10 İyun 2026 17:26
128
SİYASƏT
A- A+
Sahibə Qafarova İndoneziyanın Azərbaycandakı yeni səfiri ilə görüşüb

Sahibə Qafarova İndoneziyanın Azərbaycandakı yeni səfiri ilə görüşüb


Milli Məclisin sədri Sahibə Qafarova İndoneziyanın ölkəmizdə yeni təyin olunmuş səfiri Berlian Helminlə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə ölkələrimiz arasında münasibətlərin inkişafından məmnunluq ifadə olunaraq, siyasi, iqtisadi, investisiya və digər sahələrdə əməkdaşlığı daha da möhkəmləndirmək üçün imkanların olduğu vurğulanıb.

Söhbət zamanı ölkələrimiz arasında Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı kimi mühüm beynəlxalq təşkilatlarda müsbət əməkdaşlıq və qarşılıqlı dəstəyin mövcud olduğu qeyd edilib. S.Qafarova İndoneziyanın Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin işində fəal iştirak etdiyini bildirib.

Görüşdə parlamentlərimiz arasında əlaqələrin daha da inkişaf etdirilməsi ilə bağlı da fikir mübadiləsi aparılıb. Bu kontekstdə hər iki ölkənin parlamentində dostluq qruplarının fəaliyyət göstərməsinin, həmçinin deputatların qarşılıqlı səfərlərinin və sıx təmaslarının münasibətlərimizin daha da genişlənməsinə xidmət etdiyi bildirilib.

Səfir Berlian Helmi də ölkələrimiz arasında münasibətlərin daha da genişləndirilməsində parlamentlərin rolunu qeyd edərək, fəaliyyəti dövründə digər sahələrdə olduğu kimi, qanunverici orqanlar arasında da əməkdaşlığın inkişafına töhfə verməyə çalışacağını söyləyib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Aİ-nin yeni giriş-çıxış sistemi Brüssel Hava Limanında sıxlığa səbəb olub  

19:09
10 İyun

Avropada narkotikdən ölənlərin sayı artır

18:53
10 İyun

Hörmüz boğazında gəmi hərəkəti kəskin şəkildə artıb

18:43
10 İyun

Əsas kapitala investisiyalar azalıb

18:37
10 İyun

Ötən il dövlətlərarası münaqişələr İkinci Dünya Müharibəsindən bəri ən yüksək səviyyəyə çatıb

18:36
10 İyun

Serbiya Prezidenti Azərbaycanın müdafiə nazirini qəbul edib

18:28
10 İyun

Albaniya Respublikasının Prezidenti Bayram Beqaydan

18:26
10 İyun

Azərbaycan əhalisinin nominal gəlirləri yanvar-may aylarında 37,7 milyard manata çatıb  

18:20
10 İyun

 “Artemis III” missiyasının heyəti açıqlanıb

18:10
10 İyun

Vaşinqtonda ənənəvi Trans-Xəzər Forumu işə başlayıb

18:08
10 İyun

Sabunçu rayonunda 46 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

18:01
10 İyun

Əmək müqaviləsi ilə çalışmaq işçiyə hansı hüquqlar verir?

17:53
10 İyun

Yaxın Şərqdəki münaqişə qlobal neft tədarükündə 1 milyard barel itkiyə səbəb olub  

17:48
10 İyun

Emin Əmrullayev: Uşaqların rəqəmsal mühitdə davranışları ilə bağlı qərarlar faktlara və araşdırmalara əsaslanmalıdır

17:43
10 İyun

Nazir: Təhsil seçimləri maraq və bacarıqlara əsaslanmalıdır

17:31
10 İyun

Sahibə Qafarova İndoneziyanın Azərbaycandakı yeni səfiri ilə görüşüb

17:26
10 İyun

Milli Məclisdə kitabxana sisteminin aktual məsələlərinə həsr olunmuş ictimai müzakirə keçirilib

17:18
10 İyun

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib

17:13
10 İyun

Rusiya Ermənistana qarşı mövqeyini sərtləşdirir: Lavrov KTMT-də İrəvanın məsələsinə baxılacağını bildirib

17:10
10 İyun

Almaniya səfiri Azərbaycan və Ermənistan arasında sülh prosesində əldə olunmuş nailiyyətləri təqdir edib

17:06
10 İyun

Azərbaycanda urbanizasiya prosesi və mənzil siyasətinin yeni strategiyaları

17:06
10 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!