəndlərdə yaşayan insanların öz məşğulluq problemini həll etməsi ilə nəticələnib. 2004-cü ilin əvvəlindən regionların sosial-iqtisadi inkişafına yönəldilən I Dövlət Proqramının icrasına start veriləndən üzübəri bu sahədə ardıcıl tədbirlər həyata keçirilir. Qeyri-neft-qaz sektorunun getdikcə irəliləməsi, iqtisadiyyatın diversifikasiyası və prioritet sahələrə irihəcmli investisiyaların yatırılması qarşıya qoyulan vəzifələrin müvəffəqiyyətlə yerinə yetirilməsinə, istehsal və emal müəssisələrinin fəaliyyətə başlamasına zəmin yaradır. Təbii ki, bu müəssisələr də öz növbəsində işçi qüvvəsi cəlb edirlər.  

Statistik rəqəmlərə müraciət edək. Bu il avqustun 1-i vəziyyətinə ilkin məlumatlara əsasən, ölkədə iqtisadi fəal əhalinin sayı 5 milyon 426,8 min nəfər olub, onlardan 5 milyon 146,8 min nəfərini məşğul əhali təşkil edib. İyulun 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1 milyon 787,4 min nəfər, o cümlədən  dövlət sektorunda 844,6 min nəfər, qeyri-dövlət sektorunda 942,8 min nəfər təşkil edib. İqtisadiyyatın neft-qaz sektorunda 30,4 min nəfər, qeyri-neft-qaz sektorunda isə 1 milyon 757 min nəfər çalışıb.

Təkcə bu ilin 6 ayı ərzində ölkədə 52,3 min yeni iş yerləri açılıb. Bunların 93,2 faizi qeyri-dövlət sektorundadır. Yeni iş yerlərinin böyük bir hissəsi yeni yaradılan müəssisələri əhatə edir. Yeni müəssisələrin də bir çoxu Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında açılıb. İşğaldan azad olunmuş ərazilərimizə hər səfəri zamanı Prezident İlham Əliyev yeni müəssisələrin açılışını edir və təməlini qoyur. Belə ki, cari ilin ötən 7 ayı ərzində Xankəndi şəhərində iş əlcəkləri istehsalı müəssisəsi, tekstil məhsul istehsalı müəssisəi, "Xankəndi" hoteli, Ağdərə rayonunda "Qozlukörpü" Su-Elektrik Stansiyası, Cəbrayıl rayonunda Şükürbəyli kəndi, "Şəfəq" yarımstansiyası, Xocalı rayonunda Xocalı Soyqırımı Memorialı, Laçın rayonunda "Ağbulaq-1", "Ağbulaq-2" və "Şeylanlı" Su-Elektrik stansiyaları, Zəngilan rayonunda yaşayış kompleksi və digər mühüm əhəmiyyətli sosial-iqtisadi obyektlərin açılışı olub. Bütün bunlar isə yeni iş yerləri deməkdir və yurda dönən insanların məşğulluq probleminin həllində böyük rol oynayır.  Lakin yeni müəssisələr yalnız işğaldan azad olunmuş ərazilərimizdə deyil, digər şəhər və kəndlərimizdə də fəaliyyətə başlayıb. İlin ötən aylarında Xızı və Abşeron rayonlarında külək-elektrik stansiyası, Sumqayıt şəhərində güzgü vərəqələri istehsalı zavodu, karton və qutu taralarının istehsalı müəssisəsi, Abşeron rayonunda "Abşeron" Batareya Enerji Saxlanc Mərkəzi, Şamaxı rayonunda "Şirvan Aqro" heyvandarlıq kompleksi və digər obyektlər istifadəyə verilib. 

Yeni açılmış iş yerlərinin 77,5 faizi Bakı şəhərinin, 1,5 faizi Naxçıvan Muxtar Respublikasının, 21 faizi digər regionların, o cümlədən 6,5 faizi Abşeron-Xızı, 2,5 faizi Gəncə-Daşkəsən, 2 faizi Quba-Xaçmaz, 2 faizi Şəki-Zaqatala, 1,8 faizi Qarabağ, 1,4 faizi Qazax-Tovuz, 1,1 faizi Mərkəzi-Aran, 0,9 faizi Şərqi Zəngəzur, 0,8 faizi Lənkəran-Astara, 0,8 faizi Şirvan-Salyan, 0,7 faizi Mil-Muğan və 0,5 faizi Dağlıq Şirvan iqtisadi rayonlarının payına düşüb.

Yeni açılmış iş yerlərinin 22,1 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 77,5 faizi mövcud müəssisə və təşkilatlarda, 0,4 faizi fəaliyyətini bərpa etmış müəssisə və təşkilatlarda yaradılıb.   Hüquqi şəxslər tərəfindən yaradılmış iş yerlərinin 22,6 faizi tikinti, 16,4 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 10,5 faizi emal sənayesi, 9,2 faizi peşə, elmi və texniki fəaliyyət, 7,4 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 6,1 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 4,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,7 faizi informasiya və rabitə, 3,6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,3 faizi əhaliyə səhiyyə və sosial xidmətlərinin göstərilməsi, 2,5 faizi maliyyə və sığorta fəaliyyəti, 2,5 faizi təhsil, 7,9 faizi isə digər iqtisadi fəaliyyət növləri üzrə açılmışdır. 

Bununla yanaşı, 2026-cı ilin birinci yarısında ölkədə 7,7 min iş yeri bağlanıb. Bu dövrdə bağlanmış iş yerlərinin 41,6 faizi qeyri-dövlət sektorunun payına düşüb. İş yerlərinin 14,1 faizi müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 85,9 faizi isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlar ilə əlaqədar bağlanıb.   

Əlavə edək ki, əhalinin işlə təmin olunması sahəsində özünüməşğulluq da özünə geniş yer alır. Özünüməşğulluq vətəndaşlar üçün əlverişli qazanc formasıdır. Belə ki, hər ailənin öz büdcəsi olur, bunun sayəsində də insanlar müəyyən iş qura bilirlər. Əlbəttə, dövlətin köməyi ilə. Bu proqram insanların dolanışığını yaxşılaşdırmaqla yanaşı, iqtisadi inkişafa təkan verir. Əhalinin məşğulluğunun təmin olunması istiqamətində atılan uğurlu addımlardan biri də ictimai iş yerlərinin yaradılmasıdır. Prezidentin tapşırığı ilə bu proqramların icrası zamanı şəhid ailələrinə və qazilərə üstünlük verilir.


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dünyada kibertəhlükəsizlik problemi ciddiləşir

08:50
21 Avqust

Rusiyanın informasiya məkanında anti-Azərbaycan ritorikası qəbuledilməzdir

08:40
21 Avqust

Dövlətin sosial siyasətinin ayrılmaz hissəsi - məşğulluğun təminatı

08:30
21 Avqust

Azərbaycanın Avropa ölkələri ilə əlaqələri strateji tərəfdaşlığa və çoxşaxəli əməkdaşlığa əsaslanır

08:20
21 Avqust

Naxçıvan Azərbaycanın enerji xəritəsində mühüm yer tutacaq

08:10
21 Avqust

Xalqın Lideri, uşaqların böyük dostu

08:00
21 Avqust

Maestro Niyazinin anadan olmasının 114-cü ildönümü qeyd edilib

20:00
20 Avqust

Sürücülərlə yanaşı, piyadaların da qaydaları pozması ağır nəticələrə səbəb olur

19:49
20 Avqust

Azərbaycan voleybol milllisinin Avropa çempionatı üçün yekun heyəti açıqlanıb

19:42
20 Avqust

Turizm sahəsində fəaliyyət göstərən mikro və kiçik sahibkarlıq subyektlərinə subsidiya dəstəyi veriləcək

19:35
20 Avqust

Şəhərsalmanın ekoloji, bioloji və tibbi aspektlərinə dair beynəlxalq elmi simpozium təşkil ediləcək

19:28
20 Avqust

Dünya çempionatı: Azərbaycanın iki qadın güləşçisi yarımfinala yüksəlib

19:21
20 Avqust

Turizm təhsilinin inkişafı üzrə yeni tədbirlər müəyyənləşdirilib

19:14
20 Avqust

Azərbaycanda duz istehsalı 25 faizdən çox artıb

19:07
20 Avqust

İqtisadiyyat nazirinin müavini Masallıda vətəndaşların müraciətlərini dinləyib

19:00
20 Avqust

Naxçıvanın bəzi küçə və məhəllələrində elektrik enerjisinin təchizatı dayandırılacaq

18:53
20 Avqust

Turizm ixtisası üzrə kadr hazırlayan təhsil müəssisələrinin infrastrukturu təkmilləşdiriləcək

18:46
20 Avqust

“Mikro, kiçik və orta biznesin inkişafı, investisiyaların və ixracın təşviqi sahəsində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 24 fevral tarixli 607 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə

18:42
20 Avqust

Mirələm Mirələmov: Xan Şuşinskinin adı Azərbaycan muğam sənəti yaşadıqca yaşayacaq

18:39
20 Avqust

Turoperatorlara ölkəyə gətirilən əcnəbi turistlərə görə subsidiya veriləcək

18:32
20 Avqust

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Respublikasında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyinin strukturu

18:30
20 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!