10 İyun 2026 18:53
137
DÜNYA
A- A+
Avropada narkotikdən ölənlərin sayı artır

Avropada narkotikdən ölənlərin sayı artır

Avropa İttifaqının (Aİ) Narkotik Vasitələr üzrə Agentliyi tərəfindən hazırlanan “2026-cı il Avropa Narkotik Hesabatı” Brüsseldə keçirilən mətbuat konfransında ictimaiyyətə təqdim olunub. 

Anadolu Agentliyi xəbər verir ki, Aİ-yə üzv olan 27 ölkə, həmçinin Türkiyə və Norveçin məlumatlarına əsaslanan hesabat narkotik bazarındakı təhlükəli tendensiyaları ortaya qoyub.

Hesabata görə, Avropada narkotik istifadəsi səbəbindən həyatını itirənlərin sayı 2024-cü ildə 7600 nəfəri ötüb. Ölümlərin böyük hissəsinin birdən çox maddənin eyni vaxtda qəbul edilməsindən qaynaqlandığı bildirilir. Mütəxəssislər xüsusilə yüksək təsir gücünə malik “yeni sintetik opioidlərin” ictimai sağlamlıq üçün ciddi təhdidə çevrildiyini vurğulayırlar. 2009-cu ildən bəri Avropada 95 yeni sintetik opioid növü aşkar edilib ki, bunların da 7-si ilk dəfə 2025-ci ildə qeydə alınıb.

Narkokartellərin hüquq-mühafizə orqanlarının əməliyyatlarına qarşı yeni üsullar hazırladığı qeyd olunub. Bu qanunsuz fəaliyyətlərdə dronlardan istifadə, açıq dəniz transferləri, daha kiçik limanlara üstünlük verilməsi və təkmilləşdirilmiş gizlətmə texnikaları genişlənib.

Aİ Komissiyasının Daxili İşlər üzrə komissarı Maqnus Brunner narkotik istifadəsinin insan həyatına vurduğu ağır zərbəyə diqqət çəkərək, bu cinayət iqtisadiyyatına qarşı qlobal mübarizə cəbhəsinin və güclü beynəlxalq əməkdaşlığın yaradıldığını qeyd edib. Avropa İttifaqının Narkotik Vasitələr üzrə Agentliyinin icraçı direktoru Lorreyn Nolan isə küçələrdəki maddələrin çeşidinin proqnozlaşdırıla bilməyən dərəcədə dəyişdiyini və insanların çox vaxt fərqinə varmadan daha güclü və təhlükəli maddələrə məruz qaldığını vurğulayaraq, etibarlı məlumat axınının vacibliyini ifadə edib.


Təhminə VERDİYEVA,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

2026-cı ildə dünyanın ən təhlükəsiz ölkələri hansılardır?

19:22
10 İyun

Sənaye istehsalı artıb

19:18
10 İyun

Aİ-nin yeni giriş-çıxış sistemi Brüssel Hava Limanında sıxlığa səbəb olub  

19:09
10 İyun

Avropada narkotikdən ölənlərin sayı artır

18:53
10 İyun

Hörmüz boğazında gəmi hərəkəti kəskin şəkildə artıb

18:43
10 İyun

Əsas kapitala investisiyalar azalıb

18:37
10 İyun

Ötən il dövlətlərarası münaqişələr İkinci Dünya Müharibəsindən bəri ən yüksək səviyyəyə çatıb

18:36
10 İyun

Serbiya Prezidenti Azərbaycanın müdafiə nazirini qəbul edib

18:28
10 İyun

Albaniya Respublikasının Prezidenti Bayram Beqaydan

18:26
10 İyun

Azərbaycan əhalisinin nominal gəlirləri yanvar-may aylarında 37,7 milyard manata çatıb  

18:20
10 İyun

 “Artemis III” missiyasının heyəti açıqlanıb

18:10
10 İyun

Vaşinqtonda ənənəvi Trans-Xəzər Forumu işə başlayıb

18:08
10 İyun

Sabunçu rayonunda 46 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

18:01
10 İyun

Əmək müqaviləsi ilə çalışmaq işçiyə hansı hüquqlar verir?

17:53
10 İyun

Yaxın Şərqdəki münaqişə qlobal neft tədarükündə 1 milyard barel itkiyə səbəb olub  

17:48
10 İyun

Emin Əmrullayev: Uşaqların rəqəmsal mühitdə davranışları ilə bağlı qərarlar faktlara və araşdırmalara əsaslanmalıdır

17:43
10 İyun

Nazir: Təhsil seçimləri maraq və bacarıqlara əsaslanmalıdır

17:31
10 İyun

Sahibə Qafarova İndoneziyanın Azərbaycandakı yeni səfiri ilə görüşüb

17:26
10 İyun

Milli Məclisdə kitabxana sisteminin aktual məsələlərinə həsr olunmuş ictimai müzakirə keçirilib

17:18
10 İyun

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib

17:13
10 İyun

Rusiya Ermənistana qarşı mövqeyini sərtləşdirir: Lavrov KTMT-də İrəvanın məsələsinə baxılacağını bildirib

17:10
10 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!