21 Avqust 2026 09:50
164
Mədəniyyət
A- A+
Bir şəklin tarixçəsi və ya ermənipərəst bolşeviklərin cinayətləri

Bir şəklin tarixçəsi və ya ermənipərəst bolşeviklərin cinayətləri


İstefada olan polis polkovniki Sadıq Zeynaloğlunun 2001-ci ildə nəşr edilmiş "Tarixin qan yaddaşı" kitabının üz qabığında, eləcə də əsərin 181-ci səhifəsində bu fotodakı adamlar "Keçili bandası" kimi təqdim olunur. Dəstənin 5 dekabr 1930-cu ildə Şəmkir rayonunda tutulduğu bildirilir. Guya onlar Naxçıvan MR Şahbuz rayonunun Keçili kəndinin sakinləridir, sovetləşməyə qarşı çıxır, kolxoz quruculuğuna ciddi mane olur, yeni quruluşa qarşı əks-inqilabi təbliğat aparırlar və s. 

S.Zeynaloğlunun araşdırmalarına görə, yeni quruluşu qəbul etmək istəməyən  Keçili kəndinin bəzi sakinlərini erməniəsilli NKVD-çilərin əlinə girəvə düşübmüş kimi üsyana hazırlaşırlar adı ilə yerli-yersiz həbs edir, güllələyir və ya sürgünə göndərirdilər. Hətta kənd əhalisinin əksər hissəsini məhv etmək, repressiyaya məruz qoymağa əsas yaransın deyə, kəndin yaxınlığında öldürülən iki milis işçisinin qətlini də Keçili camaatının üzərinə yıxırdılar. 

Azərbaycan Dövlət Siyasi İdarəsində müxtəlif məsul vəzifələrdə çalışmış, idarənin 2-ci şöbəsinin rəisi vəzifəsinədək yüksəlmiş qatı "Daşnaksütyun"çu Orbelyan Keçilidə 80 qocanı zorla üsyançılar hərəkatının iştirakçısı adlandıraraq şəxsən güllələyir. Daha sonra "Keçili işi"nə görə xeyli əhalinin güllələnməsinə, repressiya olunmasına, əmlakı müsadirə edilməklə Sibirə və Qazaxıstan çöllərinə göndərilməsinə nail olur. Rejimin haqsızlığından və özbaşınalığından bezən onlarca kəndli ailəsi İrana qaçır və bir daha geri dönmür. QPU əməkdaşlarının sözünə inanıb geri qayıdanların isə bəziləri güllələnir, bəziləri repressiya edilir, bəziləri də Salovkiyə, Baltik kanalının tikintisinə göndərilirlər.

NKVD işçilərinin etdikləri fırıldaqların üstü elə rəsmi arxiv sənədlərinin dili ilə də açılır.  "Tarixin qan yaddaşı" (Bakı, 2001) kitabında "Naxçıvan MR Daxili İşlər komissarı Aydəmirovun Xalq Daxili İşlər komissarlığının Şahbuz rayon şöbəsinin rəisinə göndərdiyi sorğu-məktubundan: "...1939-cu ilədək Naxçıvanda işləmiş Eynullayev və Qəmbərov həmin il Keçili kəndində banditlər tərəfindən öldürülmüşlər. İkinci dəfə bizim məlumatımızın doğruluğunu Keçili və Kükü kəndlərindən olan şəxslərdən sorğu yolu ilə yoxlamağı və 3 gün ərzində bütün materialları bizə göndərməyinizi xahiş edirik. Sorğulara cavab verməzdən əvvəl onun doğruluğuna inanmağı, iki dəfə yoxlamağı və sonra həqiqəti yazmağı məsləhət görürük". NKVD-nin Şahbuz rayon şöbəsinin rəisi Rəhimbəyov cavab məktubunda yazır: "Siz 1930-cu ildə banditizmə qarşı mübarizə vaxtı vətəndaş Eynullayev İsmayılın öldürülməsi barədə düzgün məlumat verməyimiz barədə sorğu istəmişdiniz. Bildiririk ki, Eynullayev İsmayılı heç kim tanımır və Şahbuz rayonu üzrə bizə belə bir adam məlum deyil". 

Bunlar ermənilərlə əlbir olub azərbaycanlıların qanına susayan NKVD işçilərinin özlərinin etiraf etdikləri cinayətlərin bəlkə də yüzdən biridir. O vaxtlar çoxlarının rejimin qorxusundan açıq deyə bilmədikləri bir həqiqət məlumdur: daşnaklarla əlbir işləyən erməniəsilli NKVD-çilər Azərbaycan türklərinə qarşı soyqırımı həyata keçirməklə, həm də onları aldadıb varını, dövlətini əlindən almaqla məşğul olublar. 

Şəkildə şahbuzlu NKVD-çilərin "Keçili bandası" adlandırdıqları bu adamlar Şəmkir rayonu Qaracəmirli kəndinin sakinləri və qaçaqlardır. Onların heç birinin Şahbuz rayonundakı Keçili kəndi və ya o vaxt orada cərəyan edən hadisələrlə əlaqəsi olmayıb. Şəklin əsli bu gün də Qaracəmirli kənd qəbiristanlığında Alqoca bəyin məzarüstü daşındadır (şəklin üzərində qeyd olunduğu kimi, birinci cərgədə, dizi üstə dayananlar: soldan-sağa 1.Adı məlum deyil, 2.Gürcü, 3.Alqoca bəy. 4.Abdullaları İsası. 5.Polad. 6.İsgəndər. İkinci cərgədə, arxada, soldan sağa - 7.Adı məlum deyil. 8.Yaqub. 9.Vəli. 10.Mustafa. 11 və 12-cilərin adları məlum deyil). 

Şəkil bu sətirlərin müəllifinin Şəmkir qaçaqlarından bəhs edən "Ramazan oğulları" (Bakı, 2015) kitabında da yer alıb. Digər tərəfdən, şəkildəkilərin nəvə-nəticələri, bir sözlə, nəsil davamçıları indinin özündə də Qaracəmirli kəndində, Bakıda, habelə respublikamızın digər şəhər və rayonlarında yaşayırlar.

Sual olunur: görəsən, NKVD işçilərinin məqsədi nə imiş ki, Şəmkir qaçaqları əks olunan bu şəkli hansı yollasa əldə edib Naxçıvanda Şahbuz rayonunun Keçili kəndinin banditləri kimi cinayət işinə əlavə ediblər? 

Repressiya qurbanlarının acınacaqlı həyat və fəaliyyəti ilə tanışlıqdan, bu kimi faktlardan və yaddaşlarda yaşayan xatirələrdən məlum olur ki, ötən əsrin 20-30-cu illərində bolşevik məmurları ermənilərin vasitəsilə əhalini sürgün, güllələnmə, həbsxana adı ilə qorxudub pulunu, varını-dövlətini mənimsəyirdilər. Məsələn, Şahbuz rayonunun Keçili kəndindən kütləvi şəkildə həbs olunan "əks-inqilabçılar"dan - erməni NKVD-çilərə minnətçi düşənlərdən Şəmkirdən apardıqları şəkildəkilərin sayı qədər adamlardan pul, qızıl, xalı-xalça və s. alıb "Get, bir də gözə görünmə!" deyib aradan çıxarırdılar.


Rəhman SALMANLI, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avqustun 21-i Beynəlxalq Terror Qurbanlarını Anma Günüdür

10:41
21 Avqust

Qızılın qiyməti 4600 dollara çatır

10:35
21 Avqust

MSK sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstanda səfərdədir

10:11
21 Avqust

Gecikmiş bəraət 

10:00
21 Avqust

Xocalı sakini: Arzumuz doğma torpağımıza qayıtmaq olub

09:53
21 Avqust

Bir şəklin tarixçəsi və ya ermənipərəst bolşeviklərin cinayətləri

09:50
21 Avqust

29 illik ömrün əbədi nəğməsi - Müşfiq poeziyası

09:40
21 Avqust

Keçmiş məcburi köçkün: Xocalıdan kədərlə çıxmışdıq, indi isə böyük sevinclə qayıdırıq

09:38
21 Avqust

Cəbrayılda uşaqlar və yeniyetmələr üçün yaradıcılıqla bağlı ustad dərsləri təşkil edilib 

09:30
21 Avqust

ABŞ maliyyə naziri İranla əlaqələri davam etdirən ölkələri iqtisadi çöküşlə hədələyib

09:24
21 Avqust

Vandalizmə məruz qalmış mədəni irsimiz

09:20
21 Avqust

Xarkovda PUA zərbəsi azərbaycanlı heykəltaraşın emalatxanasını dağıdıb

09:17
21 Avqust

İran XİN: ABŞ-nin yeni sanksiyaları “iqtisadi terrorizm və insanlığa qarşı cinayətdir”

09:16
21 Avqust

Azərbaycanın yeni səfiri etimadnaməsinin surətini Kosta Rikanın xarici işlər nazirinə təqdim edib

09:14
21 Avqust

Böyük Qayıdış: Xankəndi, Xocalı və Ağdərəyə növbəti köç karvanları yola salınıb

09:12
21 Avqust

“Qarabağ” Niderlandda "Tvente"ni minimal hesabla məğlub edib 

09:10
21 Avqust

Orta əsr Azərbaycan memarlığının qiymətli yadigarı - Şirvanşahlar sarayı

09:10
21 Avqust

Azərbaycan Avropanın alternativsiz tərəfdaşıdır

09:00
21 Avqust

Dünyada kibertəhlükəsizlik problemi ciddiləşir

08:50
21 Avqust

Rusiyanın informasiya məkanında anti-Azərbaycan ritorikası qəbuledilməzdir

08:40
21 Avqust

Dövlətin sosial siyasətinin ayrılmaz hissəsi - məşğulluğun təminatı

08:30
21 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!