10 İyun 2026 17:48
139
İQTİSADİYYAT
A- A+
Yaxın Şərqdəki münaqişə qlobal neft tədarükündə 1 milyard barel itkiyə səbəb olub  

Yaxın Şərqdəki münaqişə qlobal neft tədarükündə 1 milyard barel itkiyə səbəb olub  


Yaxın Şərqdəki münaqişə qlobal xam neft tədarükündə təxminən 1 milyard barel itkiyə səbəb olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Norveçdə yerləşən “Rystad Energy” müstəqil tədqiqat şirkətinin məlumatında deyilir.

Bildirilir ki, ilin sonuna kimi kumulyativ təchizat itkisi, hətta, optimist ssenaridə belə 2 milyard barelə çatacağı gözlənilir.

“Fevralın 28-də münaqişə başlayandan bəri qlobal neft tədarükündə əhəmiyyətli fasilələr yaranıb. Bu dövrdə xam neft tədarükündəki 1 milyard barel ümumi itki ABŞ-nin strateji neft ehtiyatlarından təxminən 2,5 dəfə çoxdur. Münaqişədən əvvəl Körfəzdəki 6 ölkənin ümumi neft tədarükü gündəlik 24,2 milyon barel olub, hazırda isə istehsal 12,4 milyon barelə düşüb. Səudiyyə Ərəbistanında gündəlik təxminən 3,8 milyon barel tədarükə təsir ümumi fasilələrin təxminən 32 faizini təşkil edir. Buna baxmayaraq, yüksək neft qiymətləri və Şərq-Qərb Xam Neft Boru Kəməri vasitəsilə Yanbu Limanına daşımalar ölkənin ixrac gəlirlərinin mart ayında 24,6 milyard dollara çatmasına səbəb olub ki, bu da 2022-ci ildən bəri ən yüksək səviyyədir. İraqda isə cənub yataqlarının Hörmüz boğazı vasitəsilə dəniz yolu ilə ixracdan asılılığı səbəbindən gündəlik təxminən 2,8 milyon barel tədarükə təsir edib. Ölkənin ixrac gəlirləri fevral ayında 6,8 milyard dollar olub, apreldə isə 1 milyard dollaradək geriləyib. Küveytin gündəlik tədarük itkisi təxminən 2 milyon bareldir”, - deyə məlumatda qeyd olunur.

Vurğulanır ki, Hörmüz boğazında gəmi trafiki aşağı səviyyədə qalıb. Fevralın 27-də təxminən 120 gəmi olan gündəlik tranzit trafiki mart ayında 5-10 gəmiyə düşüb və aprel-may aylarında münaqişədən isə əvvəlki səviyyələrdən 20 faiz aşağı qalıb. Səudiyyə Ərəbistanındakı Yanbu və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Fuceyra limanları alternativ çıxış yolları kimi ortaya çıxıb, lakin onlar Hörmüz boğazını tam əvəz edə bilməyib.

“Rystad Energy” istehsal və ticarət axınlarında bərpanın qəfil artım əvəzinə tədricən “S əyrisi” prosesini izləyəcəyini proqnozlaşdırıb. Bildirilir ki, tankerlərin yenidən yerləşdirilməsi prosesin ilk maneəsini təşkil edəcək və Hörmüz boğazı yenidən açılsa belə, normal istehsal və logistika axınlarına qayıtma prosesi 2-3 həftə gecikəcək. İtirilmiş həcmlərin təxminən 85 faizinin oktyabr ayına qədər bərpa olunacağı gözlənilir. Lakin İraq və Küveytdəki istehsal sahələrindəki məhdudiyyətlər səbəbindən tam normallaşma 2027-ci ilin yanvar ayına qədər davam edə bilər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Aİ-nin yeni giriş-çıxış sistemi Brüssel Hava Limanında sıxlığa səbəb olub  

19:09
10 İyun

Avropada narkotikdən ölənlərin sayı artır

18:53
10 İyun

Hörmüz boğazında gəmi hərəkəti kəskin şəkildə artıb

18:43
10 İyun

Əsas kapitala investisiyalar azalıb

18:37
10 İyun

Ötən il dövlətlərarası münaqişələr İkinci Dünya Müharibəsindən bəri ən yüksək səviyyəyə çatıb

18:36
10 İyun

Serbiya Prezidenti Azərbaycanın müdafiə nazirini qəbul edib

18:28
10 İyun

Albaniya Respublikasının Prezidenti Bayram Beqaydan

18:26
10 İyun

Azərbaycan əhalisinin nominal gəlirləri yanvar-may aylarında 37,7 milyard manata çatıb  

18:20
10 İyun

 “Artemis III” missiyasının heyəti açıqlanıb

18:10
10 İyun

Vaşinqtonda ənənəvi Trans-Xəzər Forumu işə başlayıb

18:08
10 İyun

Sabunçu rayonunda 46 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

18:01
10 İyun

Əmək müqaviləsi ilə çalışmaq işçiyə hansı hüquqlar verir?

17:53
10 İyun

Yaxın Şərqdəki münaqişə qlobal neft tədarükündə 1 milyard barel itkiyə səbəb olub  

17:48
10 İyun

Emin Əmrullayev: Uşaqların rəqəmsal mühitdə davranışları ilə bağlı qərarlar faktlara və araşdırmalara əsaslanmalıdır

17:43
10 İyun

Nazir: Təhsil seçimləri maraq və bacarıqlara əsaslanmalıdır

17:31
10 İyun

Sahibə Qafarova İndoneziyanın Azərbaycandakı yeni səfiri ilə görüşüb

17:26
10 İyun

Milli Məclisdə kitabxana sisteminin aktual məsələlərinə həsr olunmuş ictimai müzakirə keçirilib

17:18
10 İyun

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib

17:13
10 İyun

Rusiya Ermənistana qarşı mövqeyini sərtləşdirir: Lavrov KTMT-də İrəvanın məsələsinə baxılacağını bildirib

17:10
10 İyun

Almaniya səfiri Azərbaycan və Ermənistan arasında sülh prosesində əldə olunmuş nailiyyətləri təqdir edib

17:06
10 İyun

Azərbaycanda urbanizasiya prosesi və mənzil siyasətinin yeni strategiyaları

17:06
10 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!