21 Avqust 2026 08:20
164
SİYASƏT
A- A+
Azərbaycanın Avropa ölkələri ilə əlaqələri strateji tərəfdaşlığa və çoxşaxəli əməkdaşlığa əsaslanır

Azərbaycanın Avropa ölkələri ilə əlaqələri strateji tərəfdaşlığa və çoxşaxəli əməkdaşlığa əsaslanır


Azərbaycan ilə Avropa İttifaqı və qitənin aparıcı dövlətləri arasında formalaşan münasibətlər son dövrlərdə çoxşaxəli strateji əməkdaşlıq mərhələsinə qədəm qoyub. Cənubi Qafqazda yaranmış yeni reallıqlar, qlobal enerji bazarlarındakı sürətli dəyişikliklər və beynəlxalq nəqliyyat marşrutlarının yenidən qurulması Bakı ilə Avropa paytaxtları arasındakı dialoqu sistemli və zəruri hala gətirib. Artıq tərəflər arasında qurulan strateji tərəfdaşlıq modeli təkcə siyasi bəyanatlarla və çərçivə sənədləri ilə məhdudlaşmır, real iqtisadi, geostrateji və təhlükəsizlik ehtiyaclarına söykənən uzunmüddətli platformaya çevrilir.

Müasir dövrdə Azərbaycanın Avropa üçün əhəmiyyəti zəngin karbohidrogen ehtiyatları ilə yanaşı, həm də ölkəmizin Şərqlə Qərb arasında etibarlı tranzit və logistika mərkəzi kimi çıxış etməsindən qaynaqlanır. Cənubi Qafqaz üzrə Avropa İttifaqının ümumi ticarət dövriyyəsinin təxminən 70 faizinin məhz Azərbaycanın payına düşməsi və Aİ-nin ölkəmizin birnömrəli ticarət tərəfdaşı olması rəsmi Bakının regionun əsas iqtisadi lokomotivi olduğunu aydın şəkildə nümayiş etdirir. "Şərq-Qərb" və "Şimal-Cənub" dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycanın dəniz limanlarını, dəmir yolu şəbəkəsini genişləndirməsi, infrastruktur imkanlarını artırması və Orta dəhliz üzrə yükdaşımaların həcmini yüksəltməsi Avropa ilə iqtisadi inteqrasiyanı və regional bağlantıları daha da dərinləşdirir.

Avropa İttifaqı rəhbərliyinin Bakıya ardıcıl səfərləri və Prezident İlham Əliyevlə keçirilən yüksəksəviyyəli görüşlər Brüsselin ölkəmizə olan marağının bariz göstəricisidir. İttifaqın aparıcı rəsmiləri ilə aparılan ali səviyyəli dialoqlar ticarət, rəqəmsal transformasiya, regional təhlükəsizlik və sülh quruculuğu istiqamətlərində birgə addımların atılmasına təkan verir. Bu kontekstdə Aİ-nin regionda davamlı sabitliyin təmin olunmasına, sərhədyanı ərazilərin bərpası və inkişafına, həmçinin icmalararası etimadın artırılmasına yönəlmiş təşəbbüslərə dəstək verməsi postmünaqişə dövründə xüsusi əhəmiyyət kəsb edir. 

Enerji təhlükəsizliyi sahəsindəki yaxın tərəfdaşlıq Azərbaycan-Aİ əlaqələrinin əsasını təşkil edir. Strateji Tərəfdaşlıq haqqında imzalanmış Anlaşma Memorandumundan sonra Azərbaycanın Avropaya təbii qaz ixracı 65 faizə yaxın artaraq ölkəmizin ümumi qaz ixracının yarısına bərabər olub. Əldə olunmuş bu yüksək dinamika və strateji tərəfdaşlığın gələcək prioritetləri ali səviyyəli görüşlərdə də öz təsbitini tapmaqdadır. 2026-cı il iyulun 1-də Prezident İlham Əliyev Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayenin ölkəmizə səfəri zamanı mətbuata bəyanatında bu əməkdaşlığın strateji miqyasını xüsusi vurğulayaraq bildirib: "Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Ticarətimizin 40 faizdən çoxu üzv dövlətlərlə aparılır və Azərbaycan Avropa İttifaqı üçün Cənubi Qafqazda əsas ticarət tərəfdaşıdır. Cənubi Qafqazda ticarətin təxminən 70 faizi Azərbaycanla aparılır. Əlbəttə ki, biz enerji sahəsində əməkdaşlığımızı geniş müzakirə etdik və həmçinin xanım prezidentin Azərbaycana dörd il əvvəlki səfəri də olduqca əhəmiyyətli idi. Bu baxımdan biz enerji sahəsində Strateji Tərəfdaşlıq Haqqında Anlaşma Memorandumunu imzaladıq və həmin vaxtdan etibarən Avropa İttifaqının üzv dövlətlərinə Azərbaycanın təbii qaz ixracı təxminən 65 faiz artmışdır. Bu gün qaz ixracımızın yarısı Avropa İttifaqının üzv dövlətlərinə gedir və bütövlükdə, Avropa İttifaqının 10 üzvü Azərbaycan qazını alır, bu coğrafiyanı genişləndirmək potensialı da mövcuddur". 

Bu tərəfdaşlıq sürətlə "yaşıl iqtisadiyyat" sahəsinə də inteqrasiya olunur. Xəzər dənizinin külək, günəş və su-elektrik potensialının reallaşdırılması, imzalanmış müqavilələr çərçivəsində yaxın illərdə 8 giqavat həcmində bərpaolunan enerji istehsalı planı Azərbaycanı Avropanın gələcək "yaşıl enerji" dəhlizinə çevirir.

Avropa İttifaqı ilə ümumi çərçivə münasibətləri ilə yanaşı, Azərbaycanın bu qədim qitənin ayrı-ayrı nüfuzlu dövlətləri ilə ikitərəfli formatda yürütdüyü əlaqələr də strateji xarakter daşıyır. Avropanın aparıcı sənaye və iqtisadi gücü olan Almaniya ilə iqtisadi-ticarət əlaqələri, texnoloji transfer, qarşılıqlı investisiyalar və bərpaolunan enerji layihələri müvəffəqiyyətlə icra olunur. Böyük Britaniya isə uzun illərdir ki, Azərbaycan iqtisadiyyatına, xüsusilə də dənizdə neft-qaz ehtiyatlarının mənimsənilməsinə və gələcəyin "yaşıl enerji" infrastrukturunun qurulmasına ən böyük xarici sərmayə qoyan əsas strateji tərəfdaş kimi öz mövqeyini qoruyub saxlayır. 

Mərkəzi, Şərqi və Cənub-Şərqi Avropa istiqamətində də Azərbaycanın diplomatik və geoiqtisadi nüfuzu sürətlə yüksəlməkdədir. Ukrayna ilə ənənəvi dostluq, suverenlik və qarşılıqlı ərazi bütövlüyünün tanınmasına əsaslanan münasibətlər, eləcə də humanitar yardım və enerji infrastrukturu sahəsindəki fəal əməkdaşlıq dinamik şəkildə davam etdirilir. Cənub-Şərqi Avropada isə Serbiya Azərbaycanın ən yaxın strateji tərəfdaşlarından biridir. İki ölkə arasında həm siyasi həmrəylik, həm də qaz təchizatı, nəqliyyat və infrastruktur layihələri üzrə sıx inteqrasiya mövcuddur. Oxşar şəkildə İtaliya, Rumıniya, Bolqarıstan, Macarıstan və Slovakiya kimi ölkələrlə qurulan çoxşaxəli əlaqələr Azərbaycanın Avropa qitəsindəki strateji dayaqlarını daha da möhkəmləndirir. 

Nəticə etibarilə, Azərbaycanın yürütdüyü müstəqil, balanslaşdırılmış və praqmatik xarici siyasət kursu ölkəmizin beynəlxalq müstəvidəki nüfuzunu artırmaqla yanaşı, onu Avrasiya məkanında əvəzolunmaz geosiyasi və geoiqtisadi aktora çevirib. Avropa İttifaqı və qitə ölkələri ilə qarşılıqlı hörmət, etimad və ortaq maraqlar üzərində qurulan bu çoxşaxəli tərəfdaşlıq gələcəkdə də dərinləşməyə davam edərək, həm regionun, həm də daha geniş coğrafiyanın sabitliyinə, təhlükəsizliyinə, enerjisinin şaxələndirilməsinə və davamlı iqtisadi inkişafına mühüm töhfələr verəcək.


İsmayıl QOCAYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dünyada kibertəhlükəsizlik problemi ciddiləşir

08:50
21 Avqust

Rusiyanın informasiya məkanında anti-Azərbaycan ritorikası qəbuledilməzdir

08:40
21 Avqust

Dövlətin sosial siyasətinin ayrılmaz hissəsi - məşğulluğun təminatı

08:30
21 Avqust

Azərbaycanın Avropa ölkələri ilə əlaqələri strateji tərəfdaşlığa və çoxşaxəli əməkdaşlığa əsaslanır

08:20
21 Avqust

Naxçıvan Azərbaycanın enerji xəritəsində mühüm yer tutacaq

08:10
21 Avqust

Xalqın Lideri, uşaqların böyük dostu

08:00
21 Avqust

Maestro Niyazinin anadan olmasının 114-cü ildönümü qeyd edilib

20:00
20 Avqust

Sürücülərlə yanaşı, piyadaların da qaydaları pozması ağır nəticələrə səbəb olur

19:49
20 Avqust

Azərbaycan voleybol milllisinin Avropa çempionatı üçün yekun heyəti açıqlanıb

19:42
20 Avqust

Turizm sahəsində fəaliyyət göstərən mikro və kiçik sahibkarlıq subyektlərinə subsidiya dəstəyi veriləcək

19:35
20 Avqust

Şəhərsalmanın ekoloji, bioloji və tibbi aspektlərinə dair beynəlxalq elmi simpozium təşkil ediləcək

19:28
20 Avqust

Dünya çempionatı: Azərbaycanın iki qadın güləşçisi yarımfinala yüksəlib

19:21
20 Avqust

Turizm təhsilinin inkişafı üzrə yeni tədbirlər müəyyənləşdirilib

19:14
20 Avqust

Azərbaycanda duz istehsalı 25 faizdən çox artıb

19:07
20 Avqust

İqtisadiyyat nazirinin müavini Masallıda vətəndaşların müraciətlərini dinləyib

19:00
20 Avqust

Naxçıvanın bəzi küçə və məhəllələrində elektrik enerjisinin təchizatı dayandırılacaq

18:53
20 Avqust

Turizm ixtisası üzrə kadr hazırlayan təhsil müəssisələrinin infrastrukturu təkmilləşdiriləcək

18:46
20 Avqust

“Mikro, kiçik və orta biznesin inkişafı, investisiyaların və ixracın təşviqi sahəsində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 24 fevral tarixli 607 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə

18:42
20 Avqust

Mirələm Mirələmov: Xan Şuşinskinin adı Azərbaycan muğam sənəti yaşadıqca yaşayacaq

18:39
20 Avqust

Turoperatorlara ölkəyə gətirilən əcnəbi turistlərə görə subsidiya veriləcək

18:32
20 Avqust

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Respublikasında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyinin strukturu

18:30
20 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!